____________________________________________
90
Mən bilirəm ki, indi gənc yazıçı əsər yazır, amma evi yoxdur.
Ancaq yeni meydana çıxmış iş adamı, biznesmen qısa bir
müddətdə böyük pul qazanır, gedib özünə üçotaqlı yox,
beşotaqlı mənzil alır. Bu da indi bizim həyatımızın qanunudur.
Bir halda ki, biz keçmiş sovet quruluşundan demokratik
quruluşa keçdik, sovet iqtisadiyyatı, sosialist iqtisadiyyatı
sistemindən sərbəst iqtisadiyyata keçdik, bu iqtisadiyyatın da
qanunları bundan ibarətdir. Biz buna da dözməliyik. Ancaq bu
heç kəsdə heç vaxt ümidsizlik yaratmamalıdır.
Mən bunu dünən də dedim, - bizim keçmişdə yaranmış adət-
ənənələrimiz çox gözəldir və biz onları itirməməliyik,
saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə də istifadə
etməliyik. "Keçmişdə nə vardı hamısını pozmaq, yenidən
yaratmaq lazımdır" kimi cılız fıkirlər fəlakətdən başqa heç bir
şey gətirə bilməz. Məsələn, 1917-ci ildə Oktyabr inqilabı baş
verdi, 1917, 1918, 1920-ci illərdə hakimiyyətə gələn bolşeviklər
keçmişdə nə vardı - hamısını pozdular ki, heç bir şey olmayıb,
yeni dünyanı biz yaradırıq. Amma nə qədər itkilər oldu. O
cümlədən elə bizim Azərbaycan xalqının nə qədər itkiləri oldu.
Rafael Hüseynov Rəfıbəylilər barədə bir kitab yazıbdır. 0
vaxt bu Rəfibəyliləri həbs etdilər, cəzalandırdılar. Nəyə görə?
Bunlar bəy, xan idilər, yaxud vəzifə, mülk sahibi idilər, kim
idilər? Amma görün, böyük bir kitab yazıldı. Nə qədər dəyərli
insanlar idilər!
O vaxt bu, nəyə görə oldu? Ona görə oldu ki, o siyasət, o
ideologiya əvvəldən insan cəmiyyətinə uyğun ideologiya
olmamaqla yanaşı, həmin ideologiyanı həyata keçirənlər, -
bolşeviklər nə qədər qanunsuzluqlar etdilər, xalqa, millətə nə
qədər zərbələr vurdular. Bu, təkcə Azərbaycanda deyildi, hər
yerdə belə idi. O vaxt çar Rusiyası məkanında yaranniş Sovetlər
İttifaqı hər yerdə belə olub. Doğrudur, bir yerdə az, başqa yerdə
çox olub.
____________________________________________
91
Biz o dövrün içində 70 il yaşamışıq və yeni bir həyata gəlib
çıxmışıq, müstəqil dövlətik. Tamamilə yeni, dünyəvi, demok-
ratik, hüquqi bir dövlət qururuq. Bazar iqtisadiyyatını tətbiq
edirik. İqtisadiyyatımızı dünyaya açmışıq. Hesab edirəm ki, bu
Azərbaycanın milli mənafelərinə uyğun ən düzgün bir yoldur və
biz bu yolla gedirik. Amma bu heç də o demək deyildir ki, o
dövrdə yaranmış gözəl ənənələri indi biz kənara ataq, onlardan
istifadə etməyək.
Məsələn, bu ənənələrdən biri Yazıçılar İttifaqının yaran-
masıdır. Səyyad Aran burada dedi ki, vaxtilə Lənkəranda,
Şamaxıda, haradasa başqa yerlərdə birliklər olmuşdur. Bu da
həqiqətdir. Doğrudan da belə idi. Elə bu əsrin əvvəlində
Azərbaycanın maarifçiləri, mütəfəkkir insanları da cürbəcür belə
təşkilatlar yaratmışdılar. Amma sonra, 1934-cü ildə bu
birləşibYazıçılar İttifaqı yarandı. İndi bu Yazıçılar İttifaqı 63
ildir yaşayır. O, xalqımıza nə qədər böyük fayda verib. İndi
durub deyək ki, bu Yazıçılar Birliyi lazımdır, ya lazım deyil?
Şübhəsiz ki, indi sərbəstlikdir, hərə öz fıkrini deməlidir, bu da
tam təbiidir. Amma mən öz fikrimi deyirəm, əlbəttə ki, Yazıçılar
Birliyi lazımdır.
Məsələn, bu ənənədir. Amma başqa ənənə də var idi ki,
yazıçılara xüsusi imtiyazlar verilirdi. Mən istəyirdim ki, bu
ımtiyazlar bu gün də olsun. Ancaq buna iqtisadi imkanlar
çatmır. Nə etməli? Demək, yollar axtarmaq lazımdır. Məsələn,
siz özünüz dediniz ki, "Ədəbiyyat qəzeti" də, "Azərbaycan",
"Qobustan" jurnalları da tamamilə dayanmışdı. Biz məsələyə
baxdıq, gördük ki, bir az imkanlarımız var, onları dövlətin
maliyyələşdirilməsinə götürdük. Bu gün "Ulduz" jurnalı
haqqında məsələ qaldırdınız. Mən soruşdum, - ildə neçə dəfə
çıxara bilərsiniz? Biri dedi 12 dəfə, o biri dedi 6 dəfə. Hansını
deyirsiniz, onu qəbul edirəm. Bəyan edirəm ki, mən "Ulduz"
jurnalını da dövlətin maliyyəsinə götürürəm. Amma siz çalışın
ki, "Ulduz" jurnalı çıxsın və orada yaxşı
____________________________________________
92
əsərlər dərc olunsun. Əgər ilk əvvəl iki aydan bir çıxara
bilərsinizsə, özünüzü zora salmayın, iki aydan bir çıxarin. Ancaq
sonra işi yaxşı təşkil edib ayda birini çıxara
bilərsinizsə, ayda birini çıxarın.
Bilirsiniz, mən bu işlərə tam müstəqillik verirəm. Mən
sadəcə, buna cavabdehəm ki, onun maliyyələşdirilməsini
dövlətin üzərinə götürürəm. Qalanları sizin işinizdir. Çıxara
bilərsiniz, ildə 12 dəfə çıxarın, istəyirsiniz ildə 6 dəfə, 8 dəfə
çıxarın. Bu, sizin bacarığınızdan, əsərlərinizdən, işi təşkil
etməkdən asılı olacaqdır. Mən öz vəzifəmi yerinə yetirirəm.
Mən bəyan etdim, qərar qəbul edəcəyəm. Amma siz hərəkət
edin.
Burada ayrı-ayrı kitabların nəşr olunması və nəşrin keyfıyyəti
haqqında da deyildi. Mən bu barədə də düşünə bilərəm. Sonra
siz deyəsən, başqa məsələlər də qaldırdınız. Mən bayaq da
dedim, - televiziyada xüsusi, daimi veriliş aparılmalıdır və
orada bizim ədəbiyyatımızın nümunələri, xüsusən jurnallar daim
təbliğ olunmalıdır. Çünki burada deyildi ki, jurnallar az oxunur,
hətta oxumaq həvəsi azalıbdır. Bu da təbiidir. Çünki insanların
bir tərəfdən dərdi çoxalıbdır, ona görə də oxumağa vaxt
tapmırlar, ikinci tərəfdən bu jurnallar müntəzəm çıxmadığına
görə insanlar bundan bir az soyuyublar. Demək, əvvəlki
münasibəti bərpa etmək lazımdır.
Mən Fatma Abdullazadəyə tapşırıram ki, sərəncam hazırlasın
- sizin sabahkı qurultayınızda da ola bilər ki, hansısa məsələ
qaldırılsın - qurultayın nəticələri ilə əlaqədar sərəncam
hazırlasın. Mən həllinə imkan olan məsələləri bu sərəncamda
əks etdirərəm, bu sərəncamı imzalayaram və indiki imkan
daxilində sizə bu yardımı edərəm.
Amma istəyirəm biləsiniz ki, bizim bu imkanlarınıız
gələcəkdə daha da çox olacaqdır. İqtisadiyyatımız inkişaf edir,
Azərbaycana xarici sərmayə gəlir. Mən hesab edirəm kı, iki-üç
ildən sonra Azərbaycanın iqtisadi imkanları daha da
Dostları ilə paylaş: |