Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə9/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   5   6   7   8   9   10   11   12   ...   157

40 

 

aşağı düşdü və dayandı. Bu dəfə ekranda mağaranın lillə 



örtülmüş dibi göründü. 

Diqqətini  yerə  basdırılmış  parlaq  dördbucaqlı  titan 

cəlb elədi. 

Lövhənin üzərinə yazı həkk olunmuşdu. 

BURADA VƏ BU TARİXDƏ 

DÜNYA ƏBƏDİ DƏYİŞDİ. 

Lövhənin aşağısında ad və tarix qoyulmuşdu. 

Ad həmin müştərilərin adı idi. 

Tarix isə... sabahın. 

fəsil 



Lenqdon  onu  qaldıran  möhkəm  əlləri  hiss  etdi...  onu 

huşsuz halından ayıltmağa və taksidən çıxarmağa çalışan 

əlləri.  Ayaqyalın  olduğundan  səki  ona  buz  kimi  soyuq 

gəldi. 


Dr. Bruksun zərif bədənindən dayaq kimi yapışmışdı. 

Onlar  iki  yaşayış  binasının  arasındakı  piyada  yolu  ilə 

irəliləyirdilər.  Sübh  mehi  əsdikcə  Lenqdonun  xalatı 

yellənir və o, soyuğu iliklərində hiss edirdi. 

Xəstəxanada verdikləri sakitləşdirici zehni kimi onun 

görmə qabiliyyətini də bulanıq etmişdi. 

Lenqdon özünü su altında hiss edirdi. Tutqunluqdan 

işığa çıxmağa can atırdı sanki. Sienna Bruks onu qabağa 

dartır və təəccüblü olsa da, qeyri-adi güclə dəstək olurdu. 

downloaded from KitabYurdu.org




41 

 

“Pilləkənlər”, - Sienna dedi. Lenqdon binanın girişinə 



çatdıqlarını anladı. 

O, məhəccərdən yapışaraq bədənini qabağa itələməyə 

başladı.  Hər  pillədə  dayanır,  çətinliklə  yuxan  qalxırdı. 

Vücudu 


ağırlaşmışdı. Artıq Dr. Bruks onu əməlli-başlı itələyirdi. 

Giriş  qapısına  çatdıqda  xanım  köhnə  və  paslı 

klaviaturada rəqəmləri yığdı və qapı açıldı. 

İçəri isti olmasa da, kələ-kötür səkidən sonra metlax 

döşəmə Lendqdona yumşaq xalça təsiri bağışlayırdı. Dr. 

Bruks  Lenqdonu  kiçik  liftə  sarı  apardı  və  yığılıb-açılan 

qapını açmağa başladı. O, Lenqdonu telefon köşkü boyda 

olan liftə saldı. İçəridən MS siqaretlərinin iyi gəlirdi. Bu 

acı-şirin  iyi  espresso  qəhvəsinin  qoxusu  kimi  İtaliyada 

hər  yerdə  hiss  etmək  olar.  Azacıq  da  olsa,  qoxu  hissi 

Lenqdonun  zehnini  açdı.  Dr.  Bruks  düyməni  basdı  və 

onlardan çox yuxarıda çarx yorğun səslə hərəkətə gəldi. 

Yuxan... 

Lift  cırıltı  ilə  yuxarı  qalxdıqca  titrəyirdi.  Liftin 

divarları  metal  arakəsmələrdən  ibarət  olduğuna  görə 

Lenqdon  şaxtanı  görürdü.  Hətta  bu  cür  huşsuz  halında 

belə o, kiçik qapalı məkan qorxusunu hiss edirdi. 

Baxma. 


Divara  söykənib  astadan  nəfəs  almağa  çalışdı.  Qolu 

downloaded from KitabYurdu.org




42 

 

ağndı.  O,  başını  aşağı  əyib  baxmağa  başladı.  “Harris 



Tweed” markalı pencəyinin bir qolu qoluna bağlanmışdı. 

Pencəyin qalan hissəsi sallanaraq yerə dəyirdi. 

Dəhşətli  baş  ağrısı  onu  gözlərini  bağlamağa  məcbur 

etdi. Lakin qaranlıq onu özü ilə çəkib aparırdı. 

Gözünə görünən tanış görüntünü tanıdı - heykəl kimi 

dayanmış  çadralı  qadın.  Boynunda  həmail  və  ağarmış 

buruq saçları. Əwəlkitək çayın sahilində dayanıb, ətrafı 

yaralı vücudlarla doludur. Yenidən Lenqdonla danışırdı 

və səsində bir xahiş duyulurdu. Axtar və tapacaqsan! 

Lenqdonun ürəyi həmin qadını və qalan hər kəsi xilas 

etmək  duyğusu  ilə  dolurdu.  Başı  üstə  yarıyadək  yerə 

basdırılmış adamların havada yellənən ayaqlan keyləşib 

hərəkətsiz sallanırdı. 

“Axı sən kimsən?!” - o dedi. Nə istəyirsən? 

Gur,  ağ  saçlan  isti  küləkdə  yellənməyə  başladı. 

“Bizim  vaxtımız  daralır”,  -  o,  həmailinə  toxunaraq 

pıçıldayır. Sonra 

qəfildən qadın partlayıb alova çevrilir. Partlayışdan coşan 

çay hər ikisini qoynuna alıb aparır. 

Lenqdon qışqıraraq gözlərini açdı. 

Dr. Bruks narahat halda ona baxdı. “Nə olub?” 

“Məni yenə də qara basır!”, - Lenqdon cavab verdi, - 

“Eyni mənzərə”. 

downloaded from KitabYurdu.org




43 

 

“Ağ saçlı qadın? Meyitlər?” 



Lenqdon təsdiqlədi. Alnındakı tər qaşlarına san axırdı. 

“Sən yaxşı olacaqsan”, - Dr. Bruksun səsində həyəcan 

duyulsa da, ona təskinlik verdi. 

“Gözünə  görünənlər 

amneziyanın  nəticəsidir. 

Beyninin  yaddaşı  tənzimləyən  və  sıralayan  hissəsi 

silkələnib. Ona görə də hər şey bir mənzərədə cəmlənir”. 

“Özü  də  heç  yaxşı olmayan  mənzərədə”, -  Lenqdon 

dedi. 

“Başa düşürəm, amma sağalanadək yaddaşın dolaşıq 



və  rabitəsiz  olacaq  -  keçmiş,  indi,  gələcək  və  təxəyyül 

hamısı qarışacaq. Eyni halı biz yuxularımızda yaşayırıq”. 

Lift dayandı və Dr. Bruks qapını açdı. Yenə gəzməyə 

başladılar. Bu dəfə qaranlıq və dar dəhlizdə. 

Üzü  Florensiyanm  sübhdə  işıqlanan  damlarına  tərəf 

açılan  pəncərənin  qarşısından  keçdilər.  Dəhlizin  uzaq 

başında həkim aşağı əyildi. Suya həsrətmiş kimi görünən 

ev bitkisinin altından açarı götürüb qapını açdı. 

Mənzil  balaca  idi.  Havada  vanil  ətirli  şam  və  köhnə 

xalçadan  gələn  iyi  hiss  etmək  olurdu.  Mebel  və  əşyalar 

çox nimdaş görünürdü, sanki hamısı bazardan alınmışdı. 

Dr. Bruks termostatı qoşdu, radiatorlar işə düşdü. 

O,  bir  dəqiqə  gözlərini  qapayıb  dayandı.  Dərindən 

nəfəs verərək sanki özünü toparlamağa çalışırdı. 

downloaded from KitabYurdu.org



44 

 

Sonra isə Lenqdona sadə mətbəxdəki plastik masanın 



yanma qoyulmuş kətilə tərəf getməkdə kömək etdi. 

Lenqdon oturmaq üçün irəli addım atsa da, Dr. Bruks 

bir əli  ilə ondan  yapışıb digər  əli  ilə dolabı  açdı. Dolab 

demək  olar  ki,  boş  idi...  quru  peçenyelər,  bir  neçə  qutu 

makaron, bir kiçik şüşə Kola və bir şüşə NoDoz dərmanı. 

Şüşəni açıb altı ədəd həbi Lenqdonun ovcuna tökdü. 

“Kofeindir”,  -  dedi.  “Bugünkü  kimi  gecə  növbələri 

üçün”. 


Lenqdon həbləri ağzına atıb su üçün ətrafa baxdı. 

“Çeynə”,  -  həkim  dedi.  “Sənə  tez  təsir  edəcək  və 

sakitləşdiricilərin effektini azaldacaq”. 

Lenqdon  çeynəməyə  başladı,  ağzı  büzüşdü.  Həblər 

çox acı idi, udulmaq üçün nəzərdə tutulmuşdu. Dr. Bruks 

soyuducunu  açdı  və  bir  şüşə  “San  Pellegrino”  suyunu 

Lenqdona uzatdı. O, həvəslə içdi. 

Saçı  at  quyruğuna  bənzəyən  həkim  indi  onun 

qolundakı  sarğını  -  pencəyi  açdı.  Lenqdonun  qolunu 

masanın üstünə qoydu. Diqqətlə yaraya baxmağa başladı. 

Həkim  Lenqdonun  qoluna  toxunduqca  onun  titrəyən 

barmaqlarını hiss edirdi. 

“Sağ qalacaqsan”, - həkim dedi. 

Lenqdon  onun  da  yaxşı  olduğuna  ümid  edirdi.  O, 

güclə  hər  ikisinin  yaşadıqlarını  anlamağa  çalışırdı.  “Dr. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə