Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

59 

 

Lenqdon dərhal gözlərini açdı, dərindən nəfəs aldı. Hələ 



də eyni vəziyyətdə, Siennanın iş masasının önündə, başı 

əllərinin  arasında  oturmuşdu.  Ürəyi  inanılmaz  sürətlə 

döyünürdü. 

Bu nə haldır mən düşmüşəm? 

Gümüşü  saçlı  qadının  və  dimdik  burunlu  maskanın 

surəti gözünün qabağından getmirdi. Mən həyatam. Mən 

ölüməm.  Başını  silkələdi,  surətləri  qovmağa  çalışsa  da, 

onlar sanki şüuruna hopmuşdu. Masanın üzərindəki teatr 

proqramından ikonalar ona baxırdı. 

“Beyninin  yaddaşı  tənzimləyən  və  sıralayan  hissəsi 

müvəqqəti  silkələnib”,  -  Sienna  ona  belə  demişdi. 

Keçmiş, indi, gələcək və təxəyyül hamısı qarışıb. 

Lenqdonun başı gicəlləndi. 

Mənzilin hansısa bir küncündən telefon zəng çalırdı. 

Köhnə 

telefonların  səsinə  bənzəyirdi.  Deyəsən, 



mətbəxdən gəlirdi. 

“Sienna?!” - Lenqdon ayağa qalxaraq çağırdı. 

Cavab  gəlmədi.  O,  hələ  də  qayıtmamışdı.  Elə  iki 

zəngdən  sonra  avtocavab  qoşuldu.  “Ciao,  sono  io,  - 

Siennanın şən səsi eşidildi, - “lasciatemi un messaggio e 

vi richiamero”. 

Siqnaldan sonra təlaşlı və kobud Şərqi Avropa ləhcəli 

qadın  səsi  danışmağa  başladı.  Onun  səsi  dəhliz  boyu 

downloaded from KitabYurdu.org



60 

 

əks-səda verirdi. 



“Sienna,  eez  Danikova!  Sən  hardasan?!  Eez  dəhşət! 

Sənin  dostun  Dr.  Markoni  ölüb!  Xəstəxanada  hamı 

bir-birinə  dəyib!  Bura  polis  gəlmişdi!  Adamlar  polisə 

sənin  qaçdığını  və  xəstəni  xilas  etməyə  çalışdığını 

deyirlər!  Niyə?!  Axı  sən  onu  tanımırsan!  İndi  polis 

səninlə  danışmaq  istəyir!  Onlar  işçilərin  şəxsi  işlərini 

yoxlayırlar!  Bilirəm  ki,  informasiya  yanlışdır  -  düzgün 

olmayan  ünvan,  heç  bir  əlaqə  nömrəsi  yoxdur,  saxta  iş 

vizası - ola bilər onlar səni bu gün taparlar. Tapmasalar 

da,  çox  tezliklə  izinə  düşəcəklər.  Səni  xəbərdar  etmək 

istədim. Çox üzgünəm, 

Sienna”. 

Zəng bitdi. 

Lenqdonun canına vicdan  əzabı dolurdu. İsmarıcdan 

Dr.  Markoninin  Siennaya  xəstəxanada  işləmək  izni 

verdiyi 


anlaşılırdı. Lenqdonun peyda olması isə Dr. Markoninin 

həyatını itirməsi, Siennanın isə gələcəyini riskə atmasına 

səbəb olmuşdu. 

Mənzilin digər başında qapı zərblə örtüldü. 

O, qayıtdı. 

Bir  dəqiqə  sonra  avtocavabın  səsi  eşidildi.  “Sienna, 

mənəm, Danikova. Sən hardasan?!” 

downloaded from KitabYurdu.org




61 

 

Lenqdon  səksəndi.  Siennanın  nə  eşidəcəyini  bilirdi. 



İsmanş  səsləndikcə  Lenqdon  sürətlə  teatr  proqramını 

yerinə qoydu və masanı səliqəyə saldı. Sonra o, xəlvətcə 

dəhlizə çıxıb hamama keçdi. Siennanın keçmişi haqqında 

gizli oxuduğu üçün özünü günahkar hiss edirdi. 

On  saniyə  sonra  hamamın  qapısında  asta  bir  taqqıltı 

eşitdi. 


“Paltarlarını  qapının  dəstəyindən  asıram”,  -  səsində 

emosiyalardan doğan bir titrəyiş hiss olunurdu. 

“Hazır olduqdan sonra zəhmət olmasa, mətbəxə gəl”, 

- o əlavə etdi. 

“Kiməsə  zəng  vurmazdan  əvvəl,  sənə  çox  vacib  bir 

şey göstərməliyəm”. 

Sienna yorğun addımlarla dəhlizdən keçib bu binada 

bəlkə də ən az mebeli olan yataq otağına girdi. Dolabdan 

mavi cins şalvar və sviter götürüb öz hamamına keçdi. 

Gözlərini  güzgüdəki  əksinə  zilləyərək  qalın  at 

quyruğuna  bənzər  saçından  yapışdı.  Saçını  aşağı  dartıb 

pariki keçəl başından çıxardı. 

Otuz iki yaşlı keçəl qadın güzgüdən ona baxırdı. 

Sienna  həyatı  boyu  çox  əziyyətə  səbirlə  dözmüşdü. 

İndiyədək  intellektinə  arxalanaraq,  çətinliklərdən 

keçməyi  özündə  tərbiyə  etsə  də,  sonuncu  durumu  onu 

hisslərini dərindən sarsıtmışdı. 

downloaded from KitabYurdu.org




62 

 

O,  pariki  bir  kənara  qoyub  üzünü  və  qollarını  yudu. 



Qurulandıqdan sonra paltarlarını dəyişdi və pariki başına 

qoyub diqqətlə düzəltdi. Heç zaman özünə acımaq fikri 

ilə barışmayan Sienna bu dəfə gözlərindən axan yaşlara 

məhəl qoymadı. Onların səssizcə axmasının labüdlüyünü 

qəbul edirdi sanki. 

Və o ağlayırdı. 

İdarə edə bilmədiyi həyatı üçün ağlayırdı. 

Gözü  qarşısında  can  verən  məsləhətçisi  üçün  ağlayırdı. 

İllərin ürəyində yığdığı yalnızlıq üçün ağlayırdı. 

Amma ən başlıcası, gələcəyi üçün ağlayırdı... anidən 

qeyri- müəyyənliyə yuvarlanan gələcəyi üçün. 

fəsil 



Dəbdəbəli  gəmi  “Mendasium”un  göyərtəsinin  aşağı 

mərtəbəsindəki ofisində koordinat or Laurens Noulton iş 

masasının qırağında oturmuşdu, çaşqın halda kompüterin 

ekranına baxırdı. Müştərilərindən qalan bu videoyazı onu 

əməlli-başlı karıxdırmışdı. 

Mən 


bu 

videonumu 

sabah 

mətbuatda 



yaymlayacağam? 

Konsorsiumda  çalışdığı  on  il  ərzində  Noulton 

cürbəcür  qəribə  tapşırıqların  öhdəsindən  gəlmişdi. 

Kökündə  haram  və  qanunsuzluğun  durduğuna  əmin 

olduğu tapşırıqlar. 

downloaded from KitabYurdu.org




63 

 

Konsorsium  yeganə  qurum  idi  ki,  nəyin  bahasına 



olursa  olsun,  müştəriyə  verilən  sözü  yerinə  yetirilməli 

idi. İnsani hisslərdən söhbət gedə bilməzdi. 

Biz deyilənlərə əməl edirik. Sorğu-sualsız. Nə olursa 

olsun. 


Bu  videoyazının  vəd  etdiyi  nəticə  isə  Noultonu 

narahat  etməyə  başlayırdı.  Keçmişdə  verilən  əmrlərin 

qəribəliyindən 

asılı  olmayaraq,  o,  işinə  bir  məntiqlə  yanaşırdı...  eyni 

həvəslə... arzu olunan nəticəni qavrayaraq. 

Amma bu video onu əməlli-başlı çaşdırmışdı. 

Fərqli nəsə hiss edirdi. 

Tamam fərqli. 

O,  kompüterinə  yaxınlaşıb  yenidən  yazıya  diqqət 

kəsildi.  Ümid  edirdi  ki,  ikinci  dəfə  baxarsa,  video  ona 

daha da aydın olacaq. Səsi artıraraq bütün fikrini doqquz 

dəqiqəlik filmdə cəmlədi. 

Eynilə  əwəlkitək  yumşaq  damcı  səsi  eşidildi. 

Fövqəltəbii qırmızı rəngli su ilə dolu əsrarəngiz mağara. 

Yenidən kamera şaquli formada asta-asta aşağı enərək 

işığın  əks  olunduğu  səthə  keçdi  və  mağaranın  lillə 

örtülmüş dibi göründü. 

Yerə  basdırılmış  parlaq  dördbucaq  lövhədə  Noulton 

yenə həmin yazını oxudu: 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə