Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

69 

 

yaratdığını bilirsən?” 



“Qətiyyən,  amma  o  cür  maska  orta  əsrlərdə  geniş 

yayılıbmış”.  Lenqdon  bir  anlıq  dayandı.  “Ona  vəba 

maskası - deyirdilər”. 

Sienna qəribə nəzərlərlə ona baxdı. “Vəba maskası?” 

Lenqdon 

izah 


etdi 

ki, 


simvollar 

aləmində 

dimdikburunlu bu xüsusi maska “Qara ölüm” ifadəsi ilə 

sinonim sayılır. 

1300-cü  illərdə  Avropaya  yayılan  vəba  bəzi 

əyalətlərdə  sakinlərin  üçdə  birini  öldürübmüş.  Çoxları 

“Qara  ölüm”  ifadəsindəki  “qara”  sözünün  qanqren  və 

dərialtı  qanaxmalara  istinadən  istifadə  olunduğunu 

düşünürdü. Əslində isə “qara” sözü əhali arasında yayılan 

bu pandemiyanm yaratdığı qorxunu ifadə edirdi. 

“Həmin  uzun  dimdikli  maskanı”,  -  Lenqdon  dedi,  - 

“həkimlər  xəstələri  müalicə  edərkən  taxarmışlar.  Uzun 

dimdik  infeksiyanın  onlara  da  yoluxmasının  qarşısını 

alarmış. Hazırda isə o maskaları Venesiya karnavalında 

görmək  olar.  İtaliya  tarixinin  həmin  qorxunc  dövrünün 

unudulmadığını göstərmək üçün”. 

“Və sən gözünə o maskanın göründüyünə əminsən?”, 

-  Sienna  soruşdu.  Səsi  həyəcanlı  idi.  “Orta  əsr  vəba 

həkiminin maskasının?” 

Lenqdon başını tərpətdi. Uzun dimdikli maskanı səhv 

downloaded from KitabYurdu.org



70 

 

salmaq mümkün deyil. 



Siennanm  düyünlənmiş  qaşlanndan  və  üzündəki 

ifadədən  Lenqdon  hiss  etdi  ki,  qadın  ona  verəcəyi  bəd 

xəbəri  hansı  tərzdə  deyəcəyini  düşünür.  “Qadın  sənə 

“Axtar və tap” deyə təkrarlayırdı?” 

“Hə. Əwəlkitək. Amma məsələ bundadır ki, mən nəyi 

axtarmalı olduğumu bilmirəm”. 

Sienna dərindən və astadan nəfəs aldı, siması tutqun 

idi.  “Deyəsən,  mən  bilirəm.  Və  məncə,  sən  onu  artıq 

tapmısan”. 

Lenqdon diqqətlə baxırdı. “Sən nə danışırsan?!” 

“Robert,  dünən  gecə  sən  xəstəxanaya  gələndə 

pencəyinin cibində qəribə bir şey var idi. Yadına gəlir?” 

Lenqdon başını yellədi. 

“Cibində bir əşya var idi... çox qorxunc bir əşya. Onu 

təsadüfən,  sənin  üst-başını  təmizləyərkən  tapdım”.  O, 

Lenqdonun  “Harris  Tweed”  pencəyinə  işarə  ilə  dedi. 

Pencək  masanın  üstündə  açıq  şəkildə  sərilmişdi. 

“Baxmaq istəsən, o, hələ də cibindədir”. 

Lenqdon  tərəddüdlə  pencəyinə  baxdı.  “Onun  niyə 

cəld  pencəyimi  götürmək  üçün  geri  qayıtdığını  başa 

düşdüm”.  O,  qandan  ləkələnmiş  pencəyini  götürüb 

bir-bir  ciblərini  axtardı.  Heç  nə.  Yenidən  axtardı. 

Nəhayət  ki,  çiyinlərini  çəkərək  Siennaya  tərəf  çevrildi. 

downloaded from KitabYurdu.org




71 

 

“Axı heç nə yoxdur”. 



“Bəs gizli cib necə?” 

“Nə? Mənim pencəyimin gizli cibi yoxdur”. 

“Yoxdur?”,  -  o,  çaşqın  halda  soruşdu.  “Onda  bu 

pencək... sənin deyil?” 

Lenqdonun  beyni  qarışdı.  “Yox,  bu  mənim 

pencəyimdir”. 

“Əminsən?” 

“Lənət  şeytana,  əminəm”,  -  o  fikirləşdi.  Əslində, 

mənim ən sevimli kemberleyim idİ4. 

O,  astarı  çevirib  dəb  dünyasında  ən  sevimli  geyim 

simvolunu Siennaya göstərdi - Harris Tweedin düyməyə 

bənzər  on  üç  qiymətli  qaşla  bəzənmiş  başında  maltalı 

xaçı olan kürə etiketi. 

Xaçpərəst döyüşçülərə məxsus işarələri parça üzərinə 

şotlandlardan başqa heç kim döyə bilməz. 

“Bir  buna  bax”,  -  Lenqdon  etiketdə  əl  işi  olan  baş 

hərfləri  -  R.L.  -  işlənmiş  yazıya  işarə  etdi.  O,  həmişə 

Harris Tweedin əllə tikilmiş modellərini seçərdi və buna 

görə  də  adətən,  adının  baş  hərflərinin  həkk  olunması 

üçün əlavə pul ödəyərdi. 

Universitetin yeməkxana və sinif otaqlarında yaddan 

çıxan  yüzlərlə  tweedlər  olduğu  üçün  Lenqdonun  öz 

pencəyini qarışıq salmaq niyyəti yox idi. 

downloaded from KitabYurdu.org




72 

 

“Sənə inanıram”, - Sienna pencəyi ondan alaraq dedi. 



“İndi isə sən bax”. 

O,  pencəyin  arxadan  boyuna  yaxın  hissəsini  açdı. 

Burada astara səliqəli və gizli tikilmiş cib var idi. 

Bu nə deməkdir? 

Lenqdon bu cibi əvvəllər görmədiyinə əmin idi. 

Cib qüsursuz şəkildə gizli tikişlə işlənmişdi. 

“Bu cib burada yox idi!” - Lenqdon təkidlə dedi. 

“Çox  güman  ki,  sən  heç  bunu  da  görməmisən?”,  - 

Sienna  cibi  açıb  içindən  cilalanmış  metal  əşyanı 

Lenqdonun ovcuna qoydu. 

Lenqdon əşyaya inanılmaz təəccüblə baxırdı. 

“Bunun nə olduğunu bilirsənmi?” - Sienna soruşdu. 

“Yox...”, - Lenqdon kəkələdi. “Heç vaxt buna bənzər 

bir şey görməmişəm”. 

“Təəssüf ki, mən bilirəm. Və kiminsə səni buna görə 

öldürməyə cəhd etdiyinə də əminəm”. 

Koordinat  or  Noulton  “Mendasium”  gəmisindəki 

şəxsi  ofisində  var-gəl  etdikcə  həyəcanı  daha  da  artırdı. 

Sabah  səhər  dünya  ilə  paylaşmalı  olduğu  bu  videoyazı 

onu karıxdırmışdı. 

Mən Kölgəyəm? 

Bu  müştərinin  ötən  bir  neçə  ay  ərzində  aldığı  psixi 

zədədən  əziyyət  çəkməsi  barədə  şayiələr  dolaşırdı.  İndi 

downloaded from KitabYurdu.org




73 

 

bu yazı həmin şayiələrin doğru olduğunu təsdiqləyirdi. 



Noulton bilirdi ki, iki yolu var. Bunu ya sabah yayım 

üçün  hazırlamalı,  ya  da  yuxarı  -  rəisin  yanma  apararaq 

ikinci şəxsin rəyini almalıdır. 

“Onun fikrini onsuz da bilirəm”, - Noulton düşündü. 

Rəis  indiyədək  müştəriyə  verdiyi  sözdən  dönməmişdi. 

“Mənə yazını yükləməyi tapşıracaq, əlavə sual vermədən 

gəlib ondan fikrini soruşduğuma görə mənə hirslənəcək”. 

Noulton  diqqətini  yazıya  cəmlədi.  Videonu  xüsusilə 

narahatlıq doğuran hissəsinə qayıtdı. Damcılanan su səsi 

ilə  müşayiət  olunan  parlaq  mağara  ekranda  göründü. 

Divarda humanoid kölgə sezilməyə başladı - uzun və quş 

dimdiyinə bənzər burunlu hündür adam. 

Deformasiyaya uğramış kölgə axıcı səslə danışırdı: 

“Bunlar yeni Qaranlıq əsrlərdir. 

Əsrlər öncə Avropa səfalət içində yaşayırdı - insanlar 

arasında hərc-mərclik, aclıq, günah və ümidsizlik baş alıb 

gedirdi. 

Ölü 


oduncaqlardan 

ibarət 


sıx  meşəyə 

bənzəyirdilər. Allahdan gələcək şimşəyi gözləyirdilər - o 

şimşək ki, çaxaraq ölü oduncaqları yandıracaq və sağlam 

köklərə gün işığı - salacaqdı. 

Seçilmək Allahın əmridir. 

Bir  özünüzə  sual  verin  -  Qara  ölümdən  sonra  nə 

yaşandı? 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə