Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   ...   157

26 

 

Dəhlizin sonunda qapı möhkəm çırpıldı. Lenqdon dəhliz 



boyu kiminsə yaxınlaşdığını görürdü. 

Gələn  qadın  idi.  O,  başdan-ayağa  qara  geyinmişdi. 

Şux və güclü qaməti, tünd hörükləri var idi. Ayaqları yerə 

toxunmurmuş  kimi  süzərək  hərəkət  edir  və  birbaşa 

Lenqdonun palatasına tərəf gəlirdi. 

Dr. Markoni tərəddüd etmədən dəhlizin açıq qapısına 

tərəf cumdu və gələnin qarşısını aldı. “Ferma!” Kişi polis 

kimi əlinin içini göstərərək əmr etdi. 

Yabançı  qadın  səsboğucu  taxılmış  tapançasını 

çıxartdı.  O,  Dr.  Markoninin  sinəsini  nişan  alaraq  atəş 

açdı. 

Qəribə bir vıyıltı eşidildi. 



Dr.  Markoni  otağa  san  aşıb  arxası  üstə  döşəməyə 

sərildi.  Əli  ilə  sinəsindən  yapışmışdı.  Ağ  laboratoriya 

xalatı  qana  bələnmişdi.  Lenqdon  dəhşət  içində  ona 

baxırdı. 

fəsil 


İtaliya  sahillərindən  səkkiz  kilometr  aralıda,  nəvazişlə 

yırğalanan  Adriatik  dənizin  dalğalarında  sübh  açılırdı. 

Sübhü  yaran  yetmiş  iki  metrlik  bahalı  yaxta  - 

“Mendasium”  (The  Mendacium)  sürətlə  irəliləyirdi. 

Gəminin  gövdəsi  metal  rəngində  idi  və  ona  heç  də  xoş 

olmayan hərbi görünüş verirdi. 

downloaded from KitabYurdu.org



27 

 

300  milyon  ABŞ  dolları  qiymətində  olan  bu  gəmi 



ağlasığan  bütün  cah-calal  ilə  təmin  olunmuşdu  -  spa, 

hovuz,  kinoteatr,  şəxsi  sualtı  qayıq  və  vertolyot 

meydançası. 

Lakin  bütün  bu  dəbdəbə  sahibinin  heç  gözündə 

deyildi. 

Beş il  əvvəl  əldə etdiyi  yaxtanı o, qurğuşunla örtülmüş 

hərbi  sursat  və  elektronika  komandanlıq  mərkəzinə 

çevirmişdi. 

Özünə  məxsus  üç  peyklə  və  çox  sayda  cazibə 

qüvvəsini 

translyasiya 

edən 


stansiyalarla 

əlaqələndirilmiş  “Mendasium”un  idarəetmə  otağında 

iyirmidən  çox  işçi  var  idi  -  texniklər,  analitiklər, 

əməliyyatçı koordinatorlar. Onlar gəmidə 

yaşayır və quruda yerləşən müxtəlif əməliyyat mərkəzləri 

ilə daim ünsiyyətdə olurdular. 

Yaxtanm  kiçik  mühafizə  bölümünə  hərbi  təlim 

görmüş  əsgərlər,  iki  raket  aşkarlayıcı  sistem  və  ən  son 

silah  növləri  ilə  təchiz  olunmuş  sursatxana  daxildir. 

Aşpazlar,  xidmətçilər  və  digər  işçilər  də  hesablansa, 

ümumi  heyət  qırx  nəfərdən  çoxdur.  “Mendasium” 

əslində, sahibinin öz imperiyasını idarə etdiyi və hərəkət 

edə bilən ofis binasıdır. 

İşçilərinin  “rəis”  deyə  adlandırdıqları  bu  bəstəboy 

downloaded from KitabYurdu.org



28 

 

adamın  qaralmış  dərisi  və  dərin  gözləri  vardı.  Fiziki 



quruluşu  və  -  davranışı  ilə  arasında  müəmmalılarm  da 

olduğu  ayrı-ayrı  adamlara  gizlicə  xüsusi  xidmət 

göstərmək  yolu  ilə  yaxşıca  varlanmış  biznesmen 

obrazına uyğun gəlirdi. 

Haqqında  çox  sözlər  deyilirdi  -  ürəksiz  dəllal, 

günahkar möhtəkir, şeytanın əlaltısı - lakin bunların heç 

birini  ona  şamil  etmək  olmazdı.  Rəis  sadəcə  olaraq,  öz 

müştərilərinə istək və niyyətlərini yerinə yetirmək imkanı 

yaradırdı;  insanlığın  günahlarla  dolu  təbiəti  onun 

problemi  deyildi.  Ona  qarşı  çıxanlara  və  onların  etik 

etirazlanna baxmayaraq, rəisin mənəvi 

diapazonu  sabit  ulduz  kimi  idi.  O  öz  etibarını  -  və 

konsorsiumu 

-  iki qızıl qayda əsasında qurmuşdu. 

Əməl edə bilməyəcəyin sözü vermə. 

Və heç zaman müştəriyə yalan danışma. 

Heç zaman! 

Öz peşəkar karyerası boyunca rəis nə verdiyi sözə, nə 

də  əmələ  xəyanət  etmişdi.  Dediyi  söz  banka  qoyulmuş 

pul kimi idi 

-  tam əmniyyətdə - və görəcəyi işin digər yolu olduğunu 

bilib  peşman  olardısa  belə,  geriyə  çəkilmək  onun  üçün 

heç vaxt çözüm deyildi. 

downloaded from KitabYurdu.org




29 

 

Bu  səhər  yaxtanın  kupesindəki  şəxsi  eyvanına  çıxıb 



nehrə  kimi  yellənən  dənizə  baxdıqca,  rəis  içindəki 

vəlvələdən fikrini yayındırmağa çalışırdı. 

Keçmişdə  verdiyimiz  qərarlar  mövcud  anımızın 

memarlarıdır. 

Rəisin  keçmişdə  verdiyi  qərarlar  istənilən  vəziyyətlə 

bağlı danışıqlar aparmasına kömək etmiş və hər şeydən 

öndə  olmuşdu.  Lakin  bu  gün  pəncərədən  uzaqda  işaran 

italyan 


torpağına  baxdıqca  özünü  son  dərəcə  hövsələsiz  hiss 

edirdi. 


Bir  il  əvvəl  elə  bu  yaxtada  o,  indi  imperiyasını 

hədələyənlərlə bağlı qərar vermişdi. “Mən yanlış insana 

xidmət  etməyə  razılaşıbmışam”.  Həmin  vaxt  bunu  heç 

cür  anlaya  bilməzdi.  İndisə  hər  şey  aşkara  çıxmış  və 

gözlənilməyən fırtına rəisə meydan oxumağa başlamışdı. 

Buna görə də o, ən yaxşı agentlərindən birini əraziyə 

göndərmişdi.  “Nə  lazım  gələrsə,  edəcəyəm”,  -  deyə 

hərəkətə  keçmişdi.  Gəmisinin  batmasına  göz  yuma 

bilməzdi. 

Hazırda rəis agentindən cavab gözləyirdi. 

“Vayenta”(Vayentha), - o düşündü. Yadına güclü və 

hörüklü  mütəxəssis  düşdü.  Ona  illər  boyu  mükəmməl 

şəkildə  xidmət  edən bu insan dünən  gecə  dəhşətli  səhv 

downloaded from KitabYurdu.org




30 

 

etmişdi. Vəziyyətə yenidən nəzarət edə bilmək üçün ötən 



altı saatda keçirdiyi hisslər müdhiş idi. 

Vayenta səhvin, sadəcə, bəxtsizlik olduğunu deyirdi - 

gözlənilmədən gələn göyərçin qurultusu. 

Rəis  isə  bəxtə  inanmırdı.  Həyatda  gördüyü  bütün 

işlərdə  təsadüfün  və  şansın  roluna  qarşı  mübarizə 

aparmışdı. Təmkinli olmaq rəisin məharəti idi - imkanları 

öncədən  sezə  bilmək,  cavabları  qabaqcadan  hiss  etmək 

və  reallığı  arzuedilən  nəticəyə  uyğun  formaya  salmaq. 

Göstəricilərinə saysız uğur və gizlilik daxil idi. Nəticədə 

müştərilərinin  əsasını  milyarderlər,  siyasətçilər,  şeyxlər 

və hətta hökumətlər təşkil edirdi. 

Sübhün  ilk  işartıları  şərqdən  görünərək  sonuncu 

ulduzları  da  söndürürdü.  Rəis  göyərtədə  dayanıb 

Vayentadan tapşırığın planlaşdırılmış kimi başa çatması 

xəbərini gözləyirdi. 

fəsil 



Lenqdon anilik həyatın durduğunu hiss etdi. 

Dr.  Markoni  yerdə  cansız  uzanmışdı,  sinəsindən 

dayanmadan qan axırdı. Bədənindəki sakitləşdiricilərdən 

halsız  olan  Lenqdon  çətinliklə  də  olsa,  gözlərini 

qaldıraraq hələ də dəhlizdə onun palatasına doğru qaçan 

hörüklü  qatilə  baxdı.  Qapıya  yaxınlaşmasına  artıq  bir 

neçə metr qalmışdı. Kandara ayağını qoyan kimi silahını 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə