MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   ...   157

____________________________________________ 

10

Kimin sözü, arzusu varsa, buyursun. Mən də hesab edirəm ki, 



bizim Yazıçılar Birliyinin ən böyük nailiyyəti ondan ibarətdir ki, 

bu keçid, sınaq dövründən itkisiz keçibdir. Yəni, Birlik 

dağılmayıb, pozulmayıbdır. Bunun özü böyük şeydir. Birlik nə 

vaxt, hansı ictimai-siyasi quruluş zamanı yaranıbdır, - bu o 

qədər  əhəmiyyətli deyildir. Amma bunun yaranması böyük bir 

müsbət hadisədir, yaşaması da böyük nailiyyətdir. Keçid 

dövründə ki, Birlik özünü saxlayıb, parçalanmayıb, 

dağılmayıbdır və yaşayır, - güman edirəm, bundan sonra daha da 

yaxşı yaşayacaqdır, - bunun özü böyük nailiyyətdir. Şübhəsiz ki, 

bu sizin hamınızın xidmətidir. 

Ancaq nə etmək lazımdır ki, Birlik bundan sonra daha da 

yaxşı yaşasın? Kitabların çapı ilə əlaqədar Anar tamamilə doğru 

deyir. İndi vəziyyət belədir. Məsələn, bir neçə vaxt bundan öncə 

görürəm ki, keçmişdə rayon prokuroru olmuş adam haqqında 

böyük bir kitab yazılıbdır.  Şübhəsiz, hər adam haqqında kitab 

yazmaq olar. Ancaq o adamlar ki, həqiqətən böyük xidmətləri 

olub, gərək onların haqqında yazılsın, sonra da o biriləri 

haqqında. Amma nə təhər olur? Çünki indi onun ya oğludur, ya 

da kimidir, - qohumudur-əqrəbasıdır, - imkanı, pulu var, kitabı 

yazıb, çox da yaxşı, keyfiyyətli çap etdiribdir. Bunun zərəri, 

şübhəsiz, ondan ibarətdir ki, subyektiv xarakter daşıyır. 

Məsələn, oğuldur, ya nə bilim, qohum-qardaşdır, prokuror atası 

haqqında elə şeylər yazıb ki, elə bil Azərbaycanı yaradanlardan 

biri budur. Şübhəsiz ki, bunlar zərərli  şeylərdir. Məsələn, 

hərdənbir mən televizorda görürəm, qəzetlərdə  hərdənbir rast 

gəlir, - qəzetlərə daim baxa bilmirəm, - bizim elm, mədəniyyət 

xadimləri, həyatlarını  dəyişmiş insanlar, yazıçılar haqqında 

verilişlər verir, yazılar yazırlar. Bunlar yaxşıdır, mən bunu 

müsbət hal hesab edirəm. Bəziləri var ki, o qədər də  məşhur 

olmayıblar, amma müəyyən xidmətləri olubdur, onu xalqa 

göstərirlər. Bunun özü yaxşıdır. Amma orada-burada rayon 

  

    




____________________________________________ 

11

prokuroru işləmiş, prokuror da pis vəzifə deyil, adam haqqında 



böyük bir kitab yazılsın, bizim dəyərli yazıçılar, elm, 

mədəniyyət xadimləri haqqında isə kitabların yazılması  çətin 

olsun, ya mümkün olmasın - əlbəttə ki, bu, qeyri-normal 

vəziyyətdir. Ancaq bunlar da keçicidir, keçəcəkdir, hamısı 

keçəcəkdir. 

Qabil, sən deyəsən danışmaq istəyirsən. 



Qabil: Məndə o cəsarət ola bilməz. 

Heydər  Əliyev:  Nə  cəsarət, burada cəsarətli olmaq üçün 

böyük bir şey yoxdur ki. 

 

 

 XALQ 



ŞAİRİ QABİLİN ÇIXIŞI 

 

 Möhtərəm prezidentimiz Heydər müəllim! 



Düzdür, Siz qeyd edirsiniz ki, Azərbaycanın müstəqilliyi 

şəraitində ilk dəfədir yazıçıları  qəbul edirsiniz. Bu, öz yerində. 

Amma bu qəbul məsələsi Sizin şəxsiyyətinizdən, fitrətinizdən 

gəlir. 


Siz 1976-cı ildə  də bu ölkənin rəhbəri idiniz. O dövrün 

imkanları, verdiyi səlahiyyətlər daxilində Azərbaycanın rəhbəri 

idiniz. Partiya Mərkəzi Komitəsinin birinci katibi rəhbər 

sayılırdı. Siz bizi yığdınız, bu bina yox idi. Bir detal yadıma 

gəlir, - bilmirəm deyim, ya deməyim, - çay gətirirdilər, qoca bir 

rus arvad çay paylayırdı. 



Heydər Əliyev:  Bu gün çay yoxdur? Demək istəyir ki, indi 

niyə çay yoxdur. Görün çay niyə yoxdur? 



Q a b i 1: Siz buyurdunuz ki, mən qəsdən bu arvada çay 

paylatdırıram ki, fikriniz ayrı yerdə qalmasın, diqqətlə qulaq 

asasınız. Siz orada dediniz ki, yazıçıların qurultayı başlayacaq, 

sözünüzü, dərdinizi, arzularınızı, qayğılarınızı indi deyin, şərti 

şumda kəsək ki, xırmanda yabalaşmayaq. 

İndi o şəkildə olmasa da, mən hamının adından Sizə  

təşəkkür edirəm. Bu həqiqətdir, tərif deyil, faktdır. Siz, ümu- 

  



____________________________________________ 

12

 



miyyətlə, yazıçıları  həmişə qaldırırsınız. Siz Müslüm 

Maqomayevin yubileyində  Nəbi müəllimin  şerini dediniz, ona 

"bizim gözəl  şairimiz" deməklə o sözü hamımıza dediniz. Bu, 

quruluşdan irəli gəlmir, Sizin şəxsiyyətinizdən, fitrətinizdən 

gəlir. Ona görə  də  mən Sizə bir daha təşəkkür edirəm. Sizin 

qayğılarınızı, xidmətlərinizi, Bəxtiyar müəllimə, Nəbi müəllimə

bəndeyi-həqirə, Balaş müəllimə, Məmməd Araza göstərdiyiniz 

qayğıları sadalamıram, - bunlar hamısı öz yerində. Sizə dönə-

dönə təşəkkür edirik. 

Anar müəllim çox doğru dedi ki, indi kimin maddi imkanı 

varsa, dədəsi, babası, özü haqqında kitab çap edir. Siz demişkən, 

bəlkə babası da, dədəsi də yaxşı adamdır. Yazıçılar Birliyi vacib 

təşkilatdır. Siz onu da çox düzgün qeyd elədiniz ki, nə şəraitdə

haçan yaranmasından asılı olmayaraq, Yazıçılar Birliyi bizim 

böyük limanımızdır, körpüdür, gəlib mənəviyyatımızla ona yan 

alırıq. Yazıçılar Birliyini möhkəmləndirmək, onun əleyhinə olan 

danışıqları  yığışdırmaq lazımdır. Bütün müxalifət qəzetlərində 

Yazıçılar Birliyinin əleyhinə yazırlar. Mən qəbul komissiyasının 

üzvüyəm, axın-axın cavanlar Birliyə qəbul olunmaq istəyirlər. 

Heydər Əliyev: Varmı? Bu çox gözəldir. 

Q a b i l: Bir tərəfdən də deyirlər ki, Yazıçılar Birliyi lazım 

deyildir. Yazıçılar Birliyinin maddi bazasını möhkəmləndirmək, 

poliklinikasını dövlət büdcəsinə keçirmək lazımdır. Yazıçılar 

Birliyinin nəzdində  nəşriyyat açılmalıdır ki, adlı-sanlı, ancaq 

təkcə ad-sanına görə yox, yaxşı  əsərinə görə tanınan yazıçılar 

kitablarını çap etdirə bilsinlər, qapı-qapı düşməsinlər. Mənim 

son iki-üç əsərimi dövlət nəşriyyatları çap edibdir. Hamı  mən 

yaşa gəlməyib, cavan adam da kitabını görmək istəyir. Mən 

yaşda adi adamın, mənim qədər tanınmayan adamın da mənəvi 

haqqı var ki, kitabını görsün. Yazıçılar Birliyinin nəşriyyatı olsa, 

o kitablar çap olunar. 

  

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə