Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə4/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   ...   157

17 

 

Dr. Bruksun gözlərini ona zəndlə baxırdı. “Niyə belə 



dediyinizi  xatırlayırsınız?  Nəyə  görəsə,  həqiqətən, 

üzgünsünüzmü?” 

Lenqdon  gözlərini  yumub  dərindən  düşündükcə 

təsəvvüründə yenə çadralı qadın canlanırdı. 

Qadın cəsədlərlə əhatə olunmuş qanlı çayın kənarında 

dayanmışdı. Ölümün üfunətli qoxusu duyulurdu. 

Lenqdonu instinktiv olaraq təhlükə hissi bürüdü... tək 

özünə  görə  deyil...  hamı  üçün.  Kardioqramm  səsi 

sürətlənməyə  başladı.  Lenqdon  əzələlərinin  bərkidiyini 

hiss etdi və oturmaq istədi. 

Dr.  Bruks  dərhal  əlini  onun  sinəsinə  qoyub  mane 

olmağa  çalışdı.  O,  saqqalı  həkimə  iti  bir  nəzər  saldı. 

Həkim masaya yaxınlaşıb nəsə hazırlamağa başladı. 

Dr. Bruks Lenqdona tərəf əyilib pıçıldadı. 

“Cənab Lenqdon, beyin silkələnməsi zamanı həyəcan 

keçirmək  normal  haldır,  lakin  siz  ürək  döyüntünüzün 

mümkün  qədər  yavaşımasına  çalışmalısınız.  Hərəkət 

etmək olmaz. 

Əndişələnmək  olmaz.  Sadəcə,  uzanın  və  istirahət  edin. 

Yaxşı olacaqsınız. Yaddaşınız yavaş-yavaş düzələcək”. 

Həkim  şprislə  qayıtdı,  onu  Dr.  Bruksa  uzatdı.  O, 

tərkibi Lenqdonun qolundakı kateterə vurdu. 

“Sizi rahatlaşdırmaq üçün yüngül sakitləşdiricidir”, - 

downloaded from KitabYurdu.org




18 

 

o  izah  etdi,  -  ağrını  da  azaldacaq”.  O  dikəldi.  “Yaxşı 



olacaqsınız, cənab Lenqdon. Yatmağa çalışın. Nəsə lazım 

olsa, çarpayının yanındakı bu düyməni basın”. 

O,  işığı  söndürüb  saqqallı  həkimlə  birgə  otaqdan 

çıxdı. 


Qaranlıqda  Lenqdon  dərmanın  sürətlə  bədəninə 

yayılan  təsirini  hiss  edirdi.  Ruhu  getdikcə  yenicə  xilas 

olduğu dərin quyuya tərəf enirdi. O bu hisslə mübarizə 

aparır,  gözlərini  güclə  açıq  saxlayırdı.  Oturmağa  cəhd 

eləsə də, bədənini sement kimi daşlaşmış hiss edirdi. 

Lenqdon  hər  dəfə  ayıldıqda  üzü  pəncərəyə  tərəf 

olduğunu görürdü. İşıqlar sönmüşdü və tünd şüşə bu dəfə 

onun üzünü yox, uzaqdakı şəfəqi əks etdirirdi. Günbəz və 

damların  arasında  Lenqdonun  diqqətini  əzəmətli  fasad 

cəlb etdi. 

Bina  diş-diş  sürahiləri  ilə  daş  qalaya  bənzəyirdi. 

Doxsan  metrlik  qüllə  fəxrlə  göyə  uzanır  və  iri  diş  kimi 

çölə doğru əyilmiş kimi görünürdü. 

Lenqdon  dik  şəkildə çarpayıda oturdu.  Ağrıdan  başı 

partlayırdı.  Bədəni  əsirdi.  Özünü  ələ  alıb  diqqətini 

yenidən qalaya yönəltdi. 

Lenqdon orta əsr memarlığına yaxşı bələd idi. 

Bu, yer üzündə olan nadir tikililərdən biri idi. 

Təəssüf  ki,  ora  Massaçuestdən  altı  min  beş  yüz 

downloaded from KitabYurdu.org




19 

 

kilometr aralıda idi. 



Xəstəxana  həyətinin  Lenqdonun  palatası  baxan 

tərəfində, Via Torregalli küçəsinin alatoranlığında güclü, 

qamətli bir qadın BMW markalı motosikletində dayandı. 

Sünbül 


kimi 

dən-dən 


hörülən 

saçları  dəri 

gödəkcəsinin  tərs  çevrilən  yaxalığına  toxunurdu.  O, 

səssiz  tapançasını  yoxladı  və  Lenqdonun  az  öncə  işığı 

sönən palatasına tərəf baxdı. 

Həmin axşam onun əsas missiyası uğursuz alınmışdı. 

Bir göyərçin qurultusu hər şeyi alt-üst etdi. 

İndisə işini tamamlamaq üçün geri qayıtmışdı. 

fəSİl 


Mən Florensiyadayam? 

Robert  Lenqdonun  başı  zoqquldayırdı.  Çarpayıda 

oturub  dayanmadan  çağınş  düyməsini  basırdı.  Ona 

vurulmuş  sakitləşdiricilərə  baxmayaraq,  ürəyi  sürətlə 

vururdu. 

Dr. Bruks tələsik içəri girdi. “Hər şey qaydasındadır?” 

Lenqdon  çaşqın  halda  başını  yellədi.  “Mən... 

İtaliyadayam?” 

“Əla”, - həkim dedi, - yaddaşınız düzəlir”. 

“Yox”, - Lenqdon uzaqdan ucalan tikiliyə doğru işarə 

etdi, “Mən Palazzo Vecchionu tanıdım”. 

Dr. Bruks işığı yandırdı. Florensiyanın üfüqü gözdən 

downloaded from KitabYurdu.org



20 

 

itdi.  O,  Lenqdonun  çarpayısına  yaxınlaşıb  sakitcə 



pıçıldadı: “Cənab Lenqdon, narahatlığa bir səbəb yoxdur. 

Siz  bir  balaca  amneziyadan  (yaddaşsızlıq)  əziyyət 

çəkirsiniz,  lakin  Dr.  Markoni  beyin  fəaliyyətinizin 

qaydasında olduğunu təsdiqlədi”. 

Saqqallı  həkim  də  tələsik  içəri  girdi.  Çağırışı  o  da 

eşidibmiş.  Gənc  həkim  sürətlə  və  səlis  italyanca 

Lenqdonun  İtaliyada  olmasını  anladığını  xəbər  verdi. 

Buna görə Lenqdon “agitato” - təlaş keçirirmiş. Saqqallı 

həkim kardioqramın monitorunu yoxlayırdı. 

Təlaş? Lenqdon əsəbi tərzdə düşündü. “Axmaq yerinə 

qoyulmuş  kimi”  daha  doğru  səslənər.  Bədənindəki 

adrenalin  sakitləşdiricilərlə  mübarizə  apanrdı.  “Axı 

mənim  başıma  nə  iş  gəlib?”  -  o  tələb  etdi.  “Həftənin 

neçənci günüdür bu gün?” 

“Hər şey qaydasındadır”, - xanım həkim dedi. “Sübh 

çağıdır. Bazar ertəsi, Martın on səkkizidir”. 

Bazar  ertəsi.  Lenqdon  sızlayan  beynini  işə  salaraq 

yadına sala biləcəyi ən son hadisələri xatırlamağa çalışdı. 

Qaranlıq  və  boşluq.  Şənbə  günü  axşam  mühazirə  üçün 

Harvardın korpusundan çıxmışdı. Deməli, nə olubsa, iki 

gün qabaq olub?! Mühazirə və ondan sonra yaşadıqlarını 

xatırlamağa çalışarkən başının ağrısı yenə tutdu. Heç nə. 

Monitorda ürək döyüntüləri daha da sürətləndi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə