MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə10/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   6   7   8   9   10   11   12   13   ...   157

____________________________________________ 

31

 



bilməz. Ona görə  də biz burada məsələlərə bir az açıq 

konteksdən yanaşmalıyıq, örtülü söhbətlər olmamalıdır. Burada 

Azərbaycan mənəviyyatı, ədəbiyyatı ətrafında açıq söhbət gedir. 

Hörmətli prezident! Mən bir neçə məsələyə öz münasibətimi 

bildirmək istəyirəm. Burada oturanların hamısı  işlədiyiniz 

dövrdə Sizin ədəbiyyata, mədəniyyətə münasibətiniz barədə 

danışır. Mən də bu barədə bir neçə  kəlmə deməyi özümə borc 

bilirəm. Mən 1969-cu ildən bəri Azərbaycanda keçirilən bütün 

yubileyləri - yazıçıların, böyük mədəniyyət xadimlərinin 

yubileylərini yadıma salıram. Mən repressiya qurbanlarına Sizin 

verdiyiniz bəraətləri və bu işlərin son nəticəsi, zirvəsi, nida 

işarəsi kimi Naxçıvanda ucaldılan Hüseyn Cavid məqbərəsini, 

sülh  şəraitində yaşayan heç bir dövlətin edə bilməyəcəyi bir 

səviyyədə Füzulinin müharibə  şəraitində keçirilən 500 illik 

yubileyini, Səməd Vurğunun yubileyini və son vaxtlar keçirilən 

digər yubileyləri yadıma salıram. Eyni zamanda bizim mənəvi 

irsimizə münasibəti, "Kitabi-Dədə Qorqud" dastanının 1300 

illiyinin qeyd olunması haqqında Sizin fərmanınızı, 

mədəniyyətimizlə bağlı başqa tədbirləri yadıma salıram və 

fikirbşirəm ki, kaş Siz Azərbaycana müharibə dövründə 

rəhbərlik etməyəydiniz. Kaş dinc vaxt olaydı  və  mən təsəvvür 

edirəm ki, onda mədəniyyətə, ədəbiyyata Sizin nə qədər böyük 

vaxtınız qalardı 

və Azərbaycan mənəviyyatı Sizin 

rəhbərliyinizlə  nə  qədər böyük uğurlar qazanardı. Çünki 

doğrudan da Siz fikirlərinizin bütün siyasi yönləri ilə yanaşı, 

əslində həm də böyük mədəniyyət adamısınız. 

Azərbaycanın siyasi həyatında, belə deyək, Sizin siyasi 

mübarizənizlə son illər gözümüzün qabağında baş verən 

irəliləyişlər xalqımızın hazırki münaqişədən çıxmasına real 

mühit yaradır. Ona görə də hesab edirik ki, indi mədəniyyət 



____________________________________________ 

32

 



və  mənəviyyat haqqında düşünməyə bir az daha çox vaxtımız 

qalacaqdır. 

Mən bir faktı da demək istəyirəm. Son vaxtlar Moskvaya 

yolum düşmüşdü. Onlar Yazıçılar  İttifaqında,  ədəbiyyatçılar 

evində hələ o köhnə şəkilləri atmayıblar, divarlarda qalır. Orada 

olarkən baxdım ki, Azərbaycanın dörd şairinin və yazıçısının - 

Süleyman Rəhimovun, Mirzə  İbrahimovun, Rəsul Rzanın və 

Süleyman Rüstəmin  şəkilləri də Sosialist Əməyi qəhrəmanları 

sırasındadır. Bütün bunlar da Sizin xidmətlərinizdir və  məhz 

Sizin vaxtınızda olubdur. 

Sizin həmişə yazıçılarla çox isti bir münasibətiniz olub. 

Buradakı danışıqlarda o məsələlərə qayıdılır ki, vaxtında belə 

olub, kimsə bu cür, başqası ayrı cür münasibət göstərib. Mən də 

bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Şəxsən mən 

xalq hərəkatının ilk günündən onun içində olan adamlardan biri 

idim. Xalq hərəkatının qələbəsi də oldu, Azərbaycanın milli 

yaddaşını oyatdı, xalqın fikrini millı ideallarımıza yönəltdi. 

Azərbaycanın müstəqilliyinin təməlini qoydu, üçrəngli 

bayrağımızı qaytardı. Təbii ki, onun içində qüsurlu, başa 

düşməyən, təcrübəsiz adamlar da var ıdı. Amma bu, milli 

yaddaşı qaytaran bir hərəkat idi. O hərəkatda iştirak edənlər 

arasında Sizi sevməyənlər də, bəyənməyənlər də var idi. Amma 

işin o gərgin vaxtında Sizi sevən adamlar da var idi. 

Mən 1969-cu ildən bəri bütün yazılarımı gözümün qabağına 

gətirirəm. Orada Heydər  Əliyev haqqında adicə bir soyuq 

cümləm də yoxdur. Amma bu gün Sizin qolunuzda-qanadınızda, 

üzr istəyirəm,  ətrafınızda özünü sədaqətli göstərən adamlar var 

ki, vaxtilə meydanlarda Sizin haqqınızda çox açıq surətdə kobud 

danışırdılar. Həmin adamların bir hissəsinin bütün o köhnə 

tariximizin, köhnə illərin üstündən xətt çəkmək cəhdi, "bunların 

hamısı  cəbhəçi idilər, onların heç biri Heydər  Əliyevi 

bəyənmirdi və ona görə də bunlar hamısı 

  

 



____________________________________________ 

33

bu gün tarix səhifəsindən silinməlidir" demələri, məsələnin bu 



cür qoyuluşu düzgün deyil. Ona görə  də  mənə elə  gəlir ki, bu 

məsələyə - irsiyyətə, keçmişə görə münasibət bəsləmək, 

keçmişdəkilərin hamısını eyni qiymətləndirib çölə tullamaq 

düzgün olmaz. Çox haqlı olaraq Siz bu məsələyə müdrikcəsinə 

yanaşırsınız. 

Sizin yaddaşınız və məlumatınız güclüdür, - mən belə hesab 

edirəm ki, yazıçıların böyük əksəriyyəti bu illərdə Sizə mənəvi 

cəhətdən dayaq olubdur. Siz Moskvada, Naxçıvanda olanda da. 

Doğrudur, birinin buna imkanı olurdu, birininki olmurdu. Onlar 

niyə Sizə dayaq olublar? Mən Sizə açıq deyirəm, Azərbaycan 

yazıçısı  mənəvi rahatlıq, öz torpağında  əmin-amanlıq istəyir. 

Azərbaycan yazıçılarının böyük əksəriyyəti görür ki, bu siyasət 

meydanında Sizi əvəz edən adam yoxdur. Onlar bunu görüblər 

və haqqı müdafiə ediblər.  Əslində burada Sizin müdafiənizdən 

söhbət getmir. Onlar ziyalılığı, Azərbaycanın gələcəyini 

müdafiə ediblər. 

Bununla bağlı bir söz də demək istəyirəm. Təəssüf ki, bizim 

yazıçılarımızın bəzilərinə, o cümlədən, məsələn, bizlərə bu 

siyasətlə bağlı kim xalq hərəkatında iştirak eləyibsə, az-çox 

sözünü deyibsə, bu gün onların hamısına birmənalı şəkildə "bu, 

vaxtilə, 1988-ci ildə meydana çıxıbsa, demək, xalq düşmənidir" 

kimi yanaşırlar. Nə  sənin yazıçılığın, nə dediyin sözlər nəzərə 

almır. Əgər bizim adımız haradasa çəkilirsə, o saat min yerdən 

deyirlər ki, "Bu nədir? Bunlar Prezidentin dəstəsindən, 

komandasından deyil". Kim deyir ki, biz Prezidentin 

komandasından deyilik. Hansı sübutlar var? Xalq yığışanda, ən 

ağır günlərdə, dövlət çevrilişinə  cəhdlər göstəriləndə, mən 

hamısını deyə bilmərəm, - yazıçılarımızın, ziyalılarımızın bir 

hissəsi kimi, biz həmişə Sizin yanınızda olmalıyıq. Ona görə də 

mən bu meyli özümə qarşı az qala mənəvi repressiya şəklində 

hiss etdiyim üçün bu narahatçılığımı Sizə bildirmək istəyirəm.  

İstəyirəm ki, bu 

  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə