MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

____________________________________________ 

93

 



 

yaxşı olacaqdır. Bu iqtisadi, maliyyə imkanları artdıqca biz 

ədəbiyyata köməyimizi də artıra biləcəyik. 

Ancaq, eyni zamanda, sizə  məlumdur ki, iqtisadi cəhətdən  

çox inkişaf etmiş dövlətlərdə - məsələn Avropa dövlətlərində 

heç bir Yazıçılar Birliyi dövlətin maliyyəsində deyil. Götürün 

Fransanı, Almaniyanı,  İngiltərəni və yaxud Amerika Birləşmiş 

Ştarlarını - onlar bilmirlər pulu hara qoysunlar. Amma nədənsə 

onların nə Yazıçılar Birliyi var, nə  də  hər hansı bir yazıçının 

əsərini çap etmək istəyirlər. Həmin ölkələrdə kim necə yaşayır-

yaşayır, kim necə yazır-yazır. 

Mən dünən də dedim ki, bizim yazıçılarda bir az vərdiş, 

ənənə yaranıbdır - mən bunu pis ənənə hesab etmirəm, - onlar 

buna öyrəniblər: vaxtilə imtiyazlar veriblər, indi də vermək 

lazımdır: vaxtilə mən kitab yazmışam, onu çap ediblər, bilmirəm 

hansı pulla çap ediblər, indi də lazımdır. Bu da nəzərə 

alınmalıdır. 

Məsələn, götürək bizim qonşu dövlətləri - Türkiyəni, İranı. 

Orada dövlət hansı yazıçının  əsərini çap edir,  yaxud hansı 

yazıçıya,  şairə ev verir? İndi biz böyük şairimiz  Şəhriyarın 90 

illiyini qeyd edəcəyik. Biz bu yubileyi Azərbaycanda geniş qeyd 

etməliyik. Mənim bu barədə də xüsusi sərəncamın olacaqdır. 

Ola bilər, mən onu bu gün imzalayım. Ancaq Şəhriyarın həyatı 

və vəziyyəti hamıya məlumdur. Bilmirəm, dövlət ona orada bir 

ev vermişdi, yoxsa yox? Siz bunları yaxşı bilərsiniz. Yaxud 

onun yazdığı əsərləri özü çap elətdirirdi, yoxsa kim? 

Burada  deyildi,   -   mən   gənc  istedadlara   himayəni   

öz üzərimə götürmüşəm. Mən bizim gənc müğənni, çox gözəl 

səsi olan Surxay Əsgərova xüsusi maaş - bir milyon manatlıq 

maaş təyin etmişəm. İndi siz Surxay Əsgərov kimi istedadlı beş 

nəfər adamın adını  mənə verə bilərsiniz ki, mən onlara Surxay 

Əsgərova təyin etdiyim maaşı  təyin edim? Amma onlar gərək 

həqiqətən Surxay Əsgərov kimi istedadlı adamlar olsunlar. Mən   

Surxay   Əsgərovun   istedadını,   səsini   və 

  



____________________________________________ 

94

 



 

gələcəyini görürəm. Amma yazıçının,  şairin bir dənə  şeri, 

hekayəsi ilə bunu görə bilməyəcəyəm. Ona görə  də fikirləşin. 

Siz bunu da fikirləşin, - bəlkə, ola bilər, məsələn, bir beş və ya 

on nəfərə bir il müddətində  məvacib təyin edək, baxaq görək 

onlar bu müddətdə hansı əsərləri yazacaqlar. Əgər yazdı, verdi, 

mükafat da vermək, məvacibin vaxtını da uzatmaq olar. Amma 

yazmadı, - yox, pulu geri almayacağam, - sadəcə  olaraq pul 

batacaq. 

Fikirləşin,   mən   sizə   artıq   mümkün   olan   bəzi   şeyləri 

deyirəm. Siz fikirləşin, təklif verin. Mən buna müəyyən vəsait  

ayıra bilərəm. Ancaq bilim, görüm nəyə ayıracağam, bunun 

nəticəsi nə olacaq. Hər halda, mən bu imkanları  təklif edirəm. 

Siz baxın. Mən indi göstəriş verdim ki, qurultaydan sonra  

sərəncam hazırlansın.  Əgər təklifləriniz olsa mən onları oraya 

sala bilərəm və beləliklə də, bəzi həvəsləndirici, şərait yaradıcı  

tədbirlər görə bilərik, addımlar ata bilərik. 

Əmin ola bilərsiniz ki, dövlətin  ədəbiyyata, xüsusən gənc  

yazıçılara qayğısı daim olacaqdır. Buna əmin ola bilərsiniz. İndi  

bəlkə  bunun  səviyyəsi,   dərəcəsi  bəzi  vaxtlarda  bir-birindən 

fərqli olacaqdır. Amma əsas odur ki, bu qayğı var. 

Dünən mən böyük bir görüş keçirmişəm. Bu gün sizinlə  

böyük bir görüş keçirirəm. Qurultayınız sabah səhər 10-da 

başlayır, axşamacan orada oturacaqsınız, mən də sizinlə bir 

yerdə olacağam. Çünki hamını dinləmək istəyirəm ki, görüm  nə 

danışırsınız. Bu mənim üçün də çox böyük əhəmiyyətlidir. 

Görürsünüz, mən üç gündür vaxtımın çox hissəsini  ədəbiyyata  

sərf edirəm. Məgər bunun özü qayğı deyilmi? Xarici işlər naziri 

bu gün mənə deyir ki, dünən Qazaxıstanın Müstəqülik günü 

olanda bir səfır ona yanaşıb deyib ki, Heydər Əliyevə nə olub? 

Cavab verib ki, necə nə olub? Səfir deyib ki, burada  diplomatik 

korpus çox narahatdır. Soruşub ki, niyə? Deyir ki, Heydər 

Əliyevi üç gündür televiziyada görmürük. Deyir mən dedim ki, 

bəs siz prezidentinizi hər gün televiziyada  

  



____________________________________________ 

95

 



 

görürsünüz? Deyib ki, yox, iş burasındadır ki, bizim prezidentin 

başqa iş üslubu var, amma biz Heydər  Əliyevi hər gün 

televiziyada görürük. Ancaq üç gündür görmürük, narahatlıq ki 

ona nə olub, xəstə deyil ki. Doğrudan da belə oldu ki, baş 

qarışdı, elə bir hadisə olmadı ki, mən o işi televiziya qarşısında 

görüm. Altıncı gün də, bazar günü də, sonra birinci, ikinci, 

üçüncü günlər də belə oldu. Doğrudur, dünən biz görüş keçirdik, 

amma onu gec qurtardıq, televiziya verə bilməmişdi. Yəqin bu 

gün verəcəklər. 

Yəni onu demək istəyirəm ki, adətən mən xarici qonaqları 

qəbul edəndə televiziya çox lazım olur. Biz daxili işlərdə 

televiziyadan istifadə etmirik. Mən bu günlər - dünən də, bu gün 

də, sabah da ədəbiyyatla məşğulam. Xaricdən gələn bir neçə 

adamlar mənimlə görüşmək istəyirlər. Demişəm ki, onlarla bu 

üç gündə görüşə bilmərəm. Bir sıra səfirlər var, görüşmək 

istəyirlər. Demişəm ki, görüşə bilmərəm, çünki bu işlə 

məşğulam. 

Yəqin bunun özü sübut edir ki, dövlətin  ədəbiyyata qayğısı 

var, elədirmi? Bu qayğı da olacaqdır. Arxayın ola bilərsiniz ki, 

bu qayğı olacaqdır və biz həmişə sizinlə birlikdə olacağıq. 

Mən gənc yazıçılara hörmət və ehtiramımı bildirmək 

ıstəyirəm. Mən çox şad oldum ki, bu gün şəxsən görüşdük. 

Hesab edirəm ki, sabah qurultayınız da birincisi, demokratik 

şəraitdə keçəcək.  İkincisi, tam sərbəstlik  şəraitində keçəcək, 

üçüncüsü, mehribanlıq  şəraitində keçəcək, dördüncüsü, bir-

blrinə hörmət və ehtiram şəraitində keçəcək, beşincisi, tənqid və 

özünütənqid - bu, köhnə söz olsa da bunu bu gün də demək olar 

- şəraitində keçəcəkdir.  Heç kəs çəkinməsin, heç kəs utanmasın. 

Biz gördüyünüz işləri də, səhvləri də, çatışmazlıqları da, 

qüsurları da göz qabağında qoyuruq. İndi xalqdan heç bir şey 

gizlədilmir və gizlədilməməlidir. Nə var, odur.  

Mən hesab edirəm ki, Azərbaycanın Yazıçılar Birliyi bu altı 

il müddətində - keçən qurultaydan indiyə qədər çox iş 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə