Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

143 

 

“Bir ildir bu tapşırıqla məşğulam”, - o fikirləşdi. Hələ 



də  rəisin  tətiyi  sıxaraq  onu  gözlənilmədən  işdən 

uzaqlaşdırdığına inana bilmirdi. 

Artıq  on  iki  ay  idi  ki,  Vayenta  Konsortiumun  bu 

yaşılgöz,  qeyri-adi  müştərisinin  müdafiə  xidmətlərinə 

başçılıq edirdi ki, 

o,  rəqib  və  düşmənlərinin  gözündən  uzaqlaşaraq  işini 

rahat görə bilsin. 

Müqaviləsi  müştərini  təqib  edən  güclü  rəqiblərdən 

qorumaq  olan  Vayenta  onun  işinin  mahiyyətindən 

xəbərsiz idi. Vayenta vəzifəsinin öhdəsindən mükəmməl 

və  professional  şəkildə  gəlirdi  və  hər  şey  də  öz 

qaydasında gedirdi. 

Dünən axşamadək. 

Dünəndən bəri Vayentanın qəlbi təlatümlə dolmuş və 

karyerasında eniş başlamışdı. 

“Mən artıq kənardayam”. 

İşdən  uzaqlaşdınlma  haqqında  ərizə  təqdim  olunan 

kimi  agent  postunu  dərhal  tərk  etmək,  “meydandan” 

çıxmaq  məcburiyyətindədir.  Agentlər  ələ  keçirildiyi 

təqdirdə,  Konsorsium  dərhal  onların  bütün  sənədlərini 

dərkənar  edirdi.  Agentlər  təşkilatın  gücündən  ən  yaxşı 

xəbərdar  olan  şəxslər  idi.  Onlar  həm  də  öz  maraqlarını 

təmin  etmək  üçün  təşkilatın  əl  atmayacağı  iş  olmadığın 

downloaded from KitabYurdu.org




144 

 

da gözəl bilirdilər. 



Vayenta  işdən  kənarlaşdırılan  iki  agent  tanıyırdı. 

Qəribə idi ki, Vayenta sonralar onların heç birini bir daha 

görməmişdi. 

Vayenta  işdən  çıxarıldıqdan,  müqavilə  pozulduqdan 

sonra  agentlərin  Konsorsiumun  digər  işçiləri  ilə 

münasibət saxlamasının qadağan edildiyin düşünürdü. 

Amma indi o, buna əmin deyildi. 

“Çox  ürəyinə  salırsan”,  -  özünə  təskinlik  verməyə 

çalışırdı.  “Konsorsiumun  üsulları  adi  soyuqqanlı 

qatilinkindən daha mədənidir”. 

Brüderin  komandası  gəldikdən  sonra  o,  hisslərinə 

uyğun  hərəkət  edərək  gözə  görünmədən  oradan 

uzaqlaşmışdı.  Bu  addımının  onu  xilas  edib-etmədiyi 

barədə düşünürdü. 

“Heç kim mənim indi harada olduğumu bilmir”. 

Viale del Poggio İmperialenin sürüşkən yolları ilə üzü 

şimala  doğru  sürətlə  irəlilədikcə  o,  son  bir  neçə  saat 

ərzində  necə  dəyişdiyini  anlayırdı.  Dünən  gecə  o,  işini 

itirməkdən qorxurdu, indi isə həyatını. 

20 fəSİl 

Bir  zamanlar  qala  ilə  əhatələnmiş  Florensiyanm  əsas 

girişi 1326-cı ildə tikilən Porta Romana adlı daş darvaza 

idi.  Şəhərin  əksər  perimetr  divarları  əsrlər  öncə  dağılsa 

downloaded from KitabYurdu.org




145 

 

da,  Porta  Romana  hələ  də  durur.  Bu  gün  də  nəqliyyat 



şəhərə bu əzəmətli istehkamdan qalan dərin tunellərdən 

daxil olur. 

Giriş  köhnə  kərpicdən  hörülmüş  on  beş  metr 

hündürlükdə  olan  divardan  ibarətdir.  Onun  iri  cəftəli 

qədim qapılan nəqliyyatı şəhərə buraxmaq üçün həmişə 

açıqdı. 


Altı əsas yol bu qapılann qarşısında birləşir. Birləşən 

yollar isə içəridə geniş dairənin ətrafına dolanırlar. Otla 

örtülmüş  dairənin  ortasında  başında  şələ  daşıyan  qadın 

heykəli qoyulub. 

Hazırda giriş çox qarışıqlıq və tıxac olsa da, vaxtilə 

Florensiyaya  giriş  qapısı  “Fiera  dei  Contratti”,  yəni 

“Müqavilələr  yarmarkası”  adlanırdı.  Atalar  burada  öz 

qızlanm  razılaşdmlmış  evlilik  müqabilində  satırmışlar. 

Bu zaman onlar 

qızlarını  rəqs  etməyə  məcbur  edərmişlər  ki,  daha  çox 

təklif ala bilsinlər. 

Bu səhər isə Sienna girişdən bir neçə yüz metr aralıda 

əyləci  qəfildən  basaraq  mopedi  saxladı  və  həyəcanla 

qarşıya  doğru  işarə  etdi.  Traykm  arxasında  əyləşən 

Lenqdon  da  irəli  boylandı  və  Siennanın  həyəcanını 

anladı.  Onların  qarşısında  uzun  maşın  karvanı 

dayanmışdı.  Dairənin  ətrafındakı  nəqliyyat  polis 

downloaded from KitabYurdu.org




146 

 

barrikadası  tərəfindən  mühasirəyə  alınmışdı.  Getdikcə 



daha  çox  polis  maşını  əraziyə  yaxınlaşırdı.  Silahlı 

polislər  maşınlara  yaxınlaşaraq  içəridəkiləri  sorğu-sual 

edirdilər. 

“Bu bizə görədir?” - Lenqdon düşündü. Olmaya... 

Tıxacdan  uzaqlaşaraq  Viale  Machiavelli  tərəfdən 

onlara  doğru  bir  velosipedçi  gəlirdi.  Onun  velosipedi 

aşağıdan  idarə  olunanlardan  idi,  velosipedçinin  açıq 

qıçları qalxıb enirdi. 

Sienna ucadan ondan soruşdu: “Cos’ e successo?” 

“E chi lo sa!” O, narahat baxışlarla qışqıraraq cavab 

verdi.  “Carabinieri”.  Sözünü  deyib  sürətlə  aralandı. 

Ərazidən tez uzaqlaşmaq istədiyi hiss olunurdu. 

Sienna  Lenqdona  san  çevrildi.  Simasında  acı  ifadə 

sezilirdi. “Yol bağlanıb. Hərbçilər”. 

Onlardan  arxada  polis  maşmlannm  sirenaları 

eşidilməyə  başladı.  Sienna  oturaq  vəziyyətdə  çevrilib 

Viale  Machiavelliyə  tərəf  boylandı.  Üzündəki  ifadə  bu 

dəfə qorxu ilə əvəzlənmişdi. 

“Biz tələyə düşmüşük”, - Lenqdon fikirləşdi. 

Ətrafa  göz  gəzdirərək  çıxış  axtarmağa  başladı  - 

kəsişən  yol,  park,  küçə...  Lakin  sağ  tərəfdəki  hündür 

divarla soldakı xüsusi yaşayış evlərindən savayı bir şey 

görmədi. 

downloaded from KitabYurdu.org




147 

 

Sirena səsləri getdikcə daha yaxından səslənirdi. 



“Üzü o tərəfə”, - Lenqdon təxminən, 30 metr aralıdakı 

boş  tikinti  sahəsinə  işarə  etdi.  Ortada  dayanmış 

palçıqqatan furqon gizlənmək üçün ən əlverişli yer idi. 

Sienna  Traykı  səkiyə  çıxararaq  ora  doğru  irəlilədi. 

Onlar mopedi palçıqqatan maşının arxasında saxladılar. 

Bu maşının arxasında yalnız Trayka bəs edəcək qədər yer 

var idi. 

“Ardımca  gəl”,  -  Sienna  arxası  daş  divara  olan, 

kolların arasındakı alət anbarına doğru addımladı. 

“Bura  alət  anbarı  deyil  ki”,  -  Lenqdon  alnını 

qırışdıraraq, fikirləşdi, - “Porta Potty-dir”.i4 

Lenqdon  və  Sienna  fəhlələrin  səyyar  ayaqyolusuna 

çatanda  arxadan  polis  maşınlarının  yaxınlaşdığını 

eşidirdilər.  Sienna  nə  qədər  dartdısa  da,  qapı  açılmadı. 

Qapıdan  ağır  zəncir  və  qıfıl  asılmışdı.  Lenqdon 

Siennanın  qolundan  yapışaraq  onu  tikilinin  arxasına 

dartdı. Siennanı divarla ayaqyolu arasındakı dar boşluğa 

itələdi. İkisi ora güclə yerləşirdi. Oranın havası ağır idi, 

üfunət qoxuyurdu. 

Qapılarında  CARABİNİERİ15  yazılmış  qara  rəngli 

“Subaru  Forester”  avtomobili  göründüyü  an  Lenqdon 

Siennanın arxasına qısıldı. Avtomobil onların gizləndiyi 

yerdən keçdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə