Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   ...   157

21 

 

Yaşlı  həkim  saqqalını  tumarladı  və  cihazı  yoxlayıb 



uyğun tezliyə salmağa başladı. Dr. Bruks isə Lenqdonun 

yanında əyləşdi. 

“Siz  yaxşı  olacaqsınız”,  -  o,  nəvazişlə  dedi.  Səsində 

bir  əminlik  duyulurdu.  “Sizə  keçici  amneziya  diaqnozu 

qoymuşuq.  Baş  zədələri  zamanı  yaranan  normal  haldır. 

Ötən bir neçə gün ərzində yaşadıqlannızı qanşıq sala və 

ya xatırlamaya bilərsiniz. Lakin bu, davamlı olmayacaq”. 

O dayandı. “Mənim adım yadınızdadır? Birinci dəfə içəri 

girərkən sizə söyləmişdim”. 

Lenqdon  bir  neçə  saniyə  düşündü.  “Sienna”.  Dr. 

Sienna Bruks. 

Həkim 


gülümsədi. 

“Görürsünüz?  Artıq  yeni 

yaddaşınız yaranıb”. 

Lenqdonun  başındakı  ağrı  dözülməz  idi.  Əvvəldən 

uzağı  yaxşı  sezməyən  gözləri  indi  bir  az  da  bulanıq 

görürdü.  “Axı...  mənim  başıma  nə  gəlib?  Mən  buraya 

necə düşmüşəm?” 

“Məncə, indi istirahət etməlisiniz və bəlkə...” 

“Mən  bura  necə  gəlib  çıxmışam?!”  -  Lenqdon  sərt 

şəkildə soruşdu. Kardioqramdakı döyüntülər yenə artdı. 

“Yaxşı, astadan nəfəs alın”, - Dr Bruks dedi. Həmkarı 

ilə gərgin halda baxışdılar. Onun da səsi nəzərəçarpacaq 

dərəcədə  ciddiləşdi.  “Cənab  Lenqdon,  üç  saat  bundan 

downloaded from KitabYurdu.org




22 

 

əvvəl  siz  bizim  təcili  yardım  otağımıza  gəldiniz. 



Başınızda  qanayan  yara  ilə  çatar-çatmaz  huşunuzu 

itirdiniz. 

Kim olduğunuzdan və buraya necə gəldiyinizdən heç 

kimin xəbəri yox idi. İngiliscə mızıldandığınıza görə Dr. 

Markoni məndən ona kömək etməyimi xahiş etdi. Məni 

Britaniyadan bura ezam ediblər”. 

Lenqdon  özünü  Maks  Ernstin  (Max  Ernst)  çəkdiyi 

tabloda ayılmış kimi hiss etdi. Mənim İtaliyada nə işim 

var?  Adətən,  Lenqdon  buraya  hər  ilin  iyun  ayında 

keçirilən  incəsənət  konfransı  üçün  gələrdi.  Lakin  indi 

mart ayı idi. 

Sakitləşdiricilər getdikcə öz işini görürdü. Sanki yerin 

cazibə  qüvvəsi  onu  uzandığı  döşəyin  içindən  keçirib 

özünə tərəf çəkmək istəyirdi. 

Lenqdon başını qaldıraraq və ayıq qalmağa çalışaraq 

onunla mübarizə apanrdı. 

Dr.  Bruks  onun  başı  üzərinə  əyildi.  “Xahiş  edirəm, 

cənab  Lenqdon”,  -  o  pıçıldadı,  -  beyin  silkələnməsi  ilk 

iyirmi  dörd  saat  ərzində  çox  həssas  olur.  Sizə  istirahət 

etmək lazımdır, yoxsa ciddi zədə ala bilərsiz”. 

Divardakı  daxili  telefondan  xırıltılı  səs  gəldi.  “Dr. 

Markoni?” 

Saqqallı həkim aparatın düyməsinə toxundu və cavab 

downloaded from KitabYurdu.org




23 

 

- verdi: “Si?” 



Aparatdan  gələn  səs  sürətlə  italyanca  danışırdı. 

Lenqdon  sözləri  tuta  bilməsə  də,  hər  iki  həkimin 

bir-birinə  təəccüblə  baxdıqlarını  gördü.  Bəlkə  bu, 

qorxudur? 

“Momento”, - Markoni xəttin digər başındakı adamın 

sözünü kəsdi. 

“Nə olub?” - Lenqdon soruşdu. 

Dr. Bruksun gözləri azacıq qıyılmışdı. “Reanimasiya 

şöbəsinin  növbətçisi  idi.  Sizi  görmək  istəyən  kimsə 

gəlib”. 


Lenqdonun  ürəyində  bir  ümid  yarandı.  “Bu  ki  əla 

xəbərdir! Bəlkə bu adam başıma nə gəldiyini bilir”. 

Qadının baxışlarında bir tərəddüd sezilirdi. “Kiminsə 

yanınıza gəlməsi çox qəribədir. Adınızı bilmirdik deyə, 

siz hələ sistemdə qeydiyyatdan keçməmisiniz”. 

Hələ  də  sakitləşdiricilərlə  mübarizə  aparan  Lenqdon 

özünü  dikəltdi.  “Əgər  kimsə  burada  olduğumu  bilirsə, 

deməli, mənə nə olduğunu da bilir!” 

Dr.  Bruks  Dr.  Markoniyə  baxdı,  o  isə  başını 

yelləyərək  qol  saatına  işarə  etdi.  Dr.  Bruks  Lenqdona 

tərəf çevrildi. 

“Bura  reanimasiya  şöbəsidir”,  -  o  izah  etdi. 

“Ziyarətçinin,  ən  tez  səhər  saat  doqquzda  gəlməyinə 

downloaded from KitabYurdu.org




24 

 

icazə  verilir.  Bu  dəqiqə  Dr.  Markoni  çıxıb  onunla 



görüşəcək  və  həmin  qadın  və  ya  kişinin  nə  istədiyini 

öyrənəcək”. 

“Yaxşı  bəs  mənim  istəyim  necə  olsun?”,  -  Lenqdon 

tələb 


etdi. 

Dr.  Bruks  səbrlə  gülümsədi  və  ona  tərəf  əyilərək 

astadan dedi: “Cənab Lenqdon, ötən gecə olanlar... sizin 

başınıza  gələnlər  barədə  bilmədiyiniz  şeylər  var.  Və 

kiminləsə danışmazdan öncə bütün faktlan öyrənməyiniz 

yaxşı olar, məncə. Mənə elə gəlir ki, sizin halınız...”. 

“Hansı  faktları?!”  -  Lenqdon  əsəbi  dedi.  Bir  az  da 

dikəlməyə çalışırdı. Damanndakı iynə tərpəndi və birdən 

o,  keyimiş  bədənini  bir  neçə  yüz  kiloqram  ağırlığında 

hiss  etdi.  “Bildiyim  tək  budur  ki,  Florensiyada 

xəstəxanadayam  və  buraya  “Çox  üzgünəm”  deyə-deyə 

gəlmişəm...” 

Anidən onu qorxu bürüdü. 

“Bəlkə  maşınla  qəza  törətmişəm?”  -  Lenqdon 

soruşdu. “Kimisə yaralamışam?” 

“Yox, yox”, - həkim dedi. “Məncə, qəza deyil”. 

“Onda  nə?”  -  Lenqdon  hər  iki  həkimə  diqqətlə 

baxaraq israr etdi. 

“Başıma gələnləri bilməyə haqqım var!” 

downloaded from KitabYurdu.org




25 

 

Uzun  sürən  sükutdan  sonra  Dr.  Markoni  gənc  və 



yaraşıqlı  həmkarına  başı  ilə  razılıq  verdi.  Dr.  Bruks 

dərindən  nəfəs  alıb  Lenqdonun  çarpayısına  yaxınlaşdı. 

“Yaxşı, qoyun sizə bildiklərimi danışım... amma sakitcə 

qulaq asacaqsınız, razılaşdıq?” 

Lenqdon  başını  tərpətdi  və  bu  baş  hərəkəti  onun 

kəlləsinə  kəskin  bir  sancı  ötürdü.  Ağnya  məhəl 

qoymadan həvəslə qulaq 

asmağa başladı. 

“Hər  şeydən  əvvəl...  Başınızdakı  yara  qəza 

nəticəsində - yaranmayıb”. 

“Bu ki yaxşıdır”. 

“Heç yaxşı deyil. Başınızdakı güllə yarasıdır”. 

Kardioqram sürətlə vurmağa başladı. “Üzr istəyirəm, 

- anlamadım?!” 

Dr.  Bruks  sürətlə,  lakin  səlis  danışmağa  başladı. 

“Güllə  kəllənizin  yuxarı  hissəsini  sıyırıb,  beyin 

silkələnməsinə  səbəb  olub.  Sağ  qaldığınız  üçün  çox 

şanslısımz. Bir neçə millimetr aşağıdan keçsəydi...”, - o, 

başını yellədi. 

Lenqdon təəccüb içində ona baxırdı. Kimsə mənə atəş 

açıb? 

Dəhlizdən səs gəlirdi - sanki kimsə mübahisə edirdi. 



Lenqdonu görməyə gələn kim idisə, gözləmək istəmirdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə