Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə151/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   147   148   149   150   151   152   153   154   ...   157

722 

 

artımı  nizamlamağı  arzulayırdı...  növümüzün  həddən 



artıq  törəmə  qabiliyyətini  azaltmaq  istəyirdi.  Biz 

intellektimizin  səviyyəsindən  asılı  olmayaraq,  sayımızı 

tənzimləyə 

bilməyən 

bioloji 

varlığıq. 

Pulsuz 

kontraspetivlər,  təhsil  və  ya  dövlət  layihələri  bunun 



qarşısını  ala  bilmir.  İstəsək  də,  istəməsək  də...  uşaq 

dünyaya gətiririk. Sənin xəbərin varmı, XNM bu 

yaxınlarda 

Amerikada 

hamiləliklərinin 

yarısının 

planlaşdırılmadığını elan edib? İnkişaf etməmiş ölkələrdə 

isə bu rəqəm yetmiş faizdir!” 

Lenqdon  bu  statistika  ilə  tanış  idi,  lakin  bunun  nə 

demək olduğu ona indi çatırdı. İnsanlar sanki Sakit okean 

adalarının bəzilərində yaşayan dovşanlara bənzəyirdilər. 

Onlar şüursuz şəkildə artır və nəticədə ekosistem elə bir 

zərbə vururdular ki, özləri də məhv olurdu. 

Bertrand  Zobrist  bizim  növümüzə  əl  gəzdirib...  bizi 

xilas etmək məqsədilə... bizi daha az artımlı növə çevirib. 

Lenqdon dərindən nəfəs aldı, gözlərini Bosfora dikdi. 

Sirena  səsləri  getdikcə  artırdı,  artıq  bərələr  tərəfdən 

eşidilirdi. Lenqdon vaxtın az olduğunu bilirdi. 

“Ən  qorxulusu  isə”,  -  Sienna  dedi,  -  “Cəhənnəmin 

sonsuzluğa  səbəb  olması  deyil,  hansı  imkanları 

açmasıdır.  Hava  ilə  yoluxan  vektor  virus  kvant 

sıçrayışına  bənzəyir  -  zamanından  çox  irəlidədir. 

downloaded from KitabYurdu.org



723 

 

Bertrand bizi birdən birə genetik mühəndisliyin qaranlıq 



illərindən  çıxarıb  gələcəyə  atdı.  O,  təkamül  prosesinin 

qıfılını açaraq insanlığa öz növünü yenidən 

kəşf etmək imkanı verdi. O, bununla Pandoranı yeşikdən 

çıxartdı.  Bertrand  insan  genini  dəyişmək  üçün  açarlar 

hazırlayıb...  və  əgər  o  açarlar  yanlış  əllərə  düşərsə  vay 

bizim halımıza. Allah özü kömək olsun. Bu texnologiya 

heç  vaxt  yaradılmamalıydı.  Mən  Bertrandın  bunu  necə 

əldə etdiyini oxuyan kimi məktubu yandırdım. Sonra isə 

and içdim ki, onun virusunu tapıb məhv etməliyəm”. 

“Başa düşə bilmirəm”, - Lenqdon əsəbi halda dedi. 

- “Virusu məhv etməyə çalışırdınsa, niyə Dr. Sinskey və 

ÜST  ilə  əməkdaşlıq  etmədin?  XNM  və  ya  başqa 

kiminləsə əlaqə - qurmalıydın”. 

“Zarafat  eləyirsən?!  Dövlət  agentlikləri  dünyada  bu 

texnologiyadan  xəbər  tutmalı  olan  ən  son  orqanlardır! 

Özün  fikirləş,  Robert.  Tarix  boyu  elm  tərəfindən  kəşf 

olunun yeni texnologiya həmişə hərbdə tətbiq edilib - adi 

yanğınsöndürəndən tutmuş nüvə silahmadək - və demək 

olar ki, bir qayda olaraq, hər zaman da güclü dövlətlərin 

əlində  olub.  Səncə,  bioloji  silahlar  necə  peyda  olub? 

Onların  mənbəyi  ÜST  və  XNM  kimi  araşdırma 

mərkəzləridir. Onlar məqsədli bioloji 

silahlar da daxil olmaqla, təsəvvür etmədiyimiz əməllərə 

downloaded from KitabYurdu.org




724 

 

yol  verirlər.  Təsəvvür  elə  ki,  patogen  yalnız  müəyyən 



etnik  xüsusiyyətlərə  malik  insanlara  nüfuz  edir.  Bu  isə 

genetik  səviyyədə  böyükmiqyaslı  etnik  təmizləmə 

olacaqdı”. 

“Sənin  narahatlığını  anlayıram,  Sienna,  amma  bu 

texnologiyadan  insanların  xeyri  üçün  də  istifadə  etmək 

olardı,  elə  deyilmi?  Genetik  təbabət  üçün  bu,  göydən 

düşmə  deyilmi?  Məsələn,  ondan  Yer  üzündəki  bütün 

insanları peyvənd eləmək üçün istifadə etmək olmazmı?” 

“Nəzəri  baxımdan,  hə.  Lakin  çox  təəssüf  ki,  mən 

hakim qüvvələrdən həmişə ən pisini gözləyirəm”. 

Uzaqdan  Lenqdon  havaya  qalxan  helikopter  səsi 

eşitdi.  O,  ağaclann  arasından  Ədviyyat  bazarına  tərəf 

baxdı, bərələrə doğru gələn təyyarəni gördü. 

Sienna  gərildi.  “Mən  getməliyəm”,  -  o  ayağa  durub 

qərbdəki  Atatürk  körpüsünə  baxdı.  -  “Məncə,  körpünü 

piyada keçib oradan...” 

“Sən  heç  yerə  getmirsən,  Sienna”,  -  Lenqdon  sərt 

şəkildə dedi. 

“Robert, mən sənə bəzi şeyləri deməliydim, buna görə 

qayıtdım. Lazım bildiyimi də elədim”. 

“Yox,  Sienna”,  -  Lenqdon  dedi.  -  “Sən  ona  görə 

qayıtdın  ki,  həmişə  qaçaqaçda  olmusan,  indisə  başa 

düşdün ki, bu, artıq mənasızdır”. 

downloaded from KitabYurdu.org




725 

 

Sienna  onun  qarşısında  sanki  kiçildi.  “Başqa  yolum 



var  ki?”  -  o,  suyun  üzərində  uçan  helikopterə  baxaraq 

soruşdu. 

- “Onlar məni tapan kimi həbs edəcəklər”. 

“Sən  heç  bir  səhv  etməmisən,  Sienna.  Virus 

yaratmamısan... nə də ki, onu yaymamısan”. 

“Doğrudur,  lakin  mən  Ümumdünya  Səhiyyə 

Təşkilatının  bundan  xəbər  tutmasına  mane  olmuşam. 

Türkiyə  zindanından  qurtulsam  belə,  məni  bioloji 

terrorizmlə 

ittiham 


edib, 

beynəlxalq 

tribunala 

çıxaracaqlar”. 

Helikopetin  gurultusu  getdikcə  artırdı.  Lenqdon  bir 

qədər aralıdakı bərəyə baxdı. Helikopter diqqətlə ərazini 

axtarırdı. 

Sienna hər an qaçmağa hazır görünürdü. 

“Xahiş  edirəm,  qulaq  as”,  -  Lenqdon  səsini 

yumşaldaraq  dedi.  -  “Bilirəm  ki,  çox  çətinliklərdən 

keçmisən, qorxursan, 

amma  çalış  buna  daha  geniş  nəzərlərlə  baxasan.  Bu 

virusu  Bertrand  yaradıb.  Sən  isə  onu  dayandırmağa 

çalışırdın”. 

“Lakin bacarmadım”. 

“Hə. Virus artıq yayılıb. Elmi və tibbi qurumlar bunun 

nə  olduğunu  anlamadırlar.  Bu  haqda  hər  şeyi  bilən 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə