Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə133/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   129   130   131   132   133   134   135   136   ...   157

635 

 

lövhələri ilə doludur - Luksordan gətirilən Misir obeliski, 



Delfidə  yerləşən  Apollo  məqbərəsindən  Serpent  sütunu 

və  vaxtilə  Bizans  İmperiyasında  məsafəni  ölçmək  üçün 

istifadə olunan “sıfır nöqtəsi” - Milion sütunu. 

Nəhayət  ki,  onlar  ağacların  altından  çıxıb  parkın 

mərkəzini  bildirən  dairəvi  çarhovuza  yaxınlaşdılar. 

Lenqdon açıqlığa çıxıb baxışlarını şərqə tərəf gəzdirdi. 

Ayasofya 

Bina deyil... dağdır. 

Yağışdan  parlayan  Ayasofyanın  nəhəng  silueti  özü- 

özlüyündə  bir  şəhər  idi.  Onun  mərkəzi  günbəzi  - 

ağlasığmaz dərəcədə geniş və gümüşü-bozumtul rəngdə 

idi.  Sanki  ətrafında  cəmlənən  digər  günbəzli  binaların 

məcmusuydu.  Hər  biri  tək  eyvan  və  gümüşü-bozumtul 

şpildən  ibarət  olan  dörd  minarə  binanın  künclərindən 

ucalırdı.  Onlar  mərkəzi  günbəzdən  o  qədər  aralı  idi  ki, 

sanki eyni binanın hissələri deyildi. 

Sinskey və Brüder bu anadək məqsədyönlü şəkildə iti 

addımlarla  gedirdilər.  Birdən  ikisi  də  dayandı.  Onlar 

tikilinin  hündürlük  və  genişliyi  qarşısında  məəttəl 

qalmışdılar. 

“Allahım”,  -  Brüder  gözlərinə  inanmırdı.  -  “Biz  bu 

binanı axtarmalıyıq?” 

86 

fəsil 


downloaded from KitabYurdu.org


636 

 

Məni  əsir  götürüblər,  rəis  dayanmış  C-130  təyyarəsinin 



içində  var-gər  etdikcə  düşünürdü.  O,  Sinskey  ilə 

İstanbula  uçmağa  və  vəziyyət  daha  da  gərginləşməmiş 

yardım etməyə razılaşmışdı. 

Rəis  həm  də  ümid  edirdi  ki,  Sinskey  ilə  əməkdaşlıq 

onu  və  təşkilatını  gözləyən  cəzanı  qismən  də  olsa 

yumşalda bilər. Onlar özləri də bilməyərək bu vəziyyətin 

yaranmasına  şərait  yaratmışdılar.  İstənilən  halda  mən 

artıq Sinskeyin ixtiyarındayam. 

Təyyarə  Atatürk  hava  limanında  ayrılmış  dövlət 

anqarında  dayanan  kimi  Sinskey  və  dəstəsi  aşağı 

enmişdi.  ÜST-nin  direktoru  Konsorsiumun  üzvlərinə 

təyyarədə  qalmağı  tapşırmışdı.  Rəis  təmiz  hava  almaq 

üçün  həyətə  çıxmağa  cəhd  etsə  də,  pilotlar  ona  icazə 

verməmiş  Dr.  Sinskeyin  təyyarədə  qalmaq  barədə 

tapşırığını ona xatırlatmışdılar. 

Yaxşı  olmayacaq,  rəis  fikirləşdi.  O,  qayıdıb  yerində 

əyləşdi. Gələcəyi ilə bağlı nigaranlıq ona hələ indi təsir 

edirdi. 


Rəis  uzun  illər  kuklaların  ipini  əlində  bərk-bərk 

saxlayan, onları istədiyi kimi idarə edən kuklaçı rolunda 

idi.  Və  birdən  tarıma  çəkilən  ox  yayından  çıxmış  və 

anidən rəisin bütün qüdrətini əlindən almışdı. 

Zobrist, Sienna, Sinskey 

downloaded from KitabYurdu.org




637 

 

Hər biri ona nəinki meydan oxumuş... hətta onu idarə - 



etmişdilər. 

İndisə ÜST-nin qəribə pəncərəsiz təyyarəsində tələyə 

salınmış vəziyyətdə idi. Görəsən, bəxti üz döndərmişdimi 

-  ondan...  yoxsa  hazırkı  vəziyyəti  ömür  boyu  elədiyi 

vicdansızlığına bir cavab idi, indi ona qayıdırdı?! 

Mən yaşamaq üçün yalan danışıram. 

Mən yanlış məlumatların müjdəçisiyəm. 

Rəis  dünyaya  yalan  satan  yeganə  şəxs  olmasa  da, 

özünü dəryanın ən böyük balığına çevirməyi bacarmışdı. 

Xırda balıqların hamısı onun gözündə bir cinsdən idi və 

ümumiyyətlə,  onlarla  müqayisə  rəisi  qıcıqlandırırdı. 

Xidmətlərini  internetdən  də  əldə  etməyin  mümkün 

olduğu  “Alibi”  şirkəti  və  “Alibi”  şəbəkəsi  ailəsinə 

xəyanət edən, lakin ələ keçməyən ərlərdən 

sifariş  götürərək  böyük  sərvət  qazanmışdılar.  Qısa 

müddətə olsa belə, ərdən, arvaddan və ya övladlarından 

ayrı zaman keçirmək istəyənlərə “zamanı dayandırmaq” 

xidməti 


təklif 

edən 


şirkətlər 

bu 


istiqamətdə 

püxtələşmişdilər.  Onlar  saxta  biznes  toplantıları,  saxta 

həkim  qəbulu,  hətta  saxta  toylar  təşkil  etməklə  böyük 

təsir  gücünə  malikdirlər:  saxta  dəvətnamələr,  təyyarə 

biletləri,  mehmanxana  qəbzləri,  “Alibi”  şirkətinin 

kommutator ofislərinə gələn zəngə uyğun olaraq, xüsusi 

downloaded from KitabYurdu.org



638 

 

təlimatlandırılmış peşəkarlara - katibə və ya planın tərkib 



hissəsi  olan  başqa  şəxslə  əlaqə  qurulması.  Rəis  isə  heç 

zaman vaxtını bu cür xırda işlərə sərf eləməzdi. O, yalnız 

irimiqyaslı  imitasiyalara  vaxt  ayırırdı.  Təklifini  qəbul 

etdiyi adamlar isə yüksək səviyyəli xidmətin qarşılığında 

milyonlarla dollar xərcləməkdən çəkinmirdilər. 

Hökumətlər. 

Böyük korporasiyalar. 

Aradabir də olsa, son dərəcə zəngin vacib şəxslər. 

Məqsədlərinə  nail  olmaq  üçün  bu  müştərilərin 

sərəncamında  konsorsiumun  ən  fəal  üzvləri,  bütün 

texniki 

vasitələr, böyük təcrübə və yaradıcı resurslar olurdu. Ən 

əsası  müştərilərini  yaratdıqları  illüziyanın  nəticəsindən 

asılı  olmayaraq,  yalanlarının  heç  bir  halda  faş 

edilməyəcəyinə zəmanət verirdilər. 

Fond bazarına dəstək, müharibəyə haqq qazandırmaq, 

seçkidə  qalib  gəlmək  və  ya  terrorçunu  sığıncağmdan 

aşkara  çıxartmaq  -  istəklərin  məzmunundan  asılı 

olmayaraq,  dünyanın  güc  sahibləri  ictimai  fikrin 

formalaşmasında irimiqyaslı dezinformasiyalardan daha 

çox şey gözləyirlər. 

Həmişə belə olub. 

60-cı  illərdə  ruslar  saxta  casus  şəbəkəsi  yaratdılar. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə