MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə4/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   ...   157

____________________________________________ 

13

 



 

Demək də olmur, bilirsiniz ki, yazıçıların Yaradıcılıq evi 

qaçqınlara verilib. O gün olsun onlar yerlərinə-yurdlarına 

qayıtsınlar. Yaradıcılıq evindən istifadə edə bilmirik, oranı təmir 

etmək lazımdır. Bunlar vacib söhbətlərdir. 

Məclis məni tutub, bilmirəm sözümün dalını necə deyim. 

Xülaseyi-kəlamla onu demək istəyirəm ki, yazıçılar hər dövrdə 

bütün nazirlərdən qiymətli olublar. Yazıçılar Birliyinin birinci 

katibləri, sədrləri hər hansı bir nazirdən hörmətli, qiymətli 

olublar. Çünki yazıçı xalqın düşünən beyni, ürəyi, danışan dili, 

mənəvi aləmidir. Rəssamın şəklinə baxırsan - əladır, amma sözü 

qalır ürəyində, bəstəkar musiqi bəstələyir - əladır, amma 

danışmağa gələndə... 

Özümlə əlaqədar bir söz deyim. 71 yaşım var. Üzr istəyirəm, 

təvazökarlıqdan uzaq olmasın, mənim "Nəsimi" kitabımı dövlət 

mükafatına təqdim etmiş, gətirib Sizin qarşınıza qoymuşdular. 

Rusca demişdiniz ki, "bu, bütöv bir kitabxanadır, bunu 

yazmağın özü böyük şeydir". Mənim kitabımı  və "Nəsimi" 

filmini, - çox gözəl filmdir, - bir yerdə müzakirəyə 

qoymuşdular. Orada dedilər ki, filmin lentləri pozula, qalmaya, 

rəngləri dəyişə bilər, amma bu, şair haqqında kitabdır, min il 

yaşayacaq, vərəqləri cırılsa da qalacaqdır. 

Ona görə yenə demək istəyirəm ki, yazıçıya qiymət Sizin 

başınızın ucalığıdır, savab işdir. Yazıçı xalqın danışan dilidir. 

Biz həmişə Sizə, Sizin fəaliyyətinizə xeyir-duaçıyıq. Hamımız 

televizora baxırıq. Görürük ki, bir dəqiqə vaxtınız yoxdur - o 

gedir, bu gəlir, onu qarşıla, bunu yola sal, təyyarədən düş, 

təyyarəyə min. Siz iki daşın arasında bu gün bizi qəbul etdiniz 

və açıq söhbətə  cəlb edirsiniz. Ona görə  də Sizə  dərin 

təşəkkürümü bildirirəm. Sağ olun. 

  

 

 



 

 


____________________________________________ 

14

 



 

YAZIÇI ƏKRƏM ƏYLİSLİNİN ÇIXIŞI 

 

 



Düzü, heç bilmirdim ki, bu gün bu məclisdə olacağam. 

Təxminən bir saat bundan qabaq məlumat aldım. Uzun fasilədən 

sonra, hazırlıqsız çıxış olduğundan bir az ehtiyat edirəm. Amma 

mənə elə  gəlir ki, bugünkü gündə danışmaq üçün böyük 

hazırlığa ehtiyac yoxdur. 

Ötən yazıçılar qurultayından altı il keçibdir. Elə-belə baxanda 

altı il böyük vaxt deyil. O biri qurultaylar arasında da dörd-beş il 

vaxt keçirdi. Əlbəttə, onda vaxtı bu cür hiss eləmirdik. Mən elə 

bilirəm, bəlkə  də bunu sonradan dərk edəcəyik ki, bu altı ildə 

bizim varlığımızdan, mənəviyyatımızdan, insani taleyimizdən və 

xalqımızla bir yerdə həyatımızdan nə boyda bir epoxa keçibdir. 

Çünki bu məzmunda, bu mündəricədə, bu dərəcədə faciəli, 

kədərli, bu dərəcədə sevincli altı il, bilmirəm, hansı  nəslin 

həyatında ola bilər. Bu, böyük altı il idi. 

Biz bu altı ildə hamımız bir yerdə, - mən heç kəsi ayırmıram, 

- çox inandığımız  şeylərdən uzaqlaşdıq, çox inandığımız 

şeylərin boşluğunu gördük. Varlığımızda həddən çox bir 

yeniləşmə baş verdi. İnanın ki, bəlkə insan 50 il yaşayıb bu 

duyğuları keçirə bilməzdi. 

Altı il bundan qabaq Azərbaycan yazıçılarının qurultayında 

mən çıxış elədim. Hörmətli Prezidentimiz, bizim hamımızın 

həmişə qayğısını  çəkən Heydər  Əliyev də  həmin qurultayda 

iştirak edirdi, zalda oturmuşdu. Hamısı yadımızdadır, -

filarmoniyanın binası idi. Mən orada bir söz dedim. Çıxışımı 

yazmamışdım, yadımda deyil. Amma bir fikrim yadımdadır ki, 

belə bir söz dedim. Zala üzümü tutub dedim ki, bır vaxt 

deyirdiniz ki, gəlin Heydər  Əliyevin  ətrafında birləşək, indi 

deyirsiniz ki, gəlin Mütəllibovun  ətrafında birləşək. Bəs haçan 

biz Allahımızı tapacağıq, o Allahın altında bir yerə yığışacaq və 

bir amala, bir məqsədə, bir məzhəbə qulluq edəcəyik? 

  



____________________________________________ 

15

 



Həmin qurultayda belə bir söhbət oldu. Dediklərimdən əlavə, bir 

fikir yadımda qalıbdır. Hətta o da yadımdadır ki, indiki hörmətli 

prezidentimiz o vaxt mən çıxış edəndən sonra, müşahidə etdiyim 

budur, inanmıram ki, səhv edəm, özünün də nadir yaddaşı var və 

bilir, zalı  tərk elədi. Sonra Rəfiq Zəka deyəcəkdi ki, mən 

çıxdım, cangüdən kimi müdafiə elədim və yola saldım. 

Bu bizim taleyimizin, həyatımızın olaylarıdır, gündəlik 

işləridir. Bilirsiniz, indi heç kəs inkar eləmir ki, Azərbaycanda 

böyük quruculuq həyatına qayıdış başlayır, yəni dağıntılardan 

bezmiş bir millət öz taleyini qurmağa başlayır. Məlum məsələdir 

ki, bu işin başında kim gedir, bu işə kim rəhbərlik edir, o 

dağıntılardan üzümüzü quruculuğa kim döndərir. Məsələn, mən 

abadhğı görəndə daxilən abad oluram, hamımız da daxilən abad 

oluruq. Yəni, fiziki, məişət abadlığı, gündəlik abadlıq 

mənəviyyatımızı da abadlaşdırır. Evdən çıxıb işə gedincə yolda 

beş-altı yerdə görürəm ki, kimsə bağda gül əkir, kimsə bulvara 

torpaq tökür, kimsə nə iləsə məşğuldur və biz Azərbaycanımızı 

quruculuğa qaytarırıq. 

Zaman göstərir ki, mənəviyyat quruculuğu daha çətindir. 

Hərdən mənə elə  gəlir ki, bəlkə  də  səhv edirəm, mənəviyyat 

quruculuğumuzu dürüst, yəni o sökülməz, dağılmaz, möhkəm 

bina üstündə qura bilmirik. Mənim daxili narahatlığım həmişə 

bundan ibarət olubdur. Elə bilirəm ki, mənəviyyatımızı da 

möhkəm, dönməz  şəkildə, gələcəkdə kimlərisə özümüzə 

güldürmədən, güclü əsaslar üstündə qurmalıyıq və  mənə elə 

gəlir ki, buna dürüst yol da göstərilir. Fəqət bir çox hallarda 

özümüz bu düz yolu əyə-əyə harasa aparıb çıxarırıq. 

Əlbəttə, ürəyimdə söz çoxdur, bolluca söz var. Onlardan 

bəzisini pərakəndə  də olsa, deyirəm. Hörmətli Prezident

yaradıcı adamlar və bütün bədii yaradıcılıq adamları harmoniya 

adamlarıdır. Yəni onlar harmonik dünyada daha fəal,   güclü  

yaradıcılıqla  məşğul   ola  bilirlər.   Hamı   kimi, 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə