Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə135/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   131   132   133   134   135   136   137   138   ...   157

644 

 

kişi idi. “Mənim üçün böyük fəxrdir”. 



“Yox, bizim üçün böyük fəxrdir”, - Lenqdon Mirsatm 

əlini  sıxaraq  dedi.  -  “Qonaqpərvərliyiniz  və  qısa  bir 

vaxtda buraya gəlib bizimlə görüşü qəbul etdiyiniz üçün 

sizə minnətdarıq”. 

“Başqa necə ola bilərdi!” 

“Mənim  adım  Elizabet  Sinskeydir”,  -  Dr.  Sinskey 

Mirsatm əlini sıxdı və Brüderə işarə ilə davam etdi. - “Bu 

isə  Kristof  Brüderdir.  Biz  professor  Lenqdonm 

yoldaşlanyıq. Təyyarəmiz 

gecikdiyi  üçün  üzrlü  sayın.  Bizə  vaxt  ayıra  bildiyinizə 

görə minnətdaram”. 

“Nə minnətdarlıq?! Professor Lenqdona görə istənilən 

saatda  şəxsi  tur  təşkil  edə  bilərəm.  Onun  “Müsəlman 

aləmində  xristian  simvolları”  adlı  balaca  kitabı  bizim 

muzeyin hədiyyə dükanında ən çox satılan əşyadır”. 

Doğrudan? Lenqdon fikirləşdi. İndi dünyada o kitabı 

satan yeganə yerin hara olduğunu da bildim. 

“Başlayaq?” Mirsat onlan binaya dəvət etdi. 

Qrup  kiçik  açıqlıqla  irəliləyərək  adi  turist  keçidini 

geridə qoydu və vaxtilə binanın əsas girişi kimi fəaliyyət 

göstərən geniş bürünc qapılara tərəf getdi. 

İki silahlı gözətçi onları gözləyirdi. Mirsatı görən kimi 

qapılardan birinin kilidini açdılar. 

downloaded from KitabYurdu.org




645 

 

“Sağ  olun”,  -  Mirsat  Lenqdona  tanış  olan  türk 



ifadələrindən  birini  işlətdi.  Bu  söz  “təşəkkürün”  ən 

nəzakətli  formalarından  biri  idi.  Qrup  içəri  daxil  oldu. 

Gözətçilər ağır qapılan onlann arxasınca bağladıqda səs 

daş binada əks-səda verdi. 

Lenqdongil  Ayasofyanm  narteksində  -  kilsələrə 

məxsus olan, müqəddəslər və kafirlər arasında memarıq 

səddi sayılan hissədə dayanmışdılar. 

Dini xəndəklər, Lenqdon onları bu cür adlandırırdı. 

Qrup  digər  qapıya  yaxınlaşdı,  Mirast  onu  da  açdı. 

Qapı  Lenqdonun  gözlədiyi  kimi  səcdəgaha  deyil, 

birincidən  bir  qədər  böyük  olan  ikinci  narteksə  açıldı. 

Esonarteks,  Lenqdon  Ayasofyanm  səcdəgahının  xarici 

dünyadan iki səviyyədə qorunduğunu az qala unutmuşdu. 

Ziyarətçini  bir  növ  qarşıda  gözlənilənə  hazırlamaq 

üçün  esonarteks  narteksdən  daha  bəzəkli  idi.  Divarları 

qəşəng  şamdanların  işığında  parlayan  zağlı  daşdan 

tikilmişdi.  Qarşıdakı  boş  hissənin  ən  uzaq  küncündə 

üzərində  gözəl  mozaikası  olan  dörd  qapı  var  idi.  Bu 

qapılar Lenqdonun diqqətini dərhal cəlb eləmişdi. Mirsat 

ən böyük - sütunlu və bürünc haşiyəli qapıya yaxınlaşdı. 

“İmperator  darvazaları”,  -  Mirsat  həyəcan  dolu  tonda 

pıçıldadı.  -  “Bizans  dövründə  bu  qapı  yalnız  imperator 

üçün  açılıb  bağlanarmış.  Turistlər  adətən,  burdan 

downloaded from KitabYurdu.org




646 

 

keçmirlər, lakin bu axşam istisna haldır”. 



Mirsat  əlini  qapıya  uzatdı,  sonra  dayandı.  - 

“Girməzdən  öncə”,  -  o,  pıçıltı  ilə  davam  etdi,  -  “icazə 

verin soruşum, içəridə görmək istədiyiniz xüsusi bir yer 

varmı?” 


Lenqdon, Sinskey və Brüder bir-birlərinə baxdılar. 

“Bəli”, - Lenqdon dedi. - “Görmək istədiyimiz çox yer 

var. amma biz Enrico Dandolonun məzarından başlamaq 

istəyirik”. 

Mirsat dəqiq eşitməyibmiş kimi başını tərpətdi. “Üzr 

istəyirəm? Siz dediz ki... Dandolonun məzannı görmək - 

istəyirsiniz?” 

“Elədir ki var”. 

Mirsat  çaşqın  göründü.  “Axı...  Dandolonun  məzarı 

çox  sadədir,  ser.  Heç  bir  simvol  yoxdur.  Burda  ondan 

maraqlıları çoxdur”. 

“Bilirəm”,  -  Lenqdon nəzakətlə  cavab verdi.  -  “Bizi 

oraya apara bilsəniz, sizə minnətdar olarıq”. 

Mirsat  zəndlə  Lenqdona  baxdı,  sonra  gözlərini 

qapının  üzərindəki  mozaikaya,  Lenqdonun  bayaqdan 

heyranlıqla baxdığı tərəfə çevirdi. IX əsrə aid mozaikada 

Pantokrator (hər şeyi qoruyan) Məsih təsvir olunmuşdu - 

sol əlində Əhdi-Cədid 

tutmuşdu, sağ əli ilə isə xeyir-dua verirdi. Birdən bələdçi 

downloaded from KitabYurdu.org




647 

 

sanki  nəyisə  başa  düşdü,  Mirsatın  dodaqlan  qaçdı. 



Barmaqlarını  havada  yelləyərək  dedi:  “Ağıllı  adamsız! 

Çox 


ağıllı 

adamsız!” 

Lenqdon 

təəccübləndi: 

“Anlamadım?” 

“Narahat olmayın, professor”, - Mirsat pıçıltı ilə dedi. 

- “Sizin bura səfərinizin əsl səbəbini heç kimə demərəm”. 

Sinskey və Brüder təəccüb dolu nəzərlərlə Lenqodona 

baxdılar. 

Lenqdon  çiyinlərini  çəkdi.  Bu  zaman  Mirsat  onlar 

üçün qapını açıb içəri tələsirdi. 

88 


fəsil 

Çoxlarının dünyanın səkkizinci möcüzəsi adlandırdığı bu 

yerdə  dayanan  Lenqdon  bu  iddianı  müzakirə  etmək 

niyyətində deyildi. 

Onlar sütunlu səcdəgahın kandarını keçəndə Lenqdon 

bir daha əmin oldu ki, Ayasofyanın mükəmməlliyini dərk 

etmək üçün ziyarətçilərə bircə an kifayətdir. 

Bu  otaq  genişliyilə  Avropanın  ən  böyük  kilsələrini 

belə  geridə  qoya  bilərdi.  Lenqdon  onun  böyüklüyünü 

daha da qabardan cəhətin Bizans döşəmə quruluşuna xas 

nüans  olduğunu  bilirdi.  Sonralar  kilsələrdə  dəb  halını 

alan  xaçabənzər  formadan  fərqli  olaraq,  bu  otağın 

mərkəzindəki naos ona dördkünc forma verirdi. 

Bu  bina  Notr-Dam-dan  yeddi  yüz  il  böyükdür, 

downloaded from KitabYurdu.org



648 

 

Lenqdon - xatırladı. 



Otağın  ölçüsünü  qavramaq  üçün  bir  anlığa  ayaq 

saxlayan  Lenqdonun  gözləri  yuxan  -  45  metrdən  çox 

hündürlükdə 

yerləşən  qızılı  günbəzə  tərəf  çevrildi.  Mərkəzdən 

baxdıqda gün şüasını xatırladan qırx mil dairəvi formada 

qırxtağlı  pəncərəyə  uzanır.  Gündüz  saatlarında  bu 

pəncərələrdən 

içəri 


düşən  işıq  içəridəki  qızılı 

kirəmitlərdə 

əks  olunur  -  ordan  da  şüşənin 

hissəciklərində  əks  olunaraq  -  Ayasofyanı  məşhur  edən 

mistik işığı əmələ gətirir. 

Lenqdon  bu  parlaq  auranı  tam  şəkildə  əks  etdirən 

yeganə  bir  əsər  tanıyır.  John  Singer  Sargent.  Heç 

təəccüblü deyil ki, amerikalı rəssam Ayasofyanm məşhur 

rəsmini  yaratmaq  üçün  palitrasındakı  rəng  seçimini  bir 

rəngədək azaltmış və onun müxtəlif çalarlanndan istifadə 

etmişdi. 

Qızılı. 


Parlaq  qızılı  günbəzi  adətən,  “cənnətin  günbəzi”  də 

adlandırırlar.  O,  çoxlu  yarımgünbəz  və  qavalların 

yaratdığı dörd böyük tağın üzərində yerləşir. Hətta onları 

da  özlüyündə  daha  xırda  yanmgünbəzlər  və  arkalar 

qoruyur  ki,  bu  da  memarlıq  işinin  şəlalətək  cənnətdən 

yerə axması təəssüratını oyadır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə