____________________________________________
102
yaşadığımız bir dövr idi. Bu dövr eyni zamanda Sovetlər
İttifaqının dağılması prosesinin getdiyi bir dövr idi. Azər-
baycanda vəziyyət həddindən artıq gərgin, çətin idi.
Çox sevindirici haldır ki, məhz o vaxt, o çətin zamanda,
dövrdə siz yazıçılar öz sənətinizə sadiq qalaraq o qurultaya
toplaşmışdınız. İş elə gətirdi ki, mən sizin qurultayda oldum.
Çünki bilirsiniz ki, o vaxt mən Naxçıvanda yaşayırdım. Oradan
Azərbaycan Ali Sovetinə deputat seçilmişdim və Ali Sovetin
sessiyasında iştirak etmək üçün fevralın əvvəlində Bakıya
gəlmişdim.
Mən fevralın əvvəlində bir sessiyada iştirak etdim, sonra
martın əvvəlində keçirilən sessiyada iştirak etdim. Ondan sonra
bir müddət burada qaldım. Martın sonunda yenə də Naxçıvana
döndüm.
O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki,
yazıçılar qurultayı keçəcək, Sizi oraya dəvət edirlər. Elmira
xanım Axundova çox dəyərli bir insandır. Xatirimdədir, 1970-ci
illərdə Yazıçılar İttifaqında çox əhəmiyyətli işlər görürdü. Sonra
isə öz jurnalistik fəaliyyətini də buna əlavə etmişdi. Mən
Naxçıvanda ağır bir dövrdə yaşadığım zaman onunla
görüşmüşdüm. O, oraya "Literaturnaya qazeta" üçün məndən
müsahibə almağa gəlmişdi. Doğrudur, mən ona dedim ki, nahaq
gəlmisən, çünki mən verdiyim müsahibəni "Literaturnaya
qazeta" dərc etməyəcək.
O, çox təkid etdi ki, "Literaturnaya qazeta" bu müsahibəni
dərc edəcəkdir. Amma mənə olan münasibəti bildirdim. Mən
müsahibəni verdim, ancaq qəzet onu dərc etmədi. Demək,
mənim sözüm doğru çıxdı. Elmira xanım çox cəhd göstərdi,
vəziyyət dəyişəndən sonra bu müsahibəni dərc etdirdi. O,
Bakıda da mənimlə əlaqə saxlayırdı. Bu məni sevindirirdi ki,
belə insanlar var, o ağır dövrümdə mənimlə əlaqə saxlamağa
qorxmurdular, çəkinmirdilər.
____________________________________________
103
Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin qurultayı
var, məni oraya dəvət ediblər. Mən dedim ki, Elmira xanım, çox
sağ olun, ancaq güman edirəm, mənim oraya gəlməyim
lüzumsuzdur. Çünki indi mən burada kiməm oraya gəlim?
Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda o, elə
bir dövr idi ki, o vaxt həm Sovetlər İttifaqının rəhbərliyində,
həm də Azərbaycanın rəhbərliyində mənə qarşı çox
ədalətsizliklər edirdilər. Mənim
əleyhimə böhtanlar
quraşdırırdılar və yayırdılar. Mən çox böyük təzyiq və təqib
altında idim. Elmira xanım məni çox inandırdı ki, yox, sizi
qurultaya dəvət ediblər. Fikirləşdim ki, bəlkə xatir naminə dəvət
ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki,
dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən
bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar
müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu
ürəkdən dəvət etmişik, bu, formal bir xarakter daşımır, ona görə
də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra
ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm
yazıçılar necədirlər. Gəldim. Bunu burada xatırlatdılar, - siz
məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki,
şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim
ki, indi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt
mən salonda oturarkən Çox düşünürdüm. Gərək ki, mənim
sağımda Xəlil Rza, solumda isə Rəfıq Zəka oturmuşdular.
Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik.
Mən bu faktı niyə bir də xatırlayıram? Çünki müqayisə etrnək
istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin
sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sesiyasında
o salonda oturanların 99 faizi mənimlə bir yerdə və rnənim
rəhbərliyim altında işləmiş adamlar idilər. Ancaq orada mənə
çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər.
Hətta mənim çıxışımı da kəsdilər və mənim
____________________________________________
104
çıxışımdan sonra cürbəcür böhtançı çıxışlar da etdilər. O
cümlədən, o vaxt bir yazıçı da deputat idi, o da bunu etdi. Yəni o
vaxt mənim orada müdafiəyə ehtiyacım yox idi. Bilirdim ki,
mənə qarşı belə edəcəklər. Ancaq o vaxt cəsarət edib çox kəskin
çıxış edən Bəxtiyar Vahabzadə oldu.
Yəni mən yenə də özümün ədəbiyyatla bağlılığımı və
ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha
sədaqətli olduğunu qeyd etmək istəyirəm. Şübhəsiz ki, mən
Bəxtiyar Vahabzadəyə bir hörmətli şair kimi həmişə hörmət
etmişdim və işlədiyim zaman bizim işgüzar əlaqələrimiz
olmuşdu. Ancaq o salonda oturanların əksəriyyəti ilə mən gecə-
gündüz bir yerdə işləmişdim. Onlar böyük vəzifələr almışdılar.
Bəxtiyar Vahabzadə şair idi, şair olaraq da qalıbdır, indi də
şairdir. Onun şairlikdən savayı bir vəzifəsi yoxdur. Ancaq baxın,
- o, həmin insanların münasibəti, bu da şairin münasibəti.
Nəhayət, Ali Sovetdə, o sessiyada, o salonda, - hansı ki,
həmin binanı vaxtilə mən tikib yaratmışdım, o salonda ki, orada
məni həmişə böyük hörmət, ehtiramla qarşılayırdılar, -ancaq
orada mənə qarşı o qədər hörmətsizlik və ədalətsizlik olduğu
halda, Filarmoniyanın salonunda, yazıçıların qurultayında mənə
çox mehribanlıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi.
O vaxt mənim imkanım olmadı ki, belə geniş təşəkkür edim.
Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza
təşəkkür edirəm. Çox sağ olun.
İndi isə bizim bu qurultayımız tamam başqa bir şəraitdə
keçir. Keçmiş zamanlarda nə qədər böyük nailiyyətlər əldə
etmişiksə də, mən hesab edirəm ki, bu qurultay indiyə qədər
olan bütün qurultaylardan, yazıçıların toplantılarından,
konqreslərindən - hamısından üstündür. Çünki müstəq
Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil
dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar. Bu, çox
sevindirici haldır.
Dostları ilə paylaş: |