Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə144/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   140   141   142   143   144   145   146   147   ...   157

688 

 

etmişdi.  Addımları  da  iri  idi.  O,  bir  neçə  saniyəyə 



döngəyə  çatdı  və  dönüb  daha  geniş  prospektə  çıxdı. 

Dərhal səkiləri axtarmağa başladı. 

O, hökmən burdadır! 

Yağış  dayanmışdı.  Lenqdon  durduğu  yerdən 

rahatlıqla  yaxşı  işıqlandırılmış  küçəni  görə  bilirdi. 

Burada heç gizlənməyə də yer yox idi. 

Amma  Sienna  yoxa  çıxmışdı.  Lenqdon  təngnəfəs 

halda əlləri ətəyindən uzun islaq küçəni axtarırdı. Küçədə 

dayanacaqdan  təzəcə  aralanmış  avtobusdan  başqa 

hərəkət edən heç nə yox idi. 

Doğrudanmı, Sienna avtobusa minib? 

Bu, çox riskli qərar idi. Hamının onu axtardığı halda 

Sienna  özünü  bu  cür  tələyə  salardımı?  Amma  digər 

tərəfdən 

döngəni burulanda onu heç kim görməmişdisə, elə həmin 

an dayanacaqdan çıxan avtobusa niyə minməsin ki... 

Mümkün idi. 

Avtobusun kabinəsinin yuxarısında işıqlı lövhədə son 

dayanacağın adı yazılmışdı: QALATA. 

Lenqdon  tələsik  qabaqdakı  restoranın  qarşısında 

dayanmış yaşlı kişiyə yaxınlaşdı. Kişinin əynində naxışlı 

uzun köynək, başında ağ çalma var idi. 

“Üzr  istəyirəm”,  -  Lenqdon  təngnəfəs  halda  dedi.  - 

downloaded from KitabYurdu.org




689 

 

“İngiliscə bilirsinizmi?” 



“Əlbəttə”,  -  kişi  Lenqdonun  tonundan  qətiyyən  - 

təsirlənmədi. 

“Qalata?! Yer adıdır?” 

“Qalata?”  -  kişi  cavab  verdi.  -  “Qalata  körpüsü? 

Qalata qalası? Qalata limanı?” 

Lenqdon  aralanan  avtobusa  işarə  etdi.  “Qalata! 

Avtobus hara gedirsə mənə ora lazımdır!” 

Çalmalı  kişi  avtobusa  baxıb  bir  anlıq  düşündü. 

“Qalata  körpüsü”,  -  o  dedi.  “Köhnə  şəhərdən  çıxıb  su 

yolundan keçir”. 

Lenqdon  ah  çəkdi.  Siennanı  görmək  ümidilə  yenə 

küçəyə  göz  gəzdirdi.  Artıq  hər  tərəfdən  sirena  səsləri 

eşidilirdi. 

“Nə olub?” - kişi narahat halda soruşdu. “Yaxşısınız?” 

Lenqdon  uzaqlaşan  avtobusun  dalınca  bir  də  baxdı. 

Bu, qumar kimi bir oyundu. Lakin başqa yolu yox idi. 

“Yox”, - Lenqdon cavab verdi. - “Təcili bir iş var və 

mənə sizin köməyiniz lazımdır”. 

Elə  bu  an  səkiyə  gümüşü  rəngli  Bentley  avtomobili 

yaxınlaşdı. Restoranın xidmətçisi maşından düşdü. 

“Sizin maşınınızdır?” 

“Hə, amma...” 

“Mənə maşın lazımdır”, - Lenqdon dedi. - “Bilirəm, 

downloaded from KitabYurdu.org




690 

 

siz  məni  birinci  dəfədir  görürsüz,  lakin  çox  faciəli  bir 



vəziyyət yaranıb. Ölüm-dirim məsələsidir”. 

Çalmalı  kişi  diqqətlə  professorun  gözünün  içinə 

baxdı.  Sanki  ürəyini  oxumağa  çalışırdı.  Nəhayət, 

dilləndi: “Minin maşına!” 

Bentley  hərəkətə  gələn  kimi  Lenqdon  qeyri-ixtiyari 

oturacaqdan  yapışdı.  Hiss  olunurdu  ki,  kişi  təcrübəli 

sürücüdü, 

həm də avtobusa çatmaq üçün maşınların arasından külək 

kimi ötüb keçmək ona zövq verir. 

Cəmi üç məhəllə kvartal keçməmişdi ki, Bentley artıq 

düz  avtobusun  arxasında  idi.  Lenqdon  mümkün  qədər 

irəli əyilib avtobusun arxa pəncərəsindən içəri baxmağa 

çalışdı.  İçəridə  işıq  solğun  idi.  Lenqdon  yalnız 

sərnişinlərin dumanlı siluetlərini sezə bilirdi. 

“Avtobusu  gözdən  qaçırmayın,  xahiş  edirəm”,  - 

Lenqdon dedi. “Telefonunuz varmı?” 

Kişi  cibindən  mobil  telefonunu  çıxarıb  sərnişininə 

uzatdı.  Lenqdon  ürəkdən  təşəkkür  etsə  də,  kimə  zəng 

vurmaq  lazım  gəldiyini  bilmirdi.  Nə  Sinskey,  nə  də 

Brüderin telefon nömrəsini bilirdi. ÜST-nin İsveçrədəki 

ofisinə zəng vurmaq isə vaxt alardı. 

“Yerli  polisə  necə  zəng  vura  bilərəm?”  Lenqdon 

soruşdu. 

downloaded from KitabYurdu.org




691 

 

“1-5-5”,  -  kişi  cavab  verdi.  -  “İstanbulun  istənilən  - 



yerindən”. 

Lenqdon  üç  nömrəni  yığdı  və  gözlədi.  Xətdə  cavab 

verən  yox  idi.  Nəhayət  ki,  həm  türk  həm  də  ingiliscə 

danışan 


avtocavabm  səsi  eşidildi.  Zəng  çoxluğundan  Lenqdon 

gözləməli 

olacaqdı.  Lenqdon  bunun  səbəbinin 

sisterndəki qarışıqlıq olub- olmadığını fikirləşirdi. 

Batmış sarayda, çox güman ki, qiyamət qopmuşdu. O, 

suda  qalan  Brüderi  xatırladı.  Görəsən,  Brüder  nə 

tapmışdı?! Lenqon bu sualın cavabını təxmin edə bilərdi. 

Sienna suya ondan qabaq enmişdi. 

İrəlidə  avtobusun  əyləc  işıqları  yandı,  avtobus 

dayanacaqda  saxladı.  Bentleyin  sürücüsü  də  maşını 

saxladı, avtobusla arasındakı məsafə on beş metr olardı. 

Bu, avtobusa minib-düşən sərnişinləri görmək üçün yaxşı 

məsafə  idi.  Dayanacaqda  düşən  üç  sərnişindən  heç 

birinin  Sienna  olmadığına  əmin  olsa  da,  Lenqdon 

diqqətlə onların üzlərinə baxırdı. 

Yenə gözlərini avtobusun arxa şüşəsinə zillədi. Şüşə 

tünd  olsa  da,  içəri  artıq  tam  işıqlanmışdı.  Lenqdon 

sərnişinləri indi aydın görə bilirdi. O, irəli əyilib demək 

olar ki, üzünü Bentleyin ön şüşəsinə söykədi və Siennanı 

axtardı. 

downloaded from KitabYurdu.org



692 

 

Kaş bu qumarda uduzmayım! 



Lenqdon onu gördü. 

Avtobusun  lap  quyruğunda  incə  çiyinlər  üzərində 

aşağı əyilmiş keçəl baş. 

Bu ancaq Sienna ola bilərdi. 

Avtobus hərəkətə düşəndə içəridə işıqlar sönüb-yandı. 

Həmin an keçəl baş çevrilib arxa pəncərəyə baxdı. 

Lenqdon  aşağı  əyildi,  Bentleyin  içində  özünü 

gizlətməyə çalışdı. Görəsən, məni gördü? Onun çalmalı 

sürücüsü də artıq hərəkətə keçmişdi. 

Yol üzüsuya doğru düşürdü. Lenqdon irəlidə su boyu 

uzanan alçaq körpünün işıqlarını görürdü. Körpünün üstü 

maşınla  dolu  idi.  Girişin  qarşısındakı  meydanda  isə 

yüzlərlə adam var idi. 

“Ədviyyat  bazandır”,  -  kişi  dilləndi.  -  “Yağışlı 

günlərdə çox məşhur olur”. 

Kişi  suyun  kənarına  işarə  etdi.  İstanbulun  ən  gözəl 

məscidlərindən  biri  olan  Yeni  Məscidin  -  Lenqdon 

hündür  minarələri  görüb  yanılmadığına  ümid  etdi  - 

kölgəsinə  sığman  uzun  bir  bina.  Ədviyyat  bazarı 

Amerikanın əksər bazarından 

böyük  idi.Geniş  tağlı  qapıdan  girib-çıxan  insan  axını 

aydın görünürdü. 

“Alo?!”  maşını  zərif  səs  bürüdü.  “Acil  durum! 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə