Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə147/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   143   144   145   146   147   148   149   150   ...   157

703 

 

qaçmışdı,  Sinskey  hələ  də  onlardan  bir  xəbər  ala 



bilməmişdi. 

Ümidvaram,  Professor  Lenqdon  salamatdır,  o 

düşündü. 

Agent  Brüder  üstündən  su  dama-dama  taxtanın 

üzərində dayanmışdı, Medusaya baxa-baxa nə edəcəyini 

fikirləşirdi. 

MHD  agenti  kimi  Brüder  makrokosmik  səviyyədə 

düşünməyə,  dərhal  mənəvi  və  ya  şəxsi  qayğılarını 

unudaraq  mümkün  qədər  çox  insanı  xilas  etmək  üçün 

özünü kökləməyə vərdiş etmişdi. Öz həyatı haqqında bu 

saniyəyədək  heç  vaxt  düşünməmişdi.  Özümü  birbaş 

bunun içinə  saldım,  o  fikirləşdi. Başqa  əlacı olmadığını 

bilirdi. 

Amma 


yenə 

də 


bu 

riskə 


getməyə 

dəyib-dəymədiyini 

götür-qoy 

edirdi. 


Biz 

sürətli 


olmalıydıq. 

Brüder  beynindən  bütün  fikirləri  qovub  B  planına 

keçmək haqqında fikirləşdi. Çox təəssüf ki, lokallaşdırma 

baş  tutmayanda  B  planı  dəyişməz  qalırdı:  radiusu 

genişləndirmək.  Yoluxucu  xəstəliklə  mübarizə  meşə 

yanğını  ilə  mübarizəyə  bənzəyir:  bəzən  geri  çəkilib 

döyüşü əhatəyə almalısan ki, savaşdan qalib çıxa biləsən. 

Hətta 


indinin 

özündə 


də 

Brüder 


hələ 

də 


lokallaşdırmanın mümkünlüyünə inanırdı. Sienna Bruks 

downloaded from KitabYurdu.org




704 

 

çox  güman  ki,  torbanı  çaxnaşma  düşməzdən  bir  neçə 



dəqiqə  əvvəl  yırtmışdı.  Əgər  bu,  belədirsə,  içəridə 

yüzlərlə adamın olmasına baxmayaraq, virus 

hər kəsdən mümkün qədər aralıda olubmuş. Lenqdon və 

Siennadan başqa hər kəs, Brüderin ağlına batdı. Hər ikisi 

episentrdə olub, indisə şəhərdə gəzirlər. 

Brüderi  narahat  edən  ikinci  bir  məqam  da  var  idi. 

Suyun  içində  olarkən  o,  yırtılmış  solublon  torba 

görməmişdi.  Brüderə  elə  gəlirdi  ki,  Sienna  torbanı 

yırtmışsa  -  təpiklə,  ya  dartaraq,  ümumiyyətlə,  nə  yolla 

olursa-olsun  -  suyun  içində  zədələnmiş  hissəciklər 

qalmalı idi. Amma Brüder heç nə tapmamışdı. Torbadan 

qalan  hər  nəydisə,  belə  təəssürat  yaradırdı  ki,  içindəki 

sanki  havaya  buxarlanıb.  Brüder  Siennanm  torbanı  özü 

ilə aparacağına inanmırdı. 

Onda torba hara yoxa çıxıb? 

Brüderi narahat edən o idi ki, bəlkə o, nəyisə bilmir. 

Bununla  belə,  o,  lokallaşdırmaya,  yeni  şəraitdə  onun 

strategiyasına köklənmişdi. Bu isə bir sualın cavabından 

asılı idi. 

Virusun yayılma radiusu indi necədir? 

Brüder bilirdi ki, bir neçə dəqiqə ərzində cavab bəlli 

olacaq.  Onun  qrupu  virusun  aşkar  edilməsi  üçün 

episentrdən müxtəlif 

downloaded from KitabYurdu.org




705 

 

məsafələrdə  taxta  keçidlərin  üzərində  avadanlıqlar 



quraşdırmışdı. 

Bu qurğular - PZR avadanlıqları - polimer zəncirvarı 

reaksiyası  adlanıb  yoluxucu  virus  zəminində  onu 

aşkarlamaq üçün istifadə olunur. 

MHD  agenti  ümidini  itirmirdi. Gölməçədəki su  axar 

olmadığından,  üstəlik,  üstündən  lap  az  keçdiyindən  o, 

PZR  qurğularının  virusu  aşkarlayacağım  və  məhdud 

ərazidə yayıldığından onu kimyəvi maddələrlə yerindəcə 

məhv edə biləcəklərinə inanırdı. 

“Hazırdır?” -texnik meqafon vasitəsilə soruşdu. 

Sistemin ayn-ayrı yerlərində dayanan agentlər razılıq 

əlaməti olaraq baş barmaqlarını qaldırdılar. 

“Nümunələri yoxlayın”, - meqafondan göstəriş gəldi. 

Mağara  boyunca  analitiklər  hərəkətə  keçib  PZR 

qurğularını  işə  saldılar.  Qurğuların  hər  biri  operatorun 

dayandığı yerlə Zobristin lövhəsi arasında olan aralıqdakı 

sudan  götürülmüş  nümunəni  diqqətlə  araşdırmağa 

başladı. 

Hamı yaşıl işıq görmək üçün dua edirdi. 

Və birdən başladı.. 

Brüderə ən yaxın maşınlardan birinin virusaşkarlayıcı 

işığı yanıb-sönməyə başladı. Brüderin əzələləri sıxıldı və 

dərhal  növbəti  maşına  baxdı.  Onun  da  qırmızı  işığı 

downloaded from KitabYurdu.org




706 

 

yanıb-sönürdü. 



Yox... 

Mağaranı  təəccüblə  dolu  pıçıltı  bürüdü.  Bir-birinin 

ardınca  sistemin  girişinədək  yanan  qırmızı  işıqlara 

baxdıqca Brüderi dəhşət bürüyürdü. 

Aman, Allahım... o fikirləşdi. Qırmızı işıq dənizi səhv 

salınması mümkün olmayan bir mənzərə yaradırdı. 

Virusun radiusu çox geniş idi. 

Bütün sistern virusla dolu idi. 

97 

fəsil 


Robert  Lenqdon  bərəlmiş  gözlərlə  Sienna  Bruksa  baxır 

və son bir neçə anda baş verənləri dərk etməyə çalışırdı. 

“Bilirəm  ki,  mənə  nifrət  edirsən”,  -  Sienna  içini 

çəkə-çəkə  dedi.  Nəhayət  ki,  başını  qaldırıb  Lenqdona 

baxdı. 

“Nifrət  etmək?!”  -  Lenqdon  dedi.  -  “Sənin  kim 



olduğunu  bilmirəm!  Sən  mənə  hər  addımda  yalan 

danışmısan!” 

“Bilirəm”,  -  Sienna  yumşaq  tonda  dedi.  -  “Məni 

bağışla.  Mən  düzgün  hesab  etdiyim  kimi  hərəkət 

eləmişəm”. 

“Xəstəliyi yaymaq düzgün hərəkətdir?” 

“Yox, Robert, sən başa düşmürsən”. 

“Mən çox yaxşı başa düşürəm!” Lenqdon cavab verdi. 

downloaded from KitabYurdu.org



707 

 

“Anlayıram  ki,  sən suya  dalıb  solublon  torbanı  yırtdın! 



Zobristin  virusu  nə  qədər  ki  ələ  keçməyib  yaymaq 

istəyirdin!” “Solublon torba?” - Siennanm gözləri çaşqın 

halda parladı. - “Nədən danışdığını başa düşə bilmirəm. 

Robert, sistemə getməkdə məqsədim Betrandm virusunu 

dayandırmaq 

idi... oğurlamaq idi, əbədi yox etmək idi ki, Dr. Sinskey 

də daxil olmaqla, ÜST-dən heç kim onun tərkibini öyrənə 

bilməsin”. Sienna dərindən nəfəs aldı. “Sənin bilmədiyin 

o qədər şey var ki, amma daha onlann heç bir əhəmiyyəti 

yoxdu.  Biz  çox  gec  çatdıq,  Robert.  Bizim  heç  bir 

şansımız yox idi”. 

“Əlbəttə ki, var idi! Virus sabah yayılmalıydı! Zobrist 

sabahkı tarixi seçmişdi və əgər sən suya girməsəydin...” 

“Robert, virusu mən yaymamışam!” - Sienna qışqırdı. 

- “Mən onu tapmaq üçün suya girdim, amma çox gec idi. 

Orada heç nə yox idi. 

“Sənə inanmıram”, - Lenqdon dedi. 

“Bilirəm  ki,  inanmırsan.  Səni  qınamıram  da”.  -  O, 

əlini cibinə atdı, islanmış broşür çıxardı. - “Amma bəlkə 

bu  kömək  edə”.  -  O,  vərəqi  Lenqdona  uzatdı.  -  “Bunu 

suya girməzdən qabaq tapmışdım”. 

Lenqdon  vərəqi  götürüb  açdı.  Yeddi  gün  davam 

edəcək “Dante simfoniyası” konsertinin proqramı idi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə