Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə132/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   128   129   130   131   132   133   134   135   ...   157

630 

 

oradan isə üzüşimala - Qızılı buynuza gedirdi. Bir qədər 



yuxarıda isə osmanlıların istinadgahı olan Topqapı sarayı 

yerləşir.  Bosfor  körfəzinin  ətrafında  strateji  mövqeyə 

malik olan saray turistlərin ən sevimli məkanlarından biri 

sayılır.  Buraya  gələnlər  həm  mənzərə,  həm  də  osmanlı 

xəzinəsindən ibarət kolleksiyanı izləməkdən böyük zövq 

alırlar. Kolleksiyaya Məhəmməd Peyğəmbərə aid olduğu 

iddia edilən örtük və qılınc da daxildir. 

Biz  sarayadək  getməyəcəyik,  Lenqdon  bilirdi. 

Ayasofya uzaqda deyildi, şəhərin mərkəzində yerləşirdi. 

Kennedi prospektindən çıxıb sıxlıq olan şəhərə daxil 

olurdular.  Lenqdon  küçə  və  səkilərdə  gəzişən  insanlara 

baxdıqca bir daha gün ərzindəki söhbətlərinin mövzusu 

barədə düşünürdü. 

İnsan artımı. 

Vəba. 

Zobristin əxlaqsız təşəbbüsləri. 



Lenqon MHD-nin missiyasının nədən ibarət olduğunu 

anlasa  da,  onun  mahiyyətini  məhz  indi  dərk  etdi.  Biz 

episentrə 

gedirik.  O,  sarımtıl-qəhvəyi  mayenin  asta-asta  həll 

olunduğunu  təsəvvür  etdikcə  bu  işə  özünün  də 

qarışdığına heyrətlənirdi. 

Dantenin ölüm maskasının arxasında tapdıqları qəribə 

downloaded from KitabYurdu.org




631 

 

şeir  Lenqdonu  buraya  -  İstanbula  gətirmişdi.  MHD 



dəstəsini də Ayasofyaya özü yönləndirmişdi və bilirdi ki, 

mənzil başında ən məsuliyyətli iş yenə onu gözləyir. 

Müqəddəs  hikmətlə  dolu  qızılı  museyonda  diz  çök,  və 

qulaqlarını yerə qoy, damcılayan suyun səsini dinlə. 

Batan sarayın dibinə en ... 

burada, qaranlığın içində xtonik əjdaha gözləyir 

ulduzları əks etdirməyən... 

gölməçədəki qan qırmızı sular 

Lenqdon  Dantenin  “Cəhənnəm”indəki  axırıncı 

nəğmənin  də  eyni  sonluqla  bitdiyini  xatırlayıb  yenidən 

özünü  narahat  hiss  etdi:  yeraltı  dünyaya  enən  uzun 

yoldan  sonra,  Dante  və  Virgili  cəhənnəmin  ən  aşağı 

nöqtəsinə  çatırlar.  Buradan  çıxmağa  yol  olmur,  onlar 

ayaqlan altındakı daşların altından damcılayan 

suyun  səsini  eşidirlər,  çatlar,  oyuqlar  arasından  sızan 

suyun dalınca gedirlər... nəticədə əmniyyətə qovuşurlar. 

Dante yazırdı: “Aşağıdakı sarayı hələ ki... heç bir göz 

görməyib, lakin dayaz çaylardakı suyun səsi ilə... gizli bir 

yolla  bələdçimlə  mən  addımlayaraq  qayıdırıq  işıqlı 

dünyaya”. 

Dantenin  bu  səhnəsi  Zobristin  şeri  üçün  ilham 

olmuşdu. Hərçənd, Zobrist hər şeyi başıaşağı çevirmişdi. 

Lenqdon  və  yanındakılar  da  eynilə  o  cür  -  damcılayan 

downloaded from KitabYurdu.org




632 

 

suyun  səsini  tutub  gedəcəkdilər,  amma  Dantedən  fərqli 



olaraq, onlar cəhənnəmi tərk etməyəcəkdilər, əksinə, düz 

ortasına düşəcəkdilər. 

Furqon  dar  küçələrdən,  insanların  sıx  məskunlaşdığı 

məhəllələrdən keçdikcə Lenqdon Zobritsin İstanbulu öz 

pandemiyasmın  episentri  kimi  seçməsinin  səbəbini 

anlayırdı. 

Şərq və Qərbin görüşdüyü yer. 

Dünyanın kəsişən yolları. 

İstanbul  tarix  boyunca  dəfələrlə  əhalisinin  böyük 

hissəsini azaldan ölümcül xəstəliklərə mübtəla olmuşdu. 

Qara  ölümün  son  illərində  bu  şəhər  imperiyanın  “vəba 

mərkəzi”  adlandırılmışdı,  xəstəlik  bir  gündə  on  mindən 

çox insanı 

öldürmüşdü.  Osmanlı  imperiyasına  həsr  olunmuş  bir 

neçə  məşhur  rəsmdə  şəhər  əhalisinin  Taksim  ətrafında 

yeri qazaraq meyitləri basdırmağı təsvir olunur. 

Lenqdon Kari Marksın “Tarix təkrarlanır” deyiminin 

yanlış olduğuna ümid edirdi. 

Yağışdan islanan küçələrdə bütün bunlardan xəbərsiz 

adamlar öz işlərilə məşğul idilər. Qəşəng bir türk xanımı 

övladlarını  şam  yeməyinə  səsləyirdi;  iki  qoca  açıq 

havadakı kafedə içki içirdi; zövqlə geyinmiş cütlük əl-ələ 

verib  çətir  altında gedirdilər; smokinqli kişi  avtobusdan 

downloaded from KitabYurdu.org




633 

 

düşüb iti addımlarla gedir, eyni zamanda qolunun altında 



saxladığı  skripka  futlyarım  qoruyurdu,  görünür  ki, 

konsertə gecikirdi. 

Lenqdon  ətrafdakı  simalara  baxır  və  hər  birinin 

həyatından nəsə oxumağa çalışırdı. 

Kütlələr fərdlərdən yaranır. 

O,  gözlərini  yumub  üzünü  pəncərədən  çevirdi  ki, 

bəlkə  qərq  olduğu  düşüncələri  beynindən  qova  bilə. 

Lakin  artıq  gec  idi.  Yaddaşının  qaranlığında 

arzulamadığı təsvir göründü. Brügelin 

“Ölümün  qələbəsi”  əsərindəki  dəhşətli  mənzərə  - 

dənizkənarı şəhəri dağıdan epidemiya, səfalət və zillətin 

qorxunc siması. 

Furqon sağa - Torun prospektinə döndü. Lenqdon bir 

anlıq  çatdıqlarını  düşündü.  Ondan  sol  tərəfdə  dumanın 

içində böyük məscid göründü. 

Amma bu, Ayasofya deyildi. 

Mavi  məscid,  o,  binanın  altı  uzun  və  qələm  formalı 

minarələrini  görüb  tanıdı.  Hər  bir  minarənin  göyə 

qalxdıqca mil kimi uzanan bir neçə şerefe - eyvanı vardır. 

Lenqdon  bir  dəfə  Disney  dünyasında  Sindrellanın 

qalasının Mavi məscidin ekzotik və nağılabənzər eyvanlı 

minarələrindən ilhamlanaraq tikildiyini oxumuşdu. Mavi 

məscid  adını  daxili  divarlarını  bəzəyən  parlaq  mavi 

downloaded from KitabYurdu.org




634 

 

kirəmitdən götürmüşdü. 



Çatmışıq,  furqon  Kabasakal  prospektinə  dönüb 

Sultanahmet  parkı  boyunca  irəlilədikcə  o  düşünürdü. 

Park Mavi məscidlə Ayasofya arasında yerləşir. 

Lenqdon  furqonun  qabaq  şüşəsindən  baxıb 

Ayasofyanı  görməyə  çalışsa  da,  yağış  və  üzbəüzdəki 

maşınların işıqları  mane olurdu.  Ən pisi  isə  prospektdə 

hərəkətin dayanması idi. 

Qarşıda  Lenqdon  bir  sıra  sıxılan  əyləc  işıqlarından 

başqa heç nə görə bilmirdi. 

“Nəsə  tədbir  keçirilir”,  -  sürücü  dedi.  -  “Konsertdir, 

səhv etmirəmsə. Ayaqla getsəniz daha tez çatarsız”. 

“Uzaqdadır?” - Sinskey soruşdu. 

“Yox, meydanın içi ilə gedəcəksiz. Cəmi üç dəqiqə. 

Bura təhlükəsizdir”. 

Sinskey başı ilə Brüderə işarə etdi, sonra üzünü MHD 

dəstəsinə tutdu. “Furqonda qalın. Binaya mümkün qədər 

yaxınlaşmağa  çalışın.  Brüder  tezliklə  sizinlə  əlaqə 

quracaq”. 

Sinskey, Brüder və Lenqdon furqondan küçəyə düşüb 

parka tərəf üz tutdular. 

Sultanahmet  parkının  iri  yarpaqlı  ağacları  onları 

getdikcə  sərtləşən  havadan  qoruyurdu.  Piyada  yollan 

parkın  müxtəlif  attraksionlanm  göstərən  məlumat 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə