MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   ...   157

____________________________________________ 

16

 



Azərbaycan xalqının bir övladı, bir vətəndaşı kimi mən 

Azərbaycanda ictimai sabitliyin bərpa olunması sahəsində 

gördüyünüz böyük işlərə, yəni yuxusuz gecələrinizə, kəfəni 

çiynində bu xalqın meydanına çıxıb onu böyük fəlakətlərdən 

qurtardığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Siz 

Azərbaycanda bu ictimai sabitliyi bərpa etməklə bizim 

hamımıza, hər kəsin öz işini görməyinə böyük şərait yaratdınız. 

Əlbəttə, bunun arxasında ictimai harmoniyanı yaranmış hesab 

etsək, dalınca mütləq sosial həyatın harmonik quruluşu 

başlanmalıdır. Sosial həyatımızda bunu başlamaq, güman ki, 

gələcəyin işidir və inanıram ki, Azərbaycan xalqı Sizin 

rəhbərliyiniz altında bu böyük işə, çətinliklə  də olsa, gec-tez 

mütləq nail olacaqdır. 

Hörmətli prezident, hörmətli dostlar. Mən Gertsenin bir 

fikrini demək istəyirəm. Onun məşhur fikri var, yazıçılar 

haqqında deyir ki, biz həkim deyilik, ağrıyıq. Biz cəmiyyətin 

ağrısıyıq. Ağrılarımız müxtəlif  şəkildə  təzahür edir. Biz 

cəmiyyətin ağrıyan yerləriyik və bizim ağrılarımızı duyan, 

yazıçı ağrısını, diaqnozunu dəqiq müəyyən edən rəhbərlər, mənə 

elə  gəlir ki, heç vaxt öz siyasətlərində uduzmurlar, xalqın 

gələcəyini qurmaq üçün ciddi yollar aça bilirlər. 

Son olaraq qurultay barədə bir-iki kəlmə demək istəyirəm. 

Hamı - burada oturanlar da, oturmayanlar da bilir ki, əgər 

mülkiyyəti yoxdursa, ictimai bir şeyə nail ola bilməyəcəkdir. 

Bilirsiniz ki, indi Azərbaycanda mülkiyyət bölgüsü gedir və bu, 

təbii işdir. Biz ha deyək ki, bizim mülkiyyətimiz əsərlərimizdir, 

böyük dahiyanə əsərlər yaradırıq, bu dünyanı qurub qoymuşuq. 

Mən bir dəfə yazmışdım ki, Füzulinin ölümündən Vaqifin 

doğulmasına qədər 160 il vaxt keçib, 160 ildə  ədəbiyyat 

ölməyib,  ədəbiyyat ölmür. Mən Yazıçılar Birliyinin üzvüyəm, 

nə isə dağı-dağ üstə qoyuram, bizdən yalnız əsərlər qalacaq. Ona 

görə  də indi ha hap-gop edək ki, bizim mülkiyyətimiz 

əsərimizdir, bu zəmanədə bu mümkün 



____________________________________________ 

17

deyildir. Mənə elə  gəlir ki, əgər qurultay Yazıçılar Birliyinin 



mülkiyyətinin nədən ibarət olduğunu özü üçün aydınlaşdırsa, 

yaxşı olar. Məsəl var ki, fərli oğul neynir ata malını, fərsiz oğul 

neynir ata malını. Fərli oğula onsuz da ata malı lazım deyil, 

gedib özü qazanacaq, fərsiz oğul da ata malını dağıdacaq. Mən 

arzu edərdim ki, biz fərsiz oğullar olmayaq. 

Sizə  dərin təşəkkürümü bildirir və güman edirəm ki, fərsiz 

oğulların içərisindən fərli oğulları seçməyə istedadınız kifayət 

qədər çatar. Mən Sizin qarşınızda çox çıxış etmişəm. 

Naxçıvanda da iki dəfə görüşünüzdə olmuşam. Güman edirəm 

ki,  əgər Azərbaycan yazıçıları Sizin onlara göstərdiyiniz 

qayğının   istər   fəlsəfi,   istər   siyasi,   istərsə   də   estetiketik 

mahiyyətini dərk etsələr, bizim işdə xeyli irəliləyiş ola bılər. 

 Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm. 

 

 



 

RESPUBLİKA MƏTBUAT VƏ İNFORMASİYA 

 NAZİRİ, YAZIÇI SİRUS TƏBRİZLİNİN ÇIXIŞI 

 

 



Mən qurultaya getməyəcəyəm, ona görə  də sözlərimı 

burada demək istəyirəm. Qurultaya getməməyimin də çox əsaslı, 

tutarlı səbəbi var. 

Bu gün burada məndən əvvəl çıxış edənlər öz təşəkkürlərini 

bildirdilər ki, dünyanın  ən böyük siyasətçilərindən biri vaxt 

tapıb qurultayqabağı Azərbaycanın yazıçıları ilə görüşür. Axı 

əslində yazıçı özü də siyasətçidir, xalqın  ən ağır vaxtlarında 

əvvəl öz yolunu müəyyən edir ki, kiminlədir. Yadınızdadır, 

faşizm baş qaldıran dövrdə Qorkinin böyük bir məqaləsi var idi: 

"Kiminləsiniz,  ədəbiyyat, incəsənət xadimləri? ". Yazıçı özünü 

müəyyən edəndən sonra insanları, xalqını, millətini düz yola 

aparmalıdır. 

Bizim qonşumuz Gürcüstanda Zviad Qamsaxurdianı prezi-

dent seçən ərəfədə gürcü xalqının böyük filosofu Merab Ma- 

 

 



____________________________________________ 

18

 



mardaşvili elan etdi ki, mənim xalqım Zviad Qamsaxurdiaya səs 

versə, xalqımın  əleyhinə  çıxacağam. O zaman qara qüvvələr 

Merab Mamardaşvilini Gürcüstandan qovdular, getdi, Moskvada 

hava limanında ürəyi partladı. Amma gürcü xalqı bu gün onun 

qarşısında baş  əyir. Ona görə  də  Şevardnadze tez qayıtdı 

Gürcüstana, çünki Merab Mamardaşvili kimi ziyalılar var idi. 

Bəs bizdə  nə baş verdi? Əkrəmin bir cümləsinə görə ona 

təşəkkür edirəm ki, heç olmasa, cəsarəti çatdı, etiraf elədi ki, bir 

çox inandıqlarımızdan dönməyə  məcbur olduq. Bəli,  Əkrəm 

Əylisli, sən Əbülfəzə də inanırdın. Sənin cümlən idi, yazırdın ki, 

mən bu iqtidara pənah gətirmişəm. Mən bir ziyalı kimi fəxr 

edirəm ki, Əkrəm, o zaman sənə  zəng edib dedim ki, kimə 

pənah gətirmisən, Pənah Hüseynova? Bilirsən ki, sənə nə boyda 

hörmətim var. Sən səhv edirdin və  sənin səmimiyyətinə 

inanıram. Amma bəziləri səhv yox, riyakarlıq edirdilər və bu 

gün də edirlər. 



Heydər  Əliyev: Sirus, bir balaca sakit danışa bilərsənmi? 

Mən istəyirəm söhbətimiz mülayim keçsin. 



Sirus Təbrizli: 1983-cü ildə  məni yazıçı danosu ilə  işdən 

çıxardıblar. Mən o qurultaya necə gedə bilərəm? Kimlər 

çıxardıblar - Sizdən ev alanlar, orden, medal alanlar. Dedilər ki, 

Siz Nəbi Xəzrini gözəl  şair adlandırdınız. Mən istərdim ki, o 

gözəl  şair ağır günlərinizdə Sizin yanınızda olaydı. Budurmu 

ədəbiyyat? Bizim Mirzə  Cəlilimiz, Sabirimiz olub. Biz məəttəl 

qalırdıq. Mən oxuyanda ki, Fikrət Qocanı Heydər Əliyev az qala 

o dünyadan qaytarıb, - özü yazır, - təəccüb edirdim: Bəs bu 

hadisələr baş verəndə, heç nə yox, bir ziyalı kimi zəng edəydi ki, 

ay Sirus, sən çox düz eləyib, bu işləri görürsən. 



Heydər  Əliyev: Sirus, bir dəqiqə dayan, xahış edirəm. 

Azərbaycanda yaxşı bir söz var: Keçənə güzəşt deyərlər. 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə