MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə8/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   4   5   6   7   8   9   10   11   ...   157

____________________________________________ 

25

 



Heydər  Əliyev: Yəni  əgər oradan çıxmasaydı, bu cür 

mötəbər jurnalda işə girə bilməyəcəkdi. 

Mirvarid xanım, buyurun. Xahiş edirəm, oturub danışın. 

Qoyun mikrofonu sizə yaxınlaşdırsınlar. 

 

 

 



XALQ ŞAİRİ MİRVARİD DİLBAZİNİN  

 ÇIXIŞI 

 

 



Əziz Heydər Əliyev! 

 

Sizin bir sözünüz mənim xəyalımda çox acı xatirələr 



əmələ gətirdi. Siz dediniz ki, yaxşı oldu, məni işdən çıxartdılar. 

Yadımdadır, mən Pirşağıda idim. Səhər tezdən dəniz qırağında 

dəhşətli bir partlayış oldu. Maşını yandırdılar, içindəki 

adamların hamısını öldürdülər. Sonra gedib həmin adamın evini 

partlatdılar. Onda xalqın səsi mənim yadımdadır. Onlar əllərini 

göyə tutub dedilər ki, ya rəbbi, bizə sözü kəsərli, sözü ötən bir 

başçı göndər, Heydər  Əliyevi bizə başçı göndər. Sizi o vaxt 

respublikaya göndərsəydilər Azərbaycanın başına heç bir fəlakət 

gəlməzdi. 

Çox pis oldu ki, o zaman Sizi işdən çıxartdılar. Sizi işdən 

çıxardan adamlar xalqın övladları deyildilər. Onlar bizim 

xalqımızı duya bilməzdilər. Sizi o vaxt işdən çıxartmasaydılar, 

heç Qarabağ faciəsi də olmayacaqdı. 

Heydər Əliyev: Düzdür. 

Mirvarid Dilbazi: Biz, uşaqlarımız küçələrə  çıxa bilmirdik. 

Uşaqlar küçəyə  çıxanda anaları deyirdi, ya rəbbi, bunlar necə 

qayıdacaqlar, nə vaxt qayıdacaqlar? Allaha çox şükür ki, Siz 

gəldiniz. Mənim  ən böyük arzum odur ki, Sizin müharibəsiz 

yaratdığınız sülh müqaviləsi tezliklə bu stolun üstünə qoyulsun 

və bizi çağırın, Sizi təbrik edək. 

Əziz Heydər  Əliyev, tarixdə  ən çox şairə yetirən xalq 

Azərbaycan olubdur. Heç bir yerdə Azərbaycan xalqı qədər 

  



____________________________________________ 

26

 



şairə yetirən xalq olmayıbdır. Lakin bu şairələrin taleyini Siz 

hamınız bilirsiniz. Mən heç kəsin qarşısında bu haqda danışmaq, 

məruzə etmək istəmirəm. XX əsrin  əvvəllərindən, sovet 

quruluşu dövründə iki şairə yetişib. Onlardan biri Nigar xanım 

Rəfibəylidir, digəri Mirvarid Dilbazidir. 

Azərbaycan Respublikasının 15 illiyində nümayəndələr 

göndərilirdi. Dedilər ki, şairələr də getsinlər. Fikirləşdilər ki, 

Mirvarid xanım, Nigar xanım  əsil-nəcabətlərinə görə gedə 

bilməzlər. Sona xanım adlı bir təyyarəçi var idi, onun adına 

gözəl bir şer yazdılar, aparıb tribunaya çıxartdılar ki, 

Azərbaycan şairəsi gəlib. Odur ki, Sizin Azərbaycan şairələrinə 

- mənə verdiyiniz yüksək mükafat təkcə Mirvarid Dilbaziyə 

deyil, Azərbaycanın yetirdiyi şairələrin  əməyinə verilən tarixi 

qiymətdir. Siz mənə ən böyük qiyməti vermisiniz. 

Mən Sizə bütün ömrüm boyu təşəkkür edirəm. Camaat Sizin 

mənə orden verdiyinizi eşidəndən, göndərdiyiniz təbrik 

məktubunu oxuyandan bəri tez-tez mənə müraciət edir ki, bizim 

bu dərdimizi Heydər  Əliyevə de. Cavab verirəm ki, ay balam, 

Heydər  Əliyev bütün ömrünü Sizin dərdinizin həll olunmasına 

həsr edib. Bizim dərdimiz nədir? Millətimiz azad olsun, 

torpaqlarımız erməni  əsarətindən xilas edilsin, əsirlərimiz 

qurtarsın, Vətənə qayıtsın. Heydər  Əliyev bütün həyatını, 

ömrünü bunların uğrunda - dilimiz, dinimiz, torpağımız, 

bayrağımız uğrunda mübarizəyə  həsr edibdir. Xırda-xırda 

məsələlərdən ötrü gedib onun vaxtını almağa dəyməz. 

Heydər Əliyev, Allah Sizi var eləsin! Çox sağ olun! 

Doğrudan da yaramaz ki, biz xırda məsələlərlə Sizin vaxtınızı 

alaq. Biz gərək Sizə ancaq böyük işlərdən danışaq. Hörmətli 

prezident, gördüyünüz böyük işlərə görə çox sağ olun. 

Bilmirəm, hansı  əsərdəsə göstərilir ki, balaca bir çaqqal 

öküzü parçalayır. Hiyləgərlər bizim də  ətrafımızda vardır. 

Camaata demək lazımdır ki, ey camaat, aldanmayın. Axı 

  

 

 




____________________________________________ 

27

 



camaatımızın hamısı alim deyil. Bəzən elə adam elə söz danışır 

ki, elə bil ürəyimizə  bıçaq sancılır. Xahiş edirəm, gəlin 

yalanların üstünü açaq. 

Mən bu sözləri ona görə damşmıram ki, Siz mənə orden 

vermisiniz. Siz katib olan vaxt rüşvətxorluğa qarşı ciddi 

mübarizə aparanda mən Sizə neçə-neçə  şer yazmışdım. Siz 

vəzifədə olduğunuza görə mən bunları nəşr etdirmədim. 

Bir dəfə evimdə televizorun qarşısında oturmuşdum, yanımda 

da adı yadımdan çıxan mötəbər bir şəxs var idi. Televiziyaya bir 

kişi çıxartdılar. O nə orta yaşlı, nə  də cavan deyildi. Heydər 

Əliyev, bax, o vaxtlar bir çox sarsaqlar, tutulanlar, rüşvətxorlar 

ermənilərə qoşulub Sizə ittihamlar yağdırırdılar. Televiziyada 

çıxış edəni belə  təqdim etdilər ki, bax, bu, Heydər  Əliyevin 

qurbanı olub. O da başladı boş-boş sözlər danışmağa. 

Mənim yanımda oturan mötəbər kişi mənə dedi ki, ay başına 

dönüm, televiziyada bu danışanı  mən yaxşı tanıyıram. O, 

rüşvətxorun, oğrunun biridir. Onun satmadığı bir obyekt 

qalmayıb. Görəsən Heydər Əliyevin günahı nədir? 

O vaxt mən Sizə daha bir şer yazdım: 

 

Şücaətli əzizim! 



Vətənimiz də birdir, torpağımız da bizim. 

Üstü mavi zolaqlı bayrağımız da bizim... 

İkiüzlü olanı iki yandan vurursan. 

İkisözlü olanı bir sözlə susdurursan, 

Amansızsan yalana, əliəyri olana

 

Bayaq da dedim, o vaxt mən Sizə neçə-neçə belə  şerlər 



yazmışdım. 

Vaqif müsəlman dininin müqəddəs ziyarətgahlarına öz 

məhəbbətini izhar edərək yazırdı ki, "Ey Kəbəm, Kərbəlam, 

Məkkəm, Mədinəm, bir zaman kuyidə ziyarətimdir". O, bu dini 

sevirdi, ona inanırdı. Hörmətli Prezident, Sizə də deyilən 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə