Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə146/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   142   143   144   145   146   147   148   149   ...   157

698 

 

Barmaqlıqlara  çatarkən  yaxınlaşan  maşınların  işıqlarını 



əsas  götürüb  yolun  ilk  bir  neçə  xəttini  təhlükəsiz  keçə 

bildi. On beş saniyə içində Lenqdon adamı kor edən işıq 

və acıqlı siqnal səslərinə baxmayaraq, bir xətdən digərinə 

atıla-atıla keçə bildi. Nəhayət ki, o, sonuncu barmaqlığa - 

dənizin otlu sahilinə çatdı. 

Hələ  də  Siennanı  görə  bilməsinə  rəğmən,  o,  çox 

irəlidə  idi.  Sienna  taksi  dayanacağı  və  avtobusların 

yanından  keçib  bərələrə  tərəf  qaçırdı.  Orada  cürbəcür 

qayıqlar  dayanmışdı  -  turist  barjlan,  su  taksiləri,  şəxsi 

balıqçı qayıqları, sürətli təknələr. Sahil boyunca isə Qızılı 

buynuzun  qərb  tərəfində  şəhərin  işıqları  parlayırdı. 

Sienna qarşı tərəfə keçə bilsə, Lenqdon bilirdi ki, onu bir 

də tapa bilməyəcək. 

Lenqdon  sahilə  çatar-çatmaz  sola  döndü,  suyun 

üzərində  üzən  taxtalara  tərəf  götürüldü.  Məscidəbənzər 

qübbəli,  qızıl  kimi  parlaq  və  zövqsüz  neon  işləməli 

flotiliyaya  minmək  üçün  növbə  gözləyən  turistlər 

təəccüblə ona baxırdılar. 

Bosforun Las Veqası, Lenqdon qaçdıqca fikirləşdi. O, 

uzaqda  Siennanı  gördü.  Sienna  daha  qaçmırdı.  Bərənin 

şəxsi  motorlu  qayıqlarla  dolu  hissəsində  dayanıb 

sahiblərdən biri ilə danışırdı. 

Onu qayığınıza buraxmayın! 

downloaded from KitabYurdu.org




699 

 

Yaxınlaşdıqca Lenqdon Siennanm üzməyə hazırlaşan 



dar motorlu qayığın sahibi ilə - gənc oğlanla danışdığını 

gördü. Kişi gülümsə də, nəzakətlə başını bulayıb “yox” 

deyirdi. Sienna təkid etsə də, qayıqçı ona son dəfə “yox” 

deyib çevrildi. Lenqdon yaxınlaşdıqca Sienna ona baxdı 

və  üzündəki  qorxu  geri  qayıtdı.  Siennadan  aşağıda  isə 

qayığın  qoşa  mühərriki  işə  düşmüşdü,  qayıq  artıq 

sahildən uzaqlaşmağa başlayırdı. 

Birdən  Sienna  qıy  vurub  havaya  qalxdı.  Körpüdən 

tullanıb  qayığın  şüşə  sterninin  üzərinə  düşdü.  Zərbəni 

hiss  edən  sürücü  çevrilib  gördüyünə  inanmadı.  O, 

qışqırıb sahildən iyirmi metr aralıda olan qayığı saxladı. 

Acıqla  qışqıraraq  geriyə  doğru  addımladı.  Onun 

yaxınlaşdığını görən Sienna çox asanlıqla kənara çəkildi, 

kişinin  biləyindən  yapışdı,  nəbzindən  sıxıb  qayığın 

falşbortu üzərinə yıxdı. Kişi başı üstə suya düşdü. Bir 

neçə saniyədən sonra oğlan suyun üzünə çıxıb dəli kimi 

çapalamağa başladı. 

Sienna xilasedici yastığı ona sarı atıb qayığın qabaq 

hissəsinə tərəf addımladı və qoşa drosseli sıxdı. 

Mühərrik hərəkətə gəldi, qayıq sürət topladı. 

Lenqdon  təngnəfəs  halda  uzaqlaşan  qayığın  içindəki 

parlaq ağ keçəl başa baxırdı. Lenqdonun nəzərləri üfüqə 

sancıldı. Artıq Sienna nəinki uzaq sahillərə, həm də Qara 

downloaded from KitabYurdu.org




700 

 

dənizdən  Aralıq  dənizinə  uzanan  sonsuz  su  yollarına 



çıxış əldə etmişdi. 

Onu əldən buraxdım. 

Bu  vaxt  qayığın  sahibi  sudan  çıxdı  və  polisə  zəng 

vurmaq üçün tələsdi. 

Oğurlanmış  qayığın  işıqları  nöqtəyə  döndükcə 

Lenqdon özünü tənha hiss edirdi. Mühərrikin vıyıltısı da 

uzaqlaşırdı. 

Az sonra səs tamam kəsildi. 

Lenqdon tez suya baxdı. Mühərriki saxladı? 

Qayığın  işıqları  daha  itmirdi.  Hansı  səbəbdənsə 

Sienna Bruks dayanmışdı. 

Görəsən, yanacağı qurtardı? 

Lenqdon  ovcunu  qulaqlanna  qoyub  diqqətlə  qulaq 

asmağa başladı. 

Yanacağı qurtarmayıbsa, nə məsələdir? 

Lenqdon gözlədi. 

On saniyə. On beş saniyə. Otuz saniyə. 

Birdən mühərrik yenidən işə düşdü. Lenqdon gördüyü 

mənzərəyə  inanmırdı.  Qayığın  işıqları  geniş  çevrə  cızıb 

ona doğru gəlirdi. 

O, geri qayıdır. 

Qayıq  yaxınlaşdıqca  Lenqdon  Siennanm  sükan 

arxasından boşluğa baxdığını görürdü. Otuz metr aralıda 

downloaded from KitabYurdu.org




701 

 

o, sürəti azaldıb qayığı ehmalca dayandığı yerdə saxladı. 



Mühərriki söndürdü. 

Sükut. 


Lenqdon yuxandan təəccüb içində ona baxırdı. 

Sienna bir dəfə belə yuxarı baxmadı. 

Birdən  üzünü  əlləri  arasına  aldı.  Titrəməyə  başladı. 

Çiyinləri  qalxıb-düşürdü.  Nəhayət  ki,  Lenqdona  baxdı. 

Gözlərindən yaş su kimi axırdı. 

“Robert,”  -  o  içini  çəkə-çəkə  dedi.  -  “Artıq  qaça 

bilmərəm. Gedəsi başqa yerim qalmayıb”. 

g6 fəsil 

İnfeksiya yayıldı. 

Elizabet  Sinskey  sistemdə,  pilləkənin  aşağısında 

dayanıb boş mağaraya baxırdı. Geyindiyi əleyhqaz onun 

nəfəsini kəsirdi. Çox güman ki, yayılan hər nə idisə, ona 

da  yoluxmuşdu.  Lakin  MHD  dəstəsinin  ona  verdiyi 

kostyum və əleyhqazda Sinskey özünü rahat hiss edirdi. 

Onlar  ağ  kostyum  və  möhkəm  kaskalarda  yadplanetli 

gəmisini ələ keçirən astronavtlara bənzəyirdilər. Sinskey 

bilirdi  ki,  yuxarıda  küçədə  konsertə  gəlmiş  yüzlərlə 

adam,  onlarla  musiqiçi  çaşqınlıq  içində  dayanıb  nə 

edəcəklərini  bilmirdilər.  Qarışıqlıqda  əzilənlərə  yardım 

göstərilirdi. Çıxıb gedənlər də çox idi. Onun dizi də azca 

sıyrılmışdı. Bir də həmaili parçalanmışdı. 

downloaded from KitabYurdu.org




702 

 

Virusdan  daha  sürətli  yayılan,  Sinskey  fikirləşirdi, 



yalnız qorxudur. 

Yuxarıdakı  qapılar  artıq  bağlanmışdı,  indi  yerli 

mühafizə  orqanları  tərəfindən  qorunurdu.  Sinskey  yerli 

orqanların hədəsi 

ilə  üzləşəcəklərinə  əmin  idi,  lakin  türk  polisinin  hadisə 

yerində  MHD  dəstəsinin  biokostyumlarım  görməsi  və 

Sinskeyin virusla bağlı xəbərdarlığını eşitməsilə ehtimal 

edilən bütün münaqişələr havada əridi. 

Biz yalnız özümüzə güvənməliyik. ÜST-nin direktoru 

suda əks olunan sütun meşəliyinə baxdı. Heç kimi aşağı 

düşmək istəmir. 

Onun  arxasında  -  pilləkənin  aşağısında  iki  agent 

böyük  poliuretan  parçanı  açıb  divara  yapışdırırdılar. 

Digər ikisi isə taxta lövhələrin üstündə elektron cihazlar 

quraşdırırdılar. 

Sanki qətl hadisəsini araşdıracaqdılar. 

Elədir ki, var, Sinksey fikirləşdi. Qətl hadisəsi. 

Onun  yadına  sistemdən  qaçan  nəm  çadralı  qadın 

düşdü. Görünür ki, Sienna Bruks öz həyatını riskə ataraq 

ÜST-nin  cəhdlərinin  qarşısını  alıb  və  Zobristin 

missiyasını  tamamlamağa  qərar  verib.  O,  bura  gəlib 

solublon torbanı cırıb. 

Lenqdon  gecənin  qaranlığında  Siennanın  arxasınca 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə