Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə7/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   10   ...   157

31 

 

Lenqonda tərəf tuşladı - onun başına tərəf. 



“Mən öləcəyəm, - Lenqdon düşündü, - elə bu dəqiqə 

və - buradaca”. 

Balaca palatada açılan atəş səsi qulaqbatıncı idi. 

Lenqdon  yıxıldı.  Atəş  həqiqətən  açılmışdı,  lakin səs 

hücum  edənin  silahından  çıxmamışdı.  Otağın  bərkdən 

çırpılan dəmir qapısının səsi idi o. Dr. Bruks özünü irəli 

ataraq qapını bağlamışdı. 

Sinirdən titrəyən Dr. Bruks yerdə uzanmış həmkarına 

tərəf  cumdu  və  nəbzini  yoxlamağa  başladı.  Birdən  Dr. 

Markoni öskürdü. Ağzından fışqıran qan yanaqlarından 

qalın saqqalına doğru axdı. Sonra isə bədəninə süzüldü. 

“Enrico, no! Ti prego!”2 qadın qışqırdı. 

Çöldə isə dəmir qapıya vurulan güllə səsləri eşidilirdi. 

Dəhlizi həyəcan siqnalının səsi bürüdü. 

Nədənsə  Lenqdon  hərəkət  edə  bilirdi.  Vahimə  və 

instinkt  sakitləşdiricilərin  təsirinə  qalib  gələ  bilmişdi. 

Yatağından qalxanda sağ qoluna qəribə bir sancı doldu. 

Bir anlıq güllənin qapıdan keçib ona dəydiyini düşündü, 

lakin  qoluna  baxdıqda  iynənin  çıxdığını  gördü.  Plastik 

kateter qolundan çıxmış və isti qan borucuqdan üzüaşağı 

axırdı. 

Artıq Lenqdon tam ayıq idi. 

Dr.  Bruks  hələ  də  cansız  Markonin  qolunda  nəbz 

downloaded from KitabYurdu.org




32 

 

axtarırdı. Birdən beynində çaxmaq çaxıbmış kimi ayağa 



qalxdı  və  Lenqdona  tərəf  çevrildi.  Lenqdonun  gözü 

qabağında onun üzündəki ifadə tamamilə dəyişdi - gənc 

üzünün cizgiləri sərtləşdi. Sanki təcili yardım şöbəsində 

ağır xəstə ilə işləyirdi. 

“Ardımca gəl”, - tələb etdi. 

Dr.  Bruks  Lenqdonun  qolundan  yapışıb  otaq  boyu 

dartmağa  başladı.  Lenqdon  taqətsiz  ayaqlan  ilə  irəli 

getdikcə dəhlizdən gələn atəş və qarışıqlıq səsi eşidirdi. 

Beyni  oyaq  olsa  da,  dərmanlarla  yüklənmiş  bədəni 

çətinliklə  reaksiya  verirdi.  Tərpən!  Ayağının  altındakı 

metlax  döşəmə  ona  buz  kimi  soyuq  gəlirdi.  Əynindəki 

nazik  xəstəxana  xalatı  güclə  1.82  boyunu  örtürdü. 

Damarından  baş  barmağına  doğru  süzülən  qanı  hiss 

edirdi. 


Aramsız  vurulan  güllələr  qapının  dəstəyinə  dəyirdi. 

Dr. Brkuks onu kobudcasına vanna otağına itələdi. Özü 

də  içəri  girərkən  birdən  arxaya  çevrildi.  Qaçıb 

Lenqdonun qanlı Harris Tveed pencəyinə əl atdı. 

Zəhrimar pencəyi bir qırağa at! 

Əlində pencək vanna otağında girdi və qapını dərhal 

kilidlədi. Eyni anda palatanın qapısı sürətlə açıldı. 

Gənc  həkim  özünü  itirmirdi.  Cəld  hərəkətlə  kiçik 

otaqdakı  ikinci  qapını  açdı  və  Lenqdonu  reanimasiya 

downloaded from KitabYurdu.org




33 

 

otağına  tərəf  itələdi.  Dr.  Bruks  başını  çıxarıb  dəhlizi 



yoxlayarkən arxadan 

atəş səsi eşidildi. O, Lenqdonun qolundan tutub dəhlizə 

çıxartdı, pilləkənlərə tərəf irəlilədi. 

Növbəti  on  beş  saniyə  gərgin  keçdi...  pilləkənlərlə 

üzüaşağı  düşərək...  ayaqları  bir-birinə  ilişərək... 

yıxılaraq. Lenqdonun başının zoqqultusu dözülməz idi. 

Getdikcə  daha  bulanıq  görürdü,  əzələləri  də 

süstləşmişdi. 

Hər  hərəkəti  gecikmiş  reaksiyaya 

bənzəyirdi. 

Birdən hava soyumağa başladı. 

Mən çöldəyəm. 

Dr.  Bruks  onu  xiyaban  boyu  itələyərək  binadan 

uzaqlaşdırırdı.  Birdən  Lenqdounun  ayağı  sərt  nəyəsə 

ilişdi və o pis şəkildə səkiyə yıxıldı. Xanım onu çətinliklə 

ayağa qaldırdı. 

O,  Lenqdonun  ağır  sakitləşdiricilər  qəbul  etdiyini 

unutmuşdu. 

Xiyabanın sonuna yaxınlaşdıqda Lenqdonun ayaqlan 

yenə dolaşdı. Bu dəfə qadın onu yerdəcə qoyub uzaqdan 

küçədən keçən kiməsə san qaçdı və qışqırmağa başladı. 

Lenqdon  qaranlıqda  hospitalın  qarşısında  dayanan 

taksinin  yaşıl  işığını  sezə  bildi.  Maşın  hərəkətsiz  idi, 

sözsüz  ki,  sahibi  yuxulayırdı.  Dr.  Bruks  var  gücü  ilə 

downloaded from KitabYurdu.org



34 

 

qışqırıb qollarını 



yelləyirdi.  Nəhayət  ki,  taksinin  qabaq  işıqlan  yandı  və 

tənbəlcəsinə onlara doğru irəliləməyə başladı. 

Birdən  Lenqdonun  arxa  tərəfində  qapı  açıldı  və 

sürətlə  yaxınlaşan  ayaq  səsləri  eşidildi.  Lenqdon  geri 

boylandı,  ona  san  gələn  qara  silueti  gördü.  Ayağa 

qalxmağa  cəhd  göstərirdi.  Eyni  anda  Dr.  Bruks  ondan 

yapışıb  “Fiat”  markalı  taksinin  arxa  oturacağına 

oturtmağa çalışırdı. Bədənin yarısı maşının oturacağında, 

yarısı  isə  döşəməsində  idi.  Dr.  Bruks  onun  başının 

üstündən əyilib açıq qapını bağladı. 

Yuxulu  sürücü  çevrilib  maşınına  oturan  bu  qəribə 

cütlüyə baxdı - at quyruğu kimi saçını yığmış gənc qadın 

və əynində yanarılmış xəstəxana xalatı, qolundan isə qan 

axan  kişi.  Qara  dəri  geyimli  qadın  xiyabandan  çıxaraq 

atəş  açdı.  Dr.  Bruks  Lenqdounun  başında  tutub  aşağı 

basdı. Arxa şüşə çilik-çilik olub onların üstünə töküldü. 

Sürücüyə  əlavə  nəsə  deməyə  ehtiyac  qalmamışdı. 

Ayağını  qaza  basmağı  ilə  maşının  sürətlə  hərəkətə 

gəlməsi bir oldu. 

Lenqdonun  beyninin  ayıq  hissəsi  gərgin  halda 

düşünürdü. Kimsə məni öldürmək istəyir?! 

Döngəni dönən kimi Dr. Bruks düz oturub Lenqdonun 

qanayan  qolunu  tutdu.  Kateter  damardakı  deşikdən  dik 

downloaded from KitabYurdu.org




35 

 

çıxmışdı. 



“Pəncərədən çölə bax”, - həkim əmr elədi. 

Lenqdon  tabe  oldu.  Çöldə  qəbir  daşları  ruh  kimi 

bir-birini 

əvəzləyirdi.  Qəbiristanlıqdan  keçirdilər. 

Lenqdon həkimin barmaqlarını qolunda hiss etdi. Həkim 

ona heç bir xəbərdarlıq etmədən kateteri dartıb çıxartdı. 

Lenqdon damarından başına doğru qalxan kəskin bir 

ağrı hiss etdi. Gözləri bataqlığa düşübmüş kimi getdikcə 

aşağı dartılırdı. Birdən hər şey qaraldı. 

2 Enriko, ölmə! Xahiş edirəm! - (ital.) 

fəsil 


Ucadan  gələn  telefonun  səsi  gözlərini  Adriatikin 

hüzurverici  mənzərəsinə  zilləmiş  rəisi  dərhal  kupe 

ofisinə qayıtmağa məcbur etdi. 

“Əsl  vaxtıdır”.  Gözlədiyi  xəbəri  eşitmək  üçün 

həyəcanla düşündü. 

İş masasının üstündəki kompüterin ekranında yanıb- 

sönən  işıq  gələn  zəngin  İsveç  Sectra  Tiger  XS-dən 

olduğunu  göstərirdi.  Adətən,  gələn  zənglər  gəmiyə 

qoşulmazdan  əvvəl  dörd  gizli  yönləndirici  sistemdən 

keçirdi. 

O  qulaqcıqlarını  taxdı.  “Danışan  rəisdir”,  -  astadan 

dedi: - “Sözünü de”. 

“Vayentadır”, - digər tərəfdəki səs cavab verdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə