MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə22/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   18   19   20   21   22   23   24   25   ...   157

____________________________________________ 

69

 



Vaqif Yusifli: Yaradıcılığına görə. 

Heydər Əliyev: Yaradıcılığına görə. Ola bilər, yaşı 60 olsun, 

yeni yaradıcılığa başladığına görə gənc hesab olunsun. 



Vaqif Yusifli: Daha sonra - lap gənc, istedadlı  şair, ilk şer 

kitabının müəllifi  İlqar  İlkin, adı  çəkilən "Avanqard" ədəbi 

birliyinin rəhbəri Dəyanət Osmanlı, iki şairə bacımız - Səhər və 

Təranə, gənc  şair  Əkbər Qoşalı, cavan şair Mətləb Ağa, bu 

yaxınlarda 40 yaşını qeyd edən gözəl şairimiz Rüstəm Behrudi. 

Heydər Əliyev: Neçə yaşını qeyd edib? 

Vaqif Yusifli: 40 yaşını. 

Heydər Əliyev: Behrudi, tanıyıram, görüşmüşük. 

Vaqif Yusifli: Daha sonra - gənc  şair Maarif Soltan, Vaqif 

Bəhmənli, - o da gəncdir, gənc nasir Saday Budaqlı, tənqidçi 

Arif Əmrahoğlu, şair Akif Əhmədgil, bu tərəfdən - gənc şairlər 

Akif Səməd, Musa Urud, Əlabbas Bağırov, tənqidçi Cavanşir 

Yusifli. 

Hörmətli Prezident, əlbəttə,  ədəbiyyatı  nəsillər üzrə 

təsnifləşdirmək, cavan, orta nəsil, yaşlı  nəsil bölgüləri ilə bir-

birindən seçmək, ayırmaq, fərqləndirmək heç bir zaman xeyir 

verməyib. Müxtəlif dövrlərdə  ədəbiyyatda bu cür ayrı-seçkilik 

bəzən cavanların istedadları qarşısında bir sədd çəkib. Heç 

şübhəsiz,  ədəbiyyatı  nəsillər yox, müxtəlif nəsillərin yaratdığı 

əsərlər,  ən yaxşı  əsərlər tanıdıb. Yəni  ən yaxşı  əsərlərin nə 

cavanı, nə orta yaşlısı, nə  də qocası olur. Ən yaxşı  əsərlərin 

əbədisi olur, uzunömürlüsü olur. Amma bir fakt, bir həqiqət 

danılmazdır ki, ədəbiyyatda  şərti mənada işlədilən "yeni nəsil" 

ifadəsi daha çox ədəbiyyatda yenilik, novatorluq məfhumu ilə 

çarpazlaşır. Yəni  ədəbiyyata yeni nəsil gəlirsə, bu yeni nəsil 

gərək  ədəbiyyata yeni səs, hava, çalar, yeni ideyalar gətirsin. 

Əgər o, yeni ideyalar gətirirsə, yeni səs ilə fərqlənirsə, bir üslub 

yeniliyi yaradırsa, fərdi dəsti-xətti ilə 

  

 

 




____________________________________________ 

70

 



seçilirsə, - bu, ədəbiyyatda yaşayır,  əgər seçilmirsə yaşamır. 

Ədəbiyyat tarixindən buna çoxlu misal gətirmək olar. 

20-ci illərin axırlarını, 30-cu illərin  əvvəllərini xatırlamaq 

kifayətdir. Bu illərdə  ədəbiyyata yeni nəsil - Azərbaycan sovet 

ədəbiyyatının yaradıcıları hesab olunacaq gənclər gəlmişdilər: 

Şairlərdən Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfıq, 

Məmməd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar 

Rəfibəyli, nasirlərdən Mirzə  İbrahimov, Mehdi Hüseyn, İlyas 

Əfəndiyev, Əbülhəsən, Ənvər Məmmədxanlı və başqaları. 

Heydər Əliyev: Rəsul Rzanı yaddan çıxartdın. 

Vaqif Yusifli: Üzr istəyirəm, Rəsul Rza. 

A n a r: Onu mən tapşırmışam, deməsin. 

Heydər Əliyev:   Niyə? Sənin ixtiyarın yoxdur bunu etməyə. 

Vaqif Yusifli: Çox keçmədən, elə 30-cu illərin əvvəllərində 

onlar öz yaradıcılıqları ilə ədəbi mühitdə özlərinə yer tapdılar və 

bir nəsil kimi formalaşdılar. Müharibə illərində  və sonrakı 

dövrdə  ədəbiyyata ikinci bir nəsil gəldi - Bəxtiyar Vahabzadə, 

Nəbi Xəzri, Hüseyn Arif, Qabil, İsmayıl  Şıxlı,  İsa Hüseynov, 

Sabir  Əhmədli, Hüseyn Abbaszadə, Vidadi Babanlı, Adil 

Babayev. Çox keçmədən bu nəsil də öz istedadı sayəsində 

ədəbiyyatın aparıcı qüvvələrinə çevrilməyə başladı. 

50-ci illərin ortaları, 60-cı illərin  əvvəllərində Azərbaycan 

ədəbiyyatının müxtəlif nəsilləri içərisində yeni bir nəsil 

seçilməyə başladı - Əli Kərim, Məmməd Araz, Nəriman 

Həsənzadə, Xəlil Rza, Cabir Novruz, Fikrət Sadıq, Yusıf 

Səmədoğlu, Anar, Fikrət Qoca, Əkrəm  Əylisli, Tofiq Bayram, 

Fərman Kərimzadə,  İsi Məlikzadə, Elçin, İsa  İsmayılzadə, 

Ələkbər Salahzadə. Bu nəsil öz yaradıcılığı ilə  ədəbiyyatımızı 

xeyli zənginləşdirdi. 

Daha sonrakı onillikdə, 70-ci illərdə  də  ədəbiyyat beləcə  -

yeni səslər, nəfəslər, yeni hava ilə diqqəti cəlb etdi. Nəhayət, 

  

 

 




____________________________________________ 

71

bu gün buraya toplaşan ədəbi gəncliyi yeni nəsil hesab etməyə 



tam mənəvi haqqımız var. Mən bu gün bir tənqidçi kimi bu 

ədəbi nəsil haqqında bədgüman deyiləm. Yəni çağdaş 

Azərbaycan ədəbiyyatının bu cavan qolu sənətin sabahına, XXI 

əsrin ədəbiyyatına müəyyən dərəcədə bir inam yaradır. Bu inamı 

onlar öz yaradıcılıqları ilə, dünyaya, gerçəkliyə, həyata yeni, 

orijinal baxışları ilə yaratmışlar. 

Onların içərisində ola bilsin, ədəbiyyat aləmində, sənət 

aləmində müəyyən mənada hələ öz cığırını çox çətinliklə tapan, 

hələ eksperimentlərə uyan, axtarışlar aparan gənclər var. 

Ümumiyyətlə,  ədəbi proses, ədəbiyyat çox çətin,  əzablı, 

üzüntülü prosesdir. Ədəbiyyatda möhkəmlənmək o qədər də 

asan deyil. Mən gənclərin yaradıcılığını  sırf ayrıca bir 

kontekstdə, yaxud ədəbiyyatın ümumi kontekstində izləyəndə 

belə bir qənaətə gəlirəm ki, ölkədə, məmləkətdə baş verən bütün 

bu çətinliklərə, məhrumiyyətlərə, ağrılara baxmayaraq, bizdə 

maraqlı bir ədəbi nəsil yetişir. Bu cavan nəsil özündən  əvvəlki 

ədəbi  ənənələrə arxalanaraq, onlardan güc alaraq, faydalanaraq 

üzü gələcəyə doğru gedir, bu ənənələri yaşada-yaşada tarixi bir 

missiyanı yerinə yetirir. Bir tərəfdən bizim xalq şerimizə, aşıq 

şerimizə söykənən cavanlar var, - onlardan istifadə edirlər, aşıq 

şerini sanki yeni biçimdə, yeni formada dirçəldirlər. Bir tərəfdən 

klassik  ədəbiyyatımıza üz tutulur. Bir tərəfdən uzun müddət 

bizdə yasaq edilmiş azərbaycanlılıq, türkçülük ideyaları haqlı 

şəkildə qabardılır. Bu şerlər bizi öz kökümüzə, ilkinliyimizə 

qayıtmağa səsləyir. Eyni zamanda Qərb  ədəbiyyatından, Qərb 

poeziyası ənənələrindən ıstıfadə edilir. Halbuki əvvəllər bir çox 

şairlərimizi buna görə qınayırdılar. 

Azərbaycan  ədəbiyyatı  sırf özünə qapılmış  ədəbiyyat 

deyildir. Azərbaycan  ədəbiyyatı  həm milli kökləri ilə, həm də 

başqa xalqların ədəbiyyatından istifadə yolu ilə yaşayan, özunü 

yaşadan, milli varlığını sübut edən bir ədəbiyyatdır ki, 

  

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə