Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

50 

 

doğulması”(Birth 



of 

Venus), 


Leonardonun 

“Bəyan”(Annunciation)  əsərlərindən  və  şəhərin  fəxri 

olan - Davidin heykəlindən zövq alırlar. 

Lenqdon  ilk  dəfə  yeniyetmə  ikən  Mikelancelonun 

David  əsərini  görmüş  və  heyran  olmuşdu...  Təsviri 

İncəsənət  Akademiyasına  (Accademia  delle  Belle  Arti) 

ilk  gəlişi...  Mikelancelonun  “Həbsxana”smın  dəmir 

barmaqlıqları  qarşısından  asta-asta  keçməsi...  və  birdən 

diqqətinin  yuxarıya  -  beş  metrlik  şah  əsərə  doğru 

yönəlməsi.  Hər  kəsi  ilk  olaraq  Davidin  şux  qaməti  və 

güclü  əzələləri  cəlb  etsə  də,  Lenqdonu  Davidin  duruşu 

valeh etmişdi. 

Mikelancelo Davidin illüziyasını klassik contrapposto 

(müqayisə) ənənəsi əsasında yaratmışdı. David sağ tərəfə 

əyilmiş  kimi  dayanıb,  sol ayağı,  demək  olar  ki, havada 

qalıb. Amma əslində, sol ayağı tonlarla mərmərə dayaq 

idi. 

David  Lenqdonun  hansısa  heykələ  verə  biləcəyi 



dəyərin  ilk  təcəssümü  idi.  İndi  Lenqdon  bu  şəhərdə 

olduğu  ötən  bir  neçə  gün  ərzində  sevimli  əsərinə  baş 

çəkib-çəkmədiyin  xatırlamağa  çalışırdı.  Lakin  yadına 

gələn xəstəxanada ayılması və gözləri 

önündə günahsız həkimin öldürülməsi idi. Çox üzgünəm. 

Çox üzgünəm. 

downloaded from KitabYurdu.org



51 

 

Hələ  də  pəncərənin  yanında  dayanıb  çölə  baxan 



Lenqdonun 

diqqətini 

birdən 

yanındakı  masanın 



üstündəki  noytbuk  çəkdi.  Ötən  gecə  başına  gələnləri 

xəbərlərdə verə bilərdilər. 

“İnternetə qoşula bilsəm, bəlkə cavabları taparam”. 

Lenqdon qapıya tərəf çevrilib çağırdı: “Sienna?”. 

Sükut.  O,  hələ  də  qonşunun  mənzilində  paltar 

axtarırdı. 

Siennanm  buna  qarşı  çıxmayacağına  əmin  halda 

kompüteri yandırdı. 

Kompüterin  ana  səhifə  işıqlandı  -  standart  Windows 

“mavi  bulud”  fonu.  Lenqdon  dərhal  “Google  İtaliyanı” 

səhifəsini açdı və axtarış panelinə Robert Lenqdon yazdı. 

“Kaş tələbələrim məni belə görə bilərdilər”, - axtarışa 

başlayarkən  düşündü.  Lenqdon  tez-tez  öz  adlarını 

“Google”da  axtaran  tələbələrinə  acıqlanardı.  Amerikalı 

gənclər  arasında  dəb  halına  düşmüş  bu  vərdişi  o,  heç 

xoşlamırdı. 

Axtarışın  nəticələrini  əks  etdirən  səhifə  canlandı  - 

Lenqdonun  adı,  mühazirələri  və  kitablarının  adı  keçən 

yüzlərlə səhifələr. Axtardığım bunlar deyil. 

Lenqdon  xəbərlər  düyməsinə  basaraq  axtarışın 

nəticələrini məhdudlaşdırdı. 

Yeni bir səhifə açıldı: “Robert Lenqdon” üçün xəbər 

downloaded from KitabYurdu.org



52 

 

nəticələri. 



Kitab  imzalama  günləri:  Robert  Lenqdonun  iştirakı 

ilə... 


Robert Lenqdon üçün buraxılış ünvanı... 

Robert Lenqdonun yeni nəşri Simvol əlifbası... 

Siyahı  bir  neçə  səhifə  uzanırdı,  amma  hazırkı 

durumunu əks etdirən heç bir xəbər - əminliklə heç bir - 

Lenqdonun gözünə dəymədi. 

Axı dünən gecə nə baş verib? Lenqdon Florensiyada 

ingiliscə  çap  olunan  “Florenisyalı”  qəzetinin  səhifəsinə 

daxil oldu. Əsas xəbərləri, son dəqiqə xəbərlərini, polis 

bloqu  olan  bölməni  gözdən  keçirdi,  mənzil  yanğını, 

hökumət  xərcləri  ilə  bağlı  qalmaqal  və  xırda  cinayətlər 

barədə yazılan müxtəlif məqalələrə baxdı. 

Yəni heç nə?! 

Kafedralm  həyətində  ürək  tutmasından  dünyasını 

dəyişmiş şəhər rəsmisi ilə bağlı son xəbəri oxudu. Rəsmi 

şəxsin adı hələ açıqlanmamışdı və heç kim şübhə altına 

alınmamışdı. 

Nəhayət  ki,  başqa  nə  edə  biləcəyini  düşünərək 

Lenqdon  Harvard  e-mail  hesabına  daxil  oldu.  Gələn 

mesajları yoxlayaraq ipucu kimi nəsə axtarırdı. Həmişəki 

kimi  həmkarlarından,  tələbələrindən  və  dostlanndan 

gələn çoxlu məktublar var idi. Əksəriyyəti qarşıdan gələn 

downloaded from KitabYurdu.org




53 

 

həftədə görüşlərin təyin olunması ilə bağlı idi. 



“Sanki heç kim orada olmadığımı bilmir”. 

Lenqdon  karıxmış  halda  kompüteri  söndürdü, 

qapağını örtdü. Otaqdan çıxmaq istəyəndə gözü bir şeyə 

sataşdı. Siennanm iş masasının bir küncündə qalaqlanmış 

tibbə  aid  köhnə  jurnalların  üstünə  Polaroid  fotoaparatı 

qoyulmuşdu. 

Aparatdan  çıxan  fotoda  xəstəxananın  dəhlizində 

Sienna Bruksla birgə dayanmış saqqalı həkimi tanıdı. Hər 

ikisi - gülürdü. 

“Dr.  Markoni”,  -  Lenqdon  şəkli  götürüb  diqqətlə 

baxaraq düşündü. İçində bir günah duyğusu baş qaldırdı. 

Lenqdon  fotonu  kitabların  üstünə  qoyarkən  London 

Globe  Teatrının  sarlı  rəngli  köhnə  proqram  bukletini 

gördü. Proqram Şekspirin “Yay gecəsi yuxusu” əsərindən 

bəhs edirdi... iyirmi beş il əvvəl səhnələşdirilmişdi. 

Yuxarıya doğru rəngli qələmlə əllə yazılmış bir mesaj 

var idi: “Əzizim, unutma, sən bir möcüzəsən”. 

Lenqdon  proqramı  götürəndə  qəzetdən  kəsilmiş  bir 

yığın  şəkil  masanın  üzərinə  dağıldı.  Tələsik  onlan 

yığmağa  çalışdı.  Proqramı  açıb  şəkilləri  yerinə 

qoymazdan öncə gözdən keçirdi. 

Şekspirin şən obrazını - pəri Pakı(Puck) canlandıran 

uşaq  aktyora  baxırdı.  Bu  qızcığazın,  vur-tut,  beş  yaşı 

downloaded from KitabYurdu.org




54 

 

olardı  və  san  saçları  Lenqdona  tanış  olan  at  quyruğu 



formasında yığılmışdı. 

Fotonun altındakı yazılmışdı: “Bir ulduz doğulur”. 

Məqalədə  teatr  səhnəsinin  vunderkindi  Sienna 

Bruksdan  bəhs  olunurdu. Onun  İQ  səviyyəsini  göstərən 

cədvəl  də  təsvir  edilmişdi.  Belə  ki,  o,  bir  gecədə 

tamaşadakı  bütün  obrazların  sözlərini  öyrənmiş  və  ilk 

məşqlərdə digər aktyorlara kömək 

etmişdi.  Bu  beş  yaşlı  uşağın  sevimli  məşğuliyyətləri 

arasında skripka, şahmat, biologiya və kimya da var idi. 

Londondan  aralıda  yerləşən  Blackheath-də  yaşayan  və 

imkanlı cütlüyün qızı olan bu qızcığaz artıq məşhur elmi 

dərnəklərdə  tanınırdı.  Hələ  dörd  yaşında  ikən  görkəmli 

qrossmeysteri  məğlub  etmişdi,  üç  dildə  oxumağı 

bacarırdı. 

“İlahi, - Lenqdon düşündü, - Sienna. Bu artıq bir neçə 

şeydə ona yardımçı ola bilər”. 

Bu,  Lenqdonun  yadında  Harvardm  ən  məşhur 

məzunlarından  biri  sayılan  vunderkind  Saul  Kirpkeni 

saldı. O, altı yaşında ivrit (yəhudi) dilini öyrənmiş və on 

iki  yaşmadək  Deskartesin  (fransız  filosofu)  bütün 

əsərlərini oxumuşdu. Bu yaxınlarda Lenqdon on bir yaşlı 

gənc  fenomen  Moşe Kay  Kavalin  (Moshe  Kai  Cavalin) 

barədə  məlumat  almışdı.  O  isə  4.0  kollec  dərəcəsi 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə