Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə143/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   139   140   141   142   143   144   145   146   ...   157

683 

 

Orkestrin səsi bir az da ucadan gəlirdi. 



Brüderin  səsi  bu  dəfə  daha  aydın  eşidildi, 

“...təkrarlayıram... virus yayılıb!” 

Sinskeyin başı gicəlləndi. Az qaldı yerə yıxılsın. Axı 

bu necə ola bilər?! 

“Torba əriyib”, - Brüderin səsi eşidildi. - “Virus artıq - 

sudadır!” 

Dr. Sinskeyi soyuq tər basdı; o, gözlərini döşəmədən 

qaldırıb  qarşısında  açılan  mənzərənin  hara  olduğunu 

anlamağa çalışdı. Qırmızı rəng altında parlayan, yüzlərlə 

sütundan  ibarət  geniş  gölməçə.  Ən  əsası,  o,  adamlan 

görürdü. 

Yüzlərlə adam. 

Sinskey baş verənlərdən xəbərsiz olan kütləyə baxdı. 

Onlar  Zobristin  yeraltı  tələsinin  qurbanları  idilər.  O, 

instinktiv olaraq hərəkət etdi. 

“Agent  Brüder,  qayıt.  İnsanları  dərhal  evakuasiya 

etməyə başlamalıyıq”. 

Brüderin cavabı gecikmədi. 

“Qəti şəkildə yox!” - Qapılan bağlayın! Buradan bir 

nəfər də çıxmamalıdır!” 

Ümumdünya  Səhiyyə  Təşkilatının  direktoru  kimi  o, 

əmrlərinin müzakirəsiz icrasına öyrəşmişdi. Bir anlıq o, 

MHD  agentinin  sözlərini  yanlış  başa  düşdüyünü  zənn 

downloaded from KitabYurdu.org




684 

 

etdi. Qapıları bağlamaq?! 



“Dr. Sinskey!” - Brüder qışqırdı. - “Məni eşidirsiniz?! 

Xaraba qalmış qapıları bağlayın!” 

Brüder əmrini təkrarladı, amma buna ehtiyac yox idi. 

Sinskey  bilirdi  ki,  o  haqlıdır.  İstənilən  mümkün 

pandemiya  zamanı  lokallaşdırma  ən  ağlabatan  üsul  idi. 

Sinsket  qeyri-iradi  əlini  atıb  həmaili  boyunbağısından 

yapışdı.  Çoxluğu  xilas  etmək  üçün  azlığı  qurban  ver. 

Çətinliklə  də  olsa,  ratsiyanı  ağzına  yaxınlaşdırdı. 

“Aydındır,  agent  Brüder.  Qapıların  bağlanması  əmrini 

verirəm!” 

Sinskey  qapıların  bağlanması  əmrini  vermək  üçün 

çölə çıxmaq istədiyi an adamların arasında bir canlanma 

hiss etdi. 

Qara  çadraya  bürünmüş  bir  qadın  sürətlə  qaçır,  bu 

zaman qarşısına çıxan hər kəsi itələyirdi. Rübəndli qadın 

düz Sinskeyə doğru gəlir, çıxışa tələsirdi. 

Kimsə  onun  dalınca  düşüb,  Sinskey  hiss  etdi.  Bu 

zaman qadının arxasınca qaçan kişini sezdi. 

Sinskey sanki dondu. Bu ki, Lenqdondur! 

Sinskey  çadralı  qadına  baxdı.  O,  qaça-qaça  türkcə 

nəsə  qışqırırdı. Sinskey  türkcə danışmasa  da, adamların 

təlaşlı  reaksiyasından  qadının  “Yanğın!”  dediyini  zənn 

etdi. Təşviş çox sürətlə yayıldı və birdən çadralı qadın və 

downloaded from KitabYurdu.org




685 

 

Lenqdonla  bərabər,  hamı  pilləkənə  doğru  tələsməyə 



başladı. 

Sinskey  çevrilib  gələn  axma  baxdı  və  əmrini 

təkrarladı. 

“Qapıları  bağlayın!”  -  Sinskey  bağırdı.  -  “Sisterni 

qapayın! DƏRHAL!” 

Lenqdon fırlanıb çatanadək Sinskey artıq pilləkənləri 

yarıyadək  qalxmışdı,  indi  dəli  kimi  qışqıra-qışqıra 

qapıların  bağlanmasını  əmr  edirdi.  Nəm  və  ağır  çadra 

Siennanı yubatsa da, o, artıq pilləkənlərə çatmışdı. 

Lenqdon  arxadan  onu  izləyən  həyəcanlı  kütlənin 

uğultusunu hiss edirdi. 

“Çıxışı bağlayın!” Sinskey yenə qışqırdı. 

Lenqdonun  uzun  ayaqlan  bir  dəfəyə  üç  addım  irəli 

atılırdı, Siennaya yaxınlaşmağa lap az qalmışdı. Yuxanda 

isə sistemin ağır qapılan içəriyə bağlanırdı. 

Çox ləng bağlanır. 

Sienna  Sinskeyi  ötdü,  yanından  keçəndə  çiynindən 

yapışıb  arxaya  itələdi.  Sinskey  dizi  üstə  irəli  yıxıldı. 

Onun  sevimli  həmaili  sement  pilləkənlərə  dəyib  ikiyə 

bölündü.  Lenqdon  yıxılan  qadına  yardım  etmək 

instinktinə məhəl qoymayıb Sinskeyin yanından keçdi. 

Sienna  ondan  yanmca  metr  aralı  idi,  Lenqdon  əlini 

uzatsa,  onu  tuta  biləcəkdi.  Qapılar  asta  bağlandığından 

downloaded from KitabYurdu.org




686 

 

Sienna zərif bədənini qapının aralı qalan dar hissəsindən 



çölə ata bildi. 

Çıxdığı  an  çadrası  rəzəyə  ilişdi.  Sienna  ortada 

qalmışdı.  Məngənədən  qurtulmağa  çalışdığı  zaman 

Lenqdon  əlini  atıb  onun  çadrasından  yapışdı  və  özünə 

tərəf dartdı. Lakin birdən yüngül və nəm çadranın əlində 

qaldığını hiss etdi. 

Qapılar taybatay bağlandı, Lenqdon son anda əllərini 

çəkə bildi. Arasında parça qaldığından çöldəkilər qapını 

tam bağlaya bilmirdilər. 

Lenqdon  dar  yarıqdan  Sienna  Bnıksun  adamla  dolu 

küçədə  qaçdığını  gördü.  Küçənin  işıqlan  onun  keçəl 

başını  parıldadırdı.  O,  həmin  gödəkcədə  və  mavi  cins 

şalvarda idi. Lenqdon xəyanətin acı dadını hiss edirdi. 

Amma bu hiss bir an çəkdi. Güclü bir axın onu qapıya 

sıxırdı. 

Kütlə qapıya çatmışdı. 

Pilləkənləri 

qorxu 


və 

çaşqınlıq  dolu  səslər 

bürümüşdü.  Lenqdon  kürəyinin,  boynunun  sıxıldığını 

hiss  edirdi.  Qabırğaları  qapıya  doğru  basıldıqca  kəskin 

ağrı  verirdi.  Birdən  qapı  dözməyib  açıldı,  Lenqdon 

şampan şüşəsindən partlayıb çıxan mantar kimi gecənin 

ortasına  düşdü.  O,  maşın  yoluna  yıxılmaqdan  özünü 

güclə  saxladı.  Arxasınca  isə  insan  dəstəsi  küçəyə 

downloaded from KitabYurdu.org



687 

 

axışaraq, yuvası zəhərlənmiş qanşqalar kimi xilas olmağa 



çalışırdı. 

MHD  dəstəsi  səs-küyü  eşidib  binanın  arxasından 

çıxdı. Onların geyimi və əleyhqazları ətrafdakılan bir az 

da vahimələndirirdi. 

Lenqdon  çevrilib  Siennanı  axtarmağa  başladı. 

İşıqforlar  və  çaşqın  adamlardan  başqa  heç  nə  görə 

bilmirdi. Qəfildən özündən solda küçənin qurtaracağında 

parlayan  keçəl  başı  süzdü.  Sienna  adamları  yarıb 

döngədə gözdən itdi. 

Lenqdon arxaya boylandı. Bəlkə Sinskey, polis və ya 

MHD agentlərindən birini görə bildi. 

Heç kim gözə dəymirdi. 

Lenqdon başa düşdü ki, tək hərəkət etməlidir. 

Tərəddüd etmədən, Siennanın arxasınca götürüldü. 

Aşağıda, sisternin dərinliyində isə agent Brüder suyun 

içində  dayanmışdı.  Artan  təşviş  səsi  qaranlıq  boyu  ona 

doğru  gəlirdi.  Turistlər,  musiqiçilər  yuxan  qalxıb 

canlanm qurtarmağa çalışırdılar. 

Qapılan  bağlaya  bilmədilər,  Brüder  qorxu  içində 

fikirləşirdi. Lokallaşdırma baş tutmadı. 

94 

fəsil 


Robert Lenqdonun qaçmaqla arası yox idi, amma illərlə 

üzgüçülüklə  məşğul  olması  onun  ayaqlarını  güclü 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə