MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə7/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   10   ...   157

____________________________________________ 

22

 



Heydər  Əliyev: Yaxşı.  Əlbəttə, hər bir adam üçün onun işi 

çox əzizdir. Əgər onu işdən ədalətsiz çıxardıblarsa... 



Sirus Təbrizli: Sonra da Sizi işdən çıxartdılar. 

Heydər  Əliyev: Yaxşı, səni işdən çıxartdılar. Axı  məni də 

işdən çıxartdılar. Mən neyləyim ki, çıxartdılar da. Məni işdən 

çıxartdılar, əziyyət çəkdim. Amma indi, bu gün səmimi dostyana 

danışırıq. Vallah, billah, fikirləşirəm ki, nə yaxşı çıxartdılar! 



Sirus Təbrizli:  Mən də elə  fıkirləşirəm ki, nə yaxşı  məni 

işdən çıxartdılar. Döyülə-döyülə bərkidik. 



Heydər  Əliyev:  Bəli, məni işdən çıxartdılar, o günləri, o 

çətinlikləri gördüm, onların hamısına dözdüm. Bunlar hamısı 

həyatdır. Həyatın yüksəlişi də olur, aşağıya düşməyi də olur

enişi də, yoxuşu da, çətinliyi də, gözəl günləri də olur. Nə olar 

ki, işdən çıxartdılar, indi sən millət vəkilisən, nazirsən. 

Görürsən! 



Sirus Təbrizli:  İnanın ki, o keçmişə görə  mən sevinirəm. 

Mən o anları gözümün qabağına gətirirəm, fikirləşirəm ki, 

Heydər müəllim, Sizin kimi güclü insanlar bu cür təzyiqlərə 

dözürlər. Həyat bəzilərini döyür Koroğlu edir, bəzilərini döyür 

Keçəl Həmzə edir, bəzilərini də tamam məhv edir. Amma 

danoslardan, haqsızlıqlardan nə  qədər insanlar məhv oldular. 

Bu, bu gün də davam edir, var. 

İcazə verin mən çıxışımı bir-iki kəlmə ilə qurtarım. 

Həqiqətən də  həyatımda Yazıçılar  İttifaqında, o mənəviyyat 

ocağında mənə qarşı haqsızlıq edildi. Özü də  əgər mənim bir 

günahım olsaydı,  əgər mən gedib kimdənsə rüşvət alsaydım, 

haradasa yalan danışsaydım, ikiüzlülük etsəydim - bu, başqa 

məsələ. Hamı bilirdi, burada Ayaz Vəfalı oturub, o da bilir ki, 

mən o qəzetdə necə  işləyirdim. Nə üçün, özü də yazıçının 

danosu ilə yazıçılar mənə divan tutdular? 

Mən çox təəssüf edirəm ki, bu gün Mirzə İbrahimov, İsmayıl 

Şıxlı sağ deyillər. Mən onların gözlərinə bir baxmaq 

  

 



 


____________________________________________ 

23

 



istərdim. Nəhayət, bu, bu gün də davam edir. Niyə davam edir? 

Cənab prezident, mən deyim. Sizin gözünüzün qabağında 

olubdur. Mən partiya biletimi verəndə o vaxtkı kommunist 

rejimi məni təqib edibdir, mənim Yazıçılar  İttifaqım məni 

müdafiə etməyibdir. Mən Naxçıvanda olanda İskəndər çıxıb 

qışqırırdı ki, Sirusu Bakıya buraxmayacağam. Mən gözləyirdim, 

mənim Yazıçılar Birliyim bir bəyanat versin ki, Sirusdan nə 

istəyirsiniz? Mən yenə də tək qaldım. Yəni Yazıçılar Birliyində 

məni müdafıə edən adam tapılmadı. Bir yazıçı, qələm dostum 

demədi ki, axı bu yol düz yol idi. Ona görə  də Siz məni 

bağışlayın, mən bunu deməliyəm. Bu kiçik məclisdə demək 

istəyirəm ki, bu bizim dərdimizdir. 

Ona görə  mən çıxışımı bu sözlərlə qurtarmaq istəyirəm ki, 

hər dəfə qurultaylarda müəyyən adamlar barədə müəyyən 

qruplar arasında müəyyən çəkişmələr gedir ki, kim olacaq, 

rəhbərliyə kim seçiləcək. Bu, həmişə olubdur. Mən bu intriqaları 

həmişə görmüşəm. Hiss edirəm ki, elə bu ərəfədə  də bu cür 

söhbətlər gedir. Məsələ kimin olmağında deyil. Mən belə başa 

düşürəm ki, biz özümüz daxilən dəyişməliyik. Çünki 

Azərbaycan artıq müstəqil dövlətdir. Müstəqil dövlətin 

yazıçıları, ziyalıları xalqı düz yola aparmalıdır, xalqın ağır 

vaxtında ona düz söz deməlidirlər, dünən birini, bu gün bir 

başqasını... Bayaq Əkrəmin dediyi çox cəsarətli söz idi. Bəli, biz 

yaratdığımız həmin totemlərdən, bütlərdən sonra boyun 

qaçırmalı oluruq. Ancaq mən yazıçılarımıza daxilən dəyişməyi 

arzulayıram. 

Bu gün Siz kitablardan danışırsınız. Mən kitab siyasəti ilə 

məşğul olan nazirlikdəyəm. Mənim kitabım yoxdur. Mən fəxr 

edirəm ki, mənim kitabım yoxdur. Çünki o dövrdə ki, mən 

yaşamışam, əksəriyyət məcbur idik ki, görək nə yazaq. Bir  

dəfə  mən Tarkovskinin bir sözünü eşitdim, - "kitab iş deyil, 

əməldir". Yazıçı öz həyatı ilə hərəkət etməlidir. Özü  

olmayanın sözü olmur. Mən belə bir mötəbər binada, belə bir 

  



____________________________________________ 

24

 



 

şəxsiyyətin yanında yalan danışa bilmərəm, ürəyimdə olanları 

gizlədə bilmərəm. Mən Sizə hörmət edib bu sözləri deyirəm. 

Cənab prezident, mən də ürəyimdə kin gəzdirmirəm. İndiyədək 

qoy biri desin. Fəxr edirəm ki, mən meydanda Nemət Pənahlı ilə 

ziyalıların üstündə tutuşurdum. Deyirdim ki, Nemət, Ziya 

Bünyadovu, Bəxtiyar Vahabzadəni sən millətin içində təhqir edə 

bilməzsən, onlar iş görəndə biz hələ əlimizə qələm almamışdıq. 

Mən bunlarla fəxr edirəm və Sizin qarşınızda alnım açıqdır. 

Mən qələm yoldaşlarımızı bir şeyə çağırıram: xalqın ağır 

vaxtında yolumuzu müəyyən edək və xalqa düz söz deyək. 

Bunun üçün hər  şey ola bilər. Bizdən  əvvəl Mirzə  Cəlilin, 

başqalarının başına nələr gəlməyibdir? Amma o düz sözlə 

qazanılan hörmət bütün vəzifələrdən yüksəkdir. Bu gün burada 

şəxsən mənim qələm dostlarım oturublar. Mən bu gün millət 

vəkiliyəm, nazirəm. Amma mən o qələmimlə qazandığım 

hörməti hər  şeydən üstün tuturam. Ona görə  də bu qurultayda 

özüm olmasam da, kimin oturmağından asılı olmayaraq, rəhbər 

dəyişmək yox, özümüzü dəyişək. Sağ olun. 

Yusif Səmədoğlu (Azərbaycan Yazıçılar Birliyinin birinci 

katibi): Heydər müəllim, mən bir arayış vermək istəyirəm. 

Olarmı? 

Heydər Əliyev: Əlbəttə, olar. Bəli, sərbəst danışıqdır. 

Yusif Səmədoğlu: Sirus tamamilə haqlıdır. O vaxt Yazıçılar 

İttifaqı onun əleyhinə çox haqsız iş gördü, onu "Ədəbiyyat 

qəzeti"ndən işdən çıxartdı. Sizin dediyiniz kimi, həmişə bir 

şeyin mənfi cəhətini də, müsbət cəhətini də demək lazımdır. 

Sirus, axı sən sonra "Azərbaycan" jurnalında işə qəbul olundun. 

Mən o vaxt səni işə qəbul etdim və uzun müddət orada işlədin. 

Yəni bir haqsızlığa görə bütün Yazıçılar  İttifaqının üstündən 

qara xətt çəkmək düzgün deyil. 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə