Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə154/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

735 

 

çalışırdı”. 



“Mən bütün varlığımla buna şübhə edirəm”. 

Lenqdon dərindən nəfəs alıb ayağa qalxdı. “Siz mənə 

qulaq  asmalısınız.  Ölümündən  əvvəl  Zobrist  Siennaya 

məktub yazaraq nə etdiyini deyib. Bu virusun nəyə qadir 

olduğunu  xüsusi  vurğulayıb...  bizə  necə  hücum 

edəcəyini... necə məqsədinə nail olacağını”. 

Sinskey dondu. Məktub?! 

“Sienna Zobristin nə yaratdığını biləndə dəhşətə gəlir. 

Zobristi dayandırmaq istəyir. Virusu o dərəcədə təhlükəli 

sayır ki, Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, 

heç kimin onu tapmasını istəmir. Anlayırsınızmı? Sienna 

virusu məhv etmək istəyirdi... yaymaq yox. 

“Məktub  durur?”  Sinskey  amiranə  səslə  soruşdu. 

“Dəqiqliklə yazılıb?” 

“Sienna mənə belə dedi, bəli”. 

“O məktub bizə lazımdır! Məlumatlar əlimizdə olarsa, 

qısa müddətdə bunun nə olduğunu öyrənər və tədbir görə 

bilərik”. 

Lenqdon  başını  buladı.  -  “Siz  başa  düşmürsünüz. 

Sienna  Zobristin  məktubunu  oxuduqdan  sonra  dəhşətə 

gəlir. O, kağızı dərhal yandırır. Əmin olmaq istəyirmiş ki, 

heç kim...” 

Sinskey  əsəblə  əlini  masaya  çırpdı.  “O,  faciənin 

downloaded from KitabYurdu.org




736 

 

qarşısını  almaq  üçün  yeganə  sənədi  məhv  edib?  Siz  də 



istəyirsiz ki, mən ona inanım?” 

“Bilirəm  ki,  onun  elədiklərinin  müqabilində  mənim 

istəyim çox böyük görünür. Amma xatırlatmaq istəyirəm 

ki, Sienna 

nadir  zəkaya  malikdir.  Eyni  zamanda  hər  şeyi  olduğu 

kimi xatırlaya bilir”. 

Lenqdon 

dayandı. 

“Bəs 


o, 

Zobristin 

məktubundakıları sizə deməklə kömək etsə necə?” 

Sinskey gözlərini qıydı. - “Yaxşı, professor, indi mənə 

təklifiniz nədir?” 

Lenqdon  onun  boş  fincanına  işarə  etdi.  -  “Təklif 

edirəm  bir  fincan  da  qəhvəsi  sifariş  edəsiniz...  və 

Siennanm düşündüyü planı dinləyəsəiniz”. 

Sinskeyin  nəbzi  sürətlə  döyünməyə  başladı  və  o, 

telefonuna  nəzər  saldı.  -  “Onunla  necə  əlaqə 

quracağımızı bilirsiniz?” 

“Bilirəm”. 

“Onun tələbini deyin”. 

Lenqdon dedi, Sinskey fikrə daldı. 

“Məncə, buna razılaşmaq lazımdır”, - Lenqdon əlavə 

etdi. “Sizdən nə gedir?” 

“Dediklərinizin  hamısı  doğrudursa,  söz  verirəm”.  - 

Sinskey telefonu ona tərəf itələdi. - “Zəng vurun”. 

downloaded from KitabYurdu.org



737 

 

Sinskeyin gözləmədiyi halda Lenqdon telefona məhəl 



qoymadan ayağa qalxıb bir dəqiqəyə qayıdacağını dedi. 

Sinskey  çaşqınlıq  içində  dəhlizə  çıxıb  Lenqdonun 

konsulluğun  gözləmə  zalına  tərəf  getdiyini  gördü.  O, 

şüşə  qapılan  açıb  foyeyə  çıxdı.  Bir  anlıq  Sinskey  onun 

getdiyini  zənn  etdi.  Lenqdon  isə  liftin  yanından  ötüb 

qadın  tualetinə  yaxınlaşdı.  Bir  neçə  saniyədən  sonra  o, 

otuz yaşma yenicə keçən bir qadınla çölə çıxdı. Sienna bu 

qadının  həqiqətən  də  Sienna  Bruks  olduğunu  qəbul 

etmək  üçün  uzun  müddət  düşündü.  Onun  gördüyü 

yaraşıqlı qadından əsər-əlamət yox idi. Bu, tam keçəl idi, 

başı tərtəmiz qırxılmışdı. 

Onlar  Sinskeyin  otağına  daxil  oldular,  sakitcə 

əyləşdilər. 

“Məni bağışlayın”, - Sienna dərhal dilləndi. - “Bilirəm 

ki, danışılası çox mövzu var, amma öncə icazə verin, ən 

vacib olanı deyim”. 

Sinskey  Siennanm  səsindəki  kədəri  duydu.  - 

“Buyurun”. 

“Madam”,  -  o,  titrək  səslə  sözə  başladı,  -  “Siz 

Ümumdünya  Səhiyyə  Təşkilatının  direktorusunuz. 

İnsanlığın uçurumun kənarında olduğunu hamıdan yaxşı 

bilirsiniz.  Artım  idarəolunmaz  durumdadır.  İllər  boyu 

Bertrand Zobrist sizin 

downloaded from KitabYurdu.org




738 

 

kimi  insanlarla  əlbir  olub  yaxınlaşan  fəlakəti  müzakirə 



etməyə  çalışıb.  O,  güclü  saydığı  xeyli  təşkilata  baş 

çəkmişdi  -  Dünyaizləmə  İnstitutu,  Roma  Klubu,  Artım 

Vacibdir, Xarici Əlaqələr Şurası - lakin heç kim həqiqi 

çıxışı  yolu  tapmaqda  onunla  müzakirə  aparmaq 

istəməmişdi. Siz hamınız daha keyfiyyətli kontraseptivlə 

bağlı maarifləndirmə, kiçik ailələr üçün güzəştlər və hətta 

Aya  köçürülmə  kimi  fikirləri  ortaya  atmısınız! 

Bertrandm ağlını itirməsi heç də təəccüblü deyil”. 

Sinskey tərpənmədən ona baxırdı. 

Sienna  dərindən  nəfəs  aldı.  “Dr.  Sinskey,  Bertand 

şəxsən  sizin  yanınıza  gəlmişdi.  O  sizə  yalvarmışdı  ki, 

məsələnin  ciddiliyinə  əhəmiyyət  verəsiniz...  onunla 

dialoqa  girəsiniz.  Amma  dinləmək  əvəzinə  siz  onu  dəli 

adlandırmış,  axtarış  siyahınıza  salmış  və  onu  yeraltı 

dünyaya məhkum etmişdiniz”. Siennanm səsi emosiya ilə 

dolu  idi.  “Bertrand  sizin  kimi  şəxslərin  ən  çıxılmaz 

görünən vəziyyətdən belə bir yol olduğunu qəbul etmək 

istəmədiyinizə  görə  tənha  öldü.  Bertrandm  tək  istəyi 

həqiqəti danışmaq idi... və buna görə də onu hamı rədd 

edirdi”. Sienna gözlərini silib Sinskeyə baxdı. “İnanın ki, 

tənhalığın  nə  demək  olduğunu  məndən  yaxşı  bilən 

yoxdur... yalnızlığın ən pisi isə səni başa düşməmələridir. 

Bu,  insanların  reallıq  hissini  itirməsinə  gətirib  çıxarır”. 

downloaded from KitabYurdu.org




739 

 

Sienna dayandı. Araya üzücü sükut çökdü. 



“Elə bunu demək istəyirdim,” - o pıçıldadı. 

Sinskey  uzun  müddət  ona  baxdı  və  sonra  oturdu.  - 

“Miss Bruks”, - o mümkün qədər sakit tərzdə danışmağa 

başladı,  -  “Siz  haqlısınız.  Mən  bir  dəfə  qulaq 

asmamışam...”  -  O,  masa  üzərində  barmaqlarını 

bir-birinə  keçirdi  və  zəndlə  Siennaya  baxdı.  -  “Amma 

indi qulaq asacağam”. 

102 


fəsil 

İsveçrə konsulluğunda saatı ı-i çoxdan keçmişdi. 

Sinskeyin  masası  üzərindəki  dəftərçə  əllə  yazılmış 

qeydlər,  suallar  və  diaqramlarla  dolu  idi.  Ümumdünya 

Səhiyyə  Təşkilatının  direktoru  artıq  beş  dəqiqədən  çox 

idi  ki,  bir  kəlmə  kəsmir,  pəncərənin  qarşısında  dayanıb 

hərəkətsiz gecəyə baxırdı. 

Onun  arxasında  isə  Lenqdonla  Sienna  sakit  oturub 

türk qəhvəsi içirdilər. Otağı tünd qəhvə ətri bürümüşdü. 

Yeganə  səs  yuxarıdan  cızıldayan  rəngli  lampalardan 

gəlirdi. 

Sienna ürəyinin  necə  sürətlə döyündüyünü  hiss  edir, 

eyni zamanda Sinskeyin nə fikirləşdiyini düşünürdü. O, 

nə  bilirdisə  xırdalıqlarınadək  danışmışdı.  Bertrand 

sonsuzluq  virusu  yaradıb.  Adamların  üçdə  biri  sonsuz 

olacaqdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə