MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

____________________________________________ 

34

 



 

ögey-doğmalıq aradan götürülsün. Əgər kimsə günahkardırsa, 

hansı sözü deyibsə, millətin taleyində hansısa ağır bir iş görübsə 

- qoy onun cəzasını alsın. Yoxsa hamını bir yerdə götürüb 

ümumi şəkildə ləkələmək olmaz. 

Mən hesab edirəm ki, Sizin qüvvənizin daha böyük potensialı 

arxa planda qalır. Azərbaycan cavanlarının, demokratik 

hərəkatının, lap o müxtəlif partiyaların içərisində Sizi sevən 

adamlar çoxdur. O adamların hamısının Sizin ətrafınızda 

toplaşmasına imkan yaratmaq lazımdır. "Elə bizik, başqası 

yoxdur" deməklə, üzr istəyirəm, Siz tərksilah olan deyilsiniz, 

amma Sizi tərksilah etmək, yalnız özlərinı gözə soxmaq istəyən 

adamlar var ki, elə bilirəm, Siz onlardan qorunmalısınız. 

Yenə  də deyirəm, bu gün biz milli ideologiya və milli 

mənəviyyat barədə ciddi şəkildə düşünməliyik. Bu mənada 

Yazıçılar Birliyinin qorunması çox zəruridir. Bilirsinizmi, bizi 

onsuz da təkləyirlər. Torpağımızı parçalamaq söhbəti deyil, 

Azərbaycanın mənəviyyatında parçalanmalar var. Müxtəlif 

ideologiyalar, kənar ölkələrdən uzanan əllər, bir sıra dini və irqi 

şeylər - hamısı Azərbaycanı parçalamaq meylləridir. Bu 

parçalanma meyllərinin biri də Azərbaycanın vətəndaşları 

arasında ayrı-seçkilik salmaqdır, ziyalı  nəsilləri, yazıçıları, 

düşünən adamları bir-birinə qarşı qoymaqdır, "bu, sovet 

dövründə yaşayıb, ona inanmaq olmaz. Bu, təzə yetişib" deyə, 

adamlara köhnə, neobolşevizm, proletar baxışla yanaşmaq 

olmaz. Adamları bu cür parçalamaq Azərbaycanın 

mənəviyyatına ağır zərbələr vurur. Mən bu mənada məhz 

yaradıcı birliklərin qorunub qalmasının tərəfdarıyam. O, bir 

mənəviyyat yuvasıdır və onun öz havası var. Bu hava 

Azərbaycanın gələcək böyük milli-mənəvi havasının təməl 

daşlarını yaradır.  Əgər o birliklər dağılsa, onda Azərbaycanın 

bütün ziyalıları yalquzağa dönər. Mən demirəm ki, Yazıçılar 

Birliyi kimisə yazıçı edir. Amma o ittifaqlar köhnə şəkildə 

  



____________________________________________ 

35

 



 

olmasa da, müəyyən dəyişikliklərlə Azərbaycanın milli 

düşüncəsinin mərkəzi kimi həmişə yaşamalıdır. Mənə elə  gəlir 

ki, Sizin bugünkü söhbətləriniz son dərəcə yerindədir və bu 

məsələlərdə bizə düzgün istiqamət verir. 

Mən bir-iki xırda məsələni də demək istəyirəm. Sizin 

problemləriniz, işləriniz çoxdur. Üzr istəyirəm, bəzən biz son 

dərəcə ciddi məsələlərə - Azərbaycanın milli ideologiyası, milli 

təfəkkür, milli mədəniyyət məsələlərinə soyuq münasibət 

bəsləyirik. 

Siz xarici ölkələrə gedirsiniz, harada azərbaycanlı varsa, 

onları başınıza yığırsınız, görüşlər keçirirsiniz. Azərbaycan 

diasporunun yaranması Sizin bir nömrəli qayğılarınızdan biridir. 

Amma həmin adamlar öz ayaqları ilə gəlib Azərbaycanda təhsil 

almaq, bizim təbliğçilərimiz kimi yetişmək istəyirlər, ali 

məktəblərə girmək istəyirlər. Xüsusən əslən azərbaycanlı olanlar 

-  İrandan, Türkiyədən gedənlər.  İnanın, onlara elə bir yad 

münasibət var, hamısından rüşvət tələb edirlər. Onların ali 

məktəblərə daxil olmasında bir problem var. Almaniyada 

yaşayan azərbaycanlılar Bakıda konsert verməyə  gəlmişdilər, 

onları bir mədəniyyət evinə  də yaxın buraxmadılar, küçədə 

qaldılar, qayıdıb çıxıb getdilər. Rəhman öz orkestri ilə, öz 

qarmonu ilə  gəlmişdi. Ondan sonra böyük rəssam  İbrahim 

Əhrari gəldi, Gənc Tamaşaçılar Teatrının qabağında ağladı, - 

teatrın direktoru deyib ki, sizin bura gəlməyinizə icazə verilmir. 

Dünyanın müxtəlif ölkələrindən sənət adamları Bakıya gəlib, 

gedib hər yerdə demək istəyirlər ki, dünyada bu cür Azərbaycan 

sənəti, mədəniyyəti var. Onlar bizimlə qaynayıb-qarışmaq, bizə 

yaxınlaşmaq istəyirlər, biz isə qapıları onların üzünə bağlayırıq. 

Bu günlərdə  Cənubi Azərbaycanın mədəniyyət xadimlərinin 

iştirakı ilə Bakıdakı  Şəhriyar adına Mədəniyyət Mərkəzində 

Almas  İldırımın xatirəsinə  həsr olunmuş gecə  keçirildi.   

Mədəniyyət   Nazirliyindən,   Təhsil  Nazirliyindən

  

 




____________________________________________ 

36

 



bizim rəsmi idarələrdən o görüşə bir nəfər də olsun gələn yox 

idi. Bizim ağsaqqal yazıçılarımızdan isə  təkcə Qabil və Balaş 

Azəroğlu gəlmişdilər. Son dərəcə gözəl bir gecə keçdi. Həmin 

gecə Azərbaycanın milli vəhdətinin nümayişi idi. Dünyaya 

səpələnmiş azərbaycanlı sənət adamları oraya gəlmişdilər. Gözəl 

bir axşam idi. Amma nə olsun ki, bizim rəsmi dairələrin heç bir 

marağı və heç bir qayğısı yox idi. 

Heydər Əliyev: Hansı axşam idi, nə axşamı idi? 

Sabir Rüstəmxanlı: Almas İldırımın anadan olmasının 90 

illiyi. O adam ki, müstəqillik uğrunda qurban gedib. Amma bu 

adamın gecəsində bizim rəsmi dairələrdən heç kim yox idi. 

Heydər Əliyev: Bəs o gecəni kim keçirirdi? 

Sabir Rüstəmxanlı: Onu respublika Elmlər Akademiyasının 

Milli Münasibətlər  İnstitutu, Güney Azərbaycanın Aydınlar 

cəmiyyəti keçirdi, biz də kömək etdik. Biz istəmirik ki, dövlət 

hər  şeyə qarışsın. Çünki dövlətin  İranla öz müstəqil xarici 

siyasəti, diplomatik münasibətləri var. Amma bu tədbirləri 

mədəniyyət ocaqları keçirirlərsə, qonaq kimi gəlib oturmaq olar. 

Heç olmasa ona görə ki, o, ömrü boyu "Azərbaycan oy"-deyə-

deyə sızıldayıb. Belə şeylər çoxdur. 

Mən Sizdən çox-çox xahiş edirəm, bizim Cənubi Azər-

baycanda, dünyada yaşayan azərbaycanlıların respublikamızda 

vətəndaşlıq alması  məsələsinə, bu da mümkün deyilsə, onların 

ölkəmizdə  təhsil alması  məsələsinə kömək edəsiniz. Başqa 

ölkələr kənar adamları gətirib öz ölkəsində onlara təhsil verir ki, 

bunlar onun təbliğçisi olsun. 

Nəhayət, milli mədəniyyət məsələsinə diqqət son dərəcə 

artırılsın. Bunlar bizim gələcək taleyimizdir. Azərbaycan təkcə 

Qüzey Azərbaycandan ibarət deyil. Hələ  mən başqa  şeyləri 

kənara qoyuram, amma bizim mənəvi vəhdətimiz yaranmalıdır. 

Mənəvi vəhdətin də bünövrəsi mədəniyyətdir və bu mədəniyyətə 

bir az diqqətlə münasibət göstərmək lazımdır. 

  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə