Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə129/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   125   126   127   128   129   130   131   132   ...   157

615 

 

gəlmişdi. Sienna onu küçənin o biri tərəfindən sezmişdi. 



Robert, səni öz dövlətin öldürməyə çalışır! Bu işə hüquq- 

mühafizə  orqanlarını  cəlb  etmək  olmaz.  Yeganə  çıxış 

yolu proyektorda göstərilənləri açmaqdır! 

Rəis  və  onun  sirli  təşkilatı  -  adı  hər  nəydisə  - 

Lenqdonu  çox  məharətlə  idarə  edərək  onu  Sinskeyə 

deyil,  onlara  işləməyə  yönəltmişdi.  İllüziya  çox  uğurlu 

alınmışdı. 

Sienna  mükəmməl  oynadı,  o  fikirləşdi.  Əsəbiləşmək 

əvəzinə özünü pis hiss edirdi. Birlikdə olduqları qısa vaxt 

ərzində ona qarşı səmimi hissləri yaranmışdı. 

Lenqdonu  narahat  edən  isə  bu  idi:  Sienna  kimi 

xeyirxah,  ürəyiyumşaq  adam  Zobristin  manyaksayağı 

ideyalarını necə 

dəstəkləyə bilərdi? 

Şübhə  etmədən,  sənə  deyə  bilərəm  ki,  Sienna  ona 

demişdi, radikal dəyişiklik olmasa, nəslimizin sonuna lap 

az qalıb... Riyaziyyat danılmazdır. 

“Yaxşı,  bəs  Sienna  haqqında  yazılmış  məqalələr 

necə?”  Lenqdon  Şeksprin  tamaşasının  afişasını  və 

yüksək  İQ  səviyyəli  uşaqla  bağlı  oxuduğu  məqalələri 

xatırladı. 

“Həqiqət,” rəis cavab verdi. “Ən yaxşı illüziyalar belə 

mümkün  qədər  reallığı  əks  etdirir.  Vaxtımız  az 

downloaded from KitabYurdu.org




616 

 

olduğundan  Siennanm  kompüteri  və  şəxsi  faylları 



işimizin 

yeganə 


gerçək 

tərəfi 


idi. 

Ondan 


şübhələnməsəydiniz,  biz  inanmırdıq  siz  o  materiallara 

baxasınız”. 

“Kompüterini  də  işlədəcəyimi  gözləmirdiz”,  - 

Lenqdon dedi. 

“Bəli,  biz  orda  ələ  keçdik.  Sienna  Sinskeyin  MHD 

dəstəsinin mənzili tapacağını ömründə ağlına gətirməzdi. 

Buna görə də əsgərlər hərəkətə keçəndə Sienna təlaşlanıb 

improvizə etmək məcburiyyətində qaldı. O, sizinlə birgə 

mopedə minib illüziyanın təbiiliyini saxlamalı olmuşdu. 

Missiyamızın ifşa 

olunmaq  təhlükəsi  yarandığından  mənim  Vayentanı 

işdən  kənarlaşdırmaqdan  başqa  çarəm  qalmadı.  O 

qaydanı pozmuş və sizi təqib etməyə başlamışdı”. 

“O,  az  qala  məni  öldürmüşdü”,  -  Lenqdon  dedi. 

Palazzo  Vecchio-nun  çardağında  Vayentanın  ona  silah 

uzatdığı anı xatırladı. Bu sizi bir anlıq incidəcək... amma 

mənim başqa yolum yoxdur. Həmin an Sienna özünü irəli 

atmış,  Vayentanı  itələmişdi  və  qadın  yerə  çırpılıb 

ölmüşdü. 

Rəis  üzgün  tonda  halda  ah  çəkdi.  “Vayentanın  sizi 

öldürməyəcəyinə əmin idim... silahı boş idi. Sizi tutmaq 

istəyirdi. Geriyə - bizim sıramıza qayıtmaq üçün bu, onun 

downloaded from KitabYurdu.org



617 

 

yeganə yolu idi. Fikirləşmişdi ki, boş patronla atəş açsa, 



siz onun qatil olmadığını anlayacaqdınız ki, bu da sizin 

illüziyadan çıxmağınıza kömək edəcək”. 

Rəis  dayandı  və  fikirləşdi.  “Hələ  də  ayırd  edə 

bilmirəm:  Siennanm  niyyəti  Vayentanı  öldürmək  idi, 

yoxsa doğrudan da, atəşin qarşısını almağa çalışırdı. Mən 

indi  başa  düşürəm  ki,  Sienna  Bruksu  o  qədər  də  yaxşı 

tanımırmışam”. 

Elə mən də, Lenqdon ürəyində razılaşdı. Lakin gənc 

qadının  üzündən  oxuduğu  şoku,  sarsıntını  xatırladıqca 

onun Vayentanı qəsdən öldürmədiyinə inanırdı. 

Lenqdon  özünü  aciz...  və  tənha  hiss  etdi.  O,  üzünü 

çevirib  yerə  baxmaq  istədi,  lakin  gördüyü  füzelyajdan 

başqa bir şey olmadı. 

Mən daha burda qala bilmərəm. 

“Yaxşısınız?”  -  rəis  Lenqdona  narahat  halda  baxıb 

soruşdu. 

“Yox”, - Lenqdon cavab verdi. - “Zərrə qədər də yox”, 

Özünə  gələcək,  rəis  fikirləşdi.  Sadəcə,  reallıqla 

banşmağa - çalışır. 

Amerikalı professora baxanda sanki tornadonun onu 

yerə  çırpdığını,  ayağa  qalxıb  özünü  başqa  yerdə 

gördüyünü və bu səbəbdən özünü son dərəcə çaşqın hiss 

etdiyi sezilirdi. 

downloaded from KitabYurdu.org




618 

 

Konsorsiumun  hədəfinə  düşənlər  nadir  hallarda 



səhnələşdirilmiş  hadisələrin  arxasında  yatan  həqiqəti 

öyrənə  bilirdilər.  Öyrənsələr  belə,  rəis  heç  zaman  bu 

prosesdə iştirak etmirdi. Bu gün isə Lenqdonun bilavasitə 

keçirdiyi təəccübün 

doğurduğu  vicdan  əzabı  ilə  yanaşı,  rəisi  bu  vəziyyətin 

yaranmasından doğan məsuliyyət hissi də boğurdu. 

Mən yanlış müştəriylə işləmişəm. Bertrand Zobrist. 

Mən yanlış adama etibar etmişəm. Sienna Bruks. 

İndisə  rəis  fırtınaya  doğru  uçurdu  -  bütün  dünyanı 

viran qoya biləcək ölümcül virusun episentrinə. Buradan 

sağ  qurtara  bilsə,  Konsorsiumun  xilası  sual  altında 

olacaq.  Bitib  tükənmək  bilməyən  araşdırmalar  və 

ittihamlar başlayacaq. 

Hər şey mənim üçün beləmi bitəcək? 

83 fəsil 

Havam çatmır, Robert Lenqdon düşündü. Bir mənzərə... 

nə olursa olsun. 

Pəncərəsiz füzelyaj onu məngənəyə salmışdı. Təbii ki, 

başına  gələnlər  onu  lap  karıxdırmışdı.  Beyni  cavabsız 

suallardan  zoqquldayırdı...  sualların  əksəriyyəti  də 

Sienna ilə bağlı idi. 

Nə qədər qəribə olsa da, o, Sienna üçün darıxmışdı. 

Rola  girmişmiş,  öz-özünə  deyirdi.  Məndən  istifadə 

downloaded from KitabYurdu.org




619 

 

edərək.  Lenqdon  heç  nə  demədən  ayağa  qalxıb 



təyyarənin  önünə  tərəf  getdi.  Pilotun  kabinəsinin  qapısı 

açıq  idi.  İçəri  gün  işığı  düşürdü.  Bu,  Lenqdonu  mayak 

kimi  cəlb  etdi.  Pilotlardan  xəbərsiz  qapının  kandannda 

dayanan  Lenqdon  günəş  şüalarının  üzünü  isitməsindən 

azacıq  da  olsa,  rahatlandı.  Qarşısında  açılan  geniş 

mənzərə  ona  cənnət  kimi  görünürdü.  Aydın  mavi  səma 

necə də sakit... necə də sarsılmaz görünürdü. 

Heç  nə  sarsılmaz  deyil,  gözlənilən  gizli  faciəni 

xatırlayıb öz-özünə dedi. 

“Professor?” - arxadan sakit səs eşidildi. Çevrildi. 

Lenqdon  qeyri-ixtiyari  geri  atıldı.  Qarşısında  Dr. 

Ferris  dayanmışdı.  Bu  kişini  axırıncı  dəfə  görəndə,  o, 

Müqəddəs Mark məbədinin döşəməsində uzanmışdı, özü 

də  nəfəs  ala  bilmirdi.  İndisə  təyyarənin  divarına 

söykənmişdi,  başında  beysbol  papağı,  sifətinə  solğun 

çəhrayı  rəngli  kalamin  losyonu  çəkilmişdi.  Sinəsi,  elə 

bütün bədəni möhkəm sarınmışdı və astadan nəfəs alırdı. 

Ferris  virus  daşıyıcısı  idisə,  bundan  heç  kim  narahat 

görünmürdü. 

“Siz... sağsınız?” - Lenqdon gözlərini kişiyə zilləyib - 

soruşdu. 

Ferris yorğun halda başını tərpətdi. “Qismən”. Kişinin 

rəftarı tamamilə dəyişmişdi. Çox rahat görünürdü. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə