MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə21/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   17   18   19   20   21   22   23   24   ...   157

____________________________________________ 

66

 



onların  əsərlərinin  əksəriyyətini oxumuşam. Amma sizin 

çoxunuzla ilk dəfədir ki, üzbəüz görüşürəm. Bu da mənim üçün 

çox əhəmiyyətlidir. Güman edirəm ki, yaşlı nəsillə olduğu kimi, 

sizinlə də aramızda əlaqələr yarana bilər və biz ədəbiyyatımızın 

inkişafı naminə bu əlaqələrdən istifadə edə bilərik. Hesab 

edirəm ki, görüşümüzün məqsədi bundan ibarətdir. Görüşümüzü 

konkretləşdirmək üçün indi kimsə  nə isə deməli, məlumat 

verməlidir. Buyurun. 

 

 AZƏRBAYCAN  YAZIÇILAR  BİRLİYİNİN  

 

SƏDRİ  ANARIN  ÇIXIŞI 

 

 Möhtərəm Prezident! 



 Möhtərəm görüş iştirakçıları!  

Hörmətli Prezidentimizin dediyi kimi və sizin bildiyiniz kimi

dünən belə bir görüş oldu. Belə  gərgin vaxtda imkan tapıb bu 

görüşü keçirdiyinə görə dünən prezidentimizə hamımızın 

adından təşəkkür etdim və indi də gənc yazıçılarla görüşə görə 

təşəkkür edirəm. Burada ədəbiyyatımıza öz səsi ilə  gələn 

istedadlı şairlərimiz, nasirlərimiz, tənqidçilərimiz toplaşıblar. Bu 

o demək deyil ki, burada olmayanlar istedadsızdır, yaxud da az 

istedadlıdır. Hamını  dəvət etmək mümkün deyil. Ona görə  də 

istədik ki, Siz bir qrup ilə görüşəsiniz. Onlar qurultayda da 

iştirak edəcəklər. 

Yazıçılar Birliyi cavanlarla bağlı müəyyən işlər görür. Vaqif 

Yusifli o qədər cavan deyil, amma gənclərin yaradıcılığı ilə 

məşğul olur. Mən ondan xahiş etdim ki, burada məlumat versin. 

Yazıçılar Birliyində bir müşavirə keçirdik, orada da tənqidçi, 

həmin Vaqif Yusifli cavanların yaradıcılığı haqqında danışdı. 

Sonra gənclərin özləri danışdılar. Cavan yazıçı 

  

 



 

 

 




____________________________________________ 

67

 



Rafiq Tağının və cavan şair Adil Mirseyidin əsərlərinin 

müzakirəsini keçirdik. Mən başa düşürəm ki, daha çox iş 

görmək olardı. Amma indi sezilən işlər bunlardır. 

Bundan başqa, Yazıçılar Birliyinin Natəvan adına klubunda 

"Avanqard" adlı cavanlar birliyi toplaşır. Orada əsasən 

yaradıcılıq söhbətləri aparırlar, arabir Yazıçılar Birliyini də 

tənqid edirlər. Mən də bundan çox razıyam. Çünki 

demokratiyadırsa, tənqid də olmalıdır. 

Güman edirəm ki, buraya toplaşanların taleyini heç kəs 

əvvəlcədən xəbər verə bilməz. Amma mən arzu edərdim ki, 

onların yaradıcılıq taleyi uğurlu olsun və  gələn görüşlərdə, 

hörmətli Prezident, bugünkü gənclər Sizinlə artıq ağsaqqallar 

kimi görüşsünlər və onlardan sonra gənc nəsil gəlsin. Hələ 

ağsaqqal olana qədər onlar cavandırlar, burada çıxış edib öz 

sözlərini deyə bilərlər. 

Mən xahiş edərdim ki, Vaqif Yusifli onların yaradıcılığı 

haqqında qısa məlumat versin. 

 

 



 

TƏNQİDÇİ VAQİF YUSİFLİNİN ÇIXIŞI 

 

 Hörmətli Prezident!  



 Hörmətli görüş iştirakçıları! 

Çağdaş Azərbaycan  ədəbiyyatının cavan nəsli ilə keçirilən 

belə bir görüş, heç şübhəsiz, ədəbi-tarixi bir görüşdü və belə bir 

missiyanın yerinə yetirilməsidir. 

Hörmətli Prezidentimiz əvvəlki illərdə  də cavanların 

yaradıcılığı ilə ciddi maraqlanmış, onların ayrı-ayrı  əsərlərinə, 

bütöv yaradıcılıqlarına öz münasibətini bildirmişdir. 

Yazıçıların X qurultayı  ərəfəsində  ədəbiyyatımızın gələcəyi 

olan istedadlı  gəncliyin ölkə prezidentinin məsləhət və 

tövsiyələrini, xeyir-dualarını eşitməsi xoşdur. 

  

 

 




____________________________________________ 

68

 



Qədim yunan filosofu Sokratın belə bir məşhur kəlamı var: 

"Bircə şey bilirəm ki, heç bir şey bilmirəm". Əslində bu müdrik 

kəlamı söyləyənə  qədər Sokrat çox şey bilirdi, zəmanəsinin  ən 

böyük filosofu səviyyəsinə yüksəlmişdi. Lakin çox bilməyi ilə 

öyünmürdü və bildiklərini bilmədiklərinin müqabilində 

dəryadan, ümmandan bir zərrə hesab edirdi. 

Bu gün hər bir gəncin söz eşitməyə, öz yaradıcılığı barədə 

hansısa bir tövsiyəni eşitməyə doğrudan da böyük ehtiyacı 

vardır.  Əlbəttə, onların istedadının, yaradıcılığının daha da 

çiçəklənməsi, üzə  çıxması üçün belə bir görüşdən çox şey 

gözləyirlər. Hörmətli Prezident, onların adından Sizə öz 

minnətdarlığımızı bildiririk. 

Mən  əvvəlcə hörmətli prezidentimizi buradakı  gənclərin 

adları ilə tanış etmək istəyirəm. Burada ədəbiyyatın müxtəlif 

janrlarında yazıb-yaradan gənclər  əyləşiblər. Gənc nasir 

Mübariz Cəfərlinin bir neçə hekayə və povest kitabı çıxıb. Onun 

yanında oturan Orxan Fikrətoğlu gözəl  şairimiz Fikrət Sadığın 

oğludur, bir neçə hekayələr kitabının müəllifidir. Daha sonra 

"Ulduz" jurnalının baş redaktoru, gözəl  şairimiz  Ələkbər 

Salahzadə, "Ədəbiyyat qəzeti"nin redaktor müavini, gənc 

tənqidçi Tehran Əlişanoğlu, gənc şair Əjdər Ol, orijinal yazıları 

ilə diqqəti cəlb edən gənc  şair Salam Sarvan, Əlizadə Nuri, 

Saday  Şəkərli, gənc tənqidçi Nizaməddin Mustafa, gənc  şair 

Yalçın Qoca, gənc  şair və  tərcüməçi Mahir Qarayev, gənc 

tənqidçi,  ədəbiyyatşünas  Şəlalə  Həsənova, gənc  şairə Mahirə 

Abdullayeva, yaşı az olsa da öz elmi yazıları ilə professorluq 

səviyyəsinə çox tez yüksələn tənqidçi,  ədəbiyyatşünas Nizami 

Cəfərov, özünü gənclikdən qətiyyən ayırmayan filologiya 

elmləri doktoru, professor Rafael Hüseynov. Bu tərəfdən 

əyləşənlər - Xeyrəddin Qoca, yaradıcılığa yeni başlayan Səyyad 

Aran. 

Heydər  Əliyev: O, yaşına görə cavan hesab olunur, yoxsa 

yaradıcılığına görə? 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə