Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə2/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   ...   157

 

Elə ona görə də göyün yarısınadək dırmaşmışam. 



Mən  xəbərdarlıq  etmədən  çevrilirəm,  əlimi  yuxan 

uzadıram.  Barmaqlanmla  ən  hündür  pillədən  yapışıb 

özümü  yuxarıya  doğru  dartıram.  Dizlərimi  divara 

dayayıram,  yüksəyə  qalxıram...  qüllənin  başında 

müvazinətimi  çətinliklə  saxlayıram.  Bu  qara  boşluqdan 

məni özün qoru, əziz Virgili. 

Onlar  mat-məəttəl  irəli  cumurlar,  ayaqlarımdan 

yapışmaq  istəyirlər,  eyni  zamanda  müvazinətimə  təsir 

edib  yıxılacağımdan  da  qorxurlar.  Artıq  ümidsiz  halda 

yalvarırlar. Lakin mənim arxam onlara tərəfdir. Nə etməli 

olduğumu çox yaxşı bilirəm. 

Məndən  aşağıda  -  baş  gicəlləndirəcək  qədər  aşağıda 

alov  dənizini  xatırladan  qırmızı  damlar  yeri  görünməz 

edib.  Bir  vaxtlar  dahilərin...  Giottonun,  Donatellonun, 

Brunelleschinin, 

Michelangelonun, 

Boticellinin 

sərgərdan dolaşdıqları torpağı örtür bu damlar. 

Ayaq 

barmaqlanmı 



qüllənin 

lap 


ucuna 

yaxınlaşdırıram. 

“Aşağı  düş!”,  -  onlar  qışqırırlar.  “Nə  qədər  ki  gec 

deyil, düş!” 

Ah, cahil bixəbərlər! Gələcəyi necə görə bilmirsiniz? 

Varlığımın  əhəmiyyətini  necə  anlaya  bilmirsiniz? 

Vacibliyini dərk eləmirsiniz? 

downloaded from KitabYurdu.org




 

Mən böyük məmnuniyyətlə canımı qurban verərəm... 



və bununla da axtardığınız şeyi tapacağımzla bağlı bütün 

ümidləriniz puç olar. 

Onun yerini heç vaxt bilməyəcəksiniz. 

Yüzlərlə metr aşağıda qənbər daşından tikilən binalar 

sakit  vahə  kimi  razılıqla  başını  tərpədir.  Kaş  ki,  azacıq 

zamanım  ola...  əfsus...  zaman  yeganə  şeydir  ki,  böyük 

var-dövlətimin belə, onu almağa gücü çatmaz. 

Bu  son  saniyələrdə  aşağı  baxıram  və  gözümə  mənə 

dikilmiş baxışların sataşır. 

Sənin üzünü görürəm. 

Kölgələrin arasından mənə baxırsan. Gözlərin kədərli 

olsa  da,  yüksəldiyim  ucalığa  görə  onlarda  bir  pərəstiş 

duyuram. İnsanlıq naminə mən şah əsərimi qorumalıyam. 

O,  daha  da  böyüyüb...  gözləyir...  ulduzları  belə  əks 

etdirməyəcək  dərəcədə  qan  kimi  qırmızı  su  içində 

işıldayır. 

Və  mən  gözlərimi  sənin  gözlərindən  ayırıb  üfüqi 

seyrə  dalıram.  Bu  yorğun  dünyadan  baxışlarımı  ayırıb 

sonuncu duamı edirəm. 

Ey  əziz  Allah!  Qoy  dünya  mənim  adımı  qorxunc 

günahkar kimi deyil, sənin bildiyin şərəfli xilaskar kimi 

xatırlasın.  Kaş  İnsanlıq  mənim  qoyub  getdiyim 

ərməğanın dəyərini anlasın. 

downloaded from KitabYurdu.org




 

Mənim ənamım gələcəkdir. 



Mənim ənamım qurtuluşdur. 

Mənim ənamım Cəhənnəmdir. 

Ardınca da “Amin” pıçıldayıram... və boşluğa doğru 

son addımımı atıram. 

ı Yerli balıq növü 

ı fəsil 


Xatirələr 

asta-asta 

canlanır... 

dibsiz 


quyunun 

qaranlığından səthə çıxan köpüklər kimi. 

Çadralı qadın. 

Robert  Lenqdon  qandan  qızarmış  çayın  digər 

tərəfində  dayanan  bu  qadına  diqqətlə  baxırdı.  Sahilin 

uzaq o biri başındakı qadın hərəkətsiz dayanmışdı. Üzü 

örtüklə bağlı idi. Əlində bərk tutduğu nazik parça var idi. 

Parçanı  ayağı  altında  sərilən  ləşkər  şərəfinə  göyə 

qaldırdı. Hər yerdən ölüm qoxusu gəlirdi. 

“Axtar”, - qadın pıçıldadı, - “...sən mütləq tapacaqsan”. 

Sanki  qadın  onun  beyninin  içində  danışırdı.  “Sən 

kimsən?” - Lenqdon soruşdu, lakin səsi çıxmadı. 

- Vaxt daralır, - yenə pıçıldadı, - axtar və tap. 

Lenqdon irəli addım atdı. Suyun al-qırmızı olduğunu 

görürdü.  Özü  də  su  o  taya  keçmək  üçün  çox  dərin  idi. 

Lenqdon  başını  yuxan  qaldırıb  qadına  baxdı.  Ayağı 

altındakı vücudların 

downloaded from KitabYurdu.org




10 

 

sayı daha da artmışdı. Onlar artıq yüzlərlə idi, bəlkə də 



minlərlə.  Bəziləri  hələ  də  sağ  idi,  əzab  içində  çırpınır, 

ağlasığmaz  əziyyətlə  ölürdülər...  yanaraq,  nəcisdə 

boğularaq, bir-birlərini didərək. 

Əzabdan qışqıran insanların səsini eşidirdi. 

Qadın ona tərəf addımlamağa başladı. Əllərini dilənçi 

kimi açmışdı. 

“Sən kimsən axı?!” - Lenqdon yenə qışqırdı. 

Cavab əvəzində qadın bir az da yaxınlaşaraq üzündəki 

rübəndi yavaşca qaldırdı. O, inanılmaz dərəcədə gözəl və 

Lenqdonun  düşündüyündən  yaşlı  idi  -  çox  güman  ki, 

altmışı  geridə  qoymuşdu.  Qədd-qamətli,  güclü, 

qərinələrin  təsir  edə  bilmədiyi  heykəl  kimi,  dərin  və 

mənalı gözləri, şəlalə kimi çiyinlərindən tökülən uzun və 

bəyaz saçları. 

Boynundan həmail daşı olan boyunbağı asılmışdı. 

Lenqdon onu tanıdığını... ona inandığını hiss etdi bir 

anlıq. Axı necə? Niyə? 

Qadın  qurşağa  kimi  basdırılan  və  ayaqları  havada 

qalan bir yazığa işarə etdi. Kişinin budunda palçıqla bir 

hərf yazılmışdı - 

“R”. 

“R”?  Lenqdon  düşündü.  Robert  sözündəki  kimi? 



“Bu... mənəm?” 

downloaded from KitabYurdu.org




11 

 

Qadının  siması  dəyişilməz  olaraq  qalırdı.  “Axtar  və 



tap”, 

- o təkrarladı. 

Anidən  qadın  ağ  işıq  əks  etdirməyə  başladı...  işıq 

getdikcə daha da parlaq olurdu. 

Onun  bütün  bədəni  əsirdi  və  birdən  o  partlayaraq 

minlərlə parlaq qəlpələrə parçalandı. 

Lenqdon çığırıb ayıldı. 

Otaq  parlaq  idi.  Lenqdon  tək  idi.  Havadan  kəskin 

dərman  iyi  gəlirdi.  Yaxınlıqdakı  kardioqram  onun 

ürəyinin  sakit  ritminə  uyğun  səs  salırdı.  Lenqdon  sağ 

qolunu  tərpətməyə  çalışsa  da,  kəskin  ağrı  buna  imkan 

vermədi. Aşağı baxanda damarına taxılan iynəni gördü. 

Nəbzi  daha  sürətlə  vurmağa  başladı,  kardioqram  da 

sürətləndi. 

Mən haradayam? Nə baş verib? 

Lenqdonun başının arxası zoqquldadı, çox pis ağrı idi. 

İynəsiz  qolunu  qaldırıb  yavaşca  barmaqlarını  başına 

sürtdü.  Pırtlaşıq  saçlarının  altında  ona  yaxın  tikiş  və 

qurumuş qan topalan vardı. 

Gözlərini yumub nə baş verdiyini xatırlamağa çalışdı. 

Heç nə. Boşluq. 

Düşün. 


Yalnız qaranlıq. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə