Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə153/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

731 

 

101 



fəsil 

İstanbulun  İsveçrə  konsulluğu  nazik  və  ultramodern 

Levent  Plaza  göydələnində  yerləşir.  Binanın  yastı  və 

mavi  şüşəli  fasadı  qədim  metropolis  içində  futurustik 

dördbucaq şəklində səmanı dəlir. 

Sinskeyin  sisterni  tərk  edib  konsulluqda  müvəqqəti 

yerləşməsindən  bir  saat  keçmişdi.  Yerli  xəbərlərdə 

Lisztin  Dante  simfoniyası  konserti  zamanı  sistemdə 

yaşanan qarışıqlıq barədə məlumat verilirdi. Xəbər ətraflı 

təqdim  olunmasa  da,  xüsusi  geyimli  beynəlxalq  tibb 

qrupu  böyük  söz-söhbətə  səbəb  olmuşdu.  Sinskey 

pəncərədən  şəhərə  baxdıqca  özünü  tənha  hiss  edirdi. 

Qeyri-iradi  əlini  həmailinə  uzatdı,  amma  tapa  bilmədi. 

İkiyə bölünmüş həmaili masanın üzərində idi. 

ÜST  direktoru  bir  neçə  saatdan  sonra  Cenevrdə 

fövqəladə  iclas  çağırmışdı.  Agentliklərin  mütəxəssisləri 

artıq yolda idilər və Sinskey özü də az sonra ora uçmağı 

planlaşdırmışdı. Yaxşı 

ki, əməkdaşlarından biri gecə ona bir fincan qaynar türk 

qəhvəsi gətirmişdi, Sinskey də dərhal içmişdi. 

Konsulluq  işçilərindən  cavan  bir  oğlan  onun 

qapısıaçıq otağına girdi. “Madam! Robert Lenqdon sizi 

görmək istəyir”. 

“Çox sağ olun”, - o cavab verdi. - “İçəri gəlsin”. 

downloaded from KitabYurdu.org



732 

 

İyirmi  dəqiqə  qabaq  Lendqon  Sinskey  ilə  əlaqə 



qurmuş  və  Sienna  Bruksun  qayıq  oğurlayaraq  dənizə 

çıxdığını  demişdi.  Sinskey  budan  xəbərdar  idi.  Yerli 

orqanlar hələ ki, onu tapa bilməmişdilər. Lenqdon qapıda 

görünəndə 

Sinskey 

onu 


tanımadı. 

Kostyumu 

çirklənmişdi,  saçları  pırtlaşıq,  gözləri  isə  yorğun  və 

sönük idi. 

“Professor, sizə nə olub?” - Sinskey ayağa qalxdı. 

Lenqdon  yorğun  halda  gülümsədi.  -  “Gecə  çox  ağır 

keçib”. 

“Buyurun”, - Sinskey kətilə işarə etdi. - “Əyləşin”. 

“Zobristin virusu”, - Lenqdon dərhal sözə başladı. 

- “Mənə elə gəlir ki, bir həftə qabaq yayılmağa başlayıb”. 

Sinskey  başı  ilə  təsdiqlədi.  -  “Hə,  biz  də  eyni 

qənaətdəyik.  Hələ  ki,  heç  bir  məlumat  daxil  olmayıb. 

Amma  biz  nümunələri  götürüb  intensiv  testlər  aparırıq. 

Təəssüf ki, bu virusun 

mahiyyəti və nəyə qadir olduğunu aşkarlamaq günlər və 

ya həftələr ala bilər”. 

“Bu, vektor virusudur”, - Lenqdon dedi. 

Sinskey  yerində  dik  atıldı.  Lenqdonun  termindən 

xəbərdar 

olması  onu  təəccübləndirdi.  -  “Başa 

düşmədim?” 

“Zobrist insan DNT-ni dəyişmək gücündə olan hava 

downloaded from KitabYurdu.org



733 

 

ilə yoluxan vektor virusu yaradıb”. 



Sinskey  ayağa  durdu.  Bu,  mümkün  deyil!  “Bunu 

hansı əsasla deyirsiniz?” 

“Sienna”,  -  Lendqdon  sakitcə  cavab  verdi.  -  “Özü 

mənə dedi. Yarım saat əvvəl”. 

Sinskey  əllərini  masanın  üzərinə  qoyub  inamsızlıqla 

Lenqdona baxdı. - “Deməli, o, qaçmayıb?” 

“Qaçırdı”, - o, cavab verdi. - “O, dənizin içinə gedən 

qayıqda idi və asanlıqla aradan çıxa bilərdi. Amma fikrini 

dəyişdi. Öz istəyi  ilə  geri qayıtdı. Sienna bu problemdə 

yardımçı olmaq istəyir”. 

Sinskey  qəfildən  gülməyə  başladı.  “Xanım  Bruksa 

inanmadığıma  görə  üzr  istəyirəm,  xüsusilə  də  indiki 

halda”. 

“Mənsə  ona  inanıram”,  -  Lenqdon  səsini  dəyişmədən 

dedi.  “Və  əgər  o,  bunun  vektor  virusu  olduğunu  iddia 

edirsə, zənnimcə, siz bunu ciddi qəbul etməlisiniz”. 

Sinskey  Lenqdonun  dediklərini  qavramaqda  çətinlik 

çəkirdi.  Birdən  özünü  yorğun  hiss  etdi.  Pəncərəyə 

yaxınlaşıb  çölə  baxdı.  DNT  dəyişən  vektor  virus?  Nə 

qədər mümkünsüz və qorxulu səslənsə də, burada aydın 

məntiq olduğunu bilirdi. Zobrist genetika mühəndisi idi 

və tək bir gendə cüzi mutasiyanm necə nəticələnəcəyini 

çox gözəl dərk edirdi - xərçəng, orqan çatışmazlığı və ya 

downloaded from KitabYurdu.org




734 

 

qanda  pozuntu.  Hətta  ən  pisi  -  mukovissidoz  -  xəstəlik 



zamanı  insan  selik  içində  itib-batır  -  bu,  yeddinci 

xromosomdakı  genlərin  birində  xırda  bir  nöqsan 

səbəbindən  yaranır.  Mütəxəssislər  bu  növ  genetik 

xəstəlikləri iynə ilə birbaşa vurulan sadə vektor virusu ilə 

müalicə 

edirlər. 

Yoluxmayan 

viruslar 

elə 

proqramlaşdırılır ki, onlar bədəndə DNT-nin zədələnmiş 



hissələrini  tapıb  onları  əvəzləyirlər.  Bu  yeni  üsulun  da 

əks təsiri var. Vektor virus mühəndisin məqsədindən asılı 

olaraq, yaxşı və ya dağıdıcı xassəyə malikdir. Əgər virus 

zədələnmiş DNT-ni sağlam hüceyrələrin arasına 

yerləşdirmək  üçün  proqramlaşdırılıbsa,  nəticə  dəhşətli 

ola  bilər.  Üstəlik,  bu  dağıdıcı  virus  yüksək  yoluxma  və 

havada törəmə xassəlidirsə... 

Sinskey  cavabın  tapılmasına  həftələr  gedəcəyini 

fikirləşirdi. İnsanın genetik kodu ucsuz-bucaqsız görünən 

kimyəvi  labirintdir.  Zobristin  bu  xüsusi  dəyişikliyini 

tapmaq samanlıqda iynə axtarmağa bənzəyirdi... üstəlik, 

bu  samanlığın  dünyanın  harasında  yerləşdiyini 

müəyyənləşdirmək qeyri- mümkün idi. 

“Elizabet?” Lenqdonun yoğun səsi onu geri qaytardı. 

Sinskey çevrilib ona baxdı. 

“Dediklərimi eşitdinizmi?” - o sakit halda soruşdu. 

-  “Sienna  da,  ən  azı,  sizin  qədər  virusu  yox  etməyə 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə