Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə131/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   127   128   129   130   131   132   133   134   ...   157

625 

 

həmin qoca kimi danışırdı. “Sono il doctor Marconİ74”. 



Lenqdonun  ağzı  açıla  qalmışdı.  “Demək  ki,  Dr. 

Markoni... sizsiniz?” 

“Ona görə də gözlərim sizə tanış gəldi. Ömrümdə süni 

saqqal,  qaş  yapışdırmamışdım  deyə  yapışqana  -  lateks 

spirt yapışqanı - qarşı kəskin allergiyam olduğundan da 

xəbərsiz  idim.  Sifətim  bu  səbəbdən  qızarmış  və 

yanmışdı.  Əminəm  ki,  məni  birinci  görəndə 

vahimələnmisiz, elə bilmisiz həmin virus artıq yayılmağa 

başlayıb”. 

Lenqdon  gözlərini  ona  zilləmişdi.  Dr.  Markoninin 

Vayenta  ona  hücum  edəndən  sonra  sinəsi  qanlı  yerə 

sərilmiş bədənini xatırladı. 

“Hər şey bir tərəfə”, - kişi sinəsindəki sarğılara işarə 

edib dilləndi, “sinəmdəki detanator yerindən oynamışdı, 

onu  düzəltməyə  imkanım  olmadığından  partlayanda  bir 

qabırğamı sındırdı, nəticədə sinəm göyərdi. Ona görə də 

bütün günü rahat nəfəs ala bilmirdim”. 

Və mən də sənin yoluxduğunu fikirləşirdim. 

Kişi  dərindən  nəfəs  alıb  göz  vurdu.  “Mən 

oturmalıyam”. 

Uzaqlaşanda  Lenqdonun  arxasında 

kiməsə işarə edib dedi: “Amma sizi tək də qoymuram”. 

Lenqdon  çevrilib  uzun  gümüşü  saçlı  Dr.  Sinskeyi 

gördü. “Professor, burdaymışsınız!” 

downloaded from KitabYurdu.org



626 

 

ÜST-nin direktoru yorğun görünsə də, Lenqdon onun 



baxışlarındakı ümidi sezə bildi. Nəsə tapıb. 

“Sizi  tək qoyduğuma  görə  üzr  istəyirəm”,  -  Sinskey 

ona  yaxınlaşıb  dedi.  -  “Nəsə  öyrənməyə  çalışırdıq”.  O, 

açıq pilot 

kabinəsinə  işarə  etdi.  “Görürəm,  günəş  şüası  almağa  - 

çalışırsınız?” 

Lenqdon  çiyinlərini  çəkdi.  “Təyyarənizin  pəncərəyə 

ehtiyacı 

var.” 

O, şəfqətlə gülümsədi. “İşıqdan söz düşmüşkən, ümid 



edirəm, rəis baş verənlərlə bir az da olsa aydınlıq gətirdi”. 

“Hə, dediklərindən razı qalmasam da”. 

“Mən özüm də”, - Sinskey tək olduqlanna əmin olmaq 

üçün ətrafa boylandı. “İnanın ki”, - o pıçıldadı, - “onun 

özünü və təşkilatını çox ciddi problemlər gözləyir. Buna 

şəxsən  özüm  çalışacağam.  İndisə  torba  əriməmiş,  virus 

yayılmamış 

onu 


tapmaq 

üçün 


gücümüzü 

birləşdirməliyik”. 

Və  ya  Sienna  ora  çatıb  torbanın  əriməsini 

tezləşdirməzdən qabaq. 

“Sizinlə  Dandolunun  məqbərəsi  yerləşən  bina 

haqqında danışmaq istəyirəm”. 

Mənzilbaşının hara olduğunu bildikdən bəri Lenqdon 

downloaded from KitabYurdu.org




627 

 

bu  mükəmməl  tikili  haqqında  düşünürdü.  Müqəddəs 



hikmətlə dolu museyon. 

“Elə indicə yaxşı bir xəbər aldım”, - Sinskey dedi. - 

“Biz  yerli  tarixçilərdən  biri  ilə  telefon  bağlantısı 

qurmuşduq”,  -  dedi.  “Dandolunun  məzarını  niyə  xəbər 

aldığımızı  bildirməsək  də,  o,  məqbərənin  altında  nə 

olduğunu bizə dedi. Təxmin edin”. - Sinskey gülümsədi. 

- “Su”. 

Lenqdon təəccübləndi. - “Doğrudan?” 

“Hə,  deyəsən,  binanın  aşağı  mərtəbələrini  su  basıb. 

Əsrlər uzunu binanın altındakı su qalxıb və indiyədək iki 

mərtəbəni  basıb.  O  bizi  əmin  etdi  ki,  aşağıda  hava 

boşluğu və ya su basmayan bir neçə yer var”. 

İlahi. Lenqdon Zobristin videosunu və əksi divarlarla 

düşən şaquli sütunlu yeraltı mağaranı xatırladı. “Deməli, 

su basmayan otaqlardan biridir”. 

“Elədir ki, var”. 

“Bəs o zaman... Zobrist oraya necə düşüb?” 

Sinskeyin gözləri parladı. “Ən maraqlısı da elə budur. 

Sizə nə tapdığımızı desəm, inanmayacaqsınız”. 

Həmin  vaxt  Venesiya  sahillərindən,  təxminən, 

kilometr  yanm  uzaqda  yerləşən  Lido  adasındakı  Nicelli 

aeroportundan 

Cessna Citation Mustang qaralan səmaya qalxırdı. 

downloaded from KitabYurdu.org




628 

 

Təyyarənin  sahibi  məşhur  geyim  üzrə  dizayner 



Giorgio Venci içəridə olmasa da, o, pilotlarına cazibədar 

sarışın qadını istədiyi yerə aparmalarını əmr etmişdi. 

72  Bağışlayın, professor. - (ital.) 

73  Siz məni xatırlamırsız? - (ital.) 

74  Mən Dr. Markoniyəm. - (ital.) 

“Və ən əsası”, - Brüder dedi, - “bütün tikilidə təkcə biz 

olacağıq”. 

85 


fəsil 

Robert  Lenqdon  furqonun  pəncərəsindən  çölə  baxırdı. 

Onlar  Atatürk  aeroportu  ilə  İstanbulun  mərkəzini 

birləşdirən  magistral  yolda  irəliləyirdilər.  İsveçrə 

rəsmiləri gömrük prosesini necəsə həll etmiş və Lenqdon, 

Sinskey  və  qrupdakı  digərləri  bir  neçə  dəqiqə  ərzində 

yola düşmüşdülər. 

Sinskey  rəis  və  Ferrisə  bir  neçə  ÜST  üzvi  ilə  birgə 

C-130-da  qalmağı  göstəriş  vermiş  və  Sienna  Bruksu 

tapmağı tapşırmışdı. 

Siennanm  İstanbula  vaxtında  çatmayacağı  ehtimal 

edilsə də, fikirləşirdilər ki, o Zobristin Türkiyədə yaşayan 

davamçılarından  biri  ilə  əlaqə  quraraq  onlan  çox 

asanlıqla qabaqlaya bilər. 

Doğrudanmı,  Sienna  kütləvi  qırğın  tərədə  bilər? 

Lenqdon hələ də bu gün başına gələnlərlə barışa bilmirdi. 

downloaded from KitabYurdu.org



629 

 

Bu onu incitsə də, həqiqəti qəbul etməyə məcbur idi. Sən 



onu heç tanımamısan, Robert. O səni barmağına dolayıb. 

Şəhərin  üzərinə  narın  yağış  yağmağa  başladı. 

Lenqdon şüşə təmizləyicilərinin ritmik səsini dinlədikcə 

yorğunluğunu hiss etdi. Sağ tərəfində Mərmərə dənizində 

üzən  bahalı  yaxtaların,  böyük  tankerlərin  işıqları 

görünürdü. Bəziləri şəhər limanına daxil olur, bəziləri isə 

çıxırdı. Sahil boyunda günbəzli məscidlərdən ucalan zərif 

və  qəşəng  minarələr  görünürdü.  Minarələr  İstanbulun 

müasir və dünyəvi olmaqla yanaşı, həm də dini əsaslara 

söykəndiyini xatırladırdı. 

Lenqdon  on  beş  kilometrlik  bu  yolu  həmişə 

Avropanın  ən  gözəl  gəzintilərindən  biri  hesab  etmişdi. 

İstanbulda  birləşən  köhnəlik  və  yeniliyin  mükəmməl 

nümunəsi  olan  yolun  bir  hissəsi  Konstanin  divarı 

boyunca uzanır. Divar hazırda adı bu prospektə verilən 

Con  F.Kennedi  doğulmazdan  on  altı  əsr  əvvəl  inşa 

edilmişdi.  Amerika  prezidenti  dağılan  imperiyanın 

qalıqları üzərində Türk Cümhuriyyətini qurmağı bacaran 

Kamal Atatürkün vurğunuymuş. 

Dənizə  açılan  misilsiz  mənzərəli  Kennedi  Prospekti 

gözəl  meşəlik  və  tarixi  parkların  arası  ilə  qıvrılaraq 

Yenikapı limanını arxada qoyur, şəhərin kənan ilə Bosfor 

körfəzinə doğru uzanır, 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə