Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə142/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   138   139   140   141   142   143   144   145   ...   157

678 

 

olub-olmadığını bilmək istəyirdi. 



Heç kim. 

Lenqdon gözlərini gölməçəyə zillədi. Həmin an ayağı 

altında parlaq bir şey nəzərini cəlb etdi. 

Diqqətlə aşağı baxdı, qırmızı maye damla gördü. 

Qan. 

Lenqdon düz onun üzərində dayanmışdı. 



Məndən qan axır? 

Lenqdon heç bir ağrı hiss etməsə də, əlini bədənində 

gəzdirməyə  başladı.  Bəlkə  onun  havada  görünməyən 

toksinə qarşı allergiyası var idi? O, qanaxmanın mümkün 

olduğu  hər  yeri  -  burnunu,  dırnaqlarını,  qulaqlarını 

yoxladı. Heç nə. 

Özünə əmin olandan sonra Lenqdon ətrafına baxdı. Tək 

olduğunu dəqiqləşdirmək üçün. 

Lenqdon  bir  də  yerə  baxdı.  Bu  dəfə  platforma 

boyunca axıb onun ayağının altında toplaşan suyu gördü. 

Qırmızı  maye  haradasa  yuxandan,  özü  də  platformanın 

nisbətən əyri hissəsindən axırdı. 

Yuxanda kimsə yaralanıb, Lenqdon fikirləşdi. Dərhal 

da  gölməçənin  ortasına  çatan  Brüderə  baxdı.  Lenqdon 

axan  suyu  izləyərək  ona  doğru  getdi.  Divara 

yaxınlaşanda  su  şırnağının  genişləndiyini,  suyun  daha 

bol axdığını gördü. Bu nə ola bilər 

downloaded from KitabYurdu.org




679 

 

axı? Şırnaq artıq balaca çaya çevrilmişdi. Lenqdon divar 



boyu suyun izi ilə tələsik yeridi, birdən lövhə bitdi. 

Dalan. 


Qaranlığın içində o, keçiddə geniş nohur tapdı. Sanki 

kimisə elə indicə burada öldürmüşdülər. Maye qıpqırmızı 

idi. 

Həmin  an  Lenqdon  qırmızı  suyun  platformadan 



sistemə damcılandığının fərqinə vardı. Dərhal yanıldığını 

başa düşdü. 

Qan deyil. 

Bütün  binanı  bürüyən  qırmızı  işıqlar  platformanın 

qırmızı rənginə qarışaraq şəffaf damcılara da qırmızı ton 

vermişdi. 

Adi sudur. 

Amma  rahatlanmaq  əvəzinə  onu  qorxu  bürüdü. 

Diqqətlə  gölməçəyə  baxdı.  Damcıları  məhəccərdə  də 

görə bildi... və ayaq izləri. 

Kimsə burda sudan çıxıb. 

Lenqdon  çevrilib  Brüderi  çağırmaq  istədi.  Lakin  o, 

çox aralıda idi, üstəlik, nəfəs alətləri və kontrabasm birgə 

ifası  qulaqbatırıcı  olduğundan  Brüder  eşitməyəcəkdi. 

Lenqdon birdən yanında kiminsə olduğunu hiss etdi. 

Mən tək deyiləm. 

Lenqdon  asta-asta  platformanın  bitdiyi  dalana  tərəf 

downloaded from KitabYurdu.org




680 

 

çevrildi.  Ondan  təxminən,  üç  metr  aralıda  qara  parçaya 



bürünmüş dəyirmi bir forma gördü. Siluet hərəkətsiz idi. 

Birdən tərpəndi. 

Qara çadraya bürünmüş adam, Lenqdon başa düşdü. 

Ənənəvi İslam geyimi bədənin hər tərəfini qapayırdı. 

Lakin rübəndli baş çevrildikdə Lenqdon bir cüt tünd göz 

gördü.  Gözlər  rübəndin  altından  diqqətlə  Lenqdonun 

üzünə zillənmişdi. 

Lenqdon onu dərhal tanıdı. 

Sienna  Bruks  gizləndiyi  yerdən  çıxmışdı.  O, 

Lenqdona  yaxınlaşıb  onu  itələdi.  Lenqdon  yerə  yıxıldı. 

Sienna tələsik ondan uzaqlaşdı. 

93 


fəsil 

Suyun içində isə agent Brüder qəfildən dayandı. Tovatec 

qələm-  fənərindən  axan  halogen  işıq  qarşıda  sistemin 

döşəməsində  parlayan  metal  parçasının  üzərinə 

düşmüşdü. 

Brüder  nəfəs  dərmədən  irəliyə  doğru  çox  yüngül  bir 

addım  atdı.  Suyu  mümkün  qədər  az  dalğalandırmağa 

çalışırdı. Artıq o, döşəməyə bərkidilmiş düzbucaqlı titan 

lövhəni aydın görürdü. 

Zobristin lövhəsi. 

Su o qədər şəffaf idi ki, o, sabahın tarixi və yanındakı 

yazını aydın oxuya bilirdi: 

downloaded from KitabYurdu.org



681 

 

BURADA VƏ BU TARİXDƏ 



DÜNYA ƏBƏDİ DƏYİŞDİ 

Tələsmə,  düşüncəli  hərəkət  elə,  Brüder  özündənrazı 

halda fikirləşdi. Səhər açılanadək bunun qarşısını almaq 

üçün bir neçə saatımız var. 

Zobristin  videosundakı  səmtə  uyğun  olaraq,  Brüder 

son dərəcə ehtiyatla fənərin işığını lövhənin soluna tərəf 

aparıb 

solublon  torbanı  axtarmağa  başladı.  İşıq  qaranlıq  suyu 



aydmlatdıqca Brüderin təəccübü artırdı. 

Torba yoxdur. 

O, işığı bir az da uzağa - videoda göstərilən dəqiq yerə 

tərəf tutdu. 

Hələ də bir şey görünmürdü. 

Axı... torba düz burada idi! 

Brüder bir addım da irəli atıb işığı hər tərəfə tutmağa 

başladı. 

Torbadan əsər-əlamət yox idi. Yalnız lövhə. 

Bir anlıq Brüder gün ərzində baş verənlərin çoxu kimi 

bu hədənin də illüziya olduğuna ümid etdi. 

Bəlkə bu, oyun imiş? 

Zobrist bizi, sadəcə, qorxutmaq istəyirmiş?! 

Və birdən o gördü. 

Lövhənin  solunda  gölməçənin  qaranlıq  döşəməsində 

downloaded from KitabYurdu.org




682 

 

nazik ip var idi. 



İp cansız qurda bənzəyirdi. İpin bir ucundan solublon 

torbanın bir neçə parça sallanırdı. 

Brüder  bərəlmiş  gözlərlə  ərimiş  şəffaf  torbanın 

qalıqlarına baxırdı. Torba partlamış şar kimi sallanırdı. 

Həqiqətin acılığı boğazını göynətdi. 

Biz gecikmişik. 

O,  torbanın  necə  partlayıb  əridiyini  təsəvvür  etdi... 

içindəki  ölümcül  maddə  yayılır...  gölməçənin  səthinə 

qalxırdı. 

Titrək barmağı ilə fənəri söndürdü, özünü toparlamaq 

üçün dayandı. 

Beynindəki  fikirlər  həmin  andaca  dua  və  yalvarışa 

çevrildi. 

Allah, özün bizə kömək ol. 

“Agent  Brüder,  təkrarla!”  Sinskey  sistemə  düşən 

pilləkənlərdə ratsiyaya qışqırırdı. “Heç nə anlamıram!” 

Mülayim meh üzünə vurub qapıya tərəf əsirdi. Çöldə 

isə MHD dəstəsi mümkün qədər gözdən kənarda dayanıb 

Brüderdən  siqnal  gözləyirdi,  “...torbanın  qalıqları...” 

Brüderin səsi Sinskeyin ratsiyasmda səsləndi. “... özü də 

boş”. 

Necə?!  Sinskey  aşağı  düşdükcə  eşitdiklərinin  səhv 



olması  üçün  dua  edirdi.  “Təkrarla!”  o,  əmrlə  dedi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə