Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə139/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   135   136   137   138   139   140   141   142   ...   157

663 

 

“Batan sarayda”, - Mirsat dedi, - “deyəsən, bu axşam 



konsert var”. 

Sinskey qulaqlarına inanmırdı. “Sistemdə konsert?!” 

“İçəri  çox  böyükdür”,  -  o  dedi.  “Ordan  çox  tez-tez 

mədəni mərkəz kimi istifadə olunur”. 

Brüderə eşitdikləri, deyəsən, bəs etmişdi. O, Alemdar 

prospektində qaynayan nəqliyyata fikir vermədən tələsik 

binaya  tərəf  yeriməyə  başladı.  Sinskey  və  digərləri  də 

onun arxasınca tərpəndilər. 

Sistemin  girişinə  çatanda  qapının  ağzını  kəsən 

tamaşaçılar  içəri  girmək  üçün  növbə  gözləyirdilər  -  üç 

çadralı  qadın,  əl-ələ  tutan  əcnəbi  cütlük  və  smokin 

geyinmiş bir kişi. Onlar yağışdan qorunmaq üçün qapının 

ağzına toplaşmışdılar. 

Sinskey  aşağıdan  gələn  klassik  musiqi  sədalarını 

eşidirdi. Berlioz, orkestrin özünəməxsus səsindən təxmin 

etdi.  Amma  hər  nə  idisə,  İstanbul  küçələrində  Avropa 

klassikası,  onun  nəzərində  yersiz  səslənirdi.  Qapıya 

yaxınlaşanda aşağıdan 

yuxarı  vuran  mülayim  mehi  hiss  etdilər.  Meh  yerin 

altından üstünə əsir, bağlı mağaradan xilas olurdu. Külək 

skripkaların  səsi  ilə  yanaşı,  yuxan  nəmişlik  qoxusu  və 

insanlann bir-birinə qarışmış ətirlərini də gətirirdi. 

Sinskeyə isə həm də pis bir hadisənin xəbərini verirdi. 

downloaded from KitabYurdu.org




664 

 

Pilləkəndə bir qrup turist göründü. Onlar binanı tərk 



edə-  edə  həvəslə söhbət  edirdilər. Qapıçı növbəti  qrupu 

içəri buraxdı. 

Brüder  yaxınlaşıb  içəri  keçmək  istəsə  də,  qapıçı 

nəzakətlə  onun  qarşısını  kəsdi.  “Bir  dəqiqə,  cənab. 

Sistem müəyyən tutuma malikdir. Başqa bir ziyarətçinin 

çıxması  bir  dəqiqədən  çox  vaxt  almayacaq.  Təşəkkür 

edirəm”. 

Brüder  güc  göstərib  irəli  girmək  istəyirdi,  amma 

Sinskey əlini onun çiyninə qoyub kənara dartdı. 

“Gözlə”, - o, əmr etdi. “Sənin dəstən yoldadır, onsuz 

ki, buranı tək axtara bilməyəcəksən”. O, qapının yanında 

divara  vurulmuş  lövhəyə  işarə  etdi.  “Sistern  çox 

böyükdür”. 

Məlumat  lövhədə  kafedral  ölçülü  yeraltı  otağın  - 

hardasa  iki  futbol  meydançası  uzunluğunda  - 

hündürlüyünün on min 

kvadrat  metrə  çatdığı  yazılmışdı.  Tavan  336  sütunun 

üzərində dayanır. 

“Bura baxın”, - bir az aralıda dayanan Lenqdon dedi. 

- “İnanmayacaqsınız!” 

Sinskey çevrildi. Lenqdon divardakı afişaya işarə etdi. 

Aman, Allahım! 

ÜST-nin  direktoru  musiqinin  romantik  tərzini  təyin 

downloaded from KitabYurdu.org




665 

 

etməkdə haqlı olsa da, ifa edilən parça Berliozun deyildi. 



Bu,  başqa  bir  romantik  bəstəkara  məxsus  idi  -  Franz 

Liszt. 


Bu  gecə  yerin  altında  İstanbul  Dövlət  Simfonik 

Orkestri Franz Lisztin məşhur əsərlərindən birini - Dante 

simfoniyası  -  ifa  edirdi.  Bəstə  bütövlükdə  Dantenin 

cəhənnəmə enməsi və oradan çıxmasına həsr edilib. 

“Artıq bir həftədir əsər burada ifa olunur”, - Lenqdon 

afişanı  oxuyurdu.  -  “Pulsuz  konsert.  Anonim  sponsor 

tərəfindən maliyyələşdirilib”. 

Sinskey  anonim  sponsorun  kimliyini  təxmin  edirdi. 

Bertrand  Zobristin istedadı qəddar strategiya  seçimində 

də  özünü  göstərirdi.  Həftəboyu  verilən  pulsuz  konsert 

minlərlə 

turisti sisternə cəlb edəcək və onlar zəhərli havanı udaraq 

öz vətənlərinə geri qayıdacaqdılar. 

“Cənab?” - qapıçı Brüderi səslədi. - “Bir neçə nəfərlik 

- yerimiz var”. 

Brüder Sinskeyə tərəf çevrildi. “Yerli hüquq mühafizə 

orqanlarını  çağırın.  Orada  nə  tapdığımızdan  asılı 

olmayaraq,  əlavə  qüvvəyə  ehtiyac  olacaq.  Qrupum 

gələndə  qoy  radio  ilə  mənə  xəbər  versinlər.  Mən  aşağı 

düşüb  Zobrsitin  kürəni  yerləşdirdiyi  yeri  tapmağa 

çalışacağam”. 

downloaded from KitabYurdu.org




666 

 

“Əleyhqazsız?” - Sinskey soruşdu. - “Biz əmin deyilik 



ki,  solublon  torba  hələ  əriməyib”.  -  Brüder  aşağıdan 

gələn  mülayim  mehə  işarə  etdi.  -  “Bunu  demək  çox 

ağırdır, amma əgər infeksiya yayılıbsa, mənə elə gəlir ki, 

artıq bütün şəhər yoluxub”. 

Sinskey  də  onun  dediklərini  düşünürdü,  amma 

Lenqdonla Mirsatın yanında dilə gətirmək istəmirdi. 

“Həm də”, - Brüder dedi, - “mənim adamlarım xüsusi 

kostyumlarda  içəri  girsələr,  kütlə  çaşacaq.  Hamı 

təlaşlanacaq, araya qarışıqlıq düşəcək”. 

Sinskey  Brüderlə  razılaşdı.  İstənilən  halda  o, 

mütəxəssis  idi  və  eyni  vəziyyətlə  əvvəllər  də 

qarşılaşmışdı. 

“Bizim  yeganə  yolumuz”,  -  Brüder  ona  dedi,  - 

“aşağıda kürənin hələ bütöv olduğunu düşünmək və buna 

uyğun hərəkət etməkdir”. 

“Yaxşı”, - Sinskey dedi. - “İşə başlayın”. 

“Başqa bir problem də var”, - Lenqdon müdaxilə etdi. 

- “Bəs Sienna necə olsun?” 

“Necə  yəni  necə  olsun?”  -  Brüder  dedi.  -  “Onun 

İstanbula gəlməkdə məqsədi nə olursa olsun, dil sandan 

çox bacarıqlıdır və çox güman ki, türkcə danışa da bilir”. 

“Sonra?” 

“Sienna  şerin  batan  saraya  işarə  etdiyini  bilir”,  - 

downloaded from KitabYurdu.org




667 

 

Lenqdon  dedi.  -  “Və  türkcə  batan  saray...  “  O,  qapıdan 



asılmış  “Yerebatan  saray”  işarəsinə  baxdı.  “...  buranı 

göstərir”. 

“Bu doğrudur”, - Sinskey razılaşdı. - “Ola bilər, bunu 

bildiyindən Ayasofyaya girmədən birbaş bura gəlib”. 

Brüder  qapıya  baxıb  dərindən  nəfəs  aldı. 

“Buradadırsa  belə,  planı  da  solublon  torbanı  biz  ələ 

keçirməzdən əvvəl 

parçalamaqdırsa,  əminəm  ki,  bura  təzə  çatıb.  Bura  çox 

böyükdür, və yəqin ki, o, hara baxmalı olduğunu bilmir. 

Ətrafda bu qədər adam olduğunu nəzərə alsaq isə o, dəqiq 

suyun içinə girməyəcək”. 

“Ser?”  -  qapıçı  yenə  onu  çağırdı.  -  “İçəri  girmək  - 

istəyirsinizim?” 

Brüder başqa bir qrupun qapıya yaxınlaşdığını görüb 

qapıçıya başı ilə işarə etdi ki, gəlir. 

“Mən də sizinlə gəlirəm”, - Lenqdon dedi. 

Brüder çevrilib onun üzünə baxdı. - “Heç bir halda”. 

Lenqdonun  səsi  ciddiləşdi.  -  “Agent  Brüder,  indi  bu 

vəziyyətə  düşməyimizin  səbəblərindən  biri  də  Sienna 

Bruksun bütün günü mənimlə oynamasıdır. Və dediyiniz 

kimi  bəlkə  də  hamımız  artıq  yoluxmuşuq.  Siz  istəsəniz 

də, istəməsəniz də, kömək edəcəyəm”. 

Brüder ona baxdı və yumşaldı. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə