Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə155/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

740 

 

Sienna  danışdıqca  Sinskeyin  emosiyalar  axınına 



məruz qaldığını hiss etmişdi. Əvvəlcə Zobristin hava ilə 

yayılan vektor virusu yaratdığını qəbul etməli olmuşdu. 

Sonra isə virusun 

adamları  öldürməyəcəyini  eşidəndə  yaranan  ümid. 

Sonra...  asta-asta  həqiqəti  anladıqca  artan  qorxu. 

Aydındır ki, sonsuzluq yaradan bu virus Sinskeyə daha 

ağır təsir etmişdi. 

Sienna isə çiynindən yük götürülübmüş kimi rahat idi. 

O, Bertrandın məktubunda vurğulanan hər şeyi ÜST-nin 

direktoru ilə bölüşmüşdü. Artıq heç bir sirrim yoxdur. 

“Elizabet?” Lenqdon dilləndi. 

Sinskey  asta-asta  fikirdən  ayıldı.  Üzünü  onlara 

çevirdi.  Çox  məyus  görünürdü.  “Sienna”,  -  o,  sözə 

başladı,  -  “bu  fəlakətlə  mübarizə  aparmaq  üçün 

verdiyiniz məlumat çox vacib idi. Bu hərəkətinizi yüksək 

qiymətləndirirəm.  Sizə  də  bəlli  olduğu  kimi,  pandemik 

vektor  virusları  məntiqi  olaraq  geniş  kütlələrin 

immunlaşdırılması üçün nəzərdə tutulmuşdur. Amma hər 

kəs texnologiyanın hələ gələcəyin işi olduğuna inanırdı”. 

Sinskey qayıdıb yerində əyləşdi. 

“Üzr istəyirəm”, - o başını bulayıb dedi. - “Bunların 

hamısı indi mənə elmi nağıl kimi görünür”. 

Heç təəccüblü deyil, Sienna fikirləşdi. Tibdəki hər bir 

downloaded from KitabYurdu.org




741 

 

kvant  sıçrayışı  bu  cür  qarşılanmışdır  -  penisillin, 



anesteziya, rentgen, 

ilk  dəfə  mikroskopla  hüceyrə  parçalanmasını  müşahidə 

etmək. 

Dr.  Sinskey  dəftərçəsinə  baxdı.  “Bir  neçə  saatdan 



sonra məni Cenevrədə sual atəşinə tutacaqlar. Bilirəm ki, 

ilk  sual  bu  virusun  neytrallaşdınlmasmın  mümkünlüyü 

barədə olacaq”. 

Sienna onun haqlı olduğunu düşünürdü. 

“Və”,  -  Sinskey  davam  etdi,  -  “təsəvvür  edirəm  ki, 

Bertrandın  virusunu  analiz  etmək  üçün  ilk  təklif  onu 

mümkün qədər araşdırıb ikinci oxşar proqram yaratmaq 

olacaqdır  ki,  DNTA-mizi  orijinal  vəziyyətinə  qaytara 

bilək”. 

Sinskey  Siennaya  baxdı,  onun  baxışları  o  qədər  də 

nikbin  görünmürdü.  “Ona  qarşı  virusun  olub-olmadığı 

bəlli  deyilsə  belə,  sizin  bu  mənada,  fikrinizi  bilmək 

istəyərdim”. 

Mənim  fikrimi?  Sienna  qeyri-iradi  Lenqdona  baxdı. 

Professor başı ilə razılıq verdi: Buraya kimi gəlmisən. Öz 

fikrini bildir. Həqiqəti gördüyün kimi söylə. 

Sienna boğazını arıtladı, üzünü Sinskeyə tutub aydın 

səslə sözə başladı. 

“Madam,  genetik  mühəndislik  dünyasını  mən  illər 

downloaded from KitabYurdu.org




742 

 

uzunu  Bertranddan  öyrənmişəm.  Bildiyiniz  kimi,  insan 



genləri son 

dərəcə zərif quruluşa malikdir... sanki kartlardan düzələn 

ev  kimi.  Düzəliş  etdikcə  səhv  kartı  dəyişib  bütün 

quruluşu  dağıtmaq  ehtimalını  artırırıq.  Mənim  şəxsi 

düşüncəmə  görə,  onun  etdiyini  əvvəlki  vəziyyətə 

qaytarmaq  cəhdi  çox  təhlükəli  görünür.  Bertrand 

fövqəladə  bacarıq  və  zəkaya  malik  genetika  mühəndisi 

idi.  Öz  məsləkdaşlanndan  çox  üstün  idi.  Bu  məqamda 

insan  genlərinə  müdaxilə  edərək  onu  düzəltməyə 

çalışmağın nə dərəcədə doğru yol olduğunu və ya kiməsə 

etibar edə biləcəyimi bilmirəm. Hətta siz işə yarayacağını 

düşündüyünüz  nəsə  fikirləşsəniz  belə,  bunu  bütün 

dünyaya  yaymaq  insanlara  yeni  bir  virus  yoluxdurmaq 

deməkdir”. 

“Tamamilə  doğrudur”,  -  Sinskey  onun  dediklərinə 

sanki  heç  təəccüblənmədi.  -  “Əlbəttə  ki,  daha  böyük 

problem  var.  Biz  bəlkə  də  bunun  qarşısını  almaq 

istəməyəcəyik”. 

Siennanı diksindi. “Üzr istəyirəm?” 

“Miss Bruks, mən Bertandın üsulları ilə razılaşmaya 

bilərəm,  amma  onun  artımla  bağlı  hesablamalan  son 

dərəcə  dəqiqdir.  Bu  planet  ciddi  artım  problemi  ilə 

üz-üzədir. Əgər biz 

downloaded from KitabYurdu.org




743 

 

Bertrandın  virusunu  alternativ  plan  olmadan  neytralizə 



etməyə çalışsaq... sadəcə, heç nə etməmiş olacağıq”. 

Siennanm  şok  keçirdiyini  hiss  etməmək  mümkün 

deyildi.  Sinskey  yorğun  halda  güldü  və  əlavə  etdi, 

“Məndən bunu eşitməyi gözləmirdiniz, elə deyilmi?” 

Sienna  başını  buladı.  -  “Artıq  kimdən  nə 

gözləyəcəyimi bilmirəm”. 

“Qoy o zaman sizi yenə təəccübləndirim”, - Sinskey 

davam  etdi.  -  “Bayaq  da  vurğuladığım  kimi  dünya 

sağlamlıq  təşkilatı  və  agentliklərinin  liderləri  qarşıdakı 

bir  neçə  saat  ərzində  Cenevrədə  bu  hadisəni  müzakirə 

etmək  və  hərəkət  planı  hazırlamaq  üçün  toplaşacaqlar. 

ÜST-də  çalışdığım  bu  illər  ərzində  bundan  daha 

əhəmiyyətli görüş təşkil etdiyimiz yadıma gəlmir”. 

O, gözlərini gənc həkimə dikdi. - “Sienna, mən sizin 

də o masada olmağınızı istəyirəm”. 

“Mənim?”  -  Sienna  dedi.  -  “Mən  genetika  üzrə 

mühəndis deyiləm. Nə bilirdimsə hamısını sizə dedim”. - 

O, Sinskeyin 

qeyd dəftərinə işarə etdi. - “Təklif edə biləcəyim hər şey 

bu dəftərdə qeyd olunub”. 

“Bu, hələ hamısı demək deyil”, - Lenqdon mane oldu. 

-  “Sienna,  bu  virus  haqqında  istənilən  müzakirənin 

kontekstə ehtiyacı var. Dr. Sinskey və onun komandasına 

downloaded from KitabYurdu.org




744 

 

bu vəziyyətlə bağlı suallara cavab vermək üçün mənəvi 



əsas lazımdır. Dr. Sinskey sənin dialoqa əlavə edəcəyin 

hər bir fikri kömək sayır”. 

“Mənim mənəviyyatla bağlı fikirlərim, çox güman ki, 

ÜST- nin maraqlan ilə üst-üstə düşməyəcək”. 

“Yəqin ki yox”, - Lenqdon cavab verdi, - “məhz elə 

buna  görə  sən  orda  olmalısan.  Sən  yeni  düşüncənin 

nümayəndəsisən. 

Sən 


öz 

arqumentlərini 

ortaya 

qoyacaqsan. Onlara Bertrand kimi dühaların - etiqadlanm 



hər  şeydən  güclü  bilib  problemi  öz  öhdəsinə  götürən 

mütəfəkkirlərin  fikirlərini  izah  etmək  sənin  bacardığın 

işdir”. 

“Bertrand, birinci deyildi”. 

“Deyildi”, - Sinskey onun sözünü kəsdi, - “axırıncı da 

olmayacaq.  Elə  bir  ay  olmur  ki,  ÜST  elmin  qaranlıq 

tərəflərilə  məşğul  olan  alimlərin  gizli  laboratoriyalarını 

aşkar etməsin. 

Onlar  hər  şeyi  -  insanın  kök  hüceyrələrini  dəyişərək 

mutant yaradılmasını... təbiətdə mövcud olmayan qarışıq 

bir  nəsil  -  araşdırmaqla  məşğuldurlar.  Bu,  ciddi 

narahatlıq  doğurur.  Elm  o  qədər  sürətlə  inkişaf  edir  ki, 

sərhədlərin  haradan  başlayıb  harada  bitdiyini  heç  kim 

bilmir”. 

Sienna 

bununla  razılaşmaya  bilməzdi.  Yaxşı 



downloaded from KitabYurdu.org


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə