MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   ...   157

____________________________________________ 

19

 



Sirus Təbrizli: Mən Sizinlə razıyam. Amma bunun gələcəyi 

var. 


Heydər Əliyev: İndi əgər biz burada keçmişimizi qurdalasaq, 

qaldırsaq, - nə  təhər oldu, nə cür oldu, bunlar bizə xeyir 

gətirməyəcəkdir. Allaha şükür olsun ki, müstəqil dövlətimiz var. 

Allaha  şükür olsun ki, ictimai-siyasi sabitlik yaranıbdır. Allaha 

şükür olsun ki, tam sülh olmasa da, sülh şəraitində yaşayırıq. 

Allaha  şükür olsun ki, hamımız bir yerdəyik. Vaxtilə kimin 

başına nə  gəlib, nə  təhər olub, filan olub - bunlar keçmişdə 

qalıbdır. Mən bunları unuduram. Xahiş edirəm siz də 

unudasınız. 

Sirus Təbrizli: Siz unudursunuz, biz gələcək naminə bunları 

unutmamalıyıq. Mən Sizinlə razıyam. İstəmirəm qurultaya gəlib 

orada bu sözləri danışam, amma burada deməliyik. Nəyə görə? 

Çünki bu gün də yazıçı  qəzetdə müsahibə verir, ondan 

soruşurlar ki, dünyada siyasətçi kimi sən kimi qəbul edirsən, 

deyir ki, Kolu, bir də İsa Qəmbəri. 



Heydər Əliyev: Bu, onun fikridir. İndi fikir azadlığıdır. 

Sirus Təbrizli: Azadlıqdır, amma fikrin dalınca gedənlər var. 

Bu fikrin dalınca getdilər, sonra Azərbaycan düşdü belə bəlaya. 



Heydər  Əliyev: Sirus, qardaş, qulaq as, bu fikir azadlığı 

mütləq olmalıdır. Fikir azadlığı, söz azadlığı keçmişdə bizdə 

olmayıb, amma indi, bundan sonra da olmalıdır.  İndi sən heç 

kəsə hökm edə bilməzsən ki, sənin kimi fikirləşsin. Kimi dedin, 

- Kol, bir də kim, - İsa Qəmbərov? O, elə fikirləşir, istəyirsən ki, 

sənin kimi fıkirləşsin? Bu ola bilməz, axı mümkün deyil. 



Sirus Təbrizli: O fikirlə biz gəldik, faciəyə düşdük axı. Bəs 

sabahı nə olacaq? 



Heydər  Əliyev: Yaxşı, düşdün, düşdün də. Bilirsən, Sirus, 

sən özün demokratiya tərəfdarısan, elədir? 

  

 

 



 

 


____________________________________________ 

20

 



Sirus Təbrizli: Bəli. Mən demokratiya tərəfdarıyam, özü də 

demokratam. Bunu Siz də bilirsiniz, burada oturanlar da bilir. 



Heydər Əliyev: Bəli, sən o vaxt Azərbaycanda milli azadlıq 

hərəkatının qabaqda gedənlərindən birisən, elədirmi? 

Meydanlarda söz deyirdin, çıxış edirdin. O vaxtlar sənin dediyin 

sözlərlə razı olmayanlar var idi, - Azərbaycanın rəhbərləri, 

elədirmi? Amma yaxşı ki, onlar səni həbs eləmədilər, sağ qaldın. 

Sirus Təbrizli: Onlar bu demokratlardan çox kişi çıxdılar. 

Bugünkü demokratlar həbs nədir, Siz bilirsiniz ki, Naxçıvanda 

bizim başımıza nə oyun gətirdilər. 

Heydər Əliyev: Bilirəm, bilirəm. Ona görə bu fikir azadlığı, 

söz azadlığı bizim həyatımızın  əsasını  təşkil etməlidir. Kim nə 

cür düşünür, o cür də düşünsün. Heç kəsi məcbur etmək olmaz. 

Sadəcə, biz çalışmalıyıq ki, öz fikrimizin daha da doğru, düzgün 

olduğunu sübut edək və insanları bu fikrə  şüurlu inandıraq. 

Amma hökm etmək ki, sən bunu demə, onu de, onu demə, bunu 

de - bu, artıq indi mümkün deyildir. Keçmiş kommunist 

rejimində  də, - mən o dövrdə  işləmişəm, - məhz o vaxtda da 

çalışırdım ki, insanlar sərbəst danışsınlar. Mənim o vaxtda da 

fikrim belə olub. Ancaq onda bir adamın, iki adamın fikri ilə 

ümumi şərait yaratmaq olmazdı. 

Amma indi bizdə demokratik dövlətdir. Biz Konstitusiya 

qəbul etmişik və Konstitusiyamızda yazmışıq ki, söz azadlığı, 

mətbuat azadlığı, fikir, vicdan azadlığı, insanların bütün 

azadlıqları bizim həyatımızın  əsas prinsipləridir. Ona görə biri 

deyir ki, Kolu ən yüksək siyasətçi hesab edir, sabah o birisi 

deyəcək ki, Sirus Təbrizlini ən gözəl şair hesab edir. Onda adam 

gərək ondan incisin? 

Bunlar xırda məsələlərdir. Gəlin vaxtımızı bunlara sərf 

etməyək. Gəlin vaxtımızı ona sərf edək ki, bundan sonra nə 

  

 

 




____________________________________________ 

21

 



edək? İndiyədək nə olub, hamısı geridə qalıb. Yenə də deyirəm, 

keçənə güzəşt etmək lazımdır, irəliyə baxmaq lazımdır. 

Bu gün buraya, bu salona Azərbaycanın ən mötəbər adamları 

toplaşıblar. Bu, tarixi bir hadisədir. Mənim üçün də tarixi 

hadisədir. Hər birimiz yaşayırıq, gedirik. Bəli, mən 1997-ci ildə, 

əsrin sonunda Azərbaycanın  ən mötəbər  şairləri, yazıçıları ilə 

görüşürəm. Bu mənim üçün tarixi bir hadisədir. Dəfələrlə 

demişəm, vaxtilə  mən, məsələn, Səməd Vurğunun  şerlərini 

oxuyurdum, sonra onun üzünü görəndə yadımda saxlayırdım, 

yoldaşlarıma dəfələrlə deyirdim ki, mən Səməd Vurğunu 

görmüşəm. Hələ  əl verib görüşməmişdik, amma mən deyirdim 

ki, Səməd Vurğunu görmüşəm. Bunun özü böyük bir hadisə idi. 

Ona görə bugünkü görüş  də bir hadisədir. Çünki burada 

oturanlar Səməd Vurğunun yolunu bu gün də davam etdirən

Azərbaycan  ədəbiyyatını onun kimi inkişaf etdirən insanlardır. 

Ona görə  də  gəlin bu azadlıqları heç kimin əlindən almayaq. 

Hamı azad olsun. Kim nə fikir söyləyir - söyləsin, kim nə deyir - 

desin. Ancaq bu azadlıq nəticəsində -fikir azadlığı, söz azadlığı 

nəticəsində biz həqiqətə gələ bilərik. 

Bağışlayın, mən üzr istəyirəm, istədim ki, istiqaməti bir 

balaca dəyişim. 

Sirus Təbrizli: Çox sağ olun. Bilirsiniz ki, Sizin fikirləriniz 

bütün ziyalılar kimi, mənim üçün də həmişə meyardır. Siz təkcə 

fikir adamı deyilsiniz, həm də bir şəxsiyyət kimi əməl 

adamısınız və dediklərinizə sadiq bir insansınız. Mən də dünənə 

boylanıb narahatçılıqdan bu çıxışı edirəm, özü də burada 

edirəm. 


Heydər  Əliyev: Bilirsən, Sirus, bağışla, yenə üzr istəyirəm. 

İndi yadına saldın ki, o vaxt səni işdən çıxartdılar? 



Sirus Təbrizli: Bəli. 

Heydər Əliyev: Yazıçılar İttifaqından? 

Sirus Təbrizli:  Bəli, yazıçının danosu ilə yazıçılar məni 

işdən çıxartdılar. 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə