Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə156/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

745 

 

yadındadır, iki hörmətli virusoloq - Fouchier və Kawaoka 



-  yüksək  patogenli  H5N1  mutant  virusu  yaratmışdılar. 

Tədqiqatçıların  sırf  akademik  niyyətinə  baxmayaraq, 

yaratdıqlarının  bəzi  xüsusiyyətləri  biotəhlükəsizlik  üzrə 

bəzi  mütəxəssisləri  çox  ciddi  şəkildə  qayğılandırdı  və 

internetdə böyük səs-küyə səbəb oldu. 

“Qorxuram getdikcə daha da pisləşəcəkdir”, - Sinskey 

dedi.  -  “Biz  təsəvvür  edə  bilmədiyimiz  yeni 

texnologiyanın çevrəsindəyik”. 

“Eynilə  də,  yeni  cərəyan  və  fəlsəfələrin”,  -  Sienna 

əlavə  etdi.  -  “Transhumanist  hərəkatının  kölgədən 

aydınlığa  çıxmasına  az  qalıb.  Onun  fundamental 

ehkamlarında qeyd olunub ki, bir insan kimi öz təkamül 

prosesimizdə  iştirakımız  bizim  mənəvi  borcumuzdur... 

Texnologiyalardan istifadə 

edərək  biz  daha  təkmil  növlər,  yaxşı  insanlar  yarada 

bilərik  -  sağlam,  güclü  və  daha  çox  işlək  beynə  malik. 

Tezliklə bütün bunlar mümkün olacaqdır”. 

“Siz  düşünmürsünüzmü  ki,  bu  baxışlarınız  təkamül 

prosesinə ziddir?” 

“Yox”,  -  Sienna  tərəddüd  etmədən  cavab  verdi.  - 

“İnsanlar  əsrlər  boyu  tədricən  inkişaf  ediblər.  Bu  uzun 

yolda onlar yeni texnologiyalar yaradıblar - isinmək üçün 

çubuq  sürtərək,  qida  üçün  təsərrüfatı  inkişaf  etdirərək, 

downloaded from KitabYurdu.org




746 

 

xəstəliklərlə  mübarizə  aparmaq  üçün  peyvəndlər 



yaradaraq  və  sairə.  İndisə  dəyişən  dünyada  sağ  qalmaq 

üçün  öz  bədənlərimizi  idarə  edəcək  genetik  alətlər 

yaradırıq”.  -  O  dayandı.  -  “Mən  genetik  mühəndisliyin 

insanlığın  uzunmüddətli  inkişafı  zəminində  atılmış 

növbəti addım olduğuna inanıram”. 

Sinskey  dərin  fikrə  getmişdi.  -  “Deməli,  siz  hesab 

edirsiz ki, biz bu yeniliklərə qucaq açmalıyıq”. 

“Biz onları rədd etsək”, - Sienna cavab verdi, - “onda 

mağarada ocaq qalamaqdan qorxduğuna görə donub ölən 

adamdan heç nə ilə fərqlənməyəcəyik”. 

Onun sözləri sanki havadan asılı qaldı. 

Uzunmüddətli  sükutu  Lenqdon  pozdu.  -  “Məni 

köhnədənqalmış  kimi  qəbul  etməyin”,  -  o  başladı,  - 

“amma mən Darvinin nəzəriyyəsi ilə böyümüşəm və təbii 

təkamül  prosesini  sürətləndirmək  cəhdinə  şübhə  ilə 

yanaşmaya bilmərəm”. 

“Robert”, - Sienna dedi, - “genetik nəzəriyyə təkamül 

prosesini  sürətləndirmək  demək  deyil.  Hadisələrin  təbii 

cərəyanıdır! Sən Bertrand Zobristin yaratdığının təkamül 

olduğunu  unudursan.  Onun  yüksək  səviyyəli  intellekti 

Darvinin  təsvir  etdiyi  prosesin  məhsulu  idi...  zamanla 

gələn  təkamül.  Bertrandın  genetika  ilə  bağlı  nadir 

tapıntıları bir anda doğan ilahi qüvvə deyildi... o zəkanın 

downloaded from KitabYurdu.org




747 

 

illər uzunu intellektual inkişafının nəticəsi idi”. 



Lenqdon fikrə getdi. 

“Və bir darvinçi kimi”, - o davam etdi, - “sən bilirsən 

ki,  təbiət  həmişə  insan  artımını  balansda  saxlayır  - 

xəstəliklər, aclıq, sel. Qoy sənə bir sual verim - təbiətin 

bu  dəfə  də  başqa  bir  yol  tapması  mümkün  deyil?  Bizə 

dəhşətli fəlakətlər və aclıq 

göndərmək  əvəzinə...  bəlkə  də  təbiət  təkamül  prosesi 

sayəsində  elə  bir  alim  yetişdirib  ki,  o  da  zamanla 

saylarımızın  azalması  üçün  fərqli  metod  yaradıb. 

Xəstəlik  olmadan,  ölüm  olmadan.  Sadəcə,  növlər  öz 

mühitində...” 

“Sienna”,  -  Sinskey  müdaxilə  etdi.  -  “Artıq  çox 

gecdir.  Biz  getməliyik.  Amma  getməzdən  əvvəl  bir 

məqama  da  aydınlıq  gətirməliyəm.  Siz  mənə  dəfələrlə 

Bertrandın  pis  adam  olmadığını  dediniz...  o,  insanlığı 

sevirmiş  və  sadəcə,  insanlığı  xilas  etmək  naminə 

sayımızın azalması üçün vuruşurmuş”. 

Sienna başı ilə təsdiqlədi. - “Məqsəd vasitələrə haqq 

qazandırır”,  -  o  tanınmış  florensiyalı  siyasi  mütəfəkkir 

Machiavelli-dən sitat gətirdi. 

“Yaxşı,  deyin  görüm”,  -  Sinskey  dedi,  -  “məqsədin 

vasitəyə  haqq  qazandırdığına  siz  inanırsınızım?  Hesab 

edirsiniz ki, Bertrandın dünyanı xilas etmək kimi nəcib 

downloaded from KitabYurdu.org




748 

 

istəyi belə bir virusu yaymasına haqq qazandırır?” 



Otağa gərgin sükut çökdü. 

Sienna masaya doğru əyildi. - “Dr. Sinskey, bayaq da 

dediyim  kimi,  mən  Bertrandın  hərəkətlərinin  qəddar  və 

son 


dərəcə  təhlükəli  olduğunu  düşünürəm.  Onu  dayandıra 

bilsəydim,  bunu  tam  səmimiyyətimlə  edəcəkdim. 

İstəyirəm mənə inanasınız”. 

Elizabet Sinskey Siennanın əllərini ovuclarına aldı. “Sizə 

inanıram,  Sienna.  Mənə  dediyiniz  hər  bir  kəlməyə 

inanıram”. 

103 fəsil 

Atatürk  Hava  Limanında  sübh  öncəsi  hava  soyuq  və 

dumanlı  idi.  Zəif  duman  aeroportun  şəxsi  terminalını 

bürümüşdü. 

Lenqdon, Sienna və Sinskey maşınla limana gəldilər. 

Onlan  maşından  düşmələrinə  də  kömək  edən  ÜST-nin 

əməkdaşı qarşıladı. 

“Siz hazır olan andan biz də hazınq, madam”, - kişi 

üçlüyü terminalın binasına dəvət edərək dedi. 

“Bəs cənab Lenqdon necə olsun?” - Sinskey soruşdu. 

“Şəxsi  təyyarə  ilə  Florensiyaya...  Onun  müvəqqəti 

pasportu artıq içəridədir”. 

Sinskey razılıqla başını tərpətdi. “Bəs o biri məsələ?” 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə