Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə12/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   8   9   10   11   12   13   14   15   ...   157

55 

 

toplamış və döyüş sənəti üzrə fəxri adla təltif olunmuşdu. 



On dörd yaşında isə “Biz bacararıq” adlı kitab yazmışdı. 

Lenqdon  qəzetdən  kəsilmiş  digər  məqaləni  götürdü. 

Sienna  burda  yeddi  yaşında  idi:  “208  İQ  SƏVİYYƏLİ 

DAHİ UŞAQ!”. 

Lenqdon  İQ  səviyyəsinin  bu  qədər  yüksək 

dərəcəyədək  hesablandığını  heç  bilmirdi.  Məqaləyə 

əsasən Sienna Bruks virtuoz skripkaçı idi, istənilən dili 

bir ay ərzində mənimsəyə bilirdi və hazırda anatomiya və 

fiziologiyanı öyrənirdi. 

Lenqdon tibb jurnalından kəsilmiş başqa bir məqaləyə 

nəzər 

yetirdi: 



“ZƏKANIN 

GƏLƏCƏYİ: 

DƏRRAKƏLƏR BƏRABƏR YARADILMAYIB”. 

Bu  məqalədəki  şəkildə  Siennanın  təqribən,  on  yaşı 

olardı  və  böyük  bir  tibbi  avadanlığın  yanında 

dayanmışdı.  Məqalədə  bir  həkimlə  müsahibə  də  yer 

almışdı.  O,  Siennanın  beyinciyinin  PET3  görüntülərini 

izah  edir  və  fiziki  mənada  digərlərindən  fərqli 

olmasından danışırdı. Daha böyük və aerodinamik olan 

bu  orqanı  sayəsində  Sienna  digər  insanlardan  fərqli 

olaraq, vizual görüntüləri dərhal və müxtəlif aspektlərdən 

mənimsəyirdi. 

Həkim  Siennanın  beyin  məsamələrinin  qeyri-adi 

sürətlə  inkişafını  xərçəngə  bənzədirdi.  Lakin  təhlükəli 

downloaded from KitabYurdu.org



56 

 

xərçəng  -  hüceyrələrindən  fərqli  olaraq,  beyin 



toxumasının sürətli inkişafı xeyirli idi. 

Lenqdon  yerli  qəsəbə  qəzetindən  kəsilmiş  məqalə 

tapdı. 

DÜHA. 


Bu  məqalədə  isə  şəkil  yox  idi.  Yazıda  gənc  istedad 

Sienna  Bruksun  bir  neçə  orta  məktəbə  yazıldığı,  lakin 

şagirdlərlə  yola  getmədiyindən  bəhs  edilirdi.  Həmçinin 

məqalədə  intellektləri  ilə  davranışlarının  üst-üstə 

düşmədiyi  gənc  istedadlar  barədə  yazılmışdı.  Bu  cür 

uşaqlar, adətən, yaşıdları ilə dostluq edə bilmirdilər. 

Məqalədə  yazılanlara  görə  Sienna  səkkiz  yaşında 

evdən  qaçmış,  on  gün  təkbaşına  və  gizli  yaşamışdı. 

Londonun lüks mehmanxanalarından birində özünü varlı 

müştərinin  qızı  kimi  təqdim  edən  Sienna  açarı 

oğurlayaraq  həmin  adamın  otağına  girmiş  və  burada 

qaldığı  müddətdə  otaq  xidmətini  başqa  bir  şəxsin 

hesabından  sifariş  etmişdi.  Vaxtını  isə  1600  səhifəlik 

“Qrey anatomiyası” kitabını oxumaqla keçiribmiş. 

Polislərin  “Niyə  tibbi  kitablar  oxuyursan?”  sualının 

cavabında  isə  o,  öz  beynindəki  problemin  nə  olduğunu 

tapmaq istədiyini demişdi. 

Lenqdon  bu  balaca  qıza  acıdı.  Bu  dərəcədə  fərqli 

olmağın uşağa necə təsir etdiyini, onun özünü nə qədər 

downloaded from KitabYurdu.org




57 

 

tənha hiss etdiyini təsəvvür edirdi. O, məqalələri qatlayıb 



yerinə  qoymazdan  öncə  Pak  rolunu  ifa  edən  beş  yaşlı 

Siennaya  bir  də  baxdı.  Onunla  bu  səhər  tanış  olmasına 

baxmayaraq,  qızcığazın  dəcəl  və  ruhu  oxşayan  pəri 

rolunu  necə  məharətlə  ifa  etdiyini  duyurdu.  Lenqdon 

tamaşadakı  obrazlar  kimi  özünün  də  səhər  ayılaraq, 

yaşadıqlarının yuxu olmasını çox arzu edirdi. 

Lenqdon vərəqləri səliqə ilə teatr proqramının arasına 

yığdı.  Proqramı  örtdü  və  eyni  yazı  onda  qəribə 

melanxolik  hisslər  oyatdı:  “Əzizim,  unutma,  sən  bir 

möcüzəsən”. 

Proqramın üstündəki tanış simvola diqqətlə baxmağa 

başladı.  Dünyadakı  əksər  teatr  proqramlarının  üstünü 

bəzəyən 

2500  yaşlı  bu  piktoqram  həm  də 

dramaturgiyanın sinonimi kimi tanmırdı. 

Le maschere. 

Lenqdon Komediya və Faciəni əks edən bu ikonalara 

diqqətlə  baxırdı.  Birdən  qulaqlarında  qəribə  bir  uğultu 

yarandı. Sanki içində bir sim tarıma çəkilmişdi. Beynində 

kəskin sancı 

baş  qaldırdı.  Baxdığı  ikonaları  dumanlı  görürdü. 

Lenqdon  getdikcə  təngnəfəs  olurdu.  Əllərini  yuxarı 

qaldırıb  stulda  əyləşdi  və  gözlərini  möhkəm  sıxaraq 

başından yapışdı. 

downloaded from KitabYurdu.org



58 

 

Qaranlığın  içində  gözünə  qəribə  şeylər  görünürdü... 



daha aydın... çılpaq və parlaq. 

Boynunda  həmail  olan  gümüşü  saçlı  qadın  yenə  də 

qandan  qızarmış  çayın  sahilindən  onu  səsləyirdi.  Onun 

yalvarış  dolu  səsi  üfunət  iyi  verən  havanı  yararaq 

eşidilirdi.  Göz  gördükcə  uzanan,  əzab  içində  can  verən 

insanlann  tükürpərdici  səsləri  arasında  bu  qadının  səsi 

aydın  eşidilirdi.  Lenqdon  yenə  üstünə  “R”  yazılmış 

baş-ayaq ayaqları gördü. Yanya kimi basdırılan ayaqlar 

havada çarəsiz halda fırlanırdı. 

“Axtar  və  tap!  -  qadın  Lenqdona  deyirdi,  -  vaxt 

daralır!” Lenqdonu yenidən qayğı hissi bürüdü... qadına 

yardım etmək... hamıya yardım etmək hissi. Gərgin halda 

o, çayboyu qışqırmağa başladı: “Axı sən kimsən?” 

Qadın yaxınlaşdı, rübəndini qaldırdı. Lenqdon həmin 

heyrətamiz simanı yenidən gördü. 

“Mən həyatam”, - o dedi. 

Birdən  qadının  başının  üzərindəki  səmada  nəhəng 

kölgə  göründü.  Dimdiyə  bənzər  qorxulu  və  uzun  bumu 

və alov saçan yaşıl gözləri var idi. Bu ecazkar bir cüt göz 

Lenqdona zillənmişdi. 

“Və mən də... ölüməm”, - uğultulu səs gəldi. 

3 Pozitron Emissiya Tomoqrafiyası 

fəsil 


downloaded from KitabYurdu.org


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə