Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə136/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   132   133   134   135   136   137   138   139   ...   157

649 

 

Bir  ucu  günbəzə  bərkidilmiş  çoxsaylı  troslar 



yuxarıdan  aşağıya  sallanır,  onlann  ikinci  ucu  isə 

saysız-hesabsız  çilçıraqları  saxlayır.  Çilçıraqlar  o  qədər 

alçaqdır ki, sanki hündürboylu qonaqların başına toxuna 

bilər. Əslində, bu da məkanın böyüklüyünün yaratdığı bir 

illüziyadır.  Çilçıraqla  döşəmənin  arasında  düz  üç  metr 

məsafə var. 

Bütün  kilsələr  kimi  Ayasofyanm  da  ölçüsü  iki 

məqsədə  xidmət  edir.  Birincisi,  bu,  insanın  Allaha  olan 

sevgisi  naminə  hər  şey  edə  biləcəyinə  sübutdu.  Bir  də 

möminlər üçün, bir növ, şok terapiyasıdır. Bu cür böyük 

məbədə  daxil  olarkən  onlar  özlərinin  nə  dərəcədə  kiçik 

olduqlarını  görsünlər,  mənəm-  mənəmlikdən  uzaq 

olsunlar, fiziki mənada Allah qarşısında bir zərrə boyda 

olduqlarını  dərk  etsinlər  deyə...  Yaradanın  əlində  bir 

atom parçası kimi. 

İnsan özünü əksiltməsə, Allah da ondan nə isə düzəldə 

bilməz.  Martin  Lüter  bu  sözləri  XVI  əsrdə  söyləmişdi. 

Amma  bu  konsepsiya  dini  memarlıq  abidələrinin 

yaranmasında əsas qayə olmuşdu. 

Lenqdon  içəri  girəndən  bəri  yuxarı  baxan  Brüder  və 

Sinskeyə tərəf çevrildi. 

“Müqəddəs İsa”, - Brüder dedi. 

“Hə!” - Mirsat həvəslə cavab verdi. - “Həm də Allahla 

downloaded from KitabYurdu.org




650 

 

Məhəmməd!” 



Bələdçi Brüderin diqqətini İsanın mozaikası yanında 

ərəb  əlifbası  ilə  yazılmış  “Allah”  və  “Məhəmməd” 

yazılarına yönəltdi. Lenqdon gülümsədi. 

“Bu muzeydən”, - Mirsat izah etməyə başladı, - “biz 

göstərməyə çalışırıq ki, iki din necə müxtəlif cür istifadə 

edib, 


buna 

görə 


də 

həmin 


vaxtların  xristian 

simvolikasınm  yanında  sonralar  məscid  kimi  istifadə 

edilən İslam simvolikası - yerləşdirilib”. 

O,  fəxrlə  gülümsədi.  “Həqiqətdə  iki  din  arasındakı 

çəkişməyə  baxmayaraq,  zənnimizcə,  simvollar  birlikdə 

gözəl  ahəng  təşkil  edir.  Əminəm  ki,  bununla  siz  də 

razısız, professor”. 

Lenqdon  başı  ilə  təsdiqlədi.  Bina  məscidə  çevrilən 

zaman  xristian  ikonoqrafiyasım  əhəngləmişdilər. 

Xristian  simvollarının  bərpadan  sonra  müsəlman 

simvolları ilə yanaşı 

görüntüsü olduqca təsirli bir mənzərə yaradırdı. Hərçənd 

onlar tamamilə bir-birinin əksi idi. 

Xristian  ənənəsi  Allah  və  müqəddəslərinin  rəsmləri 

ilə  zəngin  olduğu  halda,  İslam  daha  çox  xəttatlığa 

köklənmiş  və  Allahın  hikmət  və  gözəlliyini  geometrik 

naxışlarla  ifadə  etmişdi.  İslam  təbirincə,  Allah  həyat 

yarada bilən yeganə varlıq olduğundan insanın həyatdan 

downloaded from KitabYurdu.org



651 

 

rəsmlər - allahlar, insanlar və hətta heyvanlar yaratmağa 



haqqı yoxdur. 

Lenqdon  bunu  bir  dəfə  tələbələrinə  izah  etməyə 

çalışmışdı:  “Məsələn,  müsəlman  Mikelancelo  heç  vaxt 

Sistine  Kapellasınm  tavanına  Allahın  üzünü  çəkməzdi. 

Əvəzinə  Allahın  adını  yazardı.  Allahın  simasını  əks 

etdirmək küfr hesab olunur”. 

Lenqdon bunun da səbəbini izah etmişdi. 

“Həm xristianlıq, həm də İslam loqosentrik dinlərdir”, 

-  o,  tələbələrinə  demişdi,  -  “yəni  hər  ikisi  Söz  üzərində 

qurulub.  Xristian  ənənəsinə  görə,  Söz  Yəhyanın 

kitabında  cisim  şəklində  izah  edilib:  “Və  Söz  cismi 

yaratdı.  O  da  aramızda  məskunlaşdı”.  Yəni  Söz  insan 

anlamına  gəlir.  İslama  görə  isə  Söz  cisim  şəklində 

olmadığından elə söz kimi də qalmalıdır.... və İslamın 

müqəddəs  simalarının  adlarının  kalliqrafik  formada 

göstərilməlidir”. 

Lenqdonun tələbələrindən biri qarışıq tarixi dəqiq və 

maraqlı  şəkildə  ifadə  etmişdi:  “Xristianlar  simaları, 

müsəlmanlar sözləri bəyənirlər”. 

“Qarşıda  isə”,  -  Mirsat  otaq  boyu  hərəkət  edərək 

sözünə davam etdi, - “siz Xristianlıqla İslamın bənzərsiz 

vəhdətini görə bilərsiniz”. 

O, geniş yanmqübbə üzərində təsvir olunmuş çoxsaylı 

downloaded from KitabYurdu.org




652 

 

simvollara işarə etdi. Bakirə Məryəm öz körpəsilə mihrab 



-  məscidlərdə  Məkkənin  səmtini  göstərən  yanmdairəvi 

yer  -  üzərindən  aşağı  baxırdılar.  Yaxınlıqdakı  pilləkən 

minbərə qalxırdı. Bu xristian xütbələrinin keçirildiyi yeri 

xatırladır.  Minbərdə  imam  cümə  günlərində  bir  yerə 

toplaşan 

müsəlmanlara 

xütbə 

söyləyir. 



Eynilə 

yaxınlıqdakı  kürsüyəbənzər  tikili  də  xristian  xor 

səhnəsini  xatırladan,  lakin  müezzin  mahfili  adlanan 

azacıq hündür platforma idi. Müezzin dizini bu kürsüyə 

qoyub  imamın  dualarından  sonra  dini  nəğmələr 

oxuyurdu. 

“Məscidlər və kafedrallar təəccüb doğuracaq dərəcədə 

oxşardır”, - Mirsat dedi. 

“Şərq ilə Qərb ənənəsi düşündüyünüz qədər də fərqli 

deyil!”  “Mirsat?”  -  Brüder  səbirsiz  halda  dilləndi.  - 

“Dandolomn  məzarını  mümkün  qədər  tez  görmək 

istəyirik”. 

Mirsatın üzündə narazı bir ifadə yarandı. Bu kişinin 

dedikləri, onun zənnincə, binaya qarşı hörmətsizlik idi. 

“Hə”,  -  Lenqdon  dedi.  -  “Tələsdirdiyimiz  üçün  üzr 

istəyirik, amma qrafikimiz çox sıxdır”. 

“O zaman”, - Mirsat sağdakı hündür eyvana işarə etdi, 

-  “gəlin yuxan qalxıb məzara baxaq”. 

“Yuxan?” - Lenqdon təəccüblə soruşdu. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə