Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

64 

 

BURADA VƏ BU TARİXDƏ 



DÜNYA ƏBƏDİ DƏYİŞDİ 

Parlaq  lövhədə  Konsorsiumun  müştərisinin  imzası 

onu təlaşlandırdı. Tarixin sabah olması isə Noultonu daha 

çox narahat edirdi. Amma Noultonu lap çaşdıran növbəti 

görüntü oldu. 

Kamera  sol  tərəfə  hərəkət  edərək  suyun  altında 

parıldayan əşyaya tərəf çevrildi. 

Qısa  iplə  yerə  hörülmüş,  nazik  plastikdən  olan  kürə 

suda dalğalanırdı. Böyük sabun köpüyünə bənzər kövrək 

kürə  sualtı  şara  oxşayırdı...  lakin  şardan  fərqli  olaraq, 

helium qazı ilə deyil, bir növ sarı-qəhvəyiyə çalan jelatin 

maye ilə doldurulmuşdu. 

Amorfa  oxşayan  torba  genişlənmişdi,  diametri 

təqribən,  otuz  santimetr  olardı.  Şəffaf  divarlan  arasında 

tutqun buluda bənzər maddə astadan fırlanırdı. Yavaşca 

qalxan burulğan kimi. 

Ekran tədricən qaralmağa başladı. 

Yeni  görüntü  yarandı  -  mağaranın  nəm  divarında 

sanki titrəyən parıltılar. Divarda bir kölgə əmələ gəldi... 

kişi kölgəsi idi... mağarada dayanmışdı... 

Kişinin başı çox eybəcər idi. 

Burun əvəzinə uzun dimdiyi var idi - sanki yarıquş idi. 

Danışdıqca  axıcı  səsi  eşidilirdi...  özü  də  müdhiş 

downloaded from KitabYurdu.org




65 

 

bəlağətlə danışırdı... səlis ritmlə... elə bil hansısa klassik 



xorun müşayiətilə hekayə nəql edirdi. 

Bədheybət  kölgə  danışdıqca  Noulton  hərəkətsiz  və 

nəfəs çəkmədən oturmuşdu. 

“Mən Kölgəyəm. 

Əgər  bu  videonu  izləyirsinizsə,  deməli,  nəhayət  ki, 

mənim ruhum rahatlıq tapa bilər. 

Mən  dünyaya  yerin  altından  səslənirəm.  İşığı  əks 

etdirməyən al qırmızı göl sularının toplaşdığı qaranlıq bir 

- mağardan. 

Lakin  bura  mənim  cənnətimdir...  kövrək  uşağımı 

qoruya bildiyim bətndir. 

Cəhənnəm. 

Tezliklə məndən qalanlan öyrənəcəksiniz. 

Və  hətta  burada  olsam  da,  məni  izləyən  nadanların 

ayaq  səslərini  eşidə  bilirəm...  mənim  əməllərimin 

qarşısını almağa can atırlar. 

Mənə deyə bilərsiniz ki, onlan əfv et... nə etdiklərini 

bilmədikləri  üçün.  Amma  tarixin  elə  bir  anı  gəlir  ki, 

nadanlığı  əfv  etmək  mümkün  olmayacaq...  bəraət 

qazanmaq üçün yalnız aqillik keçərli olacaq. 

Vicdanımın bütün saflığı ilə sizə ümid üçün, qurtuluş 

üçün, sabah üçün ərməğan miras qoymuşam. 

Amma  yenə  də  məni  tula  kimi  izləyən  özündən  razı 

downloaded from KitabYurdu.org




66 

 

insanlar  var.  Onlar  mənim  dəli  olduğumu  düşünürlər. 



Gümüşü  saçlı  bir  gözəl  isə  məni  “vəhşi”  adlandırır. 

Kopernikin  ölümünə  etiraz  edən  kor  dindar  kimi  o  da 

mənə nifrət edir. Həqiqəti açdığım üçün məndən dəhşətə 

gəlir. 


Lakin mən peyğəmbər deyiləm. 

Mən sizin qurtuluşunuzam. 

Mən Kölgəyəm”. 

ıo fəsil 

“Əyləş, - Sienna dedi, - bir neçə sualım var”. 

Mətbəxə  girən  Lenqdon  özünü  daha  inamlı  hiss 

edirdi.  Qonşunun  “Brioni”  kostyumunu  geyinmişdi. 

Təəccüblü  olsa  da,  əyninə  qutu  kimi  oturmuşdu.  Hətta 

dəri mokasin ayaqqabı da çox rahat idi. Lenqdon həmin 

an evə qayıtdıqdan sonra italyan ayaqqabıları geyinməyə 

başlayacağı barədə beynində kiçik bir qeyd etdi. 

“Əgər evə qayıda bilsəm”, - Lenqdon fikirləşdi. 

Sienna  dəyişmişdi  -  təbii  gözəllik  -  əyninə  tam 

oturmuş cins şalvar və krem rəngli sviter geyinmişdi. 

Geyimi  elastik  bədən  quruluşunu  incə  şəkildə 

tamamlayırdı.  Saçlan  eyni  formada  arxaya  dartılaraq  at 

quyruğu  kimi  yığılmışdı  və  kimyəvi  bəzəyin  verdiyi 

hökmlü  görünüş  həssas  cizgilərlə  əvəz  olunmuşdu. 

Lenqdon onun gözlərinin ağlamaqdan qızardığını anladı. 

downloaded from KitabYurdu.org




67 

 

Eyni günah hissi Lenqdonu da bürüdü. 



“Sienna,  bağışla.  Telefondakı  ismarışı  eşitdim.  Nə 

deyəcəyimi bilmirəm”. 

“Çox  sağ  ol,”  -  o  cavab  verdi.  “Biz  indi  bütün 

diqqətimizi sənə yönəltməliyik. Zəhmət olmasa, otur”. 

Səsinin tonu daha inadlı idi. Lenqdonun təsəvvüründə 

onun  intellekti  və  yaşından  tez  böyüyən  uşaq  kimi 

haqqında oxuduğu məqalələr canlandı. 

“İstəyirəm  fikirləşəsən”,  -  Sienna  ona  başı  ilə 

oturmağı  işarə  edərək  sözə  başladı.  “Bu  mənzilə  necə 

gəldiyimiz - yadındadır?” 

Lenqdon sualın niyə verildiyinə əmin deyildi. “Taksi 

ilə”, - o əyləşərək cavab verdi. “Kimsə bizə güllə atırdı”. 

“Sənə güllə atırdı, professor. Gəlin dəqiq danışaq”. 

“Doğrudur. Bağışla”. 

“Taksidə olarkən güllə atıldığı yadındadırım?” 

Qəribə sualdır. “Hə, iki dənə. Biri yan şüşəyə, o birisi 

isə arxa şüşəyə dəydi”. 

“Yaxşı, indisə gözlərini yum”. 

Lenqdon onun yaddaşını yoxladığını anladı. Gözlərini 

qapadı. 


“Mən nə geyinmişəm?” 

Lenqdon onu tam görə bilirdi. “Qara ayaqqabı, mavi 

cins,  krem  rəngli  V-yaxalıqlı  sviter.  Saçların  sandır, 

downloaded from KitabYurdu.org




68 

 

çiyninə  dəyir,  arxaya  dartılıb.  Gözlərin  qəhvəyi 



rəngdədir”. 

Sonra  gözlərini  açıb  ona  baxdı.  Yaddaşından  razı 

qalmışdı. 

“Görüntünü  təsbit  edən  yaddaşın  əladır,  amneziya 

artıq  geriləyib,  yaddaş  yaratma  prosesin  zədələnməyib. 

Ötən  bir  neçə  gün  ərzində  olanlardan  nə  isə  yadına 

düşürmü?” 

“Çox  təəssüf  ki,  yox.  Amma  sən  burda  olmayanda, 

yenidən görüntülər gözümə göründü”. 

Lenqdon ona təkrar gördüyü hallüsinasiyanı - çadralı 

qadın,  ölü  və  can  verən  insanlar,  yerə  basdırılmış  və 

ayaqlarına R hərfi yazılan bədənlərdən danışdı. Sonra isə 

səmada qəribə, dimdikli bir maskanın göründüyünü dedi. 

“Mən  ölüməm?”  -  Sienna  soruşdu.  Çox  narahat 

görünürdü. 

“Hə, - elə dedi”. 

“Hm...  Məncə,  “Mən  Vişnuyam,  dünyaları 

dağıdanam”, 

- mənasını verir”. 

Gənc qadın Robert Openheymerin (Oppenheimer) ilk 

dəfə atom bombasını test edərkən dediyi ifadəni işlətdi. 

“Və  dimdik  burunlu...  yaşıl gözlü  maska?”  -  Sienna 

çaşqın halda soruşdu. “Bəs şüurunun niyə məhz o təsviri 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə