Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə10/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   6   7   8   9   10   11   12   13   ...   157

45 

 

Bruks”, 



- o dedi, - “biz kimləsə əlaqə yaratmalıyıq. Konsulluq... 

polis. Hər kimləsə”. 

Həkim başını razılıqla tərpətdi. “Məni daha Dr. Bruks 

deyə çağırma - adım Siennadır”. 

Lenqdon razılığını bildirdi. “Mən isə Robertəm”. Ona 

elə  gəlirdi  ki,  başlanna  gələn  bu  hadisədən  sonra 

bir-birlərinə adla 

müraciət etmələri doğru idi. “Britaniyalı olduğunu dedin, 

eləmi?” 

“Orada doğulmuşam”. 

“Heç bir ləhcə hiss etmədim”. 

“Yaxşıdır ki...”, - o, cavab verdi. “Ləhcəni tərgitmək 

üçün çox çalışmışdım”. 

Lenqdon  bunun  səbəbini  soruşmağa  hazırlaşan  an 

Sienna başı ilə işarə etdi ki, ayağa dursun. O, Lenqdonu 

dar dəhlizdən keçirərək balaca və qaranlıq vanna otağına 

gətirdi.  Çanağın  üstündən  asılmış  güzgüdə  Lenqdon 

özünə  baxdı.  Axırıncı  dəfə  öz  əksini  palatanın 

pəncərəsinin şüşəsində görmüşdü. 

“Heç  yaxşı  görünmürəm”.  Lenqdonun  qalın  qara 

saçları  pırtlaşmışdı.  Gözləri  isə  çox  yorğun  idi,  qan 

çanağına bənzəyirdi. Üzünü tük basmışdı. 

Sienna su kranını açdı, onun yaralı qolunu buz kimi 

downloaded from KitabYurdu.org




46 

 

suyun  altına  tutdu.  Su  qolunu  neştər  kimi  deşsə  də, 



gözünü belə qırpmadan dözürdü. 

Sienna təmiz əl dəsmalını götürüb üstünə antibakterial 

sabun boşaltdı. “Yaxşısı budur baxmayasan”. 

“Eybi yoxdur. Məni bu cür şeylər...” 

Sienna  dəsmalla  onun  qolunu  möhkəm  sürtməyə 

başladı.  Lendqdonun  qolunu  dəhşətli  ağn  bürüdü. 

Qışqırmamaq üçün dişlərini bir-birinə sıxmışdı. 

“İnfeksiya düşməsin”, - o, bir az da möhkəm sürtərək 

dedi.  “Həm  də  kimisə  çağırmağı  düşünürsənsə,  gərək 

indikindən  ayıq  olasan.  Adrenalin  məhsuldarlığını  ağn 

qədər heç nə artırmır”. 

Lenqdon  on  saniyə  də  dözdü,  daha  dözə  bilməyib 

qolunu dartdı. Bəsdir! İndi özünü əvvəlkindən güclü və 

ayıq hiss edirdi; qolundakı ağrı başağrısını artıq kölgədə 

qoymuşdu. 

“Yaxşı”,  -  Sienna  kranı  bağlayıb  əlini  qurulayaraq 

dedi.  Lenqdonun  qolunu  sanmağa  başladı.  Bu  an 

Lenqdonun  gözü  bir  şeyə  sataşdı  və  bu  onu  çox 

əsəbiləşdirdi. 

Lenqdon  təqribən,  dörd  onilliyə  yaxın  idi  ki, 

valideynlərinin  hədiyyə  etdiyi,  xüsusi  buraxılış  olan 

“Mickey  Mouse”  qol  saatı  taxırdı.  Mikinin  gülər  üzü, 

geniş  açılmış  qollan  hər  dəfə  onu  gülümsəməyə  və 

downloaded from KitabYurdu.org




47 

 

çətinlikləri ürəyinə salmamağa kökləyirdi. 



“Mənim...  saatım”,  -  Lenqdon  kəkələyərək  dedi. 

Saatsız özünü natamam hiss etdi. “Xəstəxanaya gələndə 

saat qolumda idi?” 

Sienna  ona  qəribə  nəzərlərlə  baxırdı.  Onun  belə 

əhəmiyyətsiz  bir  şey  üçün  bu  dərəcədə  təlaşlandığına 

inana  bilmirdi.  “Mən  saat  gördüyümü  xatırlamıram. 

Üz-gözünü təmizlə. Bir-iki dəqiqəyə qayıdaram, kimdən 

və  necə  kömək  istəyəcəyimizi  düşünərik”.  O  çıxmaq 

üçün  çevrildi.  Lakin  qapının  kandarında  ayaq  saxladı. 

Güzgüdən Lenqdona baxdı. 

“Və yaxşı olardı ki, fikirləş gör səni öldürmək istəyən 

kim  ola  bilər.  Məncə,  polislər  də  səndən  birinci  bunu 

soruşacaqlar”. 

“Dayan, hara gedirsən?” 

“Polislə yarıçılpaq görüşməyəcəksən ki?! Sənə paltar 

axtarmağa  gedirəm.  Qonşum  təxminən,  səninlə  eyni 

ölçüdə  geyinir.  İndi  burda  deyil,  pişiyinə  mən  baxıram. 

Bir növ mənə borcludur”. 

Bunu deyib çıxdı. 

Robert  Lenqdon  çevrilərək  güzgüdən  ona  baxan 

simanı  gördü.  Tanınmaz  halda  idi.  Kimsə  mənim 

ölməyimi istəyir. 

Sayıqlayarkən eşitdiyi sözlər ağlından çıxmırdı. 

downloaded from KitabYurdu.org




48 

 

Çox üzgünəm. Çox üzgünəm. 



Nəsə xatırlamaq üçün cəhd elədi... heç bir şey. Yalnız 

boşluq  görürdü.  Bildiyi  tək  şey  Florensiyada  olması, 

başından güllə yarası alması idi. 

Yorğun  gözlərinə  baxdıqca  hər  an  ayılaraq  evdə 

yelləncək- kreslosunda yuxuya getdiyini düşünürdü. Bir 

əlində  boş  martini  qədəhi,  digər  əlində  “Ölü  canlar”. 

Bombey  yaqutu  ilə  Qoqolun  bir  araya  sığmadığına  bir 

daha əmin olacaqdı. 

fəsil 


Lenqdon qanlı xəstəxana xalatını çıxanb dəsmalı belinə 

sandı.  Üzünə  su  vurduqdan  sonra  ehmalca  başındakı 

tikişlərə  toxundu.  Başının  dərisi  qaysaq  bağlamışdı.  O, 

əli  ilə  saçlarını  hamarladı,  yaranın  üstü  tam  örtüldü. 

Kofein  təsirini  göstərirdi,  beynini  bürüyən  dumanın 

çəkildiyin hiss edirdi. 

Fikirləş, Robert. Yadına salmağa çalış. 

Pəncərəsiz vanna otağında vahimə hiss etdi və çölə - 

dəhlizə  çıxdı.  İnstinktiv  olaraq  dəhlizdəki  yarıaçıq 

qapıdan  düşən  gün  işığına  tərəf  addımlamağa  başladı. 

Otaq qiraətxanaya  bənzəyirdi; keyfiyyətsiz  yazı  masası, 

köhnə  yelləncək-kreslo,  döşəmədə  qalaqlanmış  kitablar 

və çox şükür ki... pəncərə. 

Lenqdon gün işığına sarı getdi. 

downloaded from KitabYurdu.org



49 

 

Uzaqda  doğan  günəş  oyanan  şəhərin  ən  hündür 



binalarının  damlarını  öpürdü  -  zəng  qülləsi,  Badia, 

Bargello.  Lenqdon  alnını  soyuq  şüşəyə  söykədi.  Mart 

havası təmiz və 

sərin  idi.  Təpələrdən  qalxan  gün  şüası  havaya  qanşaraq 

daha da canlanırdı. 

“Rəssam şüası” deyirlər buna. 

Üfüqün tam ortasında dağa bənzər, qırmızı kirəmitlə 

örtülmüş  günbəz  səmaya  doğru  uzanırdı.  Başındakı 

parlaq mis kürə dəniz mayakı kimi işıq saçırdı. Duomo. 

Bazilikanın  böyük  qübbəsinin  layihəsini  verən 

Bruneleski  (Brunelleschi)  memarlıqda  tarix  yazmışdı. 

Beş yüz ildən çox zaman keçməsinə baxmayaraq, bu gün 

də Piazza del Duomonun üstündə tərpənməz azman kimi 

115 metr hündürlüyündə səmaya doğru uzanır. 

Niyə məhz Florensiya? 

İtalyan incəsənətinin ömürlük həvəskan olan Lenqdon 

üçün  Florensiya  Avropadakı  ən  sevimli  məkanlarından 

birinə çevrilmişdi. 

Bu 

şəhər 


qoynunda 

balaca 


Mikalencelonu 

(Michelangelo) 

böyüdüb. 

Mikalencelo 



ki 

emalatxanasında  italyan  renessansı  doğulub.  Bura 

Florensiyadır.  Qalereyalarına  hər  il  milyonlarla  insan 

axışaraq Botiçellinin (Botticelli) “Veneranın 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə