Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə134/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   130   131   132   133   134   135   136   137   ...   157

639 

 

Britaniyalılar  uzun  illər  onlarda  çaşqınlıq  yaradan  bu 



şəbəkə ilə mübarizə aparmışdılar. 1947-ci ildə Amerika 

naməlum uçan obyekt səhnəsi yaradaraq ictimai diqqəti 

Rozuelldə  -  Yeni  Meksiko  ştatında  məxfi  uçuş 

qurğusunun düşdüyü qəzadan yayındırmağa nail oldu. Və 

son  illərdə  bütün  dünyanın  beyninə  yeridilib  ki,  İraqda 

kütləvi qırğın silahı var. 

Təxminən,  üç  onilliyə  yaxmdı  ki,  rəis  insanlara 

qüvvələrini  qorumaq,  əldə  saxlamaq  və  artırmaq  üçün 

kömək edirdi. 

Müştəri seçimində son dərəcə ehtiyatlı olsa da, rəis ona 

baş  ağrısı  gətirəcək  işi  qəbul  edəcəyi  gündən  həmişə 

qorxurdu. 

Budur həmin gün. 

Rəis hər bir böyük çöküşün bir anm nəticəsi olduğuna 

inanırdı - təsadüfi görüş, yanlış qərar, bir ehtiyatsız baxış. 

Bu  durumda  isə  o,  həmin  təhlükəli  anm  on  il  bundan 

əvvəl baş verdiyini artıq bilirdi. Bu, pul qazanmaq üçün 

iş axtaran, tibb kollecinin gənc tələbəsini işə götürməyə 

razılıq  verdiyi  an  idi.  Qadının  iti  zəkası,  mükəmməl 

danışıq qabiliyyəti və improvizə bacarığı onu çox tezliklə 

konsorsiumun sevimlisinə çevirdi. 

Sienna Bruks sanki elə bu iş üçün yaranmışdı. 

Sienna  onların  fəaliyyətinin  nədən  ibarət  olduğunu 

downloaded from KitabYurdu.org




640 

 

dərhal  başa  düşmüşdü.  Rəis  Siennanın  özünün  də  sirri 



olduğunu  hiss  etmişdi.  Sienna  onlarla,  təxminən,  iki  il 

işləmiş və külli miqdarda pul qazanmışdı ki, bununla da 

təhsil  haqqını  ödəyə  bilmişdi.  Birdən  isə  buradan 

ayrıldığını elan etmişdi. Demişdi ki, dünyanı xilas etmək 

istəyir və istəyini burada reallaşdıra bilməyəcək. 

Rəisin  ağlına  da gəlməzdi  ki, Sienna  Bruks on ildən 

sonra  yenidən  peyda  olacaq,  üstəlik,  onu  ultra-varlı 

müştəriylə tanış edəcək. 

Bertrand Zobrsit. 

Rəis diksindi. 

Bütün günahlar Siennadadır. 

Zobristin planından onun lap əvvəldən xəbəri varmış. 

C-130-un  iclas  masası  ətrafında  isə  vəziyyətin 

gərginləşdiyi hiss olunurdu. ÜST-nin rəsmiləri telefonla 

danışır və mübahisə edirdilər. 

“Sienna  Bruks?!”  biri  hirslə  qışqırdı.  “Əminsən?”. 

Sonra  bir  anlıq  qulaq  asıb  dilləndi.  “Yaxşı,  detalları 

öyrən. Mən - gözləyərəm”. 

O,  dəstəyi  əli  ilə  qapayıb  yoldaşlarına  tərəf  döndü. 

“Deyəsən,  Sienna  Bruks  bizdən  az  sonra  İtalyadan 

çıxıb”. 

Masa ətrafındakılar sanki donmuşdular. 

“Necə?”  -  bir  qadın  soruşdu.  -  “Axı  aeroport, 

downloaded from KitabYurdu.org




641 

 

körpülər, vağzal - hamısı nəzarətdədir”. 



“Nicelli aerodromu”, - kişi cavab verdi. - “Lidoda”. 

“Ola bilməz”, - qadın başını bulayaraq dedi. - “Nicelli 

çox  balacadır.  Ordan  uçuş  yoxdur.  Yalnız  helikopter 

turları və...” 

“Sienna  Bruks  hansısa  yolla  Nicelli-də  dayanmış 

şəxsi  təyyarəyə  çıxış  əldə  edib.  Hələ  də  axtarırlar”.  O, 

dəstəyi ağzına yaxınlaşdırdı. “Bəli, buradayam. Nə xəbər 

var?”  Kişi  qulaq  asdıqca  sustalırdı.  Axırda  taqətdən 

düşmüş kimi stula çökdü. “Başa düşürəm. Çox sağ olun”. 

O, telefonun düyməsini basdı. 

Həmkarları diqqətlə ona baxırdılar. “Siennanı aparan 

təyyarə Türkiyəyə tərəf uçub”, kişi gözlərini ovuşduraraq 

dedi. 

“Avropa  Hava  Nəqliyyatı  Komandanlığına  zəng 



vurmaq lazımdır!” kimsə dilləndi. “Qoy onu geri uçmağa 

məcbur - etsinlər!” 

“Gecdir”, - kişi dedi. - “Təyyarə on iki dəqiqə bundan 

əvvəl Hezarfan şəxsi aerodromunda yerə enib. Buradan 

iyirimi beş kilometr aralıda. Sienna Bruks da təyyarədən 

düşüb”. 


87 

fəsil 


Yağış qədim Ayasofyanın günbəzini döyəcləyirdi. 

Min ilə yaxın yaşı olan bina dünyanın ən böyük kilsəsi 

downloaded from KitabYurdu.org



642 

 

sayılırdı, hətta indi də ondan böyük kilsə təsəvvür etmək 



çox  çətindir.  Növbəti  dəfə  onu  görmək  şansı  əldə  edən 

Lenqdon  birdən  xatırladı  ki,  İmperator  Yustinian 

Ayasofya  tamamlandıqdan  sonra  binaya  uzaqdan 

baxaraq fəxrlə demişdi: “Solomon, mən səni keçdim!” 

Sinskeylə  Brüder  abidəyə  doğru  irəlilədikcə  bina 

onlann  gözündə  bir  az  da  böyüyürdü.  Keçidlər  Fatih 

Mehmetə məxsus qədimi top mərmiləri ilə sıralanmışdı. 

Bu  mərmilər  həm  də,  tikilidən  hakimiyyətə  gələn 

şəxslərin  dini  baxışlarına  uyğun  şəkildə  istifadə 

edildiyini xatırladırdı. 

Onlar binanın cənub fasadına yaxınlaşdıqca Lenqdon 

özündən sağa baxıb üç-günbəzli, silosa bənzər artırmanı 

gördü.  Bunlar  sultanların  mavzoleyləri  idi.  Biri  -  III 

Murad - deyilənlərə görə, onun yüz uşağı olubmuş. 

Mobil telefonun səsi qəfildən havaya yayıldı. Brüder 

telefonunun  ekranında  zəng  vuranın  kimliyinə  baxdı, 

sonra soruşdu: “Nə xəbər?” 

O,  qulaq  asdıqca  inanmırmış  kimi  başını  bulayırdı. 

“Axı  bu  necə  olar  bilər?”  O,  bir  qədər  də  qulaq  asıb 

dərindən  ah  çəkdi.  “Yaxşı,  mənə  xəbər  verdin.  Biz 

binanın qarşısındayıq”. 

“Nə olub?” - Sinskey soruşdu. 

“Gözlərinizi dörd açın”, - Brüder ətrafa baxaraq dedi. 

downloaded from KitabYurdu.org




643 

 

-  “Bizim  qonağımız  ola  bilər”.  O,  baxışlarını  Sinskeyə 



çevirdi.  “Deyilənə  görə,  Sienna  Bruks  artıq 

İstanbuldadır”.  Lenqdon  tez  kişiyə  baxdı.  Siennanın 

Türkiyəyə  gələ  bilməsinə,  üstəlik,  Bertrand  Zobrsitin 

planının  başa  çatdırılması  naminə  öz  həyatını  riskə 

atmasına inana bilmirdi. 

Sinskey  də  onun qədər  təəccüblənmiş  görünürdü. O, 

Brüderə  nəsə  demək  istədi,  amma  fikrindən  daşındı. 

Üzünü Lenqdona çevirdi. “Hansı tərəfə?” 

Lenqdon sola binanın cənub-qərb küncünə işarə etdi. 

“Dəstəmaz  fəvvarəsi  ordadır”,  -  o  dedi.  Muzeyin 

nümayəndəsilə 

görüşləri  vaxtilə  müsəlmanların  namazdan  öncə 

dəstəmaz  aldıqları  bəzəkli  quyunun  yanında  təyin 

olunmuşdu. 

“Professor  Lenqdon!”  onlar  yaxınlaşdıqda  kişi 

dilləndi. 

Fəvvarəni  örtən  səkkizbucaqlı  günbəzin  altından 

üzügülər  bir  türk  kişisi  çıxdı.  O,  həvəslə  əl  yellədi. 

“Professor, bura gəlin!” 

Lenqdon və digərləri addımlarını yeyinlətdilər. 

“Salam, mənim adım Mirsatdır”, onun səsi həyəcanla 

dolu  idi.  Gözlərinə  müəllim  eynəyinə  bənzər  gözlük, 

əyninə boz kostyum geyinmişdi. Saçları seyrək, cılız bir 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə