Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə145/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   141   142   143   144   145   146   147   148   ...   157

693 

 

Alo?2§!” 



Lenqdon əlindəki telefona baxdı. Polis. 

“Hə, salam!” Lenqdon dəstəyi qulağına yaxınlaşdırıb 

dedi. 

Mənim 


adım  Robert  Lenqdondur.  Mən 

Ümumdünya  Səhiyyə  Təşkilatının  adından  müraciət 

edirəm. Şəhər sistemində fövqəladə vəziyyət yaranıb və 

mən  hazırda  buna  görə  məsuliyyət  daşıyan  qadını 

izləyirəm. O, ədviyyat bazan yaxınlığında avtobusda...” 

“Bir saniyə gözləyin, zəhmət olmasa”, - operator dedi. 

- “Sizi dispetçerlə calaşdırım”. 

“Yox,  gözləyin!”  -  Amma  Lenqdonu  yenidən 

gözləmə  rejiminə  keçirdilər.  Bentleyin  sürücüsü  təlaş 

içində ona tərəf çevrildi. - “Sistemdə fövqəladə vəziyyət 

yaranıb?!” 

Lenqdon  baş  verənləri  ona  danışmaq  istəyirdi  ki, 

qırmızı işıqlar sürücünün üzünə qan rəngində kölgə saldı. 

Əyləc işıqlan! 

Sürücünün başı az qala qabaq şüşəyə dəydi. Bentley 

düz avtobusun arxasında dayandı. Avtobusun içərisi yenə 

işıqlandı,  Lenqdon  Siennanı  tam  görə  bildi.  O,  arxa 

qapıda 


dayanmışdı, 

təcili 


saxlama 

düyməsini 

dayanmadan  sıxır  və  avtobusdan  düşmək  üçün  qapını 

döyəcləyirdi. 

“Məni görüb”, - Lenqdon başa düşdü. Heç şübhəsiz, 

downloaded from KitabYurdu.org




694 

 

Sienna Qalata körpüsündəki tıxacı da görmüş və bu yolla 



qurtula bilməyəcəyini anlamışdı. 

Lenqdon  bir  saniyəyə  maşından  düşdü,  lakin  Sienna 

artıq  qaranlığa  qərq  olmuşdu.  Lenqdon  mobil  telefonu 

sahibinə  qaytardı.  “Olanlar  barədə  polisə  xəbər  verin! 

Deyin ki, ərazini mühasirəyə alsınlar!” 

Çalmalı kişi qorxu içində başını tərpətdi. 

“Bir  də  çox  sağ  olun!”  -  Lenqdon  qışqırdı.  - 

“Teşekkürleriyö” 

Lenqdon bunu deyib Siennanm arxasınca götürüldü. 

Sienna  ədviyyat  bazarına  tərəf  axışan  adamlara 

qarışmağa - tələsirdi. 

75 Alo! Fövqəladə vəziyyət!. Alo! - (türk.) 

76 Minnətdaram! - (türk.) 

95 


fəsil 

İstanbulun  üç  yüz  yaşlı  ədviyyat  bazan  dünyanın  ən 

böyük  üstüörtülü  bazarlanndan  biridir.  “L”  formasında 

tikilmiş  spiralvan  kompleks  yüzlərlə  dükanı,  cərgələri 

olan  səksən  səkkiz  tağdan  ibarətdir.  Burada  tacirlər 

dünyanın  dörd  bir  yanından  gətirilmiş  ləzzətli  məzələr 

satırlar - ədviyyatlar, meyvələr, bitkilər və İstanbulun hər 

yerində  görmək  mümkün  olan  konfetəbənzər  qənnadı 

məhsullan - türk rahətülhülqumu. 

Bazarın girişi  - qotik üslublu böyük daş tağ  - Çiçək 

downloaded from KitabYurdu.org



695 

 

bazan  və  Tahmis  küçələrinin  kəsişməsində  yerləşir  və 



deyilənlərə görə hər gün üç yüz min ziyarətçi qəbul edir. 

Lenqdon  girişə  yaxınlaşanda  üç  yüz  min  adamın 

hamısının həmin an orada olduğunu düşündü. O, hələ də 

sürətlə  qaçır,  Siennanı  bir  an  belə  olsun  gözdən 

buraxmırdı.  Keçəl  baş  Lenqdondan  cəmi  iyirmi  metr 

aralıda idi, dayanmadan bazarın girişinə doğru qaçırdı. 

Sienna tağlı girişə çatanda onunla üzbəüz gələn kütlə 

ilə  qarşılaşdı.  O,  adamları  yanb  birtəhər  içəri  keçməyə 

başladı. Həmin vaxt o, bir anlıq arxaya çevrildi. Lenqdon 

onun gözlərində qorxudan özünü itirən balaca qızcığazın 

baxışlarını gördü. 

“Sienna!” o qışqırdı. 

Lenqdon da onun arxasınca adamları yara-yara içəri 

keçdi.  Sienna  bazarın  qərbinə  -  Lenqdondan  sola  tərəf 

qaçırdı. 

Onu  ekzotik  ədviyyat  topaları  -  hind  karrisi,  hind 

zəfəranı,  çin  gül  çayı  -  əhatə  edirdi.  Malların  parlaq 

rəngləri  sarı,  qəhvəyi  və  qızılı  tunellər  yaradırdı.  Hər 

addımda  Lenqdon  təzə  bir  qoxu  hiss  edirdi  -  tünd 

göbələklər,  acı  köklər,  müşk  qoxulu  yağlar...  Bazardan 

ucalan xor səsində müxtəlif dilləri ayırd edirdi. Qulaqlar 

və göz üçün bu, sanki böyük bir bayram sovqatı idi. 

Minlərlə adam. 

downloaded from KitabYurdu.org




696 

 

Klaustrofobiyanın yaratdığı qorxu Lenqdonu bürüdü, 



o, az qala, dayanacaqdı. Lakin özünü ələ alıb davam etdi. 

O, 


Siennanı görürdü. Sienna adamları güclə itələyib özünə 

yol 


açırdı. O, açıq-aydın bu qaçışın sonuna çatırdı... ona nə 

vəd etməsindən asılı olmayaraq. 

Bir anlıq Lenqdon onun izinə niyə düşdüyünü fikirləşdi. 

Ədalət naminə? Siennanın əməli müqabilində, onu necə 

sərt  cəza  gözlədiyini  fikirləşmək  belə  Lenqdonu 

qorxudurdu. 

Bəlkə  pandemiyanın  qarşısını  almaq  üçün  izləyir? 

Amma artıq olan olub. 

Lenqdon qərib adamlar dənizində irəli can atan zaman 

Sienna Bruksu niyə tutmaq istədiyini anladı. 

Mənə cavab lazımdır. 

Cəmi  on  metr  irəlidə  Sienna  bazarın  qərb  qolunda 

yerləşən çıxış qapısına tərəf qaçırdı. 

O,  yenə  arxaya  baxdı  və  Lenqdonun  bu  qədər 

yaxınlaşmasından  təşvişə  düşdü.  Üzünü  çevirmişdi  ki, 

ayağı  burxuldu  və  yıxıldı.  Siennanın  başı  qarşısındakı 

adamın çiyninə dəydi. Kişi irəli aşdı. Sienna əlini uzadıb 

yıxılmasın  deyə  nədənsə  yapışmaq  istədi.  Lakin  əlinə 

qurudulmuş şabalıd çəlləyinin kənan oldu. O yapışdı və 

downloaded from KitabYurdu.org




697 

 

şabalıdları yerə dağıtdı. 



Lenqdon  cəmi  üç  addıma  onu  yıxıldığı  yerə  çatdı. 

Yerə  baxsa  da,  çevrilmiş  çəllək  və  şabalıdlardan  başqa 

heç nə görmədi. Sienna yoxa çıxmışdı. 

Dükanın sahibi bağırırdı. 

O, hara getdi?! 

Lenqdon  hər  tərəfə  boylandı,  amma  Sienna  yoxa 

çıxmışdı. On beş metr aralıdakı çıxışa baxanda anladı ki, 

Siennanın yıxılmağı heç də təsadüfi deyilmiş. 

Lenqdon adamlarla dolu böyük meydana çıxdı. Yenə 

həyəcanla axtarmağa başladı. 

Düz irəlidə - çoxzolaqlı şosenin digər başında Qalata 

körpüsü  qollarını  Qızılı  buynuzun  sulan  üzərində 

açmışdı.  Yeni  məscidin  qoşa  minarəsi  Lenqdonun 

sağında  meydanın  üzərində  bərq  vururdu.  Ondan  solda 

açıq  meydandan  savayı  heç  nə  görünmürdü...  yalnız 

adamla  dolu  meydan.  Maşmlann  siqnal  səsləri 

Lenqdonun diqqətini irəliyə - meydanı sudan ayıran yola 

çəkdi. O, Siennanı gördü. Sienna yüz metr qabaqda yolla 

qaçır,  yük  maşınlarının  arasında  qalmaqdan  canını 

qurtarmağa çalışırdı. Dənizə doğru gedirdi. 

Lenqdonun  sol tərəfində  -  Qızılı buynuzun  sahilində 

isə  nəqliyyat  qovşağı  qaynayırdı  -  sallar,  avtobuslar, 

taksilər,  tur  qayıqları.  Lenqdon  yola  doğru  götürüldü. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə