MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

____________________________________________ 

40

 



qərara saldırsınlar və bunu tarazlaşdırsınlar ki, bəli, onların da, 

bunların da günahı var. 

Amma mən o vaxt da belə fikirdə olmuşam, elə yanvar 

hadisələri zamanı Moskvada bunu eşidən kimi də bu fikirdə 

olmuşam, ondan sonrakı dövrdə  də, bu gün də bu fikirdəyəm: 

Ayağa qalxmış xalq öz haqqını istəyirdi, öz sözünü deyirdi, onu 

basmaq, əzmək üçün tank göndərmək olmazdı. Bu, cinayət idi. 

Əgər küçədə öldü, əzildisə - bu onun günahı deyildi ki, küçəyə 

çıxmışdı. O, küçəyə hissiyyatını bildirmək üçün çıxmışdı. 

Bəziləri deyirdi xəbərdar etməli idilər ki, tanklar gələcək, 

küçədən çəkilin. 130, yaxud 200, yaxud da ki, 20 adam həlak 

oldu, - bunun fərqi nədir? Hər bir insan üçün bunun fərqi var, 

amma millət üçün bunun fərqi yoxdur. Millət üçün əsas odur ki, 

millətin mənəviyyatını əzdilər. 

Ona görə  də o xalq ki, ayağa qalxmışdı  və öz haqqını  tələb 

edirdi, o rejimin əleyhinə  çıxırdı  və Moskvanın, o vaxtkı 

kommunist rəhbərliyinin Azərbaycan xalqına qarşı 

ədalətsizliyinə öz protestini, etirazını bildirirdi, Azərbaycanın o 

vaxtkı  rəhbərlərinin istefasını  tələb edirdi, - hesab edirəm ki, 

bunlar hamısı tamamilə doğru-düzgün hərəkətlər olub. Bunları 

heç vaxt pisləmək olmaz. Onların iştirakçılarını heç vaxt 

günahlandırmaq olmaz. O cümlədən, Xalq Cəbhəsinin o vaxt 

yaranması və o dövrdə fəaliyyət göstərməsi, mən hesab edirəm 

ki, tariximizdə müsbət qiymətləndirilməlidir. Mənim fikrim 

həmişə belə olubdur. 

O, başqa məsələ ki, sonra bəzi adamlar həmin o imkanlardan 

istifadə etdilər və cürbəcür qeyri-qanuni işlər gördülər, yaxud ki, 

cinayətlər etdilər. Bu, başqa məsələ. Məsələn, Rəhim Qazıyev 

Xalq Cəbhəsinin liderlərindən biri idi. Məlumdur, elədirmi? 

Ancaq Rəhim Qazıyev bu Xalq Cəbhəsinə hansı niyyətlə 

girmişdi? Xalq ona inanmışdı, amma o, xalqa nə qədər xəyanət 

etdi. Yaxşı, bu məlumdur. O, elə 20 Yanvar hədisəsində  də 

xalqa xəyanət etdi. Şübhəsiz 

  



____________________________________________ 

41

 



 

 

ki, onu həbs edib Moskvaya aparandan sonra ələ keçirdilər və 



bundan sonra o, xalqın  əleyhinə  işləməyə başladı. Nəhayət, 

1993-cü ilin hadisələri bunu göstərdi. Mən bəlkə də o vaxt belə 

düşünə bilməzdim. Çünki həmin Rəhim Qazıyev mən 

Naxçıvanda olarkən iki-üç dəfə Naxçıvana gəldi. Hələ o, burada 

heç müdafiə naziri deyildi. 

Görüşdük, söhbət elədik. Mən ona hörmətlə yanaşırdım, 

çünki onu tanımırdım, içini bilmirdim. Amma hesab edirdim ki, 

o vaxtlar Yanvar hadisələrinə görə  həbs olunub, həbsxanada 

yatıbdır, demək, xalq hərəkatının liderlərindən biridir. Mən ona 

belə münasibət göstərirdim, onun içini bilmirdim. Ancaq sonra 

nə  təhər oldu? Sonra tamamilə xalqa xəyanət etdi və xarici 

ölkələrin xüsusi xidmət orqanlarına qulluq etdi. Təsadüfi deyil 

ki, bizim orqanlar burada həbs edəndən sonra onu təcridxanadan 

çıxaranlar haraya apardılar? Apardılar, onu Moskvada 

gizlətdilər. O, təlimatlarını elə oradan almışdı, oraya xidmət 

edirdi. 


Amma günah eləyənlər təkcə  Rəhim Qazıyev deyildi, 

başqaları da var idi. Günah etdilər, səhvlər etdilər. Amma ayrı-

ayrı adamların günahları, yaxud da elə Xalq Cəbhəsinin 

hakimiyyətə   gəldiyi   zaman   bir   il   müddətində   buraxdığı 

səhvlər və  nəhayət, ölkəmizi vətəndaş müharibəsinə  gətirib 

çıxarması - bunların heç birisi Xalq Cəbhəsinin  əvvəlki 

xidmətlərini inkar edə bilməz. Mən hesab edirəm, Xalq 

Cəbhəsinin də dövrləri var. Məsələn, 1988, 1989, 1990-cı 

illərdə, lap elə 1991-ci ilin özündə  də Xalq Cəbhəsinin 

fəaliyyətini mən yüksək qiymətləndirirəm və çox yüksək 

qiymətləndirirəm. Ancaq hakimiyyətə  gələndən sonra onlar, 

birincisi, hakimiyyəti saxlaya bilmədilər. 

İkincisi, 

hakimiyyətdən sui-istifadə etdilər. Üçüncüsü də Azərbaycanı 

parçalanmaq həddinə  və  vətəndaş müharibəsinə  gətirib 

çıxartdılar. Bu da onların günahıdır. Ona görə yaxşıya yaxşı, 

yamana yaman demək lazımdır. 



____________________________________________ 

42

 



 

 

Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın 



oyanmasında, inkişaf etməsində  fəaliyyət göstərmiş adamlara 

indi heç kəs mənfı münasibət göstərə bilməz və 

göstərməməlidir. Məsələn,  şəxsən sənin özün haqqında 

danışsaq, mən o vaxtlar sənin fəaliyyətini çox heyranlıqla 

müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən 

meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada 

tribunada görəndə  mən sevinirdim. Çünki yadımdadır, mən 

burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, 

bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli 

bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında 

çıxış edir və ədalətsizliyi ittiham edir, bu məni sevindirirdi. 

Yaxud, Nemət Pənahovun özünü götürün. Düzdür, o vaxtlar 

mənim barəmdə daim kriminal axtarırdılar. Bəzi qəzetlərdə  də 

yazırdılar ki, Heydər  Əliyev Bakıda işləyəndə Nemət Pənahov 

onun bağında bağban olub, ona görə onun göstərişi ilə bu işləri 

görür. Amma bunlar hamısı uydurma sözlərdir. Mən Nemət 

Pənahovu qətiyyən tanımırdım. Bir də ki, mən Azərbaycandan 

gedəndə Nemət Pənahov yaşına görə yəqin ki, uşaq imiş. Çünki 

mən Azərbaycandan 1982-ci ildə getmişdim. Bu hadisələr 1988-

ci ildə başlamışdı, o vaxtlar deyirdilər onun 25 yaşı vardı. Qəzet 

belə yazırdı, bilmirəm neçə yaşı vardı, amma belə yazırdı. 

O vaxtlar həqiqətən Moskvada belə bir fikir var idi ki, bütün 

bu məsələləri təşkil edən Heydər  Əliyevdir, Xalq Cəbhəsini 

təşkil edən Heydər  Əliyevdir. Belə fikir var idı, məni 

günahlandırmaq istəyirdilər. Amma bir halda ki, bu barədə 

söhbət açılıb, mən Moskvada yaşayanda da, buraya gələndən 

sonra da bilirdim, - Xalq Cəbhəsi ilə mitinqlərə gedən adamların 

əksəriyyəti Heydər Əliyevə müsbət münasibət göstərən adamlar 

idi.  Əksəriyyəti! Sən dedin ki, onların içərisində istəyən də 

istəməyən də vardı. Sabir, əksəriyyəti istəyən idi. Bəlkə də bunu 

mənim özümün deməyim yaxşı 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə