Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   2   3   4   5   6   7   8   9   ...   157

12 

 

Lenqdonun  ürək  döyüntülərinin  artdığını  eşidən  kişi 



narahat  halda  içəri  girdi.  O,  qollanna  kolpan  taxmışdı. 

Qarışıq  saqqalı,  sıx  bığı  və  qalın  qaşlan  altından 

düşüncəli, sakit baxan gözləri var idi. 

“Nə... olub?” - Lenqdon çətinliklə soruşdu, - “Qəza - 

keçirmişəm?” 

Saqqalı 


kişi 

barmağının 

birini 

dodaqlanna 



yaxınlaşdırdı,  sonra  tələsik  çölə  çıxdı.  Dəhlizin  o  biri 

başından kimisə çağırdı. 

Lenqdon başını yana çevirdi. Başındakı ağrı bir az da 

artdı.  Dərindən  nəfəs  alıb  ağrının  keçməsini  gözlədi. 

Sonra  diqqətlə  ətrafındakı  steril  əşyalara  baxmağa 

başladı. 

Palatada bir çarpayı var idi. Heç bir gül dəstəsi və ya 

açıqca  yox  idi.  Lenqdon  çarpayının  yanındakı  masanın 

üzərində, plastik torbada qatlanmış paltarlarını gördü. 

Hamısı qana bulaşmışdı. 

İlahi!. Yəqin ki, çox pis qəza keçirmişəm. 

Bu dəfə Lenqdon başını çarpayısının digər tərəfindəki 

pəncərəyə  tərəf  çevirdi.  Bayır  qaranlıq  idi.  Gecə. 

Lenqdon şüşədən yalnız öz əksini görə bilirdi - solğun, 

yorğun, borular və iynələr taxılmış, tibbi ləvazimatlarla 

əhatə olunmuş tanınmaz bədən. 

Dəhlizdən  getdikcə  yaxınlaşan  səslər  eşidilirdi. 

downloaded from KitabYurdu.org




13 

 

Lenqdon  başını  qapıya  sarı  çevirdi.  Həkim  bu  dəfə  bir 



cavan qadınla içəri girdi. 

Qadın  30  yaşının  ilk  illərində  görünürdü.  O,  mavi 

kolpan geyinmiş, sarı rəngli saçlarını arxadan at quyruğu 

kimi yığmışdı. Yeridikcə saçı o tərəf-bu tərəfə yellənirdi. 

“Mən  Dr.  Sienna  Bruksam  (Sienna  Brooks)”,  -  o, 

yaxınlaşaraq  gülümsəyib  dedi.  “Bu  gecə  Dr.  Markoni 

(Marconi) ilə birgə növbədəyəm”. 

Lenqdon taqətsiz halda başını tərpətdi. 

Hündür və anq Dr. Bruks idmançı kimi inamla hərəkət 

edirdi.  Kolpan  geyinməsinə  baxmayaraq,  incə  qamətini 

hiss etmək olurdu. Lenqdon onun üzündə gözəçarpacaq 

kosmetika  görməsə  də,  dərisi  çox  hamar  idi.  Üst 

dodağının  üstündə  xırda  bir  xal  var  idi.  Açıq  qəhvəyi 

rəngli  gözlərində  qəribə  bir  ifadə  oxunurdu.  Onlar  bu 

yaşda insana xas olmayacaq dərəcədə olduqca təcrübəli 

görünürdülər. 

“Dr. Markoni ingiliscə yaxşı bilmir”, - o, Lenqdonun 

yanında  əyləşib  dedi,  -  və  məndən  sizin  xəstəxanaya 

qəbul formanızı doldurmağı xahiş etdi”. Yenə gülümsədi. 

“Çox  sağ  olun”,  -  Lenqdon  xırıltılı  səslə  təşəkkür 

elədi. 

“Deməli belə”, - xanım həkim işgüzar səslə sorğuya 



başladı. “Adınız nədir?” 

downloaded from KitabYurdu.org




14 

 

Lenqdon bir neçə saniyəyə özünü toparladı: “Robert... 



Lenqdon”. 

Həkim 


qələm-fənəri 

Lenqdonun 

gözlərinə 

tutdu.“Peşəniz?” 

Bu  məlumat  Lenqodunun  beynində  bir  az  da  gec 

cəmlənə  bildi.  “Professor...  incəsənət  tarixi  və 

simvologiya. Harvard 

universiteti”. 

Dr. Bruks  fənəri  aşağı  salıb  təəccüb  içində  baxmağa 

başladı. Qalın qaşlı həkim də eyni cür görünürdü. 

“Siz... amerikalısınız?” 

Lenqdon çaşbaş halda həkimə baxdı. 

“Sadəcə olaraq...”, - o, tərəddüdlə dedi, - siz bu gecə 

buraya gələrkən üstünüzdə şəxsiyyətinizi bildirən heç bir 

sənəd  yox  idi.  Harris  Tweed  pencəyi  və  Somerset 

başmaqlan  geyindiyiniz  üçün  britaniyalı  olduğunuzu 

zənn etdik”. 

“Mən  amerikalıyam”,  -  Lenqdon  əminliklə  dedi. 

Keyfiyyətli  geyim  seçməsi  barədə  danışmağa  isə 

tənbəllik etdi. 

“Ağrınız var?” 

“Başım...”, - Lenqdon cavab verdi. Zoqquldayan başı 

fənərin  işığından  daha  da  ağrıyırdı.  Nəhayət  ki,  həkim 

fənəri  söndürdü  və  onun  biləyindən  tutub  nəbzini 

downloaded from KitabYurdu.org



15 

 

yoxlamağa başladı. 



“Siz  yuxudan  qışqıraraq  ayıldınız”,  -  həkim  dedi. 

“Səbəbi yadınızdadırım?” 

Can  verən  vücudlarla  əhatə  olunmuş  çadralı  qadının 

siması  Lenqdonun  gözü  önündə  canlandı.  Axtar  və 

tapacaqsan. 

“Mən kabus görürdüm”. 

“Necə yəni?” 

Lenqdon yuxusunu ona danışdı. 

Dr. Bruks əlindəki lövhədə qeydlər edirdi. Üzündəki 

ifadə  dəyişmirdi.  “Bu  cür  yuxu  görməyinizin  səbəbi  nə 

ola bilər, sizcə?” 

Lenqdon  xatırlamağa  çalışsa  da,  alınmadı,  başını 

yellədi. 

“Yaxşı,  cənab  Lenqdon”,  -  həkim  yaza-yaza  dedi,  - 

ənənəvi  olaraq  sizə  bir  neçə  sual  verməliyəm.  Bu  gün 

həftənin hansı günüdür?” 

Lenqdon  anilik  düşündü.  “Şənbə  günüdür.  Bu  gün 

universitetin 

korpusundan 

keçməyim... 

günorta 

mühazirələrinə  getməyim  yadımdadır,  sonra  isə... 

doğrusu, yadımda qalan son şey budur. Mən yıxılmışam 

ki?” 


“Bu  barədə  bir  azdan.  Harada  olduğunuzu 

bilirsinizmi?” 

downloaded from KitabYurdu.org



16 

 

“Massaçusets Mərkəzi Xəstəxanası?” 



Dr.  Bruks  növbəti  qeydini  etdi.  “Yanınıza  çağırmaq 

istədiyiniz kimsə varmı? Həyat yoldaşınız? Uşaqlarınız?” 

“Heç kim”, - Lenqdon instinktiv olaraq cavab verdi. 

O,  həmişə  subaylığın  verdiyi  təklik  və  azadlıqdan 

zövq alardı. Bu yaşam tərzini özü seçmişdi. Lakin buna 

baxmayaraq,  indiki  vəziyyətində  yanında  tanış  bir 

simanın  olmasını  üstün  tutardı.  “Bir  neçə  yaxın  iş 

yoldaşım var ki, çağıra bilərəm, amma mən yaxşıyam”. 

Dr. Bruks qeydini bitirdi. Yaşlı həkim ona yaxınlaşdı. 

Qalın  qaşlarını  hamarlayıb  cibindən  kiçik  səsyazan 

aparat  çıxartdı.  Aparatı  Dr.  Bruksa  göstərdi.  O  isə  öz 

növbəsində  anlayışla  başını  tərpədib  xəstəsinə  tərəf 

çevrildi. 

“Cənab  Lenqdon,  bu  gecə  siz  buraya  gələndə 

dayanmadan bir şey mızıldanırdınız”. O, Dr. Markoniyə 

baxdı. Dr. Markoni aparatın düyməsini basdı. 

Cihaz  işləməyə  başladı  və  Lenqdon  eyni  ifadəni 

aramsız  mızıldayan  özünün  yorğun  səsini  eşitdi:  “Ço... 

üzgünəm. 

Ço... üzgünəm”. 

“Mənə elə gəlir ki”, - xanım həkim dilləndi, - siz “Çox 

üzgünəm. Çox üzgünəm” demək istəyirmişsiniz”. 

Lenqdon razılaşsa da, heç nə anlamırdı. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə