____________________________________________
81
YEKUN SÖZÜ
Burada söz deyən gənc yazıçılarımızın, şairlərimizin hamısı
Azərbaycan ədəbiyyatının varlığı, onun bu günü və gələcəyi
haqqında mülahizələrini bildirdilər. Mən bugünkü görüşdən belə
bir nəticəyə gəlirəm ki, Azərbaycan ədəbiyyatı bizim
həyatımızın, tariximizin bütün mərhələlərində olduğu kimi, bu
mərhələdə də yaşayır və öz tarixi missiyasını yerinə yetirir.
Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat
nümunələri ilə tanınıbdır. Hətta Qərb ölkələrinin, inkişaf etmiş
digər ölkələrin tarixini vərəqləyərkən görürük ki, xalqımızın
yaratdığı ədəbi əsərlər, şerlər onlardan xeyli əvvəl yaranıbdır.
Beləliklə də, bir daha aydın olur ki, xalqımızın tarixində
ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın
inkişafında çox böyük rol oynayıbdır.
Doğrudur, tarixin cürbəcür mərhələlərində ədəbiyyatın çox
güclü inkişaf dövrü də, süqut dövrü də olubdur. Biz enişli-
yoxuşlu bir tarix keçmişik, ancaq ədəbiyyatımız yaşayıbdır.
Əgər indi biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini
qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək,
bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır.
Ədəbiyyatı, şeri, bədii sözü yaradan insanlar, şübhəsiz ki, fitri
istedada malik olublar. Onlar xalqına, millətinə, dilinə, dininə,
milli ənənələrinə sadiq insanlar olublar, yazıblar, yaradıblar.
Ona görə də bizim ədəbiyyatımız daim yaşayacaqdır. Ayrı-ayrı
dövrlərin çətinlikləri ədəbiyyatı heç vaxt nə söndürə bilər, nə
öldürə bilər, nə də onu zəiflədə bilər.
İndiki dövr keçid dövrüdür. Biz bu keçid dövrünün
çətınliklərini bütün sahələrdə hiss edirik, görürük. Şübhəsiz ki,
bu çətinliklər mədəniyyət, ədəbiyyat sahəsində də var. Ancaq
bu müvəqqətidir, tarixi nöqteyi-nəzərdən bir andır, müvəqqəti
bir dövrdür. Biz bu dövrü keçib gedəcəyik. Biz sadəcə, buna
dözməliyik, bu dövrün əzab-əziyyətini, ağrı-acısını çəkməliyik
____________________________________________
82
ki, gələcəyimiz daha gözəl, parlaq olsun. Heç şübhə yoxdur ki,
Azərbaycan xalqıınn gələcəyi gözəl, parlaq olacaqdır. Bunun
əsas, bizim ən böyük tarixi nailiyyətimiz - Azərbaycanın
müstəqil dövlət olmasıdır. İndi bəlkə də hər bir kəs bu
müstəqilliyi lazımi qədər dərk edə, qiymətləndirə bilmir. Ancaq
zaman gələcək, hamı anlayacaqdır ki, bu müstəqillik, milli
azadlıq bizim xalqımız üçün nə qədər dəyərli və
əvəzsizdir.
Xalqın gələcəyi, xalqın öz tarixini, keçmişini dərk etməsi və
gələcək yaşayışını qurması üçün əldə etdiyimiz dövlət müs-
təqilliyi, milli azadlığımız əvəzsiz bir hadisədir. Ona görə də biz
bunun naminə hər bir çətinliyə dözməliyik. Bu o demək deyil ki,
biz müstəqillik naminə nəyi isə itirməliyik, yox. Biz bu dövrün
imkanlarından istifadə edib işlərimizi daha da yaxşı qurmalıyıq,
bu müstəqilliyin bütün sahələrdə bəhrələrini görməliyik. Ola
bilər bu, bir sahədə bir az tez olsun, bir sahədə gec olsun,- bunun
fərqi yoxdur, bu olacaqdır. Bu da yalnız və yalnız
çalışmağın, gərgin işin, fədakarlığın nəticəsində ola bilər.
Ədəbiyyat, mədəniyyət isə həmişə fədakarlıqdan doğan bir
anlayışdır. Ədəbiyyatı, mədəniyyəti, bədii əsərləri, yüksək
incəsənət əsərlərini yaradan insanlar həmişə fədakar olurlar.
Onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar
da ola bilməzlər.
Siz gənclər bunu bilirsiniz, amma daha dərindən bilməlisiniz
ki, ən qədim dövrlərdən bizə gəlib çatmış, indi fəxr etdiyimiz
ədəbiyyat əsərlərinin - Nizaminin, Nəsiminin, Füzulinin,
Vaqifin, Mirzə Fətəli Axundovun, yaxud digərlərinin
əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı bilmir
ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət
çəkiblər, nə qədər fədakarlıq göstəriblər.
Məsələn, bizim XX əsr ədəbiyyatımızda ən fəxr etdiyimiz
şəxsiyyətlər Sabirdir, Cəlil Məmmədquluzadədir. Əgər bız
Nizaminin, Füzulinin həyatını ətraflı bilmiriksə, nəyisə
____________________________________________
83
mülahizə ediriksə, amma bunların ki, həyatını bilirik. Sabirin də
Cəlil Məmmədquluzadənin də, Cəfər Cabbarlının da, Hüseyn
Cavidin də həyatını bilirik. Bunların hər biri öz fitri istedadı ilə
böyük qəhrəmanlıqlar göstəriblər. Əsərlər yaradıblar, böyük irs
qoyub gediblər.
Ümumiyyətlə, XX əsr elə başlanğıcından sonunadək çox
çətin bir əsr, ağır bir dövr olubdur. Doğrudur, XX əsrin sakit
dövrləri də olubdur. Amma qalmaqallı, qarışıq, çətin, ağır
dövrləri daha çox olubdur. Bizim qismətimizə nə düşübdür? Biz
bunun bir çox hissəsini görmüşük. Məsələn, bizim nəsil, - mən
öz nəslimi deyirəm, - biz 30-cu illərin ağırlıqlarını da görmüşük,
40-cı illərin, müharibə illərinin çətinliklərini də görmüşük,
sonrakı illərin çətinliklərini də. Eyni zamanda 1960-1970-1980-
cı illərdə yaranmış müsbət şəraiti də görmüşük. 1980-cı illərin
sonundan başlayaraq Azərbaycan üçün ağır bir dövr başlanıbdır.
Bu, bir tərəfdən Ermənistanın Azərbaycana etdiyi təcavüz
nəticəsində meydana gəlibdir. İkinci tərəfdən, Sovetlər
İttifaqının dağılması
və beləliklə, Azərbaycanın öz
müstəqilliyini əldə etməsi prosesi baş vermişdir. Bu proses
zamanı respublikamızın daxilində millə-timizə, cəmiyyətimizə
zərər vurmuş hadisələr də olmuşdur. Görürsünüz, bunlar hamısı
XX əsrdə cəmlənibdir. Amma deyilən bütün bu dövrlərdə bizim
adamlarımız yaşayıblar, Sabir də, Cəlil Məmmədquluzadə də,
Cəfər Cabbarlı da, onlardan sonra gələn nəsillər də yazıb-
yaradıblar. Siz də yazırsınız, yaradırsınız.
Mən 1960-1970-ci illəri, xüsusən 1970-cı illəri və 1980-ci
illərin birinci yarısını xatırlayıram. Bu, çox məhsuldar bir dövr
idi. Amma mən bundan sonrakı dövrləri də xatırlayıram. Ola
bilər, bir dövrdə bir az çox yazılır, bir dövrdə az yazılır. Ancaq
ədəbiyyat yaşayır və yaşayacaqdır.
Bu gün məni sevindirən odur ki, bizim gənc nəslimiz ardır.
Biz bəzən sənət ustalarına hədsiz vurğun oluruq, sənət
Dostları ilə paylaş: |