Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə157/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

749 

 

“Artıq  başlayıblar.  Bağlama  ən  qısa  zamanda 



göndəriləcək”. 

Sinskey  artıq  terminaldan  təyyarəyə  doğru  gedən 

kişiyə təşəkkür etdi. O, üzünü Lenqdona çevirdi. “Bizə 

qoşulmaq 

istəmədiyinizə 

əminsiniz?” 

O, 

yorğun-yorğun 



gülümsəyərək  uzun  gümüşü  saçlarını  arxaya  atıb 

qulaqlarının ardına keçirdi. 

“Vəziyyəti nəzərə alsaq”, - Lenqdon zarafatla dedi, - 

“incəsənət professorunun deyə biləcəyi səmərəli elə bir 

şey - olmayacaq”. 

“Siz onsuz da, çox səmərə verdiniz”, - Sinskey dedi. 

Zənn  etdiyinizdən  də  çox.  Həm  də  tək...  “  O,  yanında 

dayandığını  düşünən  Siennaya  işarə  etdi.  Amma  gənc 

qadın artıq uzaqlaşmışdı. Sienna iyirmi metr aralıda geniş 

pəncərə qarşısında dayanıb C-130 təyyarəsinə baxırdı. 

“Ona etibar etdiyinizə görə çox sağ olun”, - Lenqdon 

astadan  dedi.  -  “İndiyədək  ona  az  adam  bu  münasibəti 

göstərib”. 

“Zənnimcə, 

Sienna 

Bruksla 


bir-birimizdən 

öyrənəcəyimiz hələ çox şey var”. - Sinskey əlini uzatdı. - 

“Allah amanında, professor”. 

“Siz  də”,  -  Lenqdon  onun  əlini  sıxaraq  dedi.  - 

“Cenevrədə uğurlar”. 

downloaded from KitabYurdu.org




750 

 

“Hə, uğur bizə çox lazımdır”, - Sinskey Siennaya tərəf 



baxdı.  -  “Görüşmək  üçün  bir  neçə  dəqiqəniz  var.  Onu 

təyyarədə gözləyəcəyəm”. 

Sinskey  terminal  boyu  irəlilədikcə  əlini  cibinə  salıb 

ikiyə parçalanmış həmailini çıxardıb ovcunda bərk-bərk 

sıxdı. 

“Asklepius-a  görə  məyus  olmayın”,  -  Lenqdon 



arxadan ona səsləndi. - “Düzəltmək mümkündür”. 

“Sağ  olun”,  -  Sinskey  əlini  yellədərək  cavab  verdi. 

“Ümid edirəm ki, qalan çox şeyi düzəltmək mümkündü”. 

Sienna  Bruks  təkcə  pəncərənin  qarşısında  dayanıb 

işıqlara baxırdı. Göydəki işıqlar duman və topa buludlar 

arasındakı ruha bənzəyirdi. Nəzarət qülləsinin başında isə 

qədim ay və ulduz simvolları ilə bəzənmiş qırmızı parça - 

Osmanlı imperiyasından qalan, hələ də müasir dünyaya 

açılan türk bayrağı qürrə ilə dalğalanırdı. 

“Nə fikrə getmisən?” arxadan qalın səs eşidildi. 

Sienna heç çevrilmədi də. “Fırtına yaxınlaşır”. 

“Bilirəm”, - Lenqdon astadan cavab verdi. 

Bir  neçə  dəqiqə  sürən  sükutdan  sonra  Sienna  üzünü 

ona çevirdi. “Kaş sən də bizimlə gələrdin”. 

“Böyük  lütfkarlıqdır”,  -  o  cavab  verdi.  “Amma  siz 

gələcəyin  taleyini  həll  etməyə  gedirsiniz.  Köhnə  fikirli 

yaşlı bir universitet professoru sizin nəyinizə gərəkdir?” 

downloaded from KitabYurdu.org




751 

 

O,  təəccüblə  Lenqdona  baxdı.  -  “Siz  mənim  üçün 



özünüzü çox yaşlı hesab edirsiniz?” 

Lenqdon ucadan güldü. - “Sienna, mən həqiqətən də 

sənin üçün yaşlıyam!” 

Sienna  narahat  halda  yerində  var-gəl  etdi.  Deyəsən, 

utanmışdı. “Yaxşı... məni harada tapacağını bilirsən”. O, 

utancaq  qız  kimi  çiyinlərini  çəkdi.  “Yəni...  nə  vaxtsa 

məni görmək istəsən”. 

Lenqdon gülümsədi. “Mütləq görmək istəyəcəyəm”. 

Sienna  ovqatının  dəyişdiyini  hiss  etdi.  Araya  uzun 

sükut çökdü. Onlar bilmirdilər necə vidalaşsınlar. 

Sienna  amerikalı  professora  baxdıqca  içində  qəribə 

bir  hiss  baş  qaldırdı.  Bir  kəlmə  də  demədən  o,  ayaq 

barmaqlarının 

üzərinə  qalxıb  Lenqdonun  dodaqlarından  öpdü.  Geri 

çəkiləndə gözləri nəm idi. “Sənin üçün darıxacağam”, - o 

pıçıldadı. 

Lenqdon gülümsəyib onu qucaqladı. - “Mən də sənin 

üçün darıxacağam”. 

Xeyli  bu  vəziyyətdə  dayandılar.  Heç  biri  ayrılmaq 

istəmirdi. Nəhayət ki, Lenqdon dilləndi. 

“Qədimdən  qalma  belə  bir  kəlam  var...  tez-tez 

Dantenin ayağına yazırlar...” - O dayandı. - “Bu gecəni 

yaddan çıxartma... çünki bu gecə əbədinin başlanğıcıdır”. 

downloaded from KitabYurdu.org




752 

 

“Çox sağ ol, Robert”, - o, ağlamağa başladı. - “Axır 



ki, hiss edirəm bu həyatda mənim də bir məqsədim var”. 

Lenqdon  onu  özünə  sıxdı.  -  “Həmişə  dünyanı  xilas 

etməyə çalışmısan, Sienna. Bu, elə sənin şansındır”. 

Sienna gülümsəyib çevrildi. Onu  gözləyən C-130-yə 

doğru getdikcə Sienna yaşanan hər şeyi... yaşana biləcək 

hər şeyi... və mümkün gələcəyi düşünməyə başladı. 

Bu  gecəni  yaddan  çıxartma,  öz-özünə  təkrarladı, 

çünki bu gecə əbədinin başlanğıcıdır. 

Sienna təyyarəyə minə-minə Dantenin haqlı olduğuna 

ümid edirdi. 

104 fəsil 

Zəif  günorta  günəşi  şüalannı  Piazza  del  Duomoya 

səpələdikcə  Giotto  qalasının  ağ  kirəmitləri  parlayır  və 

Florensiyanm  mükəmməl  Katedralı  Santa  Maria  del 

Fioer-ni kölgəyə qərq edirdi. 

İnyasio  Busoni  üçün  təşkil  edilmiş  dəfn mərasiminə 

Robert  Lenqdon  son  anda  çata  bilmiş  və  kilsədə özünə 

çətinliklə  yer  tapmışdı.  İnyasionun  xatirəsinin  özünün 

uzun  illər  xidmət  etdiyi  bu  qocaman  bazilikada  yad 

olunması  onu  məmnun  etmişdi.  Dəbdəbəli  fasadına 

rəğmən,  Florensiyanm  bu  katedralmm  içi  qaranlıq,  boş 

və ciddi idi. Buna baxmayaraq, bu gün içəridəki ab-hava 

təmtəraqlı idi. İtaliyanın dörd bir yanından təşrif buyuran 

downloaded from KitabYurdu.org




753 

 

dövlət rəsmiləri, dostlar və həmkarlar kilsədə sevgi ilə il 



Duomino adlandırdıqları adamı  yad etmək üçün gəlmiş 

və içəri şən əhval-ruhiyyə dolmuşdu. 

Media  Bussoninin  Duomonun  ətrafında  gəzişdiyi  an 

dünyasını dəyişdiyini yaymışdı. 

Dəfn  çıxışları,  təəccüblü  olsa  da,  dostlar  və  ailə 

üzvlərinin  məzəli  xatirələri  ilə  yadda  qalmışdı. 

Dostlanndan  biri  Busoninin  intibah  incəsənətinə  olan 

sevgisini  özünün  Bolognese  spagettisi  ilə  karamelli 

budinoya  olan  sevgisi  ilə  müqayisə  etdiyini  dedi. 

Mərasimdən  sonra  toplaşanlar  dəstələrə  bölünüb 

İnyasionun həyatı haqqında söhbət edirdilər. Lenqdon isə 

İnyasionun  dərin  məhəbbətlə  bağlı  olduğu  Duomonun 

içərisində  gəzişməyi  qərara  aldı...  günbəzin  altındakı 

Vasarinin 

Sonuncu 

hökm 


əsəri,  Donatello  və 

Ghiberti-nin  rəngli  şüşə  pəncərələri,  Ucellonun  saatı  və 

döşəməni bəzəyən mozaika. 

Lenqdon birdən tanış sima - Dante Alqiyeri ilə üz-üzə 

dayandığını hiss etdi. 

Michelino-nun  əfsanəvi  freskasında  əks  olunduğu 

kimi,  dahi  şair  Durulma  Dağı  qarşısında  dayanmış  və 

mükəmməl əsəri olan İlahi Komediyanı irəli uzatmışdı. 

Lenqdon qeyri-ixtiyari fikrə getdi: əsərinin yüz ildən 

sonra,  onun  kimi  bir  dahinin  belə  təsəvvürə 

downloaded from KitabYurdu.org



754 

 

gətirməyəcəyi bir zamanda bu cür təsirə malik olacağına 



Dante özü nə deyərdi? 

O,  əbədi  həyat  qazandı,  Lenqdon  qədim  yunan 

filosoflarının  şan-şöhrət  haqqında  dedikləri  bu  sözü 

xatırladı. İnsanlar nə qədər ki, adını çəkirlər, deməli, sən 

hələ sağsan. 

Lenqdon yolunu Piazza Sant’Elisabetta-nm yanından 

salıb  Florensiyanın  yaraşıqlı  mehmanxanası  olan 

Brunelleschi-yə  qayıdanda  artıq  axşam  düşmüşdü. 

Yuxarıda otağında onu böyük bir bağlama gözləyirdi. 

Nəhayət ki, gəlib çatdı. 

Sinskeydən istədiyim bağlama. 

Lenqdon tələsik qutunu açıb içindəki dəyərli əşyaları 

götürdü. Hər şey son dərəcə səliqə ilə bağlanmış və hava 

diyircəkli  təbəqəyə  bükülmüşdü.  Lenqdona  təəccüblü 

gəlsə  də,  qutuda  başqa  əşyalar  da  var  idi.  Görünür  ki, 

Elizabet Sinskey onun istədiyindən daha çox əldə etməyə 

qadir  olmuşdu.  Qutuda  Lenqdonun  köhnə  geyimləri  - 

gödəkcəsi, xaki rəngli şalvarlan və Harris Twed pencəyi - 

səliqə ilə ütülənmiş və qatlanmışdı. Hətta ayaqqabıları da 

təmizlənmiş şəkildə qoyulmuşdu. Pul kisəsinin də qutuda 

olması onu xeyli məmnun etdi. 

Tapdığı  sonuncu  əşya  isə  Lenqdonu  güldürdü. 

Reaksiyası  həm  itən  əşyanın  tapılmasından  doğan 

downloaded from KitabYurdu.org




755 

 

rahatlıqla...  həm  də  bu  qədər  əzizlənməsinə  görə  hiss 



etdiyi utancaqlıqdan ibarət idi. 

Mənim Mickey Mouse saatım. 

Lenqdon dərhal qoluna bağladı. Saatın yeyilmiş dəri 

kəməri  dərisinə  toxunduqda  içinə  qəribə  bir  arxayınlıq 

çökdü.  -  Paltarlarını  geyinib  ayaqqabılan  ayağına 

keçirdikdən sonra Robert Lenqdon özünə qayıtmış kimi 

oldu. 

Lenqdon  mehmanxanadan  çıxıb  zərif  bağlamasını 



Brunelleschi  Mehmanxanasının  qapıçısından  aldığı 

torbaya  qoydu.  Axşam  havası  son  dərəcə  mülayim  idi. 

Bu,  onun  Via  dei  Calzaiuolli  boyu  Palazzo  Vecchio-ya 

tərəf gəzintisinə gözəl hiss qatırdı. 

Muzeyə  çatdıqda  Lenqdon  təhlükəsizlik  məqsədilə 

qeydiyyatdan  keçdi.  Onun  adı  Marta  Alvarez  ilə 

görüşmək üçün siyahıya salınmışdı. O, Beş yüzlər zalına 

girdi.  İçəri  hələ  də  turistlərlə  dolu  idi.  Lenqdon  təyin 

olunan vaxtda çatmışdı. Girişdə Martam görəcəyinə ümid 

etsə də, o, heç yerdə - görünmürdü. 

Yaxınlıqdan keçən bələdçini saxladı. 

“Scusi?” - Lenqdon dedi. - “Dove passo trovare Marta 

- Alvarez77? 

Bələdçi  güldü.  -  “Signora  Alvarez?!  -  O,  burada 

yoxdur! Onun körpəsi olub! Catalina! Molto bella!” 

downloaded from KitabYurdu.org




756 

 

Lenqdon  Marta  haqqında  eşitdiyi  yaxşı  xəbərə 



sevindi.  “Ahh  ...  che  bello”,  -  o  cavab  verdi.  - 

“Stupendo!78”  Bələdçi  uzaqlaşdıqca  Lenqdon  əlindəki 

torbanı nə edəcəyini düşünürdü. 

Dərhal  irəli  getməyə  qərar  verdi.  Beş  yüzlər  zalı 

boyunca irəliləyib Vasarinin freskosunun altından keçdi 

və  təhlükəsizlik  işçilərinin  gözünə  görünmədən  palazzo 

muzeyinə doğru yön aldı. 

Nəhayət ki, muzeyin dar andtio-sunun qarşısına çatdı. 

Dəhliz qaranlıq idi, dirəklərin üzərinə işarə vurulmuşdu: 

CHİUSO/BAĞLIDIR. 

Lenqdon  diqqətlə  ətrafa  nəzər  saldı,  sonra  əyilib 

zəncirin  altından  qaranlığa  keçdi.  Gətirdiyi  əşyanı 

ehtiyatla çantasından çıxarıb cığarasmı açdı. 

Plastik cığaranın altında Dantenin ölüm maskası yenə 

də ona baxırdı. Bu zərif plastır hələ də orijinal torbasında 

idi.  Lenqdonun  istəyilə  onu  Venesiyadakı  seyfdən 

götürüb  gətirmişdilər.  Maska  mükəmməl  vəziyyətdə 

qalmışdı.  Təbii  ki,  arxasına  əlavə  olunmuş  spiralvarı 

yazını çıxmaq şərtilə. 

Lenqdon əntiq vitrinə baxdı. Dantenin ölüm maskası 

dik  saxlandığından  heç  kim  yazının  fərqinə 

varmayacaqdı. 

O,  son  dərəcə  ehtiyatla  maskanı  torbadan  çıxardı. 

downloaded from KitabYurdu.org




757 

 

Sonra ehmalca vitrinin içindəki qarmağa keçirdi. Maska 



yerinə keçib tanış qırmızı məxmərin üzərində oturdu. 

Lenqdon  vitrini  bağladı  və  ayağa  qalxıb  Dantenin 

solğun simasına baxdı. Qaranlıq otaqda ruha bənzəyirdi. 

Nəhayət ki, evindədir. 

Otaqdan çıxmadan zəncir, dirək və işarəni yığışdırdı. 

Qalereyadan keçəndə ayaq saxlayıb bir qadın bələdçiyə - 

yaxınlaşdı. 

“Signorina?”  -  Lenqdon  dedi.  -  “Dantenin  ölüm 

maskası üzərində işıqlan yandırmaq lazımdır. Qaranlıqda 

görünmür”. 

“Üzr istəyirəm”, - gənc qadın dedi, - “amma o hissə 

bağlıdır. Dantenin ölüm maskası artıq orada deyil”. 

“Qəribədir”.  -  Lenqdon  üzündə  təəccüb  dolu  ifadə 

yaratdı. - “Elə indicə oradan gəlirəm”. 

Qadının üzündəki ifadə dəyişdi. 

O, andtio-ya tərəf qaçdı, Lenqdon isə sakitcə muzeyi 

tərk elədi. 

EPİLOQ 


Biskay  körfəzi  üzərində  on  kilometr  hündürlükdə 

“Alitalia”nm Bostona uçan təyyarəsi aym işıqlandırdığı 

gecədə üzü qərbə uçurdu. 

İçəridə  Robert  Lenqdon  İlahi  komediyanı  oxumaqla 

məşğul  idi.  Mühərriklərin  səsi  fonunda  poemanın  da 

downloaded from KitabYurdu.org




758 

 

terza  rima  üslubunda  qafiyələnməsi  Lenqdonu  məftun 



etmişdi.  Dantenin  sözləri  onun  ürəyindən  səs  verirdi. 

Sanki  şeir  məhz  Lenqdon  üçün  yazılmışdı.  Lenqdon 

poemanın məğzi ilə bağlı yeni bir şeyin fərqinə varmışdı. 

Əslində, 

Dantenin 

bu 


şeri 

cəhənnəmin 

əzab-əziyyətlərindən bəhs etmirdi. Əsər həm də nə qədər 

çətin 


olursa olsun, insan ruhunun hər şeyi dəf etmək gücündə 

olduğunu aşılayırdı. 

Pəncərədən  çöldə  isə  bədirlənmiş  ay  alov  kimi 

yanaraq  hər  yeri  aydınlaşdırırdı.  Lenqdon  gözlərini 

ənginliyə dikib ötən bir neçə gün ərzində başına gələnləri 

fikirləşirdi. 

Cəhənnəmdəki  ən  qaranlıq  yerlər  mənəvi  böhran 

zamanı biganə qalanlar üçün hazırlanmışdır. Lenqdon bu 

sözlərin  mənasını  heç  vaxt  indiki  qədər  aydın  dərk 

etməmişdi:  Təhlükəli  vaxtlarda  hərəkətsizlikdən  böyük 

günah yoxdur. 

Lenqdon  özü  kimi  milyonlarla  insanın  günahkar 

olduğunu  bilirdi.  Dünyanın  vəziyyətindən  söz  düşəndə 

təkzib qlobal pandemiyaya  çevrilir. Lenqdon özünə  heç 

vaxt bunu unutmayacağma dair söz verdi. 

Təyyarə  qərbə  doğru  uçduqca  Lenqdon  Cenevrədə 

gələcək  və  dəyişən  dünyada  nələrə  qadir  olduğumuzu 

downloaded from KitabYurdu.org




759 

 

müzakirə edən iki cəsarətli qadını xatırladı. 



Pəncərədən  kənarda  üfüqdə  buludlar  görünürdü. 

Buludlar  asta-asta  hərəkət  edərək  Aym  başına  toplanır, 

işığının qarşısını kəsirdilər. 

Robert Lenqdon yerini rahatladı. Yatmaq vaxtı idi. 

Başı  üzərindəki  işığı  söndürdü  və  nəzərləri  yenidən 

göylərə yönəldi. Çöldə - yenicə düşən qaranlıqda dünya 

dəyişmişdi. Səmanı parlaq ulduz dənizi bürümüşdü. 

MİNNƏTDARLIQ 

Ən təvazökar və səmimi təşəkkürlərim: 

Həmişəki kimi dərindən və ilk olaraq, redaktorum və 

yaxın  dostum  Ceyson  Koufmana  (Jason  Kaufman) 

fədakarlığı və istedadı üçün... ən başlıcası isə tükənməz 

yumor hissi üçün. 

Qeyri-adi  həyat  yoldaşım  Blayza  (Blythe)  -  yazı 

prosesində  göstərdiyi  sevgi  və  səbir  üçün.  Həmçinin 

fövqəltəbii  intuisiyası  və  ilk  redaktor  kimi  səmimiyyəti 

üçün. 

Yorulmaq bilməyən agentim və etibarlı dostum Haide 



Lanqa  (Heide  Lenge)  müxtəlif  ölkələrdə  apardığı 

mükəmməl danışıqlar üçün. Bacanq və enerjisi üçün ona 

sonsuz - minnətdaram. 

Kitabımın  ərsəyə  gəlməsi  üçün  həvəslə,  tam 

yaradıcılıqla və var güclə çalışdıqlarına görə Dabldey-in 

downloaded from KitabYurdu.org




760 

 

(Doubleday)  bütün  heyətinə.  Xüsusi  təşəkkürlərim 



Suzana Herzə (Suzanna Herz) 

(taxdığı  çoxlu  şlyapalara  görə...  ələlxüsus,  zövqlə 

geyindiyinə  görə),  Bil  Tomasa  (Bili  Thomas),  Maykıl 

Vindsora  (Michael  Windsor),  Joi  Qallaqerə  (Joe 

Gallagher),  Rob  Bluma  (Rob  Bloom),  Nora  Raykarda 

(Nora  Reichard),  Bet  Meyisterə  (Beth  Meister),  Mariya 

Karellaya  (Maria  Carella),  Loreyn  Haylanda  (Lorraine 

Hyland), həmçinin tükənməz dəstək üçün Soni Mehtaya 

(Sonny  Mehta),  Toni  Çirikoya  (Tony  Chirico),  Keyti 

Treycerə (Kathy Trager), Enn Messiteyə (Anne Messitte) 

və Markus Doyleyə (Markus Dohle). Random House-un 

satış 


bölməsindəki 

gözəl 


insanlara... 

Sizin 


tayınız-bərabəriniz yoxdur. 

Ağıllı  məsləhətçim  Maykl  Radelə  (Michael  Rudell) 

böyüklüyündən-kiçikliyindən  asılı  olmadan,  bütün 

məsələlərin  həllini  yüksək  ustalıqla  tapdığına  və 

dostluğuna görə. 

Əvəzolunmaz  assistentim  Suzan  Morhausa  (Susan 

Morehouse)  lütfkarlığı  və  böyük  enerjisinə  görə.  O 

olmasaydı, hər şey xaosun içində itib-batardı. 

Transvorlddakı  bütün  dostlarıma,  xüsusilə  Bil 

Skot-Kerə  (Bili  Scott-Kerr)  yaradıcılığı,  dəstəyi  və 

yüksək əhvalına görə, 

downloaded from KitabYurdu.org




761 

 

eləcə də, Qeyl Rebaka (Gail Rebuck) mükəmməl liderlik 



qabiliyyətinə görə. 

Mənim italyan nəşriyyat evim Mondadoriyə, xüsusilə 

də Riki Kavalleroya (Ricky Cavallero), Piyera Kusaniyə 

(Piera  Cusani),  Covanni  Duttoya  (Giovanni  Dutto), 

Antonio  Françiniyə  (Antonio  Franchini)  və  Klaudia 

Şeuya  (Claudia  Scheu);  həmçinin  türk  nəşriyyat  evim 

Altın  Kitablara,  məxsusi  olaraq,  Oya  Alpara,  Erden 

Heperə  və  Batu  Bozkurta  bu  kitabda  təsvir  olunan 

məkanlarla bağlı göstərdikləri xüsusi xidmətə görə. 

Dünyanın  dörd  bir  tərəfindəki  nəşriyyat  evlərinə 

göstərdikləri həvəs, gərgin iş və məsuliyyətlərinə görə. 

London  və  Milan  tərcümə  mərkəzlərindən  Leon 

Romero-  Montalvo  və  Lusiano  Quqlielmiyə  (Luciano 

Guglielmi) mükəmməl işlərinə görə. 

Dr.  Marta  Alvarez  Gonzalezə  Florensiyada  bizimlə 

keçirdiyi  zamana  və  şəhərin  incəsənət  və  memarlığını 

səlis izahı ilə işıqlandırdığına görə. 

İtaliyaya  səfərimizi  daha  da  zəngin  etmək  üçün 

çəkdiyi bütün zəhmətə görə əvəzsiz Maurizio Pimponiyə. 

Böyük  məmnuniyyətlə  Florensiya  və  Venesiyada 

vaxtını  və  zəngin  təcrübəsini  mənimlə  bölüşən  hər  bir 

tarixçi,  bələdçi  və  mütəxəssisə:  Biblioteca  Medicea 

Laurenzianadan  Giovanno  Rao  və  Yugenia  Antonuçiyə 

downloaded from KitabYurdu.org




762 

 

(Eugenia Antonucci); Palazzo Vecchiodan Serena Pini və 



bütün  heyətə;  Uffizi  Qalereyasından  Ciovanna  Ciustiy 

(Giovanna  Giusti);  Vəftiz  Evi  və  II  Duomodan  Barbara 

Fedeliyə;  Müqəddəs  Marks  Basilikadan  Ettore  Vito  və 

Massimo 


Bissona; 

Doqe 


Sarayından 

Giorgo 


Tagliaferroya; Venesiya boyu bələdçiliyə görə İzabella di 

Lenardoya  (İsabella  di  Lenardo),  Elizabet  Karol 

Konsovariyə  (Elizabeth  Carroll  Consovari)  və  Elena 

Svalduza; Biblioteca Nazionale Marciana- dan Annalisa 

Bruniyə və bütün heyətə; eləcə də bu qısaldılmış siyahıda 

adını çəkməyi unutduğum hər kəsə dərin təşəkkürlər. 

Sanford J. Greenburger Associates-dən Reyçel Dillon 

Fried  (Rachel  Dillon  Fried)  və  Stefani  Delmana 

(Stephanie Delman) burada və xaricdə gördükləri bütün 

işlərə görə. 

Elmi bilik və təcrübələrini bölüşdükləri üçün Dr. Corc 

Abrahama  (George  Abraham),  Dr.  Con  Treanor  (John 

Treanor)  və  Dr.  Bob  Helmə  xüsusi  minnətdarlığımı 

bildirirəm. 

Kitab boyu ümumi mənzərəni canlı saxladıqları üçün 

erkən oxucularım olan Qreq Brauna (Greg Brown), Dik 

və  Konni  Braunlara  (Dick  and  Connie  Brown),  Rebeka 

Kaufmana  (Rebecca  Kaufman),  Ceri  və  Olivia 

Kaufmanlara (Jerry and Olivia Kaufman) və Con Şafiyə 

downloaded from KitabYurdu.org




763 

 

(John Chaffee). 



Veb-mütəxəssis Aleks Kannonla (Alex Cannon) birgə 

virtual  dünyada  olaylan  canlı  saxlayan  Senborn 

Mediyanm (Sanborn Media) bütün komandasına. 

Green 


Gables-də 

bu 


kitabın 

son  hissəsini 

tamamlayarkən  mənim  üçün  müqəddəs  məbəd  qədər 

sakit şərait yaratdıqlan üçün Cad və Keyti Qreqlərə (Judd 

and Kathy Gregg). 

Zəngin virtual informasiya mənbəyi Princeton Dante 

Layihəsinə  (Princeton  Dante  Project),  Kolumbiya 

Universiteti  Rəqəmsal  Danteyə  (Digital  Dante  at 

Columbia  University)  və  Dante  Dünyasına  (World  of 

Dante). 


77 Bağışlayın, Marta Alvarezi harda tapa bilərəm? - 

(ital.) 


78 Necə... yaxşı. Əla! - (ital.) 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə