MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə9/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   5   6   7   8   9   10   11   12   ...   157

____________________________________________ 

28

 



sözlərin heç biri yaltaqlıq deyil, Sizə olan inamdır, Sizə olan 

məhəbbətimdir. 

Hörmətli prezident, sağ olun, var olun. O gün olsım ki, sülh 

müqaviləsi ortaya qoyulsun, biz də gəlib Sizi təbrik edək. 



Heydər  Əliyev: Sağ olun, Mirvarid xanım. O şerləri mənə 

göndərin. Çox yaxşı şerlərdir. Yəqin ki, onlar məndə yoxdur. 



Mirvarid Dilbazi: Sizə həsr etdiyim belə şerlər çoxdur. 

O vaxt, Vaqifin qəbrini o vəziyyətdən çıxarıb gözəl məqbərə 

tikdirəndə mən Sizə böyük bir məktub yazmışdım. Atanın qəbri 

pis olanda oğullarını ittiham edirlər.  Şairin qəbri pis olanda 

rəhbərləri ittiham edirlər. Neçə yüz il keçdi, tacirlər, 

milyonerlər, katiblər gəldi, heç yada salan olmadı ki, bəs bu 

kişinin qəbrinin torpaqlarını niyə küləklər aparır? Mən onda 

yazmışdım ki, onun varisi Heydər Əliyev 200 ildən sonra gəldi. 

Hörmətli prezident, Siz vəzifədəsiniz. Mənim dünyada heç 

bir maddi təmənnam yoxdur. Bircə mənəvi təmənnam var ki, Siz 

bu milləti bu fəlakətdən xilas edəsiniz. Mənim bundan artıq 

deməyə sözüm yoxdur. 



Heydər Əliyev: Sağ olun. 

Mirvarid Dilbazi:  Mənim bir şerim də var. Respublikada 

dövlət çevrilişinə  cəhd göstəriləndə Siz qaçmadınız, qapınızda 

duran təyyarəyə minib başqa ölkəyə getmədiniz. Onda mən 

yazdım ki: 

 

Başın göyə dayaqdır, ayağın yerə, 

Gərib gen sinəni sərt zərbələrə, 

Çiyinlərin üstə Vətən torpağı, 

Torpaqdan güc aldın anteysayağı. 

Qoymadın tökülsün sən qardaş qanı, 

Qurtardın bölümdən Azərbaycanı! 

 

Bunun davamı da var. Bu mənim Sizə olan məhəbbətimdir. 



Bunları mən  ona  görə  çap  etdirməmişəm  ki,  deməsinlər, 

  



____________________________________________ 

29

 



Mirvarid Dilbazi görəsən Heydər  Əliyevdən nə istəyir? Mənə 

heç bir şöhrət də lazım deyil. Mənim həyatımın son günləri, son 

dəqiqələridir. 

Heydər  Əliyev: Yox, sonu deyil. Hələ qarşıda böyük 

həyatınız var. 



Mirvarid Dilbazi: Çox sağ olun. Vaxt var idi ki, Natəvanın 

qəbrinin üstündən mərmər daşı  çıxartmışdılar, - Siz bunu 

məndən yaxşı bilirsiniz, - amma sonra Siz orada gözəl bir abidə 

yaratdınız. Mən o abidəni görəndə elə bildim ki, Natəvan 

qarşıma çıxdı, - qarşısında qələmi, sanki kağız çıxarıb nəsə 

yazacaq. Onun mərmərdən tökülmüş büstü də gözəldir. Bunlar 

hamısı Sizin xidmətlərnizdir. 

Səməd Vurğunun  şerlərini dərs kitablarına salmırdılar. Siz 

Səməd Vurğun üçün çox iş gördünüz. Siz Qazaxda Səməd 

Vurğuna çox böyük bir müzey açdınız. Biz hər il oraya gedib 

gəlirdik. 

Siz Süleyman Rüstəmə yeni həyat verdiniz. Süleyman 

Rüstəmin "Təbriz  şerləri" unudulmazdır. O, milli, xəlqi  şair 

olubdur, millətinə nə qədər xidmət edibdir. 

Vaxtınızı çox almaq istəmirəm. Hər bir şairin ideyası varsa, o 

da insandır. İdeyasız insan insan deyil. 

Çox sağ olun. O dövrdə kişilər var idi - Süleyman Rüstəm, 

Rəsul Rza və başqaları. Çox sağ olun ki, Siz onları  dərindən 

qiymətləndirirsiniz. Çox sağ olun, var olun. 

Heydər  Əliyev:  İndi də kişilər var. Bu kişilər burada 

oturublar. Bizim gözəl qadınlarımız var, onların  ən 

gözəllərindən biri də sizsiniz. Ona görə də o dövrdə də olub, bu 

gün də var. 



Mirvarid Dilbazi: Çox sağ olun. 

Heydər  Əliyev: Adətən, insanlar öz yanımda, gözünün 

qabağında olanı qiymətləndirmir, keçmişdəkini, yaxud uzaqda 

olanı qiymətləndirir. Amma həyatdır, heç birimiz burada daimi 

deyilik. Mən şübhə etmirəm ki, gələcək nəsillər bu gün 

  



____________________________________________ 

30

 



 

burada, bu salonda oturanların hamısını yüksək qiymətlən-

dirəcəklər. 

Səməd Vurğun 50 yaşında, 40 il bundan əvvəl vəfat edib. Biz 

onun 90 illiyini qeyd etdik. Amma Səməd Vurğun bəlkə də heç 

yaşadığı zaman, yaxud həyatdan gedəndən sonrakı ilk illərdə 

xalqın məhəbbəti nöqteyi nəzərindən bu qədər yüksək zirvələrə 

qaldırılmamışdı, nəinki indi qaldırıldı. Bilirsiniz, olur, tarixin elə 

zamanları olur ki, unudur, amma sonra xatirinə salır. 

Mirvarid Dilbazi:  Əziz Heydər  Əliyev, o vaxt Səməd 

Vurğun can verəndə Fadeyev demişdi ki, ancaq yüz illərdən bir 

belə istedadlar doğulur. 

Heydər Əliyev: Tamamilə doğrudur. 

 

 



ŞAİR SABİR RÜSTƏMXANLININ ÇIXIŞI 

 

 Hörmətli Prezident! 

Mən də bütün yazıçı yoldaşlarım kimi, bugünkü görüşə görə 

Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənə elə gəlir ki, biz 

burada təkcə Yazıçılar Birliyindən, onun taleyindən, Yazıçılar 

Birliyinin  ətrafında gedən məsələlərdən söhbət eləsək, onda bu 

görüşün heç bir mənası olmaz. 

Söhbət müstəqil dövlətin müstəqil mənəviyyatından gedir. 

Yalnız mənəviyyat səviyyəsində söhbət qurulanda onda bu 

görüşün mənası daha aydın görünür. Çünki müstəqil dövlətimiz 

var, müstəqil dövlətimizin müstəqil ideologiyası var. Amma 

təəssüf ki, mənəviyyat məsələlərinin tam formalaşması, köhnə, 

totalitar rejimdən, imperiyadan qopub yeni müstəqil dövlətə 

keçiddə bu sərbəstliyə, müstəqilliyə, bu müstəqilliyin gətirdiyi 

əziyyətlərə dözmək və bunların bədii ifadəsini  ədəbiyyata 

gətirmək çox çətin məsələdir. Halbuki bu çox  zəruridir.   Bizim  

təzə  cəmiyyətimiz  bunsuz  formalaşa 

  

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə